Şokolad yumurtasında oyuncaq fikri ilk dəfə Rusiyada yaranıb: Kindersürprizin tarixi
Digərləri 18 Mar 2025 07:01:00 62 0
Şokolad yumurtanın içində gizli oyuncaq ideyası əslində Avropada deyil, məhz Rusiyada yaranıb. XIX əsrdə yaşamış Aleksey Abrikosovun beyninə gələn bu maraqlı fikir dünya miqyasında məşhurlaşan kinder-sürprizin əsasını təşkil edib.
Son.az xəbər verir ki, bu barədə marketoloq Elnur Salehov məlumat paylaşıb:
"Aleksey Abrikosovun atası Stepan Abrikosov əvvəllər sadə bir kəndli idi. Lakin zamanla azadlıq əldə edib Moskvada kiçik bir şirniyyat dükanı açmışdı. Nəvə Aleksey isə bununla kifayətlənmədi və işini böyütmək, daha çox insana öz şirniyyatlarını tanıtmaq istəyirdi. O, daim yeni şokolad və konfet növləri üzərində işləyir və fərqli ideyalar düşünürdü.
Bir gün ağlına şokolad yumurtanın içində kiçik bir sürpriz gizlətmək fikri gəldi. Bu sürpriz, adi şəkil, kağızdan oyuncaq və ya açıqca ola bilərdi. Uşaqlar bu ideyanı çox sevdi və hər dəfə şokolad yumurtasını açanda içindən nə çıxacağını maraqla gözlədilər.
Abrikosovlar bu ideyanı təkcə yumurtalarla məhdudlaşmadılar, həmçinin şirniyyatlarının hamısına tətbiq edərək konfet qutularına gözəl açıqçalar və kağız oyuncaqlar qoymağa başladılar. Qutuların dizaynı isə dövrün ən yaxşı rəssamları tərəfindən hazırlanırdı. Bu, sadəcə dadlı deyil, həm də əyləncəli bir hədiyyəyə çevrildi.
Daha sonra Abrikosovlar şokoladdan dovşan və Şaxta Baba fiqurları hazırlayan ilk insanlar oldular. Lakin XX əsrin əvvəllərində Rusiya inqilabları başladıqdan sonra, 1917-ci ildən sonra Abrikosov ailəsinin fabriki dövlət tərəfindən əlindən alındı və biznes hökumətin nəzarətinə keçdi. Fabrikin adı dəyişdirilərək "Babaevskiy" olaraq qaldı".
Beləliklə, balaca bir ailə biznesi zamanla bütün dünyanın tanıdığı bir markaya çevrildi. Kinder-sürprizin tarixi isə məhz bu qədim Rusiya markasına dayanır.
Asya Son.az
Lənkəran stansiyasından 19 km Şimalda, Lənkəran rayonunda 3.5 maqnitudalı

2024-cü ilin yekunlarına görə, ən çox silah ixrac edən ölkələrin reyti

Əməkdar artist Ceyhun İsmayılov maraqlı açıqlaması ilə diqqət çəkib.

Polşalı alimlərin apardığı araşdırmaya görə, evli kişilərin piylənm

Qoxulu zibil qutusu hətta ən bacarıqlı evdar qadınları belə narahat edə

Aparıcı-aktyor İlkin Həsəni və influenser xanımı Aysel Həsəni qızlar�

Yuxu sahibinin həyatında bəzi mənfiliklərlə qarşılaşacağına və iş h

Mətbəx hər gün istifadə etdiyimiz, sağlamlığımızı və qidalanmamızı

Hamiləlik dövrü həm ana, həm də körpə üçün ən vacib və həssas döv

Damarların təmizliyi ürək-damar sağlamlığı üçün çox vacibdir. Düzg�

Özbəkistan Respublikasında əhalinin 2025-ci il yanvarın 1-nə qeydə alınm

ABŞ Prezidenti Donald Tramp husi hücumlarının arxasında İranın olduğunu

Türkiyənin məşhur rəqqasəsi Tanyeli dünyasını dəyişib.

"Ana müxalifətə nəzər saldıqca demokratiyamızı zəhərləyən zər�

83 yaşlı qadın qəbiristanlıqda dünyasını dəyişib.
