Orqanizmin müdafiəçisi, yoxsa düşməni?


Digərləri 10 Mar 2025 07:28:00 99 0

Orqanizmin müdafiəçisi, yoxsa düşməni?

O, həm orqanizmin müdafiəçisi, həm də düşmənidir. Müdafiə tərəfini tez-tez qabartsaq da, çox vaxt bizi öldürəcəyinə inanmırıq. Söhbət trombdan gedir. Son vaxt bu problem haqqında tez-tez eşidir, xəstəliyin cavanlaşmasını müşahidə edirik. Son illərdə vaxtsız ölümlərin əksəriyyətini də tromblarla əlaqələndirirlər.

Bəs trombun yaranma səbəbləri nədir? Müdafiəçimiz düşmən mövqeyini yerinə yetirdikdə orqanizmdə hansı fəsadları yarada bilər?

Ürək-damar cərrahı Elvin Məmiyev "Kaspi" qəzetinə açıqlamasında bildirir ki, tromboz canlı orqanizmdə qan elementlərinin ürək, ağciyər və digər daxili orqanlarda, aşağı və yuxarı ətrafın damarlarının daxilində yapışması və pıxtı-tromb əmələ gəlməsi prosesidir: "Uzun müddət hərəkətsizlik, yerüstü və yaxud hava nəqliyyatında saatlarla eyni şəkildə oturmaq tromba səbəb ola bilir. Bundan əlavə, reproduktiv dövrlərində olan xanımlarda hamiləlik əleyhinə istifadə olunan hormonal dərman preparatları, ailənin başqa fərdində tromboz keçmişinin olması, hamiləlikdə, onkoloji müalicə alan xəstələrdə, bəzi gen mutasiyaları olan insanlarda tromboz riski daha yüksək olur".  Həkim bildirir ki, tromb ölümə və həyat keyfiyyətinin ciddi şəkildə aşağı düşməsinə səbəb olur: "Əgər arteriyada tromboz olarsa, bu hansı orqandadırsa, orada qan axımı azalır, toxumalar qan, oksigen və digər qida elementlərindən məhrum olduğu üçün işemiya-infarkt dediyimiz tablo ortaya çıxır. Məsələn, ürəkdəki arterial tromboz miokard, yəni ürək infarktına, beyinə gedən şah damar trombozu iflicə gətirib çıxarır. Əgər arteriyada yox, venalarda tromboz olarsa, bu da hansı orqanda olmasına görə fərqli təzahürlərlə özünü göstərir. Məsələn, böyük vena damar qruplarında olan trombozlarda pulmonar emboliya dediyimiz və ciddi ölüm riski olan xəstəlik ortaya çıxır".

Mütəxəssisin sözlərinə görə, tromb xərçəngdən də ağır xəstəlik hesab edilməlidir:  "Hər nə qədər cəmiyyətdə az bilinsə də, xərçəng və digər xəstəliklərdən daha çox ölümə səbəb olan xəstəlik qrupu elə trombozlardır. Amma müayinə üsullarının və müasir tibbin inkişafı bu xəstəliklərə daha erkən diaqnoz qoymağa imkan verir. Təbii ki, qidalanma, genetika, iqlim şəraiti xəstəliklərin geniş yayılmasında rol oynayır". 

Texnologiyanın inkişafı ilə insanların daha çox oturaq həyat tərzinə öyrənmələri müasir dövrdə venoz trombozlara yol açır. Həkim bildirir ki, cəmiyyət olaraq tənbəlləşməyimiz bu xəstəlikləri də həyatımıza dəvət edir: "Hazırda venoz sistemin trombozları arterial trombozlara görə daha çox yayılıb. Çünki oturaq həyat tərzinin müasir dövrdə aktiv həyat tərzinə nəzərən çox olması, texnologiyanın inkişafı ilə hər şeyin "əlçatan" olması cəmiyyət olaraq tənbəlləşməyimizə, bu da venoz trombozlara yol açır. Birbaşa xəstəliyə səbəb olan risk faktorlarından elə ən öndə gələni passiv həyat tərzidir".

