Leyla Axundzadə: "Müşfiq güllələnməyib, Mərəzədə ölüb"
Digərləri 05 İyn 2025 21:29:00 77 0
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli siması Mikayıl Müşfiqin anadan olmasının 117-ci ildönümüdür. Müşfiq 30 yaşını tamamlamadan repressiya olunsa da, öz qısa həyatı boyunca poeziyamızın mövzu və üslubunu dəyişdirmiş, özündən sonrakı ədəbi nəsillərə mühüm təsir göstərmişdir.
Bu xəbəri də oxu: Dəhşətli qəzada ölənlərin biri PTXnin əməkdaşı imiş
Son.az xəbər verir ki, Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin qızı Leyla Axundzadə "Teleqraf"a müsahibə verib.
Həmin müsahibədən bəzi hissələri təqdim edirik:
- Leyla xanım, bu sualı cavablamaq sizin üçün nə qədər çətin olsa da, soruşmaq istəyirik. Deyilənə görə, ananızı həbs edəndə iki seçim qoyublar: ya həbs, ya Müşfiqdən boşanmaq. Bu haqda nəsə bilirsiniz?
- Bəli, deyəcəm. Ümmügülsümün xatirələrini oxumusunuzsa, xatırlayarsınız, orada da var. (Ümmügülsüm-şairə, Məmməd Əmin Rəsulzadənin əmisi qızı-red) Həbsdə əvvəlcə Dilbər xanımı ümumi kamerada saxlayıblar, sonra təkadamlıq kameraya keçiriblər. Xanım öz xatirələrində yazıb ki, kameradan Dilbərin səsini eşidirdik. Dilbər qışqırırdı ki, mən ölümə gedərəm, amma Müşfiqə yox demərəm. Yəni, həqiqətən də, o seçimi qoyublar qarşısına. Anamla Müşfiq ölənə qədər evli qalıblar. Nigah kağızları hələ də məndə qalır.
- Atanızla rəsmi nikahları olmayıb...
- Olmayıb, hə. Çünki anam Müşfiqdən boşanmayıb. Həyatın qəribəliyinə baxın ki, atam da tez rəhmətə gedir, anam yenə tək qalır. Üstəlik, balaca uşaqlarla. Atam anamı sevib. Bizi də sevib. Atam müharibə iştirakçısı olub. Ürək xəstəsi olub. Qəfildən rəhmətə gedib.
- Atanızla Dilbər xanım necə tanış olublar bəs?
- Qohumlar vasitəsilə. Anam həbsdən sonra ata evinə qayıda bilmir, analığı imkan vermir. Dilbər xanım öz anasının yanına qayıdır, onunla yaşayır. O dövrdə Dilbər xanıma yaxınlaşmaq təhlükəli olub. Hamı qorxurmuş. Çünki anam hələ bəraət almamışdı. "Xalq düşməninin arvadı" idi. Atam ikinci dünya müharibəsi iştirakçısı olub. Atamın onunla evlənməsi əsl qəhrəmanlıq idi. Atam olmasaydı, bəlkə də, anam da Balacaxanım kimi... Anam bəlkə də, atamın sayəsində həyatda qalıb. Atam anamla 1950-ci ilin əvvəlində evlənib.
- Müşfiq ölüb, yoxsa, öldürülüb, Leyla xanım, siz necə bilirsiniz?
- Müşfiq güllələnməyib. Məndə ölüm haqqında arayışı var. Ədliyyə Nazirliyi təqdim edib. Arayışda Müşfiqin Mərəzədə öldüyü yazılıb. Nömrəsi də var. 1939-cu il, mart ayında Mərəzədə ölüb.
- Müşfiq Mərəzəyə niyə göndərilib?
- Həbs edilənləri onsuz da ölüm hökmü gözləyirdi. Deyirdilər ki, onsuz da öləcək. Sənədə yazırdılar güllələndi, göndərirdilər xüsusi yerlərə işləməyə. Onsuz da bilirdilər ki, öləcək. Ola bilər, Müşfiqin də sənədi belə olub. Güllələnib yazıb, göndəriblər Mərəzəyə.
- Sənədi Dilbər xanıma vermişdilər?
- Hə. Dilbər xanım özü gedib Xalq Daxili İşlər Komissarlığına müraciət etmişdi. 1956-cı ildə Müşfiqin ölüm sənədini alıb. Son.az
Gəncədəki 2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxsin ölümü

ABŞ, İsveçrə, Belçika və digər ölkələrdən olan beynəlxalq tədqiqat�

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirlə

Türkiyəli aktyor Burak Deniz şəxsi həyatı ilə gündəmə gəlib.

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-c

2-4 iyun tarixlərində keçirilmiş Bakı Enerji Həftəsi bir daha nümayiş e

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin səhhəti və qərarvermə qab

"Gənclər ailə qurmağa hazır deyillər. Oğlumun ikisi də evlidir, amm

Cari ilin yanvar-may ayları üzrə dövlət büdcəsinin gəlirləri 17 138,0 m

Tanınmış aparıcı Tarix Əliyev (Tolik) şəxsi həyatı ilə bağlı sosial

Qurban bayramı ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən bütün av

Müğənni Rəqsanə İsmayılovanın məclisdə çəkilən görüntüsü diqq�
