Digərləri
2023-02-04 13:20:00
Bakıda 7 nəfərdən ibarət ailənin yaşadığı mənzildə əlavə 2 nəfərin qeydiyyatda olduğu məlum olub.
2023-02-04 13:19:00
Azərbaycan qətiyyətli addımlarla tikinti-yenidənqurma işlərini həyata keçirir.
2023-02-04 13:11:00
Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda baş verən elektrik nasazlığını təmir etməyə gedən ustalar ərazidə baş vermiş qar uçqununa şahidlik ediblər.
2023-02-04 13:00:00
Xocalıda qəza baş verib, iki nəfər yaralanıb.
2023-02-04 12:11:00
Bazarda və marketlərdə soğanın qiyməti 1 manat - 1,30 qəpik arasında dəyişir.
2023-02-04 11:51:00
Gəncədə qanunsuz tikinti faktı aşkar olunub.
2023-02-04 11:40:00
Sumqayıtda bəzi marşrut xətlərində süni qiymət artımına yol verilməsi barədə məlumatlar yayılıb.
2023-02-04 11:31:00
Məşhur aktyor Burak Denizlə qısqanclıq səbəbindən ayrılan türkiyəli model Didem Soydan imicini təzələyib.
2023-02-04 11:25:00
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində yoxlamalar başlayıb.
2023-02-04 11:20:00
Sosial şəbəkələrdə yayılan video maraq doğurub.
2023-02-04 11:11:00
Bakıda qadın qəza törədib, ölən və yaralananlar var.
2023-02-04 10:41:00
"Sosial sığorta haqqında" qanuna dəyişiklik edilərək Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiya kimi istifadə edilməsi vətəndaşlar üçün faydalı olacaq.
2023-02-04 10:40:00
Quru Qoşunlarının 2023-cü il üzrə döyüş hazırlığı planına uyğun olaraq, atıcı silahlar və snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.
2023-02-04 10:15:00
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" və "Göytəpə" sərhəd dəstələrinin əməkdaşları tərəfindən 18 kiloqram 610 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
2023-02-04 09:40:00
Rusiya Dövlət Dumasında xaricdə tez-tez tətil edən məmurların "çiplənməsi" təklif olunub.
2023-02-04 09:22:00
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 8 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
2023-02-04 08:55:00
Ağciyərlərin xərçəngdən başqa digər xəstəliklərinin əmələ gəlməsində immun sisteminin, ailə-məişət şəraitinin, ətraf ortamın rolu böyükdür. Ən çox rast gəlinən ağciyər xəstəlikləri aşağıdakılardır: * kəskin pnevmoniya * xroniki pnevmoniya * plevrit * bronxhektazlar * vərəm. Ağciyər xətəliklərinin sayı staistik hesablamala görə 5 ildən bir 2 dəfə artır. Xüsusilə də vərəm xəstəliyinin son illərdə sürətlə yayılmasını nəzərə alsaq əhalinin bu barədə maariflənməyə ehtiyacı olduğu aydınlaşır. Əgər sizdə aşağıdakı əlamətlərdən bir-neçəsi aşkarlanarsa mütləq pulmanoloqa müraciət etməniz lazımdır: * bəlğəmli və ya quru öskürmə * titrəmə * qızdırma * iştahsızlıq * halsızlıq * tez yorulma * əzginlik * qanhayxırma * sinədə və kurəkdə ağrılar.
2023-02-04 08:53:00
Moldova Azərbaycanın SOCAR və Rumıniyanın "Romgaz S.A." şirkətləri arasında imzalanmış saziş sayəsində Rumıniya vasitəsilə Azərbaycandan qaz almaq niyyətindədir.