Trombozlarla bağlı cəmiyyətdə və sosial şəbəkələrdə tez-tez səsləndirilən fikirlər peyvəndlərin tromb xəstəliklərini akitvləşdirməsidir. Həkim bildirir ki, pandemiya dövründə peyvənd və tromb arasındakı əlaqənin müzakirəsi aktual idi: "COVID və yaxud digər hər hansı bir infeksion xəstəliyin peyvəndi tromb əmələ gətirmir. Araşdırmalar göstərir ki, COVID-ə yoluxmuş şəxslərdə tromboza meyillilik olurdu. Lakin bunun peyvənd olub-olmamaqla bir əlaqəsi yoxdur".

Həkim bildirir ki, tromb əgər arterial sistemdədirsə, hansı orqanda olmasından asılı olaraq, simptomu fərqli olur: "Məsələn, əldə və ayaqdadırsa, soyuqluq, rəngin solğunlaşması və şiddətli ağrı ilə özünü göstərir. Yaxud da ürəkdədirsə, infarkt, beyindədirsə, iflic olur və s. Əgər venoz sistemdə bir tromb olarsa, məsələn, əldə və ayaqda ciddi şişlik, orta şiddətli ağrı görərik. Venoz sistemdəki tromb ağciyər damarlarına atarsa, olduqca yüksək ölüm riski olan pulmonar emboliya ilə özünü göstərir. El arasında "tromb atdı öldü" deyilən xəstəlik də elə məhz budur".

Həkim vurğulayır ki, trombozun qarşısını almaq üçün iş-ofis şəraitində, xüsusilə orta yaş sonrası insanlar 45-60 dəqiqə aralıqlarla oturduğu yerdən qalxmalı, bir neçə dəqiqə yeriməlidirlər. Uzun avtomobil səyahətlərimizdə iki saatdan bir dayanıb qısa fasilə verməli və yeriyərək qan dövranını sürətləndirməliyik. Bunlarla yanaşı, günlük gəzinti, üzmə və digər idman hərəkətlərini alışqanlıq halına gətirməliyik.  

Müalicə metoduna gəldikdə isə, həkim bildirir ki, trombun müalicə taktikası genişdir. Təbii ki, müasir üsullarla həm tibbi, həm cərrahi, həm də endovaskulyar olaraq anjio laboratoriyasında tromboza yönəlik müalicə üsulları tətbiq edilir.

Məlumdur ki, insanlar trombla mübarizə aparmaq üçün tez-tez qan duruldan dərmanlardan istifadə edirlər. Türk həkim Mert Dumantepe deyir ki, həkim məsləhəti olmadan bu dərmanların yerli-yersiz istifadəsi xəstənin həyatında ciddi təhlükə yaradır: "Qan durulaşdırıcı dərmanlardan istifadə qan laxtasını əritmir. Laxtanın genişlənməsinə və qopan parçanın digər orqanlara keçməsinə əngəl olur, amma bu, xəstəliyi müalicə etmir. Çox istifadə etdikdə isə ciddi qanaxmaya səbəb olar, bu da xəstənin həyatını təhlükəyə ata bilər".

Həkim vurğulayır ki, dünyada hər il 3 milyondan çox xəstə tromb səbəbindən ölür: "Dərin damar trombozuna (DVT) hər il 10.000 insandan dördündə rast gəlinir. 60 yaşdan yuxarı insanlarda onun tezliyi bir faizə qədər arta bilər. Nəzərə alsaq ki, bu göstərici hər il ABŞ-də döş xərçəngi və QİÇS-lə bağlı ölümlərin ümumi sayından çoxdur, xəstəliyin ciddiliyi bir daha özünü büruzə verir".  Son.az

Oruc tutanlar tox qalmaq üçün bunları yesin like
  • 10 Mar 07:15  
Digərləri Oruc tutanlar tox qalmaq üçün bunları yesin

Ramazan ayı boyunca səhər yeməklərinə diqqət etmək sizi gün boyu tox sa

arrow Ətraflı
Bu bürclər elə indi həyatlarını dəyişdirməlidirlər like
  • 10 Mar 07:01  
Digərləri Bu bürclər elə indi həyatlarını dəyişdirməlidirlər

