Əmri o, veribmiş... “Hədəfdən yayınma ehtimalı 510 metr idi”
Siyasət 17 Mar 2025 22:15:00 76 0
Xəbər verdiyimiz kimi, Azərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 17-də davam etdirilib.
Bu xəbəri də oxu: Şəhərlərimizi raketlərlə vuranlar indi yalan danışır
Son.az AZƏRTAC-a istinadən bildirir ki, budəfəki məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyana dövlət ittihamını müdafiə edən prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri və müdafiəçiləri tərəfindən suallar verilib.
Levon Mnatsakanyan deyib ki, Azərbaycanın işğal edilmiş ərazilərində "İskəndər M", "Toçka U" və "Smerç" silahları olmayıb.
Bundan başqa, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavab verən Mnatsakanyan qondarma rejimin "müdafiə naziri" olduğu vaxt, ondan əvvəl və sonra işğal altındakı ərazilərdə bu silahları görmədiyini bildirib.
O, Gəncə, Bərdə və digər ərazilərdə dinc əhalinin raket atəşinə tutulması barədə əmrin kim tərəfindən verilməsi barədə də prokurorların suallarını cavablandırıb və deyib ki, bu cür atəşlərin açılması üçün əmri Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi verə bilərdi. "Baş qərargah rəisi əgər əmr verə bilirsə, əmri verməzdən əvvəl ölkə rəhbərliyində kiminlə razılaşdırmalı idi?" sualına isə L.Mnatsakanyan "Müharibə zamanı baş qərargah rəisi bir nəfərə tabe olur, ölkənin rəhbərinə".
"Ölkənin rəhbəri deyəndə Ermənistanda kim nəzərdə tutulur?" sualına isə təqsirləndirilən şəxs "Ermənistanda Baş nazirdir. Həmin vaxt baş qərargah rəisi Onik Qadparyan, baş nazir isə Nikol Paşinyan idi" cavabını verib.
O, həmin raketlərin hədəfdən yayınma ehtimalının təxminən 5-10 metr olduğunu deyib. Prokurorun "Sizcə, 44 günlük müharibə zamanı Gəncə, Bərdə və digər ərazilərdə mülki insanların öldürülməsi raketlərin hədəfdən yayınması nəticəsində olub, yoxsa hədəflər qəsdən seçilib?" sualına isə belə cavab verib: "Bir neçə dəfə olubsa, aydın məsələdir ki, nədir. Bir dəfədirsə, təsadüfdür, bir neçə dəfədirsə, təsadüf deyil... Bilmirəm" Son.az
Təcili tibbi yardım maşınına yol verən sürücülərin radar tərəfindən

Bürcün bəzi əlamətləri üçün bu həftə maliyyə artımı, uğurlu sövd

Paytaxtın Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəza

Respublika Endokrinoloji Mərkəzində əməliyyat inzibati işlər üzrə direk

Müharibə dinc şəhərlərin üzərinə çökəndə, bu artıq cəbhə xəttin

Müğənni Vaqif Şıxəliyev qalmaqallı açıqlama edib.

2025-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 6737.6 milyon manat

Bakı Sağlamlıq Mərkəzinin anestezioloq - reanimatoloqu həkim, Nicavat Qaff

Əməkdar artist Nüşabə Ələsgərli ilk dəfə nəvəsini göstərib.

Tehranda yaşayan azərbaycanlı yazıçı, tədqiqatçı və media fəalı Əkb

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

2025-ci ilin yanvar ayınd xaricdən Azərbaycana 6906 ədəd minik avtomobili g

ABŞ və İsrail fələstinlilərin Qəzza zolağından Suriyaya köçürülməs
