Digərləri

"Tağı müəllim artıq yeriyə bilmir, ayaqları tutulub" Həyat yoldaşından açıqlama

2023-02-23 14:40:00

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun ayaqları tutulub.

Aparıcıların dediklərinə görə bu kanallar cərimələndi

2023-02-23 14:32:00

"RTÜK" (Türkiyədə Radio və Televiziya Ali Şurası) