Bu sürücülərin cəriməsi ləğv olunacaq
Digərləri 17 Mar 2025 22:00:00 67 0
Təcili tibbi yardım maşınına yol verən sürücülərin radar tərəfindən cərimələnməsi qanuna ziddir və bu cərimələr ləğv edilməlidir. Sürücülər müvafiq qurumlara rəsmi müraciət etsələr, cərimə protokollarına xitam ediləcək.
Bu xəbəri də oxu: Baş nazir bu orqanın əməkdaşlarının maaşı ilə bağlı yeni qərar imzaladı
Bu fikirləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
O qeyd edib ki, "Yol hərəkəti haqqında" qanunda və İnzibati Xətalar Məcəlləsində bu məsələ öz əksini tapıb:
"İnzibati Xətalar Məcəlləsinin 19-cu maddəsində "son zərurət" anlayışı mövcuddur və bu maddəyə əsasən, əgər qayda pozuntusu hər hansı şəxsin həyatını xilas etmək və ya qorumaq məqsədilə baş veribsə, həmin şəxs məsuliyyətdən azad olunmalıdır.
Qanunda hər hansı dəyişiklik etməyə ehtiyac yoxdur, çünki bu məsələ artıq nəzərdə tutulub. Sadəcə olaraq, vətəndaşlar öz hüquq və vəzifələrini yetərincə bilmədikləri üçün bu cür problemlərlə qarşılaşırlar".
Onun sözlərinə görə, bəzi hallarda vətəndaşlar hüquq-mühafizə orqanlarına müraciət etmək əvəzinə, problemi ictimailəşdirməyə üstünlük verirlər. Halbuki rəsmi müraciət zamanı sürücünün təcili yardım maşınına yol vermək məqsədilə qayda pozduğu sübut edilsə, cərimə dərhal ləğv ediləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan video-görüntülərdə bir sürücünün qırmızı işıqda dayanaraq arxadan gələn təcili tibbi yardıma yol vermək üçün maşını irəli çəkdiyi və nəticədə radar tərəfindən cərimələndiyi görünür.
Bürcün bəzi əlamətləri üçün bu həftə maliyyə artımı, uğurlu sövd

Paytaxtın Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəza

Respublika Endokrinoloji Mərkəzində əməliyyat inzibati işlər üzrə direk

Müharibə dinc şəhərlərin üzərinə çökəndə, bu artıq cəbhə xəttin

Müğənni Vaqif Şıxəliyev qalmaqallı açıqlama edib.

2025-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 6737.6 milyon manat

Bakı Sağlamlıq Mərkəzinin anestezioloq - reanimatoloqu həkim, Nicavat Qaff

Əməkdar artist Nüşabə Ələsgərli ilk dəfə nəvəsini göstərib.

Tehranda yaşayan azərbaycanlı yazıçı, tədqiqatçı və media fəalı Əkb

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

2025-ci ilin yanvar ayınd xaricdən Azərbaycana 6906 ədəd minik avtomobili g

ABŞ və İsrail fələstinlilərin Qəzza zolağından Suriyaya köçürülməs

"Allah mənə yetər".
