Levon Mnatsakanyan: Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi


Kriminal 17 Mar 2025 20:28:00 78 0

Levon Mnatsakanyan: Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 17-də davam etdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

Məhkəmənin baxış iclasında təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Budəfəki məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyana dövlət ittihamını müdafiə edən prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri və müdafiəçiləri tərəfindən suallar verilib.

Təqsirləndirilən şəxs ona cinayətkar birliyin tərkibində funksiya və vəzifələr, Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində hakimiyyətin zorla ələ keçirilməsi, o cümlədən Ermənistanın rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərmiş qondarma rejimdə hərbi birləşmələr və "ordu"nun fəaliyyəti, hərbi xidmətkeçmə qaydaları, işğal altındakı ərazilərə silahların danışması və yerləşdirilməsi, qondarma rejimin "ordusu"nda "rütbələr"in verilməsi, "vəzifələr"ə təyinatların aparılması və "vəzifə"dən çıxarma, "ştat vahidləri"nin təsdiqi, maliyyənin ayrılması, Qarabağdakı hərbi qulluqçulara "əməkhaqqı"nın ödənilməsi, hərbi təlimlərin və toplanışların keçirilməsi, hərbi qulluqçuların məsuliyyət məsələlərinin həlli, həmin proseslərdə Ermənistan dövlətinin, onun dövlət qurumlarının, silahlı qüvvələrinin, yüksəkvəzifəli şəxslərinin rolu və iştirakına dair suallar ünvanlanıb.

Təqsirləndirilən şəxs Levon Mnatsakanyan Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavab verərkən Qarabağda hərbi xidmətə 1992-ci ildə başladığını və həmin il oktyabrın 2-də döyüşlərdə yaralandığını, 1993-cü ildən 2012-ci ilədək qondarma qurumun "ordusu"nda hərbi xidmətini müxtəlif vəzifələrdə davam etdirdiyini, sonra isə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini təyin olunduğunu bildirib. 2015-ci ildə həmin vəzifədə çalışan təqsirləndirilən şəxs vaxtilə işğal edilmiş ərazilərdə mövcud olmuş qondarma rejimin "müdafiə naziri" - "ordu komandanı" "vəzifəsi"nə təyin olunduğunu deyib. Bildirib ki, sonradan Ermənistanın müdafiə naziri təyin olunan Seyran Ohanyan da əvvəlcə qondarma rejimdə müxtəlif "vəzifələr" tutub. "Qarabağdakı "vəzifələr"dən əvvəl isə o, 366-cı alayda tabor komandiri olub", - deyə Levon Mnatsakanyan əlavə edib.

O etiraf edib ki, qondarma rejimin "ordusu"nda yüksək vəzifələrə təyinatlarla bağlı qərarlar Ermənistanda verilib. Polkovnik-leytenant və daha yuxarı rütbələr üzrə vəzifələrin təyinatını Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, müdafiə naziri və prezidenti edib. "Mən isə "ordu"nun "komandiri" kimi mayor daxil olmaqla, ondan aşağı vəzifələrə təyin edə, mayora qədər rütbə verə bilərdim", - deyə o bildirib.

Təqsirləndirilən şəxs əlavə edib ki, qondarma rejimin "ordusu"nun maliyyə məsələləri Ermənistanın Müdafiə Nazirliyi, silah-sursat isə tam olaraq Ermənistan silahlı qüvvələri tərəfindən təmin edilirdi. O, daha sonra deyib: "Bizdə təchizat xidməti var idi. Təchizat xidməti qəbul edirdi, sonra hər bölməyə təqdim olunurdu. Yəni, silah-sursat təminatı Ermənistanın Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi".

Levon Mnatsakanyan Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında bildirib ki, 2015-ci ilin iyun ayında onu qondarma rejimin "müdafiə naziri" - "ordu"nun "komandanı" vəzifəsinə Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyan təyin edib.

Təqsirləndirilən şəxs bildirib ki, əvvəlcə Ermənistanın müdafiə naziri Seyran Ohanyan onun bu "vəzifə"yə "təyin olunması" barədə təqdimat verib, S.Sarkisyan isə onu təsdiqləyib.

Mnatsakanyanın sözlərinə görə, S.Sarkisyan təyinatla bağlı onu qəbul edib. "Görüş zamanı mənə dedi ki, bu, çox önəmli vəzifədir", - deyə təqsirləndirilən şəxs əlavə edib.

Xatırladaq ki, 2015-ci ildə qondarma rejimin yaydığı "rəsmi məlumat"a görə, Levon Mnatsakanyanı "müdafiə naziri" "vəzifəsi"nə guya ovaxtkı "prezident" Bako Sahakyan təyin edib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən təqsirləndirilən şəxs Levon Mnatsakanyan bildirib ki, işğal olunmuş ərazilərdə hərbi xidmət etmiş erməni sakinlər və Ermənistan Respublikasının vətəndaşlarının törətdikləri hərbi cinayətlərin təhqiqatını Ermənistanın Hərbi Polisi, ibtidai istintaqını isə Ermənistanın Hərbi Prokurorluğu aparıb.

O, işğal edilmiş ərazilərdə "Ermənistan Respublikasının Xankəndi hərbi polis bölməsi" adlı qurumun fəaliyyət göstərməsinə isə "Eyni ordunun bölməsi olduğuna görə belə bir qurum var idi" cavabını verib.

Mnatsakanyan daha sonra cinayət işlərinə Ermənistan ərazisində yerləşən Sünik hərbi məhkəməsində baxıldığını deyib.

Dövlət ittihamçısı Fuad Musayevin də suallarını cavablandıran təqsirləndirilən şəxs vurğulayıb ki, hərbi struktur eyni olduğundan hərbi qulluqçular tərəfindən xidmət etdikləri müddət ərzində törətdikləri hərbi cinayətlər işğal altındakı ərazilərdə erməni sakin, yaxud Ermənistan vətəndaşı olmasından asılı olmayaraq, Ermənistandakı analoji cinayətlər kimi eyni statusla araşdırılıb və qərar verilib.

Levon Mnatsakanyan bildirib ki, hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Azərbaycanın işğal olunmuş ərazilərində müddətli hərbi xidmətə göndərilib.

O, ildə iki dəfə hərbi çağırış olduğunu, hər çağırış zamanı 3500-4000 Ermənistan vətəndaşının işğal edilmiş ərazilərə gətirildiyini deyib.

Onun sözlərinə görə, qondarma rejimin "ordusu"nda xidmət edənlərin təxminən 70 faizi Ermənistan vətəndaşları, digər 30 faizi isə işğal edilmiş ərazilərdə yaşayan erməni sakinlər olub.

Təqsirləndirilən şəxs daha sonra qeyd edib: "Xidmət zamanı onların arasında fərq qoyulmurdu, onlar eyni komandanlığa tabe olurdular və hərbi geyimləri də eyni idi".

2 ayda Azərbaycana bu sayda maşın GƏTİRİLİB like
  • 17 Mar 20:19  
Digərləri 2 ayda Azərbaycana bu sayda maşın GƏTİRİLİB

2025-ci ilin yanvar ayınd xaricdən Azərbaycana 6906 ədəd minik avtomobili g

arrow Ətraflı
Tramp fələstinlilərin köçürülməsi üçün yeni ölkə TAPDI like
  • 17 Mar 20:18  
Dünya Tramp fələstinlilərin köçürülməsi üçün yeni ölkə TAPDI

ABŞ və İsrail fələstinlilərin Qəzza zolağından Suriyaya köçürülməs

arrow Ətraflı
Tural Kərimova vəzifə verildi like
  • 17 Mar 20:07  
Digərləri Tural Kərimova vəzifə verildi

Mingəçevir Regional Turizm İdarəsinə yeni təyinat olub.

arrow Ətraflı
Eyyub Əliyevə yeni VƏZİFƏ VERİLDİ like
  • 17 Mar 19:48  
Digərləri Eyyub Əliyevə yeni VƏZİFƏ VERİLDİ

14 martda Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ümumi topl

arrow Ətraflı
Külli miqdarda mənimsədə təqsirləndirilən keçmiş məmurlara like
  • 17 Mar 19:43  
Kriminal Külli miqdarda mənimsədə təqsirləndirilən keçmiş məmurlara

Külli miqdarda mənimsəmədə ittiham olunan ləğv edilmiş Meliorasiya və S

arrow Ətraflı
"Bu gün onu hamı başa düşürsə, deməli, o, ŞAİR DEYİL" like
  • 17 Mar 19:38  
Digərləri "Bu gün onu hamı başa düşürsə, deməli, o, ŞAİR DEYİL"

Bu gün müasir Azərbaycan şairlərini hamı başa düşürsə, deməli, o, ş

arrow Ətraflı
Bakıda 48 kmlik yeni avtobus zolağı çəkiləcək like
  • 17 Mar 19:35  
Digərləri Bakıda 48 kmlik yeni avtobus zolağı çəkiləcək

Son zamanlar Bakıda ictimai nəqliyyatın inkişafı üçün müxtəlif addıml

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 17 Mar 19:34  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin Muğla vilayətində zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Əməkdar artist oğullarının məzarı başınada – Duyğusal ANLAR  VİDEO like
  • 17 Mar 19:27  
Şou-biznes Əməkdar artist oğullarının məzarı başınada – Duyğusal ANLAR VİDEO

Əməkdar artist Rəhman Rəhmanov "Bir gün" verilişində duyğusal

arrow Ətraflı
Ramazanın 18ci günü: like
  • 17 Mar 19:22  
Digərləri Ramazanın 18ci günü:

Sabah Azərbaycanda Ramazan ayının 18-ci günüdür.

arrow Ətraflı
Azərbaycanda bu məhsullar like
  • 17 Mar 19:17  
Digərləri Azərbaycanda bu məhsullar

Bu ilin fevral ayında ərzaq qiymətləri indeksi 127.1 bəndə yüksəlib.

arrow Ətraflı
Beynəlxalq axtarışda olan şəxs Bakıya gətirildi like
  • 17 Mar 19:11  
Kriminal Beynəlxalq axtarışda olan şəxs Bakıya gətirildi

Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanlar

arrow Ətraflı
“Ermənistan hava yolları” fəaliyyətini dayandırır like
  • 17 Mar 19:07  
Digərləri “Ermənistan hava yolları” fəaliyyətini dayandırır

Ermənistanın iri aviadaşıyıcısı - "Ermənistan hava yolları" �

arrow Ətraflı
Bu məhkəmədə 3 yeni HAKİM like
  • 17 Mar 19:06  
Digərləri Bu məhkəmədə 3 yeni HAKİM

Bakı Ağır Cinayətlər Məhkəməsinə üç hakim ezam edilib.

arrow Ətraflı