Bakıda ata qonşuların sözü ilə qızını bıçaqladı: "Ailəmizi ləkələmə!"


Kriminal 17 Mar 2025 23:44:00 68 0

Bakıda ata qonşuların sözü ilə qızını bıçaqladı: "Ailəmizi ləkələmə!"

2024-cü il fevralın 9-da Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində ata qızını bıçaqlayır. Polis və prokurorluq əməkdaşlarının ilkin araşdırması zamanı məlum olur ki, hadisə "Qobu Park 2 " yaşayış kompleksində baş verib.

Hadisədən sonra 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Zəngilan rayon sakini 1958-ci il təvəllüdlü Rəfail Cavadov saxlanılıb.   Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.   İstintaqla müəyyən edilib ki, fevralın 9-da Rəfail Cavadov evində olan zaman qonşusu Mirəli Quliyev onu söhbət etmək üçün çölə çağırıb. Söhbət zamanı qızının əxlaqsız həyat tərzi keçirməsini bildirib. Buna görə Rəfail Cavadov övladını öldürmək qərarına gəlib. Bu məqsədlə mətbəxdən məişət təyinatlı bıçağı götürərək, dəhlizdə dayanmış Rəna Cavadovaya yaxınlaşıb. Arvadının gözləri qarşısında qızının bədəninin müxtəlif nahiyyələrinə ümumilikdə 5 dəfə zərbə endirib. Yaranmış səs-küyə evə daxil olan qonşusu Mətanət Məmmədova arxadan tutub saxlayaraq, Rəfailin cinayətkar əməlinin qarşısını alıb. Nəticədə Rəna Cavadova ölümdən xilas olub.

Hadisə olan blok   İş üzrə dindirilmiş Rəfail Cavadov bildirib ki, fevralın 8-də onunla eyni kompleksdə yaşayan Mirəli Quliyev qızı Rənanın adını bilmədiyi kişi ilə münasibət qurduğunu deyib:

"Qonşum mobil telefonundakı qızımın şəklini və ismarıcları "Whatsapp" tətbiqi vasitəsi ilə mənim telefonuma göndərmişdi. Növbəti gün Rəna ilə söhbət edib ailəmizin adını ləkələməməsini bildirdim. Əks halda onu öldürəcəyimi dedim. Qızım pis yolda olmadığını və barəsində deyilənlərin yalan olmasını qeyd etdi. Ayın 9-u saat 21 radələrində evdə olanda qapı döyüldü. Qapını açan yoldaşım Mirəlinin məni çölə çağırdığını dedi. Qonşum yenidən qızımın əxlaqsız həyat tərzi keçirdiyini və məndən polisə şikayət etdiyini söylədi. Cavab olaraq məsələni qısa müddətdə həll edəcəyimi deyərək, içəri keçdim. Mətbəx bıçağı ilə dəhlizdə dayanan qızıma yaxınlaşdım. Saçından tutaraq, sağ əlimlə bədəninə ardıcıl zərbələr vurdum. Mətanət adlı qonşumuz araya girdiyindən Rənanı buraxdım və çölə çıxdım. Bundan sonra Təcili Tibbi Yardım briqadası qızımı xəstəxanaya apardı".

İstintaqın gedişatında keçirilmiş üzləşdirmə protokollarından görünüb ki, Mirəli Quliyev yalan ifadələr verib. O bildirib ki, guya hadisə günü Rəfail Cavadovla qapının qarşısında mübahisə etməyib, həmin vaxt Xırdalan şəhərində xalasıgildə olub və  onun mobil telefonuna qızının fotoşəkillərini göndərməyib. Amma şahidlər Nariyə Məmmədova və Reyhan Vəliyevanın ifadələrinə əsasən, Rəfail Cavadov məhz Mirəli Quliyevin və Ərkinaz Quliyevanın övladı haqqında söylədikləri böhtan xarakterli sözlərdən sonra, evə daxil olaraq, ağır cinayət törədib.   Məhkəmə iclasında Rəfail Cavadov ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, istintaqda adından yazılan ifadəni oxumadan imzalayıb. Övladını öldürmək niyyəti olmayıb, onu cəzalandırmaq istəyib.

Zərərçəkmiş Rəna Cavadova ifadəsində göstərib ki, 6 il ailəli olub, sonra isə ərindən ayrılıb, övladı yoxdur:

"Qonşularımız Ərkinaz Quliyeva və onun oğlu Mirəlinin bizimlə şəxsi qərəzlikləri olub, ailəmizin, əsasən də mənim adıma nalayiq ifadələr işlədiblər. Atama mənim haqqımda yalan məlumatlar verib. Mirəli mobil telefonumu oğurlayıb və mənə məxsus məlumatları əldə keçirib. "İnstagram" hesabımdakı şəkillərimi paylaşıb məni rüsvay edəcəyini deyərək, hədə-qorxu gəlirdi. Heç vaxt, heç kimə əxlaqsız fotoşəkillərimi göndərməmişəm. Mirəlinin anası məni şərləyib, oğlundan uzaq durmağımı tələb edirdi. Fevralın 9-da işdən evə gələndə, qapımızın qarşısında atamın Mirəli ilə mübahisə etdiyini gördüm, səs-küyə qonşularımız da çıxdı. Bundan sonra atam əsəbi halda bıçaqla mənə xəsarətlər yetirdi".

