Təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq
Digərləri 19 Mar 2025 18:34:00 54 0
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu xəbəri də oxu: “Bu, ağılsızlıqdır!”
Son.az xəbər verir ki, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.
Novruz bayramı ilə əlaqədar həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq.
Bakı şəhərində 130 təcili tibbi yardım briqadası, 63 region üzrə isə 270-ə yaxın təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman preparatları və s. ilə tam təmin olunub.
Bundan əlavə, bayram günləri ərzində TƏBİB-in tabeli tibb müəssisələrinin stasionar şöbələri və təcili tibbi yardım bölmələri fəaliyyətlərini təsdiqlənmiş növbətçilik cədvəllərinə uyğun olaraq həyata keçirəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Novruz və Ramazan bayramları ilə əlaqədar 20-31 mart tarixləri qeyri-iş günü olacaq.
Sumqayıtda 24 yaşlı oğlanın meyiti tapılıb.

Türkiyədə İstanbul Bələdiyyə sədri Əkrəm İmamoğlunun saxlanılması

Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər

Ölkənin 19 şəhərində imtahan mərkəzləri təşkil edilib ki, bu da müə

İkili ixtisası olan bir müəllim ixtisaslarından hər hansı birindən serti

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif)

Əfqanıstan hökuməti Qəndəhar əyalətində qadınların radioda səsləndi

Türkiyənin rəsmi dövlət valyutası olan türk lirəsi dəyər itirməkdə d

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 1-ci kurs tələbəsi Əzizə Əsg

Prezident İlham Əliyev Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcə

Novruz bayramı ilə əlaqədar istirahət günlərindən sonra ilk dərs günü

Azərbaycanda 21 yaşına çatmış şəxslər odlu silah əldə edə biləcəkl

İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi cəmi 5 332-dən 5 402-yə

İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan korrupsiya və cinayət a

19 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir
