Tofiq Yaqubluya hökm oxundu
Kriminal 10 Mar 2025 18:43:00 73 0
Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmmədovun (Vaqifoğlu) cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bu xəbəri də oxu: Xalq artisti vəfat etdi FOTO
Son.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Tofiq Yaqublu son sözlə çıxış edib.
Daha sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, Tofiq Yaqublu 9 il, Elnur Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Tofiq Yaqublunun 10 il , Elnur Məmmədovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.
İtkin şəxslərin taleyinin aydınlaşdırılması sahəsində Ermənistan hə

Silk Way West Airlines şirkəti Azərbaycanın vacib aviasiya təlim mərkəzi

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan, Rusiya və Moskva Yazıçılar İt

"Uşaq doğulandan sonra ata evinə gəldim qaynanam dedi ki..."

Xalq artisti Tünzalə Ağayevanın səhhətində problem yaranıb.

Kayseri'nin Kocasinan mahalında Karakımse bölgəsində sürətli qatarı

"Bakı şəhəri 301 nömrəli tam orta məktəbin normal fəaliyyətinin t

10-16 mart tarixlərində bəzi bürcləri pul, sevgi və şans gözləyir.

Beynəlxalq Muğam Mərkəzində Volfqanq Amadey Motsartın yaradıcılığına

Wanda Naranın "Qalatasaray"ın hücumçusu Mauro İkardidən boşand�

Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində Bakı

Müğənni Rəqsanə İsmayılovanın kiçik qızı Yağmur əməliyyat olunub.

Rusiyanın Əməkdar artisti Tatyana Qovorova vəfat edib.

Suriya prezidenti Əhməd Şəra mindən çox insanın həyatını itirdiyi Lata
