Ağdaşın biznes imkanlarının reallaşdırılması sahibkarların iştirakı ilə müzakirə edilib
Digərləri 13 Mar 2025 17:17:00 82 0
Görüşdə sahibkarlıq fəaliyyəti və biznesin inkişaf etdirilməsi üçün imkanlar barədə fikir mübadiləsi aparılıb, sahibkarların təklifləri dinlənilib.
Bu xəbəri də oxu: COVID19 və qripdən eyni vaxtda qoruyur Yeni peyvənd hazırlandı
Dövlətin sahibkarlara təqdim etdiyi dəstək mexanizmləri, bu sahədə yeniliklər və biznesə başlamaq üçün mövcud imkanlar barədə bu dəfə Ağdaş rayonunda fəaliyyət göstərən sahibkarlar məlumatlandırılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilmiş görüşdə kənd təsərrüfatı, heyvandarlıq, qida, mebel istesalı və inşaat sektorlarında fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə və regionda sahibkarlara dəstək və xidmət göstərən müvafiq qurumların nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə sahibkarlıq fəaliyyəti üçün maliyyə resursları, dövlətin güzəştli kreditləri, torpaq təyinatının dəyişdirilməsi, mühəndis-kommunikasiya xətlərinə qoşulma, yeni bizneslərin yaradılması və bu sahədə rayonun imkanları, sahibkarların məhsul və xidmətlərinin satışına dəstək istiqamətlərində müzakirələr aparılıb. Görüşdə KOBİA tərəfindən biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün dövlətin dəstək alətləri, bu sahədə yeniliklər, o cümlədən Agentliyin göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib.
Sonra görüşdə iştirak edən sahibkarların fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb. Sahibkarlar, xüsusilə də dövlətin biznesin inkişafı üçün mövcud dəstək alətlərindən yararlanmış KOB subyektləri bu mexanizmlərin önəmini vurğulayaraq, dəstək proqramları və təşviqlərin iş adamlarının fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi üçün əhəmiyyətli olduğunu qeyd ediblər. Ağdaş rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri "İN-VİTRO" MMC-nin tingçilik, "Orelay"ın şokolad və "AKS" MMC-nin PVC profil istehsalı müəssisələrində olub və sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanış olublar. Bir sıra dövlət dəstəyi alətlərdən yararlanmış sahibkarlar ilə biznesin inkişaf ehtiyaclarına və gələcək planlarına dair fikir mübadiləsi aparılıb.
Avtomobil istehsalçıları yanacaq sərfiyatını azaltmaq üzərində aktiv ş

Beynəlxalq Muğam Mərkəzinin "Ustad dərsi" layihəsi çərçivəsi

Taksi minik avtomobilləri ilə sərnişin daşımaları taksometrin göstərici

AQTA əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı &q

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Əməkdar artisti

Minsk Qrupu və onun digər təchizatlarının ləğv olunması vacib amildir.

Xərçəng xəstəliyindən əziyyət çəkən türkiyəli rəqqasə Tanyelinin

Meksikada 1999-cu ildə öz anası tərəfindən qaçırılan Andrea Mişel Reye

Aktrisa Defne Yalnız müğənni Hadise ilə bağlı xoşagəlməz sözlər söy

Tanınmış şair Baba Vəziroğlu qonaq olduğu efirdə sözləri ilə diqqət

"Yelo Bank"ın filialında müdir müştərini döyüb.

Son.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mart

Bəzi bürclər var ki, onların qadın nümayəndələri azadlıqlarına daha �
