Rusiya Ukrayna müharibəsində sürpriz gözlənilir TƏHLİL
Siyasət 19 Mar 2025 20:16:00 41 0
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin tezliklə bitəcəyinə ümid edir. Bu barədə Ağ Evdən bildirilib. Tramp Ukrayna münaqişəsinin çox qısa müddətdə həll olunacağına ümid edir.
Bu xəbəri də oxu: Prezident İlham Əliyevin Suqovuşan və Həsənriz kəndinə səfəri Böyük Qayıdış prosesinin daha bir uğurlu mərhələsidir Azər Qarayev
Son.az xəbər verir ki, məsələ ilə bağlı siyasi şərhçi Kənan Novruzov bildirib ki, dünən ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Putin Trampın 30 günlük atəşkəs təklifini dəstəkləyib.
"Bu, gözlənilən idi. Əks halda Vaşinqton Moskvaya təzyiqi artıra bilərdi. Yaxın vaxtda atəşkəsin qüvvəyə minməsi mümkündür. Əgər bu olsa sülh istiqamətində mühüm nəticə əldə edilmiş olar. Bununla belə, atəşkəsin kövrək olması və aktiv döyüş əməliyyatlarının bərpa olunması ehtimalı heç də az deyil. Məsələ burasındadır ki, strateji üstünlüyə malik olduğuna görə sülh hazırda Rusiyaya sərf edir. Çünki Rusiyanın imkanları getdikcə tükənir. Ölkə iqtisadiyyatı çökür. Belə bir vəziyyətdə Rusiya Ukrayna qoşunlarını ən qısa zamanda Kursk bölgəsindən də çıxararaq öz şərtləri ilə danışıqlara getmək istəyir. Kreml yaxşı başa düşür ki, danışıqlar zamanı maraqları təmin olunacaq.
Ukrayna üçün isə eyni şeyləri demək çətindir. Çünki mümkün sülh böyük, yaxud atəşkəs böyük ehtimalla rəsmi Kiyevin ziyanına olacaq. Ukrayna Prezidenti Volodimir Zelenski güzəştə getməli olacaq. Bu zaman xalq onu bağışlamayacaq. Zelenskinin onun təhlükə altında olan hakimiyyəti və şəxsi həyatı üçün təhdid daha da artacaq. İkinci bir tərəfdən mümkün sülh və Rusiyanın qalib gəlməsi Avropanın da maraqlarına uyğun deyil. Çünki Rusiyanın bu savaşdan qalib çıxması Avropa üçün təhlükəni artıracaq. Ona görə də bir çox Avropa dövləti savaşı uzatmağa və Rusiyanı daha çox zəiflətməyə çalışır. Son zamanlar Avropanın Ukraynaya dəstəyi qismən artırması da bu konteksdən qiymətləndirilməlidir".
Qeyd edək ki, istisna deyil ki, Avropa mümkün sülhə mane və atəşkəsə mane olmağa çalışacaq. Bunun üçün Ukraynadan istifadə olunması, genişmiqyası təxribatların baş verməsi gözləniləndir.
Aysel Əkbər Son.az
Martın 20-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Ramazan ayında ən çox verilən suallardan biri də səfərdə olan şəxslər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Niderland Krallığın

"Nvidia" şirkəti iri həcmli əməliyyatlara görə, o cümlədən s

"Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"ndakı dəyişikliyə

Martın 18-də Sənayeçilər və Sahibkarlar İttifaqının nümayəndələri i

Aktrisa Nəsrin Cavadzadə və aktyor sevgilisi Pamir Pekin çəkildikləri &quo

Donald Tramp administrasiyası ABŞ-ın 35-ci prezidenti Con Kennedinin öldür�

Sinoptiklərin məlumatına əsasən, hazırda ölkə ərazisində külək və y

Neftçala sakini hündürlükdən yıxılaraq ölüb.

Aktyorlar Demi Mur və Bryus Uillisin qızı Rumer ağır xəstə olan atasını

Ramazan ayında toy etmək dini baxımdan bəzi mülahizələrə əsasən mübah

Rusiya və MBD ölkələrində məşhurlaşan azərbaycanlı video bloger və i�

Heydər Əliyev Fondu jurnalist Azər Rəşidoğlunun müalicəsini nəzarətə
