Mopedlər dövlət qeydiyyatına alınacaq Sürücülük vəsiqəsi tələb olunacaq
Digərləri 17 Okt 2025 13:06:00 79 0
Moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınması tələb olunacaq və mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürüləcək.
Bu xəbəri də oxu: Azərbaycan və Çin həkimləri tarixi əməliyyat keçiriblər
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, moped kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla elektrik mühərriki olan və ya iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir.
Bu qanunun 27, 29, 33, 34 və 37-ci maddələrinin tələbləri istisna olmaqla asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulacaq.
Həmçinin, Azərbaycan ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları, habelə mopedlər bu qanunla və bu qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınacaq.
Bundan əlavə, Azərbaycan ərazisindəki yollarda mopedi idarəetmə hüququ "A1" kateqoriyalı sürücülük vəsiqəsi əsasında həyata keçiriləcək.
Bundan əlavə, asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri (mopedlər istisna olmaqla) yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər.
Bəzi sənədlər sadəcə mühasibat uçotunun çərçivəsindən çıxır və

Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın pilotsuz uçan aparatl

Ölkə ərazisində müşahidə olunan yağışlı və tutqun hava şəraiti bir

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

Oktyabrın 17-nə keçən gecə Günəşdə daha əvvəl müşahidə olunmuş M

Rusiya ilə ABŞ arasında tunel tikintisi perspektivi mövcuddur.

Yasamal rayonunda ötən gün baş verən silahlı insidentlə bağlı iki nəf�

Xalq artisti, aktrisa Fatma Mahmudovanın müğənni qızı Sevda paytaxt məka

Dünyaca məşhur pianoçu və bəstəkar Fazil Say üçüncü dəfə ailə quru

Son illərdə boşanmalardan sonra qadınlara qarşı zorakılıq və cinayət h

Sumqayıtda parkda kişi meyiti aşkarlanıb.

"Azərsun Holdinq" jurnalistlər üçün Qafqaz Konserv zavoduna media

Qərbi Kaspi Universitetində jurnalistlərlə görüş keçirilib.

Milli Məclis Müstəqilliyin Bərpası Günü münasibətilə Prezident İlham

Müğənni Zenfira İbrahimova son görünüşü ilə sosial şəbəkələrdə g
