Kamaləddin Qafarov: “Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir”
Digərləri 06 İyn 2025 11:00:00 94 0
"İyunun 2-də paytaxtımızda start götürmüş Bakı Enerji Həftəsi çoxdandır təkcə regional anlamda deyil, eləcə də qlobal miqyasda enerji sahəsində ən önəmli beynəlxalq platformalardan biri hesab olunur".
Bu xəbəri də oxu: Şəkidə arvadını öldürən tutuldu
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, qeyd edib ki, tədbir çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum"un rəsmi açılış mərasimi keçirilib. "Mərasimdə çıxış edən Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, "Bakı Enerji Həftəsi" öz zəngin ənənəsinə və innovasiyaya açıqlıq prinsipinə sadiq qalaraq beynəlxalq dialoqun dərinləşməsinə, yeni tərəfdaşlıqlar qurulmasına və faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verəcək. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, "Bakı Enerji Həftəsi" Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş "Caspian Oil & Gas" sərgisinin məntiqi davamı kimi formalaşıb və bu gün artıq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilib."
Deputat fikirlərini davam etdirərək ölkəmizin yaşıl enerji gündəliyi ilə bağlı cənab Prezident İlham Əliyevin çıxışında yer almış açıqlamaların əhəmiyyətini vurğulayıb: "Cənab Prezident öz çıxışında bir daha xatırlatdı ki, uğurlu strateji yanaşmalar enerji sektorunda Azərbaycanın davamlı inkişafı üçün yeni imkanlar yaradır. Bu kontekstdən yanaşdıqda, təbii ki, ölkənin işğaldan azad olunmuş ərazilərinin "yaşıl enerji" zonası kimi inkişaf etdirilməsinin də dayanıqlı enerji strategiyasının əsas istiqaməti olduğunu görmək olar. Təsadüfi deyil ki, enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün ölkəmizin əsas prioritetləri kimi müəyyən edilib. Bu gün Avropanın enerji təhlükəsizliyində ən önəmli və aparıcı rolu hələ də məhz təbii qaz təchizatı oynayır. Buna görə də Azərbaycanın bu qitədə enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsi həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruridir. Əbəs yerə deyil ki, hazırda enerji təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan qazına ehtiyacı olan bir sıra dövlətlərlə də fəal danışıqlar aparılır. Buna baxmayaraq, ölkəmizin yaşıl enerji gündəliyi də kifayət qədər genişdir. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyur və bu da dövlətimizin məsuliyyətini nümayiş etdirir".
Şəkinin Cəyirli kəndində 34 yaşlı Zəhra Əliyeva atasının evində qət

Yaponiyanın Osaka şəhərində "Ekspo 2025" dünya sərgisi çərçi

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda 529 kiloqram nərə bal

Ermənistan siyasətində yenidən ağır bir gurultu səsləri eşidilir: baş

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

Azərbaycanın bir sıra rayonlarda daha bir neçə bələdiyyələrə məxsus m

Ermənilərin İrəvan Qazılığının bərpası ilə bağlı münasibəti bizi

"Ermənistanın hara yönəldiyi sualı artıq açıq şəkildə gündəmd�

Rusiyanın tanınmış aktyoru Konstantin Şelestun 50 yaşında vəfat edib.

Bakıda Təzəpir məscidində Qurban Bayramının namazı qılınıb.

Aktrisa Pelin Akilin qolunu gənə dişləyib, o isə paraziti özü çıxarmağ

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabınd
