Prezident İlham Əliyevin Suqovuşan və Həsənriz kəndinə səfəri Böyük Qayıdış prosesinin daha bir uğurlu mərhələsidir Azər Qarayev


Siyasət 19 Mar 2025 20:25:00 68 0

Prezident İlham Əliyevin Suqovuşan və Həsənriz kəndinə səfəri Böyük Qayıdış prosesinin daha bir uğurlu mərhələsidir  Azər Qarayev

Prezident İlham Əliyevin Ağdərə rayonunun Suqovuşan və Həsənriz kəndinə tarixi səfəri Böyük Qayıdış prosesinin daha bir uğurlu mərhələsidir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işləri Böyük Qayıdış proqramı çərçivəsində uğurla davam edir. Martın 18-də Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Ağdərə rayonunun Suqovuşan və Həsənriz kəndlərinə səfəri bu prosesin tam sürətlə davam etdiyinin göstəricisidir. Prezident İlham Əliyev Həsənriz kəndində çıxışı zamanı bu torpaqların azad olunmasının tarixi əhəmiyyətini vurğuladı: "Həsənrizin azad olunmasının təməli məhz İkinci Qarabağ müharibəsi zamanı qoyulmuşdur. O vaxt artıq Qarabağın böyük hissəsi işğalçılardan azad edilmişdir. İkinci Qarabağ müharibəsindən sonra bir neçə əməliyyat nəticəsində mövqelərimizi daha da yaxşılaşdırdıq ki, ən qısa müddət ərzində az itki verməklə bütün qalan yerləri də nəzarətə götürək". Dövlət başçısı Suqovuşan kəndində də çıxışı zamanı bu torpaqların azad edilməsinin önəmindən danışdı: "Bu kənd İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilmişdir. Bu, bizim birinci əhəmiyyətli uğurlarımızdan, hərbi qələbələrimizdən biri idi. Bildiyiniz kimi, 44 gün ərzində bizim Ordumuz, bütün Silahlı Qüvvələrimiz ancaq irəliyə gedirdi və hər bir kəndin, hər bir qəsəbənin azad olunması Ordumuza, bütün xalqımıza əlavə ruh verirdi. Özü də böyük yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malik idi. Suqovuşan kəndi birinci kənd idi ki, işğalçılardan azad edildi". Ağdərə rayonunun hər iki kəndinin işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin önəmli anlarından olmuşdu", - A.Qarayev bildirib.

Onun sözlərinə görə, Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir və artıq Ağdərə rayonunun müxtəlif kəndlərinə köçürülmə işləri həyata keçirilir. Bu isə onu göstərir ki, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin bərpasını ən yüksək səviyyədə və sürətlə reallaşdırır.

"Prezident İlham Əliyev Ağdərənin Suqovuşan kəndində yeni salınmış yaşayış kompleksinin açılışını da etdi. 370 nəfəri əhatə edən 90 ailə üçün nəzərdə tutulmuş bu yaşayış kompleksi Böyük Qayıdış proqramının praktiki nəticələrindən biridir. Prezident İlham Əliyev Suqovuşanda çıxışı zamanı vurğuladı ki, Suqovuşan kəndinin strateji əhəmiyyəti Vətən müharibəsində mühüm rol oynayıb. Bu kəndin azad edilməsi nəticəsində Azərbaycanın mövqeləri möhkəmləndirilib və sonrakı döyüşlərdə əhəmiyyətli üstünlük əldə olunub", - o bildirib.

A.Qarayev qeyd edib ki, Həsənriz kəndində Novruz tonqalının alovlandırması və Suqovuşanda yeni yaşayış kompleksinin istifadəyə verilməsi Böyük Qayıdış proqramının uğurla icra olunduğunu əyani şəkildə nümayiş etdirir. Bu mühüm addımlar, təkcə insanların doğma yurdlarına qayıdışı ilə məhdudlaşmır, həm də həmin ərazilərdə yeni həyatın qurulmasına xidmət edir.

"Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərini həyata keçirir. Artıq Füzuli, Şuşa, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Ağdamda mühüm infrastruktur layihələri reallaşdırılıb, müasir yollar, elektrik və su təchizatı xətləri, sosial obyektlər, məktəblər və xəstəxanalar inşa olunub. Ağdərə rayonunda, o cümlədən Suqovuşan və Həsənriz kəndlərində aparılan quruculuq işləri bu ümumi strategiyanın ayrılmaz tərkib hissəsidir. Yeni yaşayış kompleksləri, kəndlərin yenidən salınması və müasir standartlara cavab verən sosial infrastrukturun qurulması Böyük Qayıdış proqramının mərhələli şəkildə davam etdirildiyini göstərir. Azərbaycan dövləti və xalqı Qarabağı və Şərqi Zəngəzuru dirçəltmək əzmindədir. Bu torpaqlar qısa müddətdə çiçəklənən bölgələrə çevrilib və çiçəklənməyə davam edəcək. Dövlət tərəfindən həyata keçirilən strateji layihələr, "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyaları, dayanıqlı infrastruktur layihələri bu ərazilərin uzunmüddətli inkişafını təmin edir", - o bildirib.

Politoloq vurğulayıb ki, bütün bu proseslər Azərbaycan xalqının öz torpağına olan məhəbbətinin, dövlətin gücünün və liderliyin təntənəsidir.

