Milli Məclis beynəlxalq parlament təşkilatlarına məktublar GÖNDƏRDİ


Siyasət 13 Mar 2025 17:20:00 54 0

Milli Məclis beynəlxalq parlament təşkilatlarına məktublar GÖNDƏRDİ

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə bağlı Azərbaycanda keçirilən məhkəmə prosesi ilə əlaqədar Milli Məclis tərəfindən xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrinin sədrlərinə və beynəlxalq parlament təşkilatlarına məktublar ünvanlanıb.

Son.az modern.az-a istinadən xəbər verir ki, məktublarda Azərbaycanın hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəmə prosesini pozmağa cəhd edən əsassız qarayaxma kampaniyası ilə üzləşdiyi qeyd olunaraq, həmin şəxslərin Ermənistanın 30 il davam etmiş hərbi təcavüzü çərçivəsində hərbi cinayətlər, bəşəriyyətə qarşı cinayətlər, etnik təmizləmə, hərbi təcavüz, soyqırımı aktları, işgəncələr və digər ağır cinayətlər törətməkdə ittiham olunduqları diqqətə çatdırılır.

Bu məsələ ilə bağlı irəli sürülən yalan iddiaların məhkəmənin legitimliyini şübhə altına almaq məqsədi daşıdığı vurğulanaraq, qeyd edilir ki, hərbi cinayətkarları "hərbi əsir" adlandırmaq və onların azad olunmasını tələb etmək, vəziyyətin mahiyyətini bilməməkdən və ya onu qəsdən görməzdən gəlməkdən irəli gəlir.

Məktublarda daha sonra mühakimə olunanların Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi cinayətlər faktlarla diqqətə çatdırılır. Bu şəxslərin Azərbaycan ərazilərinə qarşı həyata keçirilmiş hərbi təcavüzü planlaşdıran və icra edən, eyni zamanda hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər törədənlər arasında olduqları vurğulanır. Lakin bu günədək bu müharibə cinayətlərinə və insanlıq əleyhinə cinayətlərə görə Ermənistanda bir nəfərin belə məsuliyyətə cəlb olunmadığı, əksinə, Ermənistanın bu cinayətkarları qəhrəman kimi tərənnüm etməkdə davam etdiyi ifadə edilir. Məktublarda deyilir ki, aparılan istintaq zamanı Ermənistanın və onun hərbi-siyasi rəhbərliyinin hərbi təcavüz və işğala görə məsuliyyət daşıdığını sübut edən mühüm faktlar aşkar olunub.

Məktublarda, həmçinin bildirilir ki, bəzi siyasətçilərin, parlament üzvlərinin və media nümayəndələrinin əsassız iddialarına baxmayaraq, bu şəxslərin vəkil tutmaq hüququ tam təmin edilir, onlara qarşı hər hansı pis rəftar barədə heç bir şikayət daxil olmayıb və məhkəmə prosesləri tam şəffaf şəkildə aparılır.

Yekunda vurğulanır ki, Azərbaycanın ərazisində müharibə cinayətkarlarının ədalətli mühakiməsinə qarşı çıxanlar açıq şəkildə etnik təmizləməni, işğalı və təcavüzü dəstəkləyirlər. Ədalət olmadan sülh mümkün deyil və ədalət yalnız cəzasızlıq sona çatdırıldıqda bərqərar ola bilər.

Məktublara Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə törətdiyi müharibə cinayətləri və insanlığa qarşı cinayətləri özündə ehtiva edən və BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi qəbul edilmiş 2019-cu il tarixli "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində müharibə cinayətləri və Ermənistan Respublikasının məsuliyyəti haqqında Hesabat" da əlavə edilib.


Xəbərə aid video

Ağdaşın biznes imkanlarının reallaşdırılması sahibkarların iştirakı ilə müzakirə edilib like
  • 13 Mar 17:17  
Digərləri Ağdaşın biznes imkanlarının reallaşdırılması sahibkarların iştirakı ilə müzakirə edilib

Görüşdə sahibkarlıq fəaliyyəti və biznesin inkişaf etdirilməsi üçün

arrow Ətraflı
Yanacağa qənaətin yeddi üsulu: Sürücülər nə etməlidirlər? like
  • 13 Mar 17:13  
Digərləri Yanacağa qənaətin yeddi üsulu: Sürücülər nə etməlidirlər?

Avtomobil istehsalçıları yanacaq sərfiyatını azaltmaq üzərində aktiv ş

arrow Ətraflı
Taksilərdə ödənişə dair tələblər sərtləşdirilib like
  • 13 Mar 17:00  
Digərləri Taksilərdə ödənişə dair tələblər sərtləşdirilib

Taksi minik avtomobilləri ilə sərnişin daşımaları taksometrin göstərici

arrow Ətraflı
“Azza” bu məhsulları satışdan geri çağırır like
  • 13 Mar 16:56  
Digərləri “Azza” bu məhsulları satışdan geri çağırır

AQTA əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı &q

arrow Ətraflı
Rəna Rzayevanın "Əbədi qayıdış" kitabının təqdimatı keçirilib like
  • 13 Mar 16:26  
Kriminal Rəna Rzayevanın "Əbədi qayıdış" kitabının təqdimatı keçirilib

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Əməkdar artisti

arrow Ətraflı
Minsk Qrupu və onun digər təchizatlarının ləğv olunması vacib amildir  Rəsmi Bakı like
  • 13 Mar 15:53  
Siyasət Minsk Qrupu və onun digər təchizatlarının ləğv olunması vacib amildir Rəsmi Bakı

Minsk Qrupu və onun digər təchizatlarının ləğv olunması vacib amildir.

arrow Ətraflı
Vəziyyəti ağırlaşdı, aparata qoşuldu like
  • 13 Mar 15:44  
Şou-biznes Vəziyyəti ağırlaşdı, aparata qoşuldu

Xərçəng xəstəliyindən əziyyət çəkən türkiyəli rəqqasə Tanyelinin

arrow Ətraflı
Şamaxıda ağır qəza  ölənlər var like
  • 13 Mar 15:30  
Digərləri Şamaxıda ağır qəza ölənlər var

Şamaxıda ölümlə nəticələnən yol qəzası olub.

arrow Ətraflı
24 il əvvəl oğurlanan qız tapıldı like
  • 13 Mar 15:22  
Dünya 24 il əvvəl oğurlanan qız tapıldı

Meksikada 1999-cu ildə öz anası tərəfindən qaçırılan Andrea Mişel Reye

arrow Ətraflı
"Hadisəyə dözə bilmirəm"  FOTO like
  • 13 Mar 14:55  
Şou-biznes "Hadisəyə dözə bilmirəm" FOTO

Aktrisa Defne Yalnız müğənni Hadise ilə bağlı xoşagəlməz sözlər söy

arrow Ətraflı
"Balaəli də bizik, Alim Qasımov da bizik"  VİDEO like
  • 13 Mar 14:23  
Şou-biznes "Balaəli də bizik, Alim Qasımov da bizik" VİDEO

Tanınmış şair Baba Vəziroğlu qonaq olduğu efirdə sözləri ilə diqqət

arrow Ətraflı
İlham Əliyev Jelka Tsviyanoviç ilə görüşüb like
  • 13 Mar 14:20  
Siyasət İlham Əliyev Jelka Tsviyanoviç ilə görüşüb

Son.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mart

arrow Ətraflı