Hər birimiz həyatımızda nəyisə dəyişməyin vaxtı gəldiyi anlarla qarş

arrow Ətraflı
Suriyada növbəti qarşıdurma like
  • 10 Mar 06:47  
Dünya Suriyada növbəti qarşıdurma

Tartus əyalətində yerləşən Baniyas liman şəhərində Suriya təhlükəsi

arrow Ətraflı
Müşviq anası ilə birlikdə like
  • 10 Mar 06:33  
Şou-biznes Müşviq anası ilə birlikdə

Aktyor Müşviq Şahverdiyev anası ilə  bağlı paylaşım edib.

arrow Ətraflı
Tramp mövqeyini dəyişmir like
  • 10 Mar 06:19  
Dünya Tramp mövqeyini dəyişmir

Ukrayna ilə minerallara dair müqavilədən sonra ABŞ Kiyevə hərbi yardımı

arrow Ətraflı
Valerian bu hallarda zərərlidir – Həkim like
  • 10 Mar 06:06  
Digərləri Valerian bu hallarda zərərlidir – Həkim

"Valerian qısamüddətli istifadə üçün təhlükəsizdir, lakin bəzi i

arrow Ətraflı
Dəmir çatışmazlığının əlamətləri nələrdir? like
  • 10 Mar 05:05  
Digərləri Dəmir çatışmazlığının əlamətləri nələrdir?

Dəmir çatışmazlığı dünyada ən çox rast gəlinən mineral çatışmazl�

arrow Ətraflı
Həzmsizlik kimi göründü, lakin nadir xərçəng növü olduğu ortaya çıxdı like
  • 10 Mar 04:04  
Digərləri Həzmsizlik kimi göründü, lakin nadir xərçəng növü olduğu ortaya çıxdı

İngiltərədə yaşayan 44 yaşlı, üç uşaq atası Neil Morris 2023-cü ilin

arrow Ətraflı
D vitamini çatışmazlığına diqqət yetirin! Ağız xərçənginə səbəb olur like
  • 10 Mar 03:03  
Digərləri D vitamini çatışmazlığına diqqət yetirin! Ağız xərçənginə səbəb olur

D vitamini çatışmazlığı təkcə sümük sağlamlığına deyil, həm də d

arrow Ətraflı
Portağaldan güclü C vitamini qaynağı olan 5 qida – Eşitdikdə çox təəccüblənəcəksiniz like
  • 10 Mar 02:02  
Digərləri Portağaldan güclü C vitamini qaynağı olan 5 qida – Eşitdikdə çox təəccüblənəcəksiniz

Portağal C vitamini dedikdə çoxumuzun ağlımıza ilk gələn meyvə olsa da,

arrow Ətraflı
Çörəyin bu zərərli təsirlərini eşitdikdən sonra ona bir daha yaxın durmayacaqsınız like
  • 10 Mar 01:01  
Digərləri Çörəyin bu zərərli təsirlərini eşitdikdən sonra ona bir daha yaxın durmayacaqsınız

Son illərdə mütəxəssislər ağ çörəyin həddindən artıq istehlakının

arrow Ətraflı
Rubio: “Starlink” olmasaydı Ukrayna müharibəni uduzardı like
  • 10 Mar 00:48  
Dünya Rubio: “Starlink” olmasaydı Ukrayna müharibəni uduzardı

"ABŞ Ukraynanı "Starlink" peyk rabitə sistemindən kəsmək ni

arrow Ətraflı
DYP yol hərəkəti iştirakçılarına müraciət etdi like
  • 10 Mar 00:43  
Digərləri DYP yol hərəkəti iştirakçılarına müraciət etdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti

arrow Ətraflı
Putinə münasibətim yaxşıdır, amma Rusiyaya...  Tramp like
  • 10 Mar 00:35  
Dünya Putinə münasibətim yaxşıdır, amma Rusiyaya... Tramp

Prezident Vladimir Putinlə yaxşı münasibətlərə baxmayaraq, Rusiyaya qarş

arrow Ətraflı
Sabah bu ərazilərdə işıq kəsiləcək like
  • 10 Mar 00:24  
Digərləri Sabah bu ərazilərdə işıq kəsiləcək

Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisin

arrow Ətraflı