"Böyük Qayıdış təkcə torpaqlara deyil, həm də ədalətə, tarixi haqqın bərpasına qayıdışdır. Bu gün isə artıq Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır, doğma yurdlara qayıdan insanlar üçün firavan və təhlükəsiz şərait yaradılır. Azərbaycan gələcəyə inamla baxır. Qarabağ və Şərqi Zəngəzur regionları tezliklə ölkənin ən inkişaf etmiş, modern və cazibədar bölgələrinə çevriləcəklər. Bu torpaqlar yalnız Azərbaycan üçün deyil, bütün region üçün sülh və əməkdaşlıq məkanına dönəcək", - o bildirib.

Putin: Rusiya hərbçiləri Kurskda Ukrayna ordusunun darmadağın edilməsini başa çatdırır like
  • 19 Mar 20:20  
Dünya Putin: Rusiya hərbçiləri Kurskda Ukrayna ordusunun darmadağın edilməsini başa çatdırır

Rusiya hərbçiləri Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin darmad

arrow Ətraflı
Rusiya Ukrayna müharibəsində sürpriz gözlənilir  TƏHLİL like
  • 19 Mar 20:16  
Siyasət Rusiya Ukrayna müharibəsində sürpriz gözlənilir TƏHLİL

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin tezliklə bitəcəyi

arrow Ətraflı
Meteohəssas insanlara hava XƏBƏRDARLIĞI like
  • 19 Mar 20:12  
Digərləri Meteohəssas insanlara hava XƏBƏRDARLIĞI

Martın 20-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Səfərdə olan şəxs oruc tuta bilərmi? like
  • 19 Mar 20:07  
Digərləri Səfərdə olan şəxs oruc tuta bilərmi?

Ramazan ayında ən çox verilən suallardan biri də səfərdə olan şəxslər

arrow Ətraflı
“Nvidia” süni intellektlə iş üçün supergüclü qrafik kartlarını təqdim edib like
  • 19 Mar 19:50  
Digərləri “Nvidia” süni intellektlə iş üçün supergüclü qrafik kartlarını təqdim edib

"Nvidia" şirkəti iri həcmli əməliyyatlara görə, o cümlədən s

arrow Ətraflı
Yatmağı çox sevən BÜRCLƏR like
  • 19 Mar 19:41  
Digərləri Yatmağı çox sevən BÜRCLƏR

Astroloqlar hansı bürclərin yatmağı sevdiyini açıqlayıblar. 

arrow Ətraflı
MİQdə iştirak edə biləcək qeyripedaqoji ixtisasların SİYAHISI like
  • 19 Mar 19:36  
Digərləri MİQdə iştirak edə biləcək qeyripedaqoji ixtisasların SİYAHISI

"Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"ndakı dəyişikliyə

arrow Ətraflı
Putinin danışıqlardakı şərti  Ukraynadan bunu TƏLƏB EDİR like
  • 19 Mar 19:29  
Dünya Putinin danışıqlardakı şərti Ukraynadan bunu TƏLƏB EDİR

Martın 18-də Sənayeçilər və Sahibkarlar İttifaqının nümayəndələri i

arrow Ətraflı
Nəsrin Cavadzadə sevgilisi ilə birgə oynadığı serialla vidalaşdı: "Bu axşam son dəfə..." like
  • 19 Mar 19:20  
Şou-biznes Nəsrin Cavadzadə sevgilisi ilə birgə oynadığı serialla vidalaşdı: "Bu axşam son dəfə..."

Aktrisa Nəsrin Cavadzadə və aktyor sevgilisi Pamir Pekin çəkildikləri &quo

arrow Ətraflı
Kennedini SSRİ öldürüb: məxfi materiallar ÜZƏ ÇIXDI like
  • 19 Mar 19:10  
Dünya Kennedini SSRİ öldürüb: məxfi materiallar ÜZƏ ÇIXDI

Donald Tramp administrasiyası ABŞ-ın 35-ci prezidenti Con Kennedinin öldür�

arrow Ətraflı
BDYPİ hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT ETDİ like
  • 19 Mar 19:03  
Digərləri BDYPİ hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT ETDİ

Sinoptiklərin məlumatına əsasən, hazırda ölkə ərazisində külək və y

arrow Ətraflı
Qonşunun antenasını düzəldən kişi yıxılıb öldü like
  • 19 Mar 18:57  
Digərləri Qonşunun antenasını düzəldən kişi yıxılıb öldü

Neftçala sakini hündürlükdən yıxılaraq ölüb.

arrow Ətraflı
Bryus Uillisin qızı ağır xəstə olan atasının vəziyyətindən danışıb like
  • 19 Mar 18:50  
Şou-biznes Bryus Uillisin qızı ağır xəstə olan atasının vəziyyətindən danışıb

Aktyorlar Demi Mur və Bryus Uillisin qızı Rumer ağır xəstə olan atasını

arrow Ətraflı
Ramazan ayında toy etmək olmaz? like
  • 19 Mar 18:43  
Digərləri Ramazan ayında toy etmək olmaz?

Ramazan ayında toy etmək dini baxımdan bəzi mülahizələrə əsasən mübah

arrow Ətraflı