Bako Sahakyan: Qarabağda silahlanma haqqında ilk çağırış qanunsuz mitinqlərdə olub FOTO


Kriminal 10 Mar 2025 20:53:00 100 0

Bako Sahakyan: Qarabağda silahlanma haqqında ilk çağırış qanunsuz mitinqlərdə olub  FOTO

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 10-da davam etdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.

Məhkəmənin baxış iclasında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə baxışı təqsirləndirilən şəxslərə suallar verilməsi ilə davam etdirilib.

Əvvəlcə təqsirləndirilən şəxs Arkadi Qukasyana dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən suallar verilib.

O, suallara cavabında "Sovet Ermənistanı" qəzetində redaktor müavini vəzifəsində çalışdığını bildirərək deyib: "Mən Qarabağ münaqişəsinə aid mövzularda yazırdım. Qəzet 1991-ci ilədək çıxdı. O vaxtdan sonra qəzet nəşr olunmayıb".

Arkadi Qukasyan qanunsuz hərəkətləri qınadığını vurğulayaraq bildirib: "Mənim fikrimcə, qadını, uşağı və ya ahıl insanı öldürən şəxs insan deyil. Söhbət onun milliyyətindən getmir".

O, Qarabağda məktəbdə rus dilində oxuduğunu, lakin erməni məktəblərinin Azərbaycan və rus dilli məktəblərdən sayca daha çox olduğunu deyib. Qukasyan etiraf edib ki, Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb.

Prokurorun "böyük Ermənistan" ideologiyasına dair sualına cavabında A.Qukasyan bu ideyanı nağıl adlandıraraq qeyd edib: "Çoxdandır "böyük Ermənistan"la bağlı nağıllara inanmıram. "Böyük Ermənistan" ideyası nağıldır. Mən real həyatda yaşayıram, mən heç vaxt buna real yanaşmamışam".

O, iş üzrə cinayətkar dəstənin üzvləri kimi adı keçən Zori Balayanla 1993-cü ildə, Vazgen Manukyanla isə 1994-cü ildə tanış olduğunu deyib. Bildirib ki, Robert Köçəryan isə onun rəhbəri olub.

A.Qukasyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən Ermənistan Respublikasının keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışıb. O, 1988-ci ildə Qarabağda keçirilən qanunsuz mitinqlərdə əsas çıxışçının Arkadi Manveloviç Manuçarov olduğunu bildirərək deyib: "Robert Köçəryanın çıxışları yadımda deyil. Biz rus dilində təhsil aldığımız üçün mənim kimi, onun da ədəbi erməni dili ilə bağlı problemi var idi. Ola bilər ki, o, mitinqin təşkilatçılarından olub, çünki "Krunk" təşkilatının üzvü idi".

Daha sonra Bako Sahakyanın vəkili məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüş üçün şərait yaradılmasını xahiş edib. Məhkəmə müdafiəçinin vəsatətini təmin edib və konfidensial görüş üçün məhkəmə iclasında fasilə elan olunub.

Fasilədən sonra təqsirləndirilən şəxslər Bako Sahakyan, Arayik Harutyunyan, Davit İşxanyan və Davit Babayana Ermənistan SSR-in ərazisində və Azərbaycan SSR-in tərkib hissəsi olan Qarabağda Ermənistan tərəfindən yaradılan, onun dəstəyi və rəhbərliyi altında fəaliyyət göstərən, cinayətkar birliyin özəyini təşkil edən qanunsuz silahlı birləşmələrin rəhbərləri və iştirakçıları, Ermənistanla, onun rəhbərliyi və yüksək vəzifəli şəxsləri ilə əlaqələri, fəaliyyəti, onların bu birləşmələrin fəaliyyətində iştirakı, habelə "böyük Ermənistan" cinayətkar ideologiyası, "Miatsum" və "Qarabağ" hərəkatlarının məqsədi, həmçinin "Krunk" təşkilatının funksiyaları, fəaliyyəti, müdafiə etdiyi ideyalar, qeyd olunan hərəkatlara rəhbərlik edən şəxslər və təqsirləndirilən şəxslərlə onların əlaqələri, Qarabağda təşkil edilən qanunsuz mitinqlərdə təqsirləndirilən şəxslərin iştirak edib-etməmələri, həmin mitinqlərdə çıxış edənlər, insanların mitinqlərə kim tərəfindən və hansı formada cəlb edilmələrinə, yaxud dəvət olunmalarına dair suallar verilib.

