Yağışlı havada özümüzü niyə üzgün hiss edirik? AÇIQLAMA
Digərləri 17 Okt 2025 12:43:00 67 0
Ölkə ərazisində müşahidə olunan yağışlı və tutqun hava şəraiti bir çox insanın əhval-ruhiyyəsinə mənfi təsir edib. İnsanların bəziləri özlərini daha halsız, ruhsuz və kefsiz hiss etdiklərini bildirirlər.
Bu xəbəri də oxu: Əhaliyə oktyabrın 17si ilə bağlı
Bəs bu halın səbəbi nədir?
Son.az xəbər verir ki, mütəxəssislərin fikrincə, yağışlı və günəşsiz havalarda insan beynindəki bəzi bioloji mexanizmlər dəyişir.
Günəş işığının azalması serotonin hormonunun, yəni "xoşbəxtlik hormonu"nun səviyyəsini aşağı salır. Bu da insanların əhvalına birbaşa təsir edir.
Günəş işığı beyində əhval-ruhiyyəni tənzimləyən hormonların fəaliyyətini stimullaşdırır. Yağışlı havalarda isə bu proses zəifləyir, nəticədə insan özünü daha yorğun və enerjisiz hiss edir.
Eyni zamanda, hava buludlu olduqda melatonin hormonunun, yəni yuxululuq və rahatlıq hissi yaradan maddənin ifrazı artır. Bu səbəbdən yağışlı günlərdə insan daha çox yatmaq istəyir, motivasiyası azalır.
Həkim-nevroloq Elçin Qasımov isə atmosfer təzyiqinin dəyişməsi ilə bağlı bədən reaksiyalarına diqqət çəkir: "Belə havalarda bəzi insanlarda baş ağrısı, əzələ ağrıları və ümumi narahatlıq müşahidə olunur. Bu da həm fiziki, həm də psixoloji diskomfort yarada bilər".
Sosioloqlar isə qeyd edirlər ki, insanlar yağışlı günlərdə daha az sosial fəaliyyət göstərir, evdə qalmağa üstünlük verirlər. Bu da passivliyə və bəzən depressiv əhvalın yaranmasına gətirib çıxara bilər.
Mütəxəssislər belə halların qarşısını almaq mümkün olduqca açıq havada vaxt keçirmək, fiziki aktivliyi azaltmamaq, ev şəraitində işıqlı mühit yaratmaq və sosial ünsiyyəti qorumaq tövsiyə edirlər.
Aysel Əkbər Son.az
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

Oktyabrın 17-nə keçən gecə Günəşdə daha əvvəl müşahidə olunmuş M

Rusiya ilə ABŞ arasında tunel tikintisi perspektivi mövcuddur.

Yasamal rayonunda ötən gün baş verən silahlı insidentlə bağlı iki nəf�

Xalq artisti, aktrisa Fatma Mahmudovanın müğənni qızı Sevda paytaxt məka

Dünyaca məşhur pianoçu və bəstəkar Fazil Say üçüncü dəfə ailə quru

Son illərdə boşanmalardan sonra qadınlara qarşı zorakılıq və cinayət h

Sumqayıtda parkda kişi meyiti aşkarlanıb.

"Azərsun Holdinq" jurnalistlər üçün Qafqaz Konserv zavoduna media

Qərbi Kaspi Universitetində jurnalistlərlə görüş keçirilib.

Milli Məclis Müstəqilliyin Bərpası Günü münasibətilə Prezident İlham

Müğənni Zenfira İbrahimova son görünüşü ilə sosial şəbəkələrdə g

"Son 10 ildə Azərbaycanda iqlim risklərinin miqyası kəskin artıb"

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand

Quba rayonunun Qonaqkənd qəsəbəsində ayı hücumu qeydə alınıb.