2023-02-04 08:51:00
Qadın xəstəlikləri və doğuş həkimlərinin araşdırmaları hamiləlik zamanı kriminal xəbərlərin və qanlı hadisələrin hamilə qadınlara pis təsi edəcəyini təsdiqləmişdir. Mütəxəssislərin araşdırmaları qanlı kriminal hadisələrin hamilələrdə əsəb pozğunluqlarına, depressiyaya səbəb olacağını deyirlər. Buna səbəb isə yumurtalıqların funksiyasının pozulmasını göstərirlər. Kriminal hadisələr hamilələrə nə kimi təsir edə bilər? 1. Uzun sürən stresslər kortizol və bu kimi hormonların qanda artmasına səbəb olur ki, bu da qan təzyiqini artırır. Artan qan təzyiqi damarların daralmasına səbəb olur və bətndəki uşağa qanın və oksigenin az getməsinə gətirib çixarır. 2. Əgər stresdən hamilə qadın tez çıxmağı bacararsa dölə zərər dəyməz. Yox əgər qadının sinir sistemi, immuniteti zəif olasa və stresin təsiri altında uzun müddət qalarsa, orqanizmin infeksiyaya yoluxma riski artar və erkən doğuş baş verə bilər. 3. Hamiləliyin ilk 3 ayında stresslər uşağın mərkəzi sinir sistemini sağlam formalaşmamasına səbəb olur. 4. Xroniki depressiya və qəfil stress yarada biləcək xəbərlər hamiləliyin pozulmasına səbəb ola bilər. Hər bir orqanizm ətrafda baş verən xoşagəlməz hadisələrə müxtlif cür reaksiya verir. Hamilə qadınlar ətraflarında baş verən kriminal hadisələrdən və sosial mediada yayımlanan kriminal xəbərlərdən nə qədər uzaq durarsa, bir o qədər yaxşıdır.
2023-02-04 08:46:00
Ana olmağa hazırlaşan hər bir qadın doğulacaq uşağının sağlam olması üçün qidalanmasına diqqət yetirməlidir. Sağlam ana, sağlam qida - sağlam uşaq deməkdir. Hamiləlik zamanı qadınlar yediyi qidalara diqqətlə yanaşmalıdırlar. Bəzən iştahanın artması, qəbul edilən vitaminlər səbəbindən həddindən çox qida qəbulu, hormonal sistemdə baş verən dəyişikliklər, hamilə qadınların çəkisinin artmasına səbəb olur. Sağlam və keyfiyyətli qidalarla qidalanma ananın südünün keyfiyyətli olması ilə bərabər onun çəkisinin də artmasına səbəb olur. Qəbul edilən qidaların tərkibində olan dəmir və vitaminlər doğuşdan sonra körpənin həyatının ilk 6 ayında vitaminlərə olan ehtiyacını ödəyir. Hamilə qadın tərkibində şəkər və yağın miqdarı yüksək olan qidalardan başqa, hər bir qidadan az miqdar da olsa qəbul eləməlidir. Az miqdar yağın ana üçün heç bir təhlükəsi yoxdur. Hamiləlik zamanı tərkibində qatqı maddələri olan qida məhsullarından istifadə etmək olmaz. Gələcəyin hər bir anası dünyaya göz açacaq körpəsinin sağlamlığı üçün 9 ay boyunca qidasına diqqət yetirməlidir.
2023-02-04 08:41:00
Ağciyər arteriyası qapağının çatışmazlığı ağciyər arteriyasının qapağının taylarının örtülməməsi ilə xarakterizə olunur. Bu diastola zamanı ağciyər arteriyasından sağ mədəciyə qanın patoloji requrgitasiyasına və sağ mədəciyin yüklənməsinə səbəb olur. Xəstəliyə nadir hallarda rast gəlinir. Xəstəliyin 2 növü ayırd edilir: - Ağciyər arteriyası qapağının üzvi çatışmazlığı. Bu patologiyanın əmələ gəlməsinə (qapağın büzüşməsi və deformasiyaya) gətirib çıxaran xəstəliklər aşağıdakılardır: - infeksion endokardit - revmatizm - Marfan sindromu - sifilis və s. Ağciyər arteiyası qapağının nisbi çatışmazlığı: Nisbi çatışmazlığın əmələ gəlməsinə kəskin ağciyər hipertenziyası, ağ ciyər arteriyası kökünün və qapağının fibroz dəliyinin genişlənməsi olan xəstələrdə rast gəlinir. Bu xəstəliklər aşağıdakılardır: - mitral stenoz - ağciyər ürəyi - birincili ağciyər ürəyi - ağciyər arteriyasının trombaemboliyası. Ürəyin bu qüsurunda olan hemodinamik dəyişikliklər aorta qapağın çatışmazlığında olan kimidir. Ağciyər arteriyası qapağının çatışmazlığı zamanı aşağıdakı patologiyalar meydana çıxır: 1. Diastola zamanı qanın geriyə qayıtması nəticəsində sağ mədəciyin yüklənməsi ilə əlaqədar hipertrofiya və dilatasiya inkişaf edir. 2. Əvvəllər ağciyər arteriyasının hipertenziyası olan xəstələrdə ağciyər arteriyası qapağının çatışmazlığının meydana gəlməsi sağ mədəcik əlamətlərini genişləndirir. 3. Ağciyər arteriyasında nəbz təzyiqi kəskin artır. Xəstəlik özünü ağciyər hipertenziyası, sağ mədəciyin hipertrofiyası və dilatasiya əlamətləri ilə biruzə verir. Ağciyər arteriyasının qapağının çatışmazlığında daha vacıb kliniki əlamət döş sümüyünün sol kənarı boyunca üfürücü diastolik küydür. Xəstəliyə diaqnoz qoymaq üçün EKQ, exokardioqafiya və rentgenoloji müayinə üsullarından istifadə edilir.
