Silk Way West Airlines Milli Aviasiya Akademiyasına Boeing 777 Tam Uçuş Simulyatorunu təhvil verib
Digərləri 10 Mar 2025 18:35:00 99 0
Silk Way West Airlines şirkəti Azərbaycanın vacib aviasiya təlim mərkəzi rolunu gücləndirməyə davam edir. Belə ki, hava yolu yükdaşımaları şirkəti təşkil edilmiş xüsusi mərasimdə yeni aldığı Boeing 777 Tam Uçuş Simulyatorunu (FFS) Milli Aviasiya Akademiyasına (MAA) rəsmən təqdim edib. Tədbirdə MAA-nın rektoru akademik Arif Paşayev, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, ADA Universitetinin rektoru professor Hafiz Paşayev, Silk Way Group şirkətlər qrupunun prezidenti Zaur Axundov və Azərbaycan Hava Yolları QSC-nin prezidenti Samir Rzayev iştirak edib.
Bu xəbəri də oxu: Bakıdakı məşhur bazar yandı
Böyük Britaniya mərkəzli "L3Harris Commercial Aviation Solutions" şirkəti tərəfindən istehsal edilmiş simulyator olduqca real təlim təcrübəsi təklif edən və 777-F, 777-200 LR, 777-300 ER kimi üç Boeing 777 təyyarəsini özündə birləşdirən bir yeni nəsil modelidir. Qabaqcıl vizuallaşdırma və uçuş simulyasiyası texnologiyaları ilə təchiz edilmiş bu model ən yüksək beynəlxalq aviasiya standartlarına uyğun olaraq geniş çeşiddə kvalifikasiya sessiyaları, pilot qiymətləndirmələri və sertifikatlaşdırma təlimləri keçirməyə imkan verir.
Boeing 777 Tam Uçuş Simulyatoruna fevral ayında Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) ekspertləri tərəfindən hərtərəfli baxış keçirilib. Agentliyin uğurlu sertifikatlaşdırma prosesinin ardından yerli aviasiya hakimiyyət orqanları tərəfindən rəsmi tanınma MAA-nın beynəlxalq aviasiya standartlarına sadiqliyini daha da gücləndirəcək.
Bu texnologiyanı Azərbaycanda istifadəyə verən Silk Way West Airlines xərcləri əhəmiyyətli dərəcədə azaltmaqla və əlçatanlığı artırmaqla pilotların təlimlər üçün xaricə getməsi zərurətini aradan qaldırır. Bundan əlavə, simulyatorun beynəlxalq standartlar üzrə sertifikatlaşdırılması regionun müxtəlif yerlərindən pilotları və aviaşirkətləri cəlb edərək Azərbaycanın aviasiya təhsili üzrə mükəmməllik mərkəzi mövqeyini möhkəmləndirəcək.
MAA rektoru, akademik Arif Paşayev çıxışında bildirib ki, yeni simulyator həm milli, həm də qlobal səviyyədə aviatorlar üçün yüksək keyfiyyətli pilot hazırlığı imkanlarını təmin edəcək. Simulyator MAA müvafiq ixtisas üzrə təhsil alan tələbələrin hazırlığında mühüm rol oynamaqla yanaşı, Silk Way West Airlines, Azərbaycan Hava Yolları kimi dünyada Boeing 777 təyyarələrini istismar edən digər hava yolu şirkətlərinin pilot və aviatorlarının bacarıqlarının artırılmasını və aviasiya təhlükəsizliyini ən yüksək standartlara uyğunluğunu təmin edərək bu təlimlərin əsasını təşkil edəcək.
Silk Way Group şirkətlər qrupunun prezidenti Zaur Axundov rəsmi təhvil-təslim mərasimində çıxış edərək aviaşirkətin həm Azərbaycanda, həm də dünyada aviasiya sahəsində mükəmməlliyi təşviq etmək öhdəliyini vurğulayıb: "Milli Aviasiya Akademiyasını ən müasir təlim imkanları ilə təchiz etməklə aviasiya mütəxəssislərinin gələcəyinə və beynəlxalq pilotların təhsilində Azərbaycanın rolunun gücləndirilməsinə sərmayə qoyuruq. Bu simulyator təkcə pilotlarımıza deyil, həm də qlobal aviasiya ictimaiyyətinə xidmət edərək təlim keyfiyyəti və əlçatanlıqda yeni meyarlar müəyyən edəcək".
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanı mərkəzli 12 müasir Boeing 777F, Boeing 747-8F və Boeing 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir.
Dayanıqlılıq və səmərəlilik öhdəliyinə uyğun olaraq, Silk Way West Airlines qlobal logistika tələblərinə daha yaxşı cavab vermək məqsədilə dörd Boeing 777F, iki Boeing 777-8F və iki Airbus A350F daxil olmaqla öz donanmasını 2030-cu ilədək səkkiz yeni ən müasir təyyarə ilə yeniləməyi planlaşdırır.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 min tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Avropa, MDB ölkələri, Yaxın Şərq, Asiya və Amerika qitəsi üzrə 40-dan çox istiqaməti əhatə edir.
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan, Rusiya və Moskva Yazıçılar İt

"Uşaq doğulandan sonra ata evinə gəldim qaynanam dedi ki..."

Xalq artisti Tünzalə Ağayevanın səhhətində problem yaranıb.

Kayseri'nin Kocasinan mahalında Karakımse bölgəsində sürətli qatarı

"Bakı şəhəri 301 nömrəli tam orta məktəbin normal fəaliyyətinin t

10-16 mart tarixlərində bəzi bürcləri pul, sevgi və şans gözləyir.

Beynəlxalq Muğam Mərkəzində Volfqanq Amadey Motsartın yaradıcılığına

Wanda Naranın "Qalatasaray"ın hücumçusu Mauro İkardidən boşand�

Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində Bakı

Müğənni Rəqsanə İsmayılovanın kiçik qızı Yağmur əməliyyat olunub.

Rusiyanın Əməkdar artisti Tatyana Qovorova vəfat edib.

Suriya prezidenti Əhməd Şəra mindən çox insanın həyatını itirdiyi Lata

1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayır

Xəbər verdiyimiz kimi, "Bakı Metropoliteni" QSC-in Satınalmalar De