Azərbaycanda baş həkimə məktubla like
  • 10 Mar 20:47  
Digərləri Azərbaycanda baş həkimə məktubla

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əliyevə məktu

arrow Ətraflı
Azərbaycanda məşhur hotellərin Novruz like
  • 10 Mar 20:46  
Digərləri Azərbaycanda məşhur hotellərin Novruz

Bölgələrdə məşhur hotellərin Novruz tətili günlərində qiymətləri a�

arrow Ətraflı
"Onun itkisi çox ağır idi"  İlk dəfə DANIŞDI  FOTOlar like
  • 10 Mar 20:37  
Şou-biznes "Onun itkisi çox ağır idi" İlk dəfə DANIŞDI FOTOlar

Türkiyəli aktrisa Özgü Namal "İnstyle" jurnalı üçün kamera qa

arrow Ətraflı
Böyük Britaniya kralı DJ oldu like
  • 10 Mar 20:27  
Digərləri Böyük Britaniya kralı DJ oldu

Böyük Britaniya kralı III Çarlz musiqi ilə məşğul oldu.

arrow Ətraflı
Parisə gedənlər 5 il buraya girə bilməyəcəklər  FOTO like
  • 10 Mar 19:56  
Dünya Parisə gedənlər 5 il buraya girə bilməyəcəklər FOTO

Parisdə Pompidu Mərkəzi muzeyi müvəqqəti olaraq bağlanır.

arrow Ətraflı
Mətanət həmin hadisəni danışıb AĞLADI  FOTO like
  • 10 Mar 19:26  
Şou-biznes Mətanət həmin hadisəni danışıb AĞLADI FOTO

"3 yaşım olanda Sumqayıt şəhərində yerləşən 38 saylı "Şəf

arrow Ətraflı
Zauru bu paylaşımına görə "TOPA TUTDULAR"  VİDEO like
  • 10 Mar 18:46  
Şou-biznes Zauru bu paylaşımına görə "TOPA TUTDULAR" VİDEO

Aparıcı Zaur Baxşəliyev "zaur_gunay" adlı instagram hesabında 8

arrow Ətraflı
Tofiq Yaqubluya hökm oxundu like
  • 10 Mar 18:43  
Kriminal Tofiq Yaqubluya hökm oxundu

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist

arrow Ətraflı
Bu sahədə Ermənistan hələ də qeyrikonstruktiv mövqe sərgiləyir like
  • 10 Mar 18:36  
Digərləri Bu sahədə Ermənistan hələ də qeyrikonstruktiv mövqe sərgiləyir

İtkin şəxslərin taleyinin aydınlaşdırılması sahəsində Ermənistan hə

arrow Ətraflı
Silk Way West Airlines Milli Aviasiya Akademiyasına Boeing 777 Tam Uçuş Simulyatorunu təhvil verib like
  • 10 Mar 18:35  
Digərləri Silk Way West Airlines Milli Aviasiya Akademiyasına Boeing 777 Tam Uçuş Simulyatorunu təhvil verib

Silk Way West Airlines şirkəti Azərbaycanın vacib aviasiya təlim mərkəzi

arrow Ətraflı
Elarizin ailəsində xoş gün  FOTO like
  • 10 Mar 18:33  
Şou-biznes Elarizin ailəsində xoş gün FOTO

Müğənni Elariz Məmmədoğlunun nəvəsi dünyaya gəlib. 

arrow Ətraflı
"16 yaşımda həyatımı puç edib ata evinə QAYITDIM"  VİDEO like
  • 10 Mar 17:52  
Şou-biznes "16 yaşımda həyatımı puç edib ata evinə QAYITDIM" VİDEO

"Uşaq doğulandan sonra ata evinə gəldim qaynanam dedi ki..."

arrow Ətraflı
Xalq artistinin səhhətində problem yarandı: "Sürünəsürünə də olsa..." like
  • 10 Mar 17:49  
Şou-biznes Xalq artistinin səhhətində problem yarandı: "Sürünəsürünə də olsa..."

Xalq artisti Tünzalə Ağayevanın səhhətində problem yaranıb.

arrow Ətraflı
Türkiyədə qatar inşaat sahəsinə qaya düşdü  Ölən və yaralanan var like
  • 10 Mar 17:41  
Digərləri Türkiyədə qatar inşaat sahəsinə qaya düşdü Ölən və yaralanan var

Kayseri'nin Kocasinan mahalında Karakımse bölgəsində sürətli qatarı

arrow Ətraflı