2023-02-04 08:35:00
1. Şokolad. Şokolad hamilə qadınların yeməkdən doymadığı qidalardandır. Bunun səbəbi şokolodın insanda depressiyanı aradan qaldırmaq xüsusiyyəti ola bilər. 2. Ədviyyatlı qidalar. Bunun səbəbi hamilə qadının bədən tempraturunun aşağı olması ola bilər. 3. Təbaşir. Təbaşir yeməyin səbəbi qanın aşağı düşməsi ola bilər. 4. Turşular. Turşu yemənin səbəbi orqanizmdə hormonal sistemdə baş verən dəyişikliklərlə əlaqədar olaraq dad hissiyatının pozulması ola bilər. 5. Çips. Çips ədviyyatlı və duzlu olduğu üçün ağızda olan dadsızlığı aradan qaldırmaq üçün ola bilər. 6. Meyvə. Hamilə qadının meyvə istəməsinin səbəbi orqanizmin vitaminə olan ehtiyacını təmin etmək ola bilər. 7. Limon. Hamiləlik zamanı limon yemənin səbəbi C vitamini çatışmazlığı ola bilər. Limon həm də ağız dadlandırıcıdır. 8. Dondurma. Hamiləlik zamanı dadlı və sərinləşdiricilərə ehtiyac olduğundan arzu oluna bilər. 9. Qazlı sular. Hamiləlik vaxtı qazlı sulara əksər qadınlar meyl edirlər. Lakin içən zaman qazlı suyun kofeinli olmamasına və keyfiyyətli olmasına diqqət yetirmək lazımdır. 10. Kofe. Həkimlər hamiləlik vaxtı kofe içilməsini düzgün saymır. Ancaq kofe depressiyanı aradan qaldırdığına və baş ağrılarını kəsdiyinə görə bəzi hallar istisna ola bilər
2023-02-04 08:34:00
Aİ ölkələri fevralın 5-dən etibarən G7 ölkələri ilə birlikdə Rusiya neft məhsullarının qiymət tavanı ilə bağlı razılığa gəliblər.
2023-02-04 08:25:00
Hamilə qadınların bətnindəki uşaq böyüdükcə bədənin ağırlıq mərkəzi dəyişir. Bununla əlaqədar olaraq bel əzələlərinin yükü artır. Hormonlar orqanizmi doğuşa hazırladığı üçün bel fəqərələri və çanaq sümüklərində gərginlik baş verir. Bu səbəblərdən də qadınlarda bel ağrıları (lümbalgiya) olur. Hamiləlik zamanı beldə ağrıları azaltmaq üçün geyilən ayaqqabıya diqqət etmək lazımdır. Həddindən çox hündür və ya dabansız ayaqqabı geymək fəqərələrin duruşuna təsir edib, sinirləri sıxdığı üçün beldə ağrıların əmələ gəlməsinə səbəb olur. Bədəninizin gəzərkən aldığı vəziyyət, duruş tərzi, hər hansı qaldırılmış yükün ağırlığı hamilələrdə bel ağrılarının baş verməsinə səbəb ola bilir. Hamilə qadın belində ağrıların baş verməməsi üçün aşağı əyildiyi zaman, yataqdan qalxdığında, yana əyildiyi zaman hərəkətlərinə diqqət yetirməlidir. Hamiləlikdə bel ağrılarının olması patoloji hal sayılmır. Əgər ağrılar həddindən artıq və dözülməzdirsə təbii vasitələrlə onu aradan qaldırmağa çalışmaq lazımdır.
