Arkadi Qukasyan qondarma rejimin “büdcə”sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf edib
Siyasət 13 Mar 2025 17:53:00 75 0
Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan qondarma rejimin "büdcə"sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf edib.
Bu xəbəri də oxu: İlham Əliyev: Antoni Blinkenin siyasəti ABŞAzərbaycan münasibətlərini heçə endirdi
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, A.Qukasyan qondarma rejimin "büdcə"sinə Ermənistan tərəfindən ayrılan vəsaitin "kredit" adlandırıldığını, lakin həmin "kredit"in faizsiz və müddətsiz olduğunu bildirib.
"O zaman "faizsiz kreditlər" adlandırılırdı. Yəni, yaxın müddətdə kreditlərin geri qaytarılması məsələsi yox idi. Bundan əlavə, Qarabağdan "ixrac olunan" və "idxal edilən" məhsulların gömrük məsələləri Ermənistanda həyata keçirilirdi. Qarabağdakı "idxal" və "ixrac"la bağlı Ermənistan Respublikasının Dövlət Gömrük Xidmətində toplanan vəsaitlər də "faizsiz kreditlər"ə daxil idi", - deyə o əlavə edib.
Təqsirləndirilən şəxs deyib ki, "Qarabağın məhsulları"nın Ermənistan vasitəsilə xaricdə satışından əldə olunan gəlir Ermənistanın "kredit" adı ilə qondarma rejimin "büdcə"sinə ayırdığı vəsaitdən az idi.
O, Ermənistan gömrüyü vasitəsilə xarici ölkəyə "ixrac edilən" "Qarabağ məhsulları"nın üzərində onların hansı ölkəyə aid olması barədə yazılanlarla bağlı isə məlumatsız olduğunu bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
İran nümayəndə heyətlərinin Ermənistana tez-tez səfərlər edərək radi

Zaqatalada ölümlə nəticələnən yol qəzasında 7 nəfər xəsarət alıb,

Nazirlər Kabineti "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişi

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə bağlı Az�

Görüşdə sahibkarlıq fəaliyyəti və biznesin inkişaf etdirilməsi üçün

Avtomobil istehsalçıları yanacaq sərfiyatını azaltmaq üzərində aktiv ş

Beynəlxalq Muğam Mərkəzinin "Ustad dərsi" layihəsi çərçivəsi

Taksi minik avtomobilləri ilə sərnişin daşımaları taksometrin göstərici

AQTA əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı &q

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Əməkdar artisti

Minsk Qrupu və onun digər təchizatlarının ləğv olunması vacib amildir.

Xərçəng xəstəliyindən əziyyət çəkən türkiyəli rəqqasə Tanyelinin

Meksikada 1999-cu ildə öz anası tərəfindən qaçırılan Andrea Mişel Reye

Aktrisa Defne Yalnız müğənni Hadise ilə bağlı xoşagəlməz sözlər söy
