Kanadada həmyerlimizin kafesi qarət olundu
Dünya 10 Mar 2025 08:23:00 82 0
Bu gecə Toronto şəhərində həmyerlilərimizin ötən il açdığı "Cake Toronto" kafesi qarət olunub. "2727 Steeles Ave. West" küçəsində yerləşən kafenin rəhbəri Bahar Quliyeva hadisə ilə bağlı bildirib ki, gecə saatlarında naməlum şəxs kafenin şüşəsini qıraraq içəri daxil olub.
Bu xəbəri də oxu: “Vensin corablarından gözümü çəkə bilmirəm"
Son.az Canazerbaijan.com-a istiadən xəbər verir ki, eyni vaxtda yaxınlıqda daha 4-5 fərqli obyektin qarət edildiyi məlum olub. Kafeyə təxminən 2 min dollar ziyan dəyib.
Təhlükəsizlik kameralarının görüntülərinə əsasən, oğru şüşəni sındırarkən özünü yaralayıb və kafenin içində cəmi 1 dəqiqə 10 saniyə qalıb. O, kassadakı az miqdarda xırda pulu götürərək kafeni tərk edib, lakin əsas maddi ziyan sındırılan şüşənin bərpası ilə bağlı olacaq.
Bahar Quliyevanın sözlərinə görə, böyük məbləğdə maddi ziyan olmadığı üçün sığorta şirkəti dəyən ziyanı qarşılamayacaq. Hadisədən sonra kafe rəhbərliyi dərhal polisə müraciət edib və təxminən 1 saat sonra polis hadisə yerinə gələrək hesabat hazırlayıb. Daha sonra kriminal ekspertlər əraziyə gələrək barmaq izi, qan izləri və təhlükəsizlik kameralarının görüntülərini götürüblər.
ABŞ yəhudi icmasının 50-dən çox ravvini İbrahim razılaşmalarının geni

Rusiya və ABŞ BMT Təhlükəsizlik Şurasına Suriyadakı vəziyyətlə bağl�

Dünya şöhrətli müğənni Rihanna iki uşağının doğuşdan sonra çəkilm

Mark Karni bazar günü Kanadanın hakim Liberal Partiyasının yeni lideri seç

Lüksemburq şahzadəsi Frederik mitoxondrial xəstəliklə uzun sürən mübari

ABŞ-nin Pensilvaniya ştatında kiçik təyyarə qəzaya uğrayıb.

O, həm orqanizmin müdafiəçisi, həm də düşmənidir. Müdafiə tərəfini

Ramazan ayı boyunca səhər yeməklərinə diqqət etmək sizi gün boyu tox sa

Hər birimiz həyatımızda nəyisə dəyişməyin vaxtı gəldiyi anlarla qarş

Tartus əyalətində yerləşən Baniyas liman şəhərində Suriya təhlükəsi

Ukrayna ilə minerallara dair müqavilədən sonra ABŞ Kiyevə hərbi yardımı

"Valerian qısamüddətli istifadə üçün təhlükəsizdir, lakin bəzi i

Dəmir çatışmazlığı dünyada ən çox rast gəlinən mineral çatışmazl�

İngiltərədə yaşayan 44 yaşlı, üç uşaq atası Neil Morris 2023-cü ilin