2023-02-04 08:21:00
Süni mayalanma lazım gəldikdə qadın və kişinin sağlamlığının diqqətli müayinəyə ehtiyacı olduğu kimi, süni mayalanma üçün vaxtın seçilməsi də önəmli faktorlardan biridir. Ovulyasiyanın dəqiq vaxtının müəyyənləşdirilməsi mümkün olmadığı üçün süni insemiasiyanı tsikl ərzində 3 dəfə keçirmək məsləhətlidir. 27 günlük mestural tsikl zamanı tsiklin 11-ci günündən başlayaraq, 28 günlük tsikl zamanı isə 13-cü günündən süni mayalandırmağa başlamaq və onu 2 günlük fasilələrlə 2-3 dəfə təkrar etmək lazımdır. Süni mayalandırmadan sonra bir saat ərzində uzanıqlı vəziyyətdə qalmaq və ya spermanı saxlamaq məqsədilə qadın kondomlarından (uşaqlıq boynu qapaqcığından) istifadə etmək lazımdır.
2023-02-04 08:17:00
Bakının Suraxanı rayonunda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb.
2023-02-04 08:15:00
Anemiya qanın vahid həcmində hemoqlabinin miqdarının azalmasıdır ki ,bu da öz növbəsində orqanizdə olan qanın azalmasına gətirib çıxarır.Əsər hallarda anemiyalarda qanın vahid həcmindəki eritrositlərinin də miqdarı azalmış olur(dəmir defisit anemiya. talasmmiya istisnadır) Anemiyanın baş verməsində bir çox səbəblər rol oynayır: 1)) Dəmir defisiti 2) Kəskin posthemmorragik 3) Profirin sintezi və utilizasiyanınpozulması ilə əlaqədar 4) RNTvəDNT-ninsintezinin pozulması ilə əlaqədar 5) Hemolitik 6) Sümük iliyində hüceyrələrin proliferasiyasının pozulması Yuxarıda göstərilən səbəbdən baş verən anemiyaların hər birinin özünəməxsus etiologiyası vardır.Buna görə də anemiyalı xəstələri müayinə edərkən diqqətli olmaq lazım gəlir. Etiologiyası: Qanaxmalar .Buraya uşaqlıq yolunun qanaxmaları,mədə bağırsaq Bqanaxmaları,ağ ciyər xəstəlikləri zamanı baş verən qanaxmalar aiddir, Orqanizmdə dəmir sərfinin artması Buraya hamiləlik, uşaqəmizdirmə dövrü,cinsi yetişkənlik dövrü,xroniki infeksiyalar,qurd xəstəlikləri və sis xəstəlikləri aiddir. Dəmirin sorulmasının pozulması Buraya mədənin rezeksiyası,enterit aiddir. Dəmirin daşınmasının pozulması. Anadangəlmə dəmir defisiti Patogenez: Dəmir defisit anemiya hemoqlobinin sintezinin pozulması səbəbindən yaranır.Hemoqlabinin kifayət qədər sintez oluna bilməməsi toxumalarda hipoksiyaya səbəb olur və bu da öz növbəsində sirkulyator hipoksiya sindromunun inkişafına gətirib çıxarır. Dəmir defisit anemiya həmçinin toxuma fermentlərinin pozulması və toxuma metobolizminin pozulmasına səbəb olur.Bu zaman da tez yetişen epitel toxuması zədələnir. Dəmir defisit anemiyalı xəstsləlir dərisinin rəngi avazımıç olur,dəridə quruluq artır,Saçların tökülməsi ,dırnaqların sınması də müşayət olunur.Bütün orqanlarda qanazlığı səbəbindən müxtəlif cür xoşagəlməz əlamətlər özünü biruzə verir. Diaqnoz qoymaq üçün laborator analizlər verilir.daxili orqanlarda qanaxmanın olub olmaması yoxlanılır. Müalicəsi: Əgər xəstədə qanaxma varsa təcili olaraq tədbir görülməlidir.Daha sonra isə qanin artırılması istoqamətində təxitəsalınmaz tədbirlər görülməlidir. Dəmir defisit təhlükəsi olan pasiyentlər: -yarıçıq doğulmuşlar -çoxdöllü hamiləlikdən doğulanlar -cinsi yetkinlik dövründə olan və sürətlə böyüyən qızlar -metrorragiyalar Profilaktikası Qida rasionunun tərkibində çoxlu miqdar dəmir olan qidalar qəbul etmək. Buraya dəniz məhsulları,mal əti daxildir