Digərləri
2023-02-04 03:03:00
1. Autoimmun astma. Autoimmun astma ağ ciyər toxumasının Ag-ə qarşı xəstənin sensibilizasiyası nətizəsində baş verir. Bu hal bronxial astma xəstələrinin 1%-ində rast gəlinir. Xəstəliyə diaqnoz qoymaq üçün əsas kriteriyalar aşağıdakılardan ibarətdir: - ağır, fasiləsiz, residivləşən gediş - xəstələrdə hormonal asılılığın və qlükokortikosteroid rezistenliyinin formalaşması - qan zərdabı və turşu fosfotazası aktivliyinin artması. Autoimmun bronxial astmaya nadir hallarda rast gəlinir. 2. "Aspirin" bronxial astması. Boğulma tutması asetilsalisil qəbulundan sonra baş verir. Xəstələrə asetilsasisil sınağı aparılır və diaqnoz təsdiq edilir. 3. Ahıllarda bronxial astma. Ahıl xəstələrdə bronxial astmanın gedişini və diaqnostikasını qiymətləndirmək çətin olur. Çünki ahıl şəxslərdə başqa xəstəliklərində olması, bronxit əlamətlərinə bənzər əlamətlər verir. 4. Peşə bronxial astması Peşə bronxial astması, astma xəstələrinin 2%-ini təşkil edir. İstehsalatda bronxial astma xəstəliyinin əmələ gəlməsinə səbəb ola biləcək 200 maddə mövcuddur. İzosianid, platin duzları, müxtəlif bitki kompleksləri, heyvan mənşəli məhsullar, müxtəlif sənaye tullantıları və bir çox vasitələr bronxial astmanın əmələ gəlməsinə səbəb ola bilirlər. Xəstəliyə diaqnoz qoymaq çətinlik törətmir. Müalicə isə xəstəni həmin mühitdən uzaqlaşdırmaqdan ibarətdir. 5. Fəsil (sezon) bronxial astması. Bu zaman bronxial astma xəstəliyi ilin müəyyən fəslində əmələ gəlir və fəsil dəyişdikdə keçib gedir. 6. Bronxial astmanın gənə variantı. Xəstəliyin yeganə və tək əlaməti quru tutmaşəkilli öskürək hesab edilir. Belə öskürək adətən gecələr baş verir və fitverici xırıltılarla müşahidə edilir. Xəstəliyin əmələ gəlməsində gənələrin rolu olduğu söylənilir. Müalicə: Bronxial astma sağalmaz xəstəlikdir. Müalicənin əsas məqsədi xəstənin fiziki aktivliyini və normal həyat fəaliyyətinin keyfiyyətini saxlamaqdan ibarətdir.
2023-02-04 02:02:00
Mütəxəssislərin araşdırmalarına görə orta hesabla 100 hamilə qadından biri bronxial astmadan əziyyət çəkir. 500 hamilə qadından birində bronxial astma dölün həyatı üçün təhlükə törədir və ağır gedişə malik olur. Yüngül gedişli bronxial astma xəstələrinin hamiləlik zamanı vəziyyətini yaxılaşdırmaq mümkündür. Ağır gedişli bronxial astmadan əziyyət çəkənlərdə isə hamiləlik xəstəliyin əlamətlərini daha da dərinləşdirir. Hamiləlik zamanı astma tutmaları hamiləliyin altıncı ayının sonlarında meydana çıxmağa başlayır. Doğuş zamanı astma tutmaları baş vermir, doğuşdan sonra isə 3 ay ərzində tutmaların sayı azalıb tamamilə itir. Xəstə yenidən hamilə qalarsa, yenə də xəstəliyin gedişi birinci hamiləlikdə olduğu kimi olur. Əvvəllər elə hesab olunurdu ki, hamiləlik zamanı astma tutmalarının