Səfərdə olan şəxs oruc tuta bilərmi?
Digərləri 19 Mar 2025 20:07:00 57 0
Ramazan ayında ən çox verilən suallardan biri də səfərdə olan şəxslərin oruc tutması ilə bağlıdır. Dinimizə görə, səfərdə olan şəxslər oruc tutmaya bilərlər. Bu barədə Qurani-Kərimdə buyurulur: "...Sizdən kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun!.." (əl-Bəqərə, 184).
Bu xəbəri də oxu: Azərbaycanda bayram ərəfəsində DƏHŞƏT: ölənlər və yaralananlar var FOTO
Son.az xəbər verir ki, deputat Ceyhun Məmmədovun sözlərinə görə, Məhəmməd Peyğəmbərin (s) hədislərində də səfərə çıxanlara oruc tutmaq tövsiyə olunmur.
"Hədislərin birində buyurulur: "Peyğəmbər səfərdə ikən taqətdən düşmüş bir kişinin ətrafına toplaşmış əshabələri görüb (onlardan): "Nə baş verib?" - deyə soruşdu. Onlar: "Bu adam oruc tutub" - deyə cavab verdilər. Peyğəmbər buyurdu: "Səfərdə oruc tutmaq yaxşı əməl deyildir". Məlum olduğu kimi, o dövrdə bir bölgədən digər bölgəyə səfər etmək və səfərdə oruc tutmaq həmin dövrün insanları üçün çox çətin idi. Çünki müasir nəqliyyat vasitələri yox idi. İndi isə insanlar 100 kilometrlərlə məsafəni bir-neçə saata təyyarə ilə qət edə bilirlər.
Beləliklə yenidən o nəticəyə gəlirik ki, səfərdə oruc tutmamaq Allahın bəndəyə ehsanı və lütfüdür. Səfərdə olan insanlar oruc tutmaya bilərlər. Ancaq kiminsə səfərdə olarkən oruc tutmasına hər hansı qadağa yoxdur. Əgər kimsə düşünürsə ki, sonradan tutmadığı günlərin qəzasını tutmaq çətin olacaq onun üçün orucuna davam edə bilər".
Asya Son.az
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Niderland Krallığın

"Nvidia" şirkəti iri həcmli əməliyyatlara görə, o cümlədən s

"Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"ndakı dəyişikliyə

Martın 18-də Sənayeçilər və Sahibkarlar İttifaqının nümayəndələri i

Aktrisa Nəsrin Cavadzadə və aktyor sevgilisi Pamir Pekin çəkildikləri &quo

Donald Tramp administrasiyası ABŞ-ın 35-ci prezidenti Con Kennedinin öldür�

Sinoptiklərin məlumatına əsasən, hazırda ölkə ərazisində külək və y

Neftçala sakini hündürlükdən yıxılaraq ölüb.

Aktyorlar Demi Mur və Bryus Uillisin qızı Rumer ağır xəstə olan atasını

Ramazan ayında toy etmək dini baxımdan bəzi mülahizələrə əsasən mübah

Rusiya və MBD ölkələrində məşhurlaşan azərbaycanlı video bloger və i�

Heydər Əliyev Fondu jurnalist Azər Rəşidoğlunun müalicəsini nəzarətə

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və T

Sumqayıtda 24 yaşlı oğlanın meyiti tapılıb.
