Prezident Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4cü iclasının iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 17 Okt 2025 14:17:00 82 0
Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb.
Son.az xəbər verir ki, müraciətdə qeyd olunub:
"Hörmətli tədbir iştirakçıları!
Sizi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Asiya Mədəniyyət Şurasının "Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu" mövzusuna həsr olunmuş 4-cü iclasında ürəkdən salamlayıram.
Asiya qitəsi zəngin mədəni irsi, tarixi müxtəlifliyi və dinamik inkişaf potensialı ilə qlobal transformasiya proseslərini irəli aparmaq üçün geniş imkanlara malikdir. Bu coğrafiyanın xalqlarını təmsil edən siyasi partiyalar yalnız milli mədəni dəyərlərin qorunmasında deyil, həm də beynəlxalq əməkdaşlıq, qarşılıqlı hörmət və sivilizasiyalararası anlaşmanın təşviqində böyükrol oynayırlar.
ICAPP Asiya Mədəniyyət Şurası qitənin mədəniyyətlərarası dialoq potensialının üzə çıxarılmasında vacib platformadır. Asiya Mədəniyyət Şurasınınbudəfəki iclasının mərkəzi mövzusu bəşəriyyətin ən aktual prioritetləri ilə üst-üstə düşərək yeni qlobal nizamın humanist və inklüziv əsaslar üzərində qurulmasına xidmət edir.
Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu, mədəniyyətlərin, dinlərin və ənənələrin qarşılıqlı təsir mühitində formalaşdığı unikal bir məkan olmuşdur. Çoxmillətli və çoxkonfessiyalı ölkəmizin ictimai-siyasi inkişafında bütün dinlərin və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət, etimad və sülh şəraitində birgəyaşayışı mühüm rol oynamışdır. Multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması Azərbaycan cəmiyyətinin sosial-mədəni əsaslarının ayrılmaz tərkib hissəsidir və dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Azərbaycan eyni zamanda beynəlxalq müstəvidə müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri təşviq edir, sivilizasiyalararası dialoq zəminində davamlı olaraq bir sıra təşəbbüslər irəli sürür. Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyət vasitəsilə sülhün təşviqinə yönələn beynəlxalq təşəbbüsləri dəstəkləyən mühüm platformaya çevrilmişdir.
Müasir dövrdə bəşəriyyət dərin transformasiya mərhələsini yaşayır, mövcud qlobal nizam silahlı münaqişələr, ekoloji böhranlar və sosial-iqtisadi bərabərsizliklər kimi çoxşaxəli çağırışlar qarşısında sınağa çəkilir. Bu şəraitdə mədəniyyət insanları və cəmiyyətləri ali bəşəri dəyərlər ətrafında birləşdirən və sosial inteqrasiyanı təşviq edən əvəzsiz amil kimi çıxış edir. Milli ənənələrin qorunması ilə yanaşı, dialoqa və qarşılıqlı anlayışa açıq olmaq müasir beynəlxalq münasibətlərdə ortaq gələcəyin kollektiv şəkildə formalaşdırılmasını şərtləndirir. Beləliklə, mədəniyyət qlobal sabitliyə töhfə verən mühüm alətə çevrilir.
Keçən ilin noyabrında Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbiri keçirməsi ölkəmizin qlobal dialoq, əməkdaşlıq və konsensus mərkəzi kimi rolunu bir daha təsdiqlədi. İqlim dəyişikliyi ilə mübarizə bəşəriyyətin ortaq səylərini tələb etdiyi kimi, beynəlxalq sülhün, mədəni qarşılıqlı anlaşmanın və qlobal həmrəyliyin qorunması da eyni miqyasda kollektiv öhdəlik zərurətini ortaya qoyur. Hər iki çağırış ölkələri qlobal məsuliyyət və kollektiv öhdəlik prinsipləri əsasında tədbirlər görməyə sövq edir.
Əminəm ki, Şuranın ölkəmizdə təşkil edilən 4-cü iclası Asiyada və onun hüdudlarından kənarda xalqlar arasında dialoq ənənələrinin daha da möhkəmlənməsinə, eləcə də qlobal mədəni inteqrasiyaya yeni təkan verəcəkdir.
İnanıram ki, bu iclasda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar qlobal dialoqu zənginləşdirərək beynəlxalq ictimaiyyətə həmrəylik və birlik mesajını çatdıracaq, xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəkdir.
Sizə ən xoş diləklərimi çatdırır və tədbirin işinə uğurlar arzulayıram".
Azərbaycanda işə düzəlmək istəyən 35 yaşlı kişi dəhşətli faktla

Oktyabrın 16-da axşam Miçiqan ştatının Bath Township şəhərində təyyar

Mavi zonalar - Okinava (Yaponiya), Sardiniya (İtaliya), Nikoya yarımadası (Ko

"Azpulmat" bank olmayan kredit təşkilatının əməkdaşı borcu öd

"Mango" markasının təsisçisi İsak Andiçin ölümünə dair yeni

Bu gün paytaxtın Binəqədi rayonu 9-cu mikrorayon ərazisində avtomobil yold

Müğənni Müjgan Ayxan paylaşımı ilə marağa səbəb olub.

Azərbaycan idmanında sosial məsuliyyət istiqamətində mühüm addım atıl�

Moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınması tələb oluna

Bəzi sənədlər sadəcə mühasibat uçotunun çərçivəsindən çıxır və

Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın pilotsuz uçan aparatl

Ölkə ərazisində müşahidə olunan yağışlı və tutqun hava şəraiti bir

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

Oktyabrın 17-nə keçən gecə Günəşdə daha əvvəl müşahidə olunmuş M

Rusiya ilə ABŞ arasında tunel tikintisi perspektivi mövcuddur.