baş verməsinə qestozlar, toksikozlar səbəb olur. Lakin axır vaxtlar müəyyən edilib ki, adekvat həkim nəzarətində bunların meydana gəlməsi ehtimalı artmır. Lakin bronxial astmadan əziyyət çəkən qadınlarda uşaqlar kiçik bədən kütləsi ilə doğulurlar. Adətən belə hamiə qadınlara qeysəriyyə əməliyyatı məsləhət görülür. Hamilə qadınlara astmaya qarşı müalicə vasitələri təyin etdikdə diqqətli olmaq lazımdır ki, dərmanlar dölə pis təsir etməsin. Hamilələrə astma əleyhinə müalicə təyin etdikdə diqqətli olmaq məslət görülür. Bu baxımdan astma əleyhinə inhalyasiya preparatları döl üçün təhlükəsiz hesab edilir. Bronxial astma xəstəliyində istifadə edilən dərman vasitələri təhlükə dərəcəsinə görə beş qrupa bölünür. 1 - A qrupu kalium xlorid 2 - B qrupu insulin 3 - C qrupu izoniyazid 4 - D qurpu diazepam 5 - X qrupu izotrfetionin Bu qrup dərman preparatlarının hamiləliyə ziyan verməsi heyvanlar üzərində aparılan araşdırmalarda məlum olmuşdur.
2023-02-04 01:44:00
İnsanların çatışmazlıqları bəzən güldürür, hərdən də çətin situasiya yaradır. Müxtəlif bürclərin xoşagəlməz xüsusiyyətləri var. Onlardan bəziləri isə hətta dözülməzdir.
2023-02-04 01:01:00
Bu cür baş ağrıları çiyin və boyun əzələlərinin gərginləşməsi səbəbindən baş verir. Mütəxəssislər baş ağrılarının 80%-in çiyin və boyun əzələlərinin gərginəşməsi səbəbindən baş verdiyini söyləyirlər. Bu zaman əvvəlcə çiyin və boyun hissənin əzələləri gərginləşir, dartılma hiss edilir, sonra isə baş ağrıları başlayır. Ağrılar güclü xarakter daşıyır. Bəzən elə xəstələr olur ki, bu ağrılar onlarda ilin 180 günü baş verir. Gərginlik səbəbli baş ağrıları qısa müddətli və xroniki ola bilir. Ağrılar xroniki şəkil aldıqda intensiv xarakter daşıyır. Ağrılar səhər yuxudan duran zaman həzin başlayır və get-gedə artaraq kəskinləşməyə başlayır. Bəzən belə adamlarda fiziki yorğunluq zamanı və stresslərdən sonra da boyun əzələlərində gərginləşmə səbəbli ağrılar baş verə bilir. Gərginlik səbəbli baş ağrıları digər xəstəliklər səbəbli meydana çıxan baş ağrılarından fərqlənir. Belə ki, bu cür baş ağrılarının nə zaman, hansı səbədən başlaması məlum olmur. Gərginlik səbəbli baş ağrıları orqanizmdə aşağıdakı əlamətlərin meydana çıxmasına səbəb olur: * ürəkbulanma * qusma * zəiflik * baş hərlənməsi * əsəbi gərginlik * kürək və boyun əzələlərində ağrılar * kəskin baş ağrıları. Gərginlik səbəbli baş ağrılarından xilas olmaq üçün ağrıları əmələ gətirən səbəbə diqqət yetirməli və onu aradan qaldırmaq lazımdır. Bəzən belə ağrılar depressiyadan qaynaqlana bilir. Bu zaman xəstələrə psixoloji təsir etməklə ağrıları aradan qaldırmaq mümkün olur. Gərginliiyi əmələ gətirən insanlardan və şəraitdən uzaq durmaq baş ağrılarının əmələ gəlməsinin qarşısını alan əsas amil hesab edilir.