Rəna Cavadova əlavə edib ki, atasına qarşı şikayəti və tələbi yoxdur.   Şahid Mətanət Məmmədova bildirib ki, fevralın 9-u saat 21 radələrində yaşadıqları mərtəbədə mübahisə səsləri eşidib, çölə çıxıb:

"Mirəli ilə anası yüksək səslə Rəfail Cavadova qızı Rənanın müxtəlif şəxslərlə gəzdiyini və mobil telefonda açıq-saçıq şəkilləri olmasını deyirdilər. Rəna çölə çıxmasa da, içəridən atasına onların böhtan atdıqlarını, Mirəlinin özünün onun telefonuna əxlaqsız fotoları atdığını deyirdi. Rəfail qonşuların yanında biabır olduğunu söyləyərək, əsəbi halda evə keçib. Arxasınca içəri girəndə Rəfailin Rənaya bıçaqla zərbələr vurduğunu gördüm. Rəfaili arxadan qucaqlayıb, kənarlaşdıranda o, bıçağı yerə atıb qışqırdı. Mən və digər qonşular yaralanan qıza kömək edərək, təcili yardıma məlumat verdik".

Məhkəmə Rəfail Cavadova Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini əsaslı hesab edib.   Bakı Ağır Cinayətlər Məhkəməsnin hökmü ilə Rəfail Cavadov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Son.az

“ABŞ Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır” like
  • 17 Mar 23:39  
Dünya “ABŞ Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır”

"ABŞ Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır".

arrow Ətraflı
Ölkədə doğulanların sayı ARTDI like
  • 17 Mar 23:30  
Digərləri Ölkədə doğulanların sayı ARTDI

Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbə

arrow Ətraflı
Ukrayna sülhlə bağlı şərtlərini açıqladı  Güzəşt olmayacaq like
  • 17 Mar 23:19  
Dünya Ukrayna sülhlə bağlı şərtlərini açıqladı Güzəşt olmayacaq

Ukrayna Ali Radasının Xarici Siyasət Komitəsinin sədri Oleksandr Merejko Ki

arrow Ətraflı
"Dedi ki, qələt eləmisən, sən kimsən məni parodiya edirsən?" like
  • 17 Mar 23:10  
Şou-biznes "Dedi ki, qələt eləmisən, sən kimsən məni parodiya edirsən?"

Aktyor Müşviq Şahverdiyev mərhum Xalq artisti İlhamə Quliyevanı parodiya

arrow Ətraflı
Yeni körpü tikilir: Sürücülər narazıdırlar  Tıxac və qəzalar qaçılmaz olacaq like
  • 17 Mar 22:58  
Digərləri Yeni körpü tikilir: Sürücülər narazıdırlar Tıxac və qəzalar qaçılmaz olacaq

Abşeronla Sumqayıtı birləşdirən Saray körpüsündə tikinti işləri yeku

arrow Ətraflı
Bakıda bəzi ərazilərdə suyun verilişi like
  • 17 Mar 22:47  
Digərləri Bakıda bəzi ərazilərdə suyun verilişi

Bakının Yasamal rayonunda suyun verilişində fasilələr yaranıb.

arrow Ətraflı
Aİ missiyasının Azərbaycan sərhədi yaxınlığında yeni görüntüləri like
  • 17 Mar 22:37  
Siyasət Aİ missiyasının Azərbaycan sərhədi yaxınlığında yeni görüntüləri

Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhədində yerləşd

arrow Ətraflı
Mövqelərimiz gün ərzində dəfələrlə atəşə tutuldu like
  • 17 Mar 22:30  
Digərləri Mövqelərimiz gün ərzində dəfələrlə atəşə tutuldu

Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tut

arrow Ətraflı
Şəkidə məktəbliyə qarşı sinif yoldaşlarından amansız hərəkət like
  • 17 Mar 22:28  
Kriminal Şəkidə məktəbliyə qarşı sinif yoldaşlarından amansız hərəkət

Şəkidə məktəblilər arasında dava birinin xəsarət alması ilə nəticəl

arrow Ətraflı
Əmri o, veribmiş...  “Hədəfdən yayınma ehtimalı 510 metr idi” like
  • 17 Mar 22:15  
Siyasət Əmri o, veribmiş... “Hədəfdən yayınma ehtimalı 510 metr idi”

Xəbər verdiyimiz kimi, Azərbaycana qarşı çoxsaylı cinayətlər törətmə

arrow Ətraflı
Bu sürücülərin cəriməsi ləğv olunacaq like
  • 17 Mar 22:00  
Digərləri Bu sürücülərin cəriməsi ləğv olunacaq

Təcili tibbi yardım maşınına yol verən sürücülərin radar tərəfindən

arrow Ətraflı
3 BÜRCün axır ki, qənaət dərdi olmayacaq  bu həftə pul özü sizi tapacaq like
  • 17 Mar 21:42  
Digərləri 3 BÜRCün axır ki, qənaət dərdi olmayacaq bu həftə pul özü sizi tapacaq

Bürcün bəzi əlamətləri üçün bu həftə maliyyə artımı, uğurlu sövd

arrow Ətraflı
Müəllimi maşınla vurub öldürən taksi sürücüsü bu cəzanı aldı   FOTO like
  • 17 Mar 21:32  
Kriminal Müəllimi maşınla vurub öldürən taksi sürücüsü bu cəzanı aldı FOTO

Paytaxtın Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəza

arrow Ətraflı
"Yazıblar ki, orada insulin satılıb. Mən insulin satanam?" like
  • 17 Mar 21:23  
Digərləri "Yazıblar ki, orada insulin satılıb. Mən insulin satanam?"

Respublika Endokrinoloji Mərkəzində əməliyyat inzibati işlər üzrə direk

arrow Ətraflı
Şəhərlərimizi raketlərlə vuranlar indi yalan danışır like
  • 17 Mar 21:15  
Siyasət Şəhərlərimizi raketlərlə vuranlar indi yalan danışır

Müharibə dinc şəhərlərin üzərinə çökəndə, bu artıq cəbhə xəttin

arrow Ətraflı