“Ustad dərsi” layihəsi çərçivəsində “Nəva” və “Şur” dəstgahları təqdim olundu FOTO
Kriminal 13 Mar 2025 17:04:00 54 0
Beynəlxalq Muğam Mərkəzinin "Ustad dərsi" layihəsi çərçivəsində "Nəva" və "Şur" dəstgahları həm instrumental həm də xanəndələrin ifasında tamaşaçılara təqdim olundu.
Bu xəbəri də oxu: Keçmiş qayınatasını bıçaqladı
Tarzən, pedaqoq Elxan Müzəffərovun iştirakı ilə reallaşan konsert-mühazirədə ön söz ilə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə çıxış etdi. Direktor bildirdi ki, qocaman tarzən Elxan Müzəffərovun ifasında təqdim olunacaq muğamlar öz dolğunluğu ilə bir daha diqqətimizi çəkəcək. Nadir muğam bilicilərimizdən az səslənən muğam dəstgahlarını öyrənib gələcək nəsillərə təbliğ etmək BMM-nin əsas məqsədləri sırasındadır. Az səslənən muğamlarımızı yaşatmalı və təbliğ etməliyik. BMM mütəmadi olaraq unudulan muğamlara müraciət edərək silsilə şəkildə onları ictimaiyyətə təqdim edəcək. Elxan Müzəffərovun ifasında muğamların təfsiri və izahını dinləmək muğamsevərlər üçün maraqlı olacaq.
Konsertin ikinci hissəsində xanəndələr Xətai Hacıyev, Malik Həsənov və Fuad Əzizzadə "Şur" dəstgahını təqdim etdilər. Xanəndələri Kamal Nuriyev (tar), Əməkdar artist Toğrul Əsədullayev (kamança), Əməkdar artist Çinarə Heydərova (qanun), Amil Mustafayev (nağara) və Rafael Əsgərov (balaban) müşayiət edirdi. Qeyd edək ki, layihənin məqsədi klassik ifaçılıq məktəbimizin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə, ustad-şagird ənənələrinin qorunmasına dəstək olmaqdır. İl ərzində mütəmadi olaraq təşkil ediləcək ustad dərslərində muğam ifaçılığı sənətinin görkəmli nümayəndələrinin iştirakı nəzərdə tutulub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Taksi minik avtomobilləri ilə sərnişin daşımaları taksometrin göstərici

AQTA əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı &q

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Əməkdar artisti

Minsk Qrupu və onun digər təchizatlarının ləğv olunması vacib amildir.

Xərçəng xəstəliyindən əziyyət çəkən türkiyəli rəqqasə Tanyelinin

Meksikada 1999-cu ildə öz anası tərəfindən qaçırılan Andrea Mişel Reye

Aktrisa Defne Yalnız müğənni Hadise ilə bağlı xoşagəlməz sözlər söy

Tanınmış şair Baba Vəziroğlu qonaq olduğu efirdə sözləri ilə diqqət

"Yelo Bank"ın filialında müdir müştərini döyüb.

Son.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mart

Bəzi bürclər var ki, onların qadın nümayəndələri azadlıqlarına daha �

Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik məsələlər üzrə

"Kızılcık Şerbeti" serialında Nilay obrazını canlandıran Feyza