2023-02-04 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
2023-02-03 23:31:00
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
2023-02-03 22:48:00
Türkiyənin İstanbul şəhərinin Bağçalıevlər rayonunda marşrut avtobusunun dayanacaqda gözləyən sakinlərə, daha sonra isə mikroavtobusa çırpılması nəticəsində yaralanan Azərbaycan vətəndaşı Əhməd Rzayev həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.
2023-02-03 22:37:00
Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbin direktoru Turan Məmmədli işdən azad olunub.
2023-02-03 22:25:00
Kartlardakı puldan gələn gəlirdən faiz tutulacaq.
2023-02-03 22:15:00
Şadlıq sarayları menyuların qiymətini artırıb. Xüsusən, 40 manatadək olan menyularda qiymət daha çox bahalaşıb.
2023-02-03 21:53:00
Məişət tullantılarının zibil qutularına tullanmaması anti-sanitariya vəziyyətinin yaranmasına gətirib çıxarmaqla yanaşı həm insan sağlamlığına, həm də ətraf mühitə ciddi zərər vurur.
2023-02-03 21:20:00
Optik illuziyalar hər kəsi maraqlandıran, diqqətçəkən fotolardır.
2023-02-03 21:15:00
İspaniyalı kişi varlanmaq və digər ölkələrdə yaşayış icazəsi almaq üçün bir neçə ay ərzində iki qadınla evlənib.
2023-02-03 20:31:00
Yaxın vaxtlarda Azərbaycanda toyuq əti və yumurtanın qiymətində bahalaşma ola bilər.
2023-02-03 20:11:00
Avroviziya-2023 beynəlxalq mahnı müsabiqəsində Gürcüstanı İru Xeçanova təmsil edəcək.
2023-02-03 20:00:00
Hicaba riayət etməyənlərin şəxsiyyət vəsiqəsi bloklanacaq və onlara sosial xidmətlərin göstərilməsi dayandırılacaq.
2023-02-03 19:51:00
Bugünki Nazirlər Kabinetinin baş soğan və şalot soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilməsi ilə bağlı qərarın əsas məqsədi daxili bazarda soğanın qiymətini sabitləşdirmək və bahalaşmasının qarşısını almaqdır.
2023-02-03 19:41:00
Azərbaycan qazının Balkan ölkələrinə nəqli üçün yeni sazişlərə ehtiyac yoxdur.
2023-02-03 19:20:00
Rusiyanın Roza Xutor dağ-xizək kurortunda (Soçi) qəfildən yamacda peyda olan öküz turistlərə hücum çəkib.
2023-02-03 18:55:00
Milli qəhrəman Mübariz İbrahimov haqqında bədii filmi cəkilib.
2023-02-03 18:21:00
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov 2-ci "Yüksəliş" müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqənin qaliblərindən olan Hüseyn Mahmudov ilə görüşüb.
2023-02-03 18:00:00
Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları almaq məqsədilə kütləvi talama əməllərində şübhəli bilinən 1990-cı il təvəllüdlü Yusif Məhərrəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
2023-02-03 17:58:00
"Fire Land Production"ın təşkilatçılığı, Şahdağ Turizm Mərkəzinin dəstəyi ilə şəhid övladları və yaxınlarının iştirak etdiyi növbəti tədbir baş tutub.
2023-02-03 17:29:00
Gərgin enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu və əhəmiyyəti artıb.
2023-02-03 17:27:00
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.
2023-02-03 16:39:00
Türkiyə və Azərbaycan Cənubi Qafqazın inkişafı üçün atılan addımlarda səmimidir.
2023-02-03 16:20:00
Son dövrlər marketə məhsul almağa daxil olan alıcı vitrində gördüyü qiymətlə kassada qarşılaşdığı məbləğ arasında fərqin şahidi olur.
2023-02-03 16:11:00
Prezidentin seriallara ayırdığı 6 milyonu mənimsəyən qurumun bəlli olduğunu xəbər vermişdik.
2023-02-03 15:51:00
Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də İçərişəhərlə tanış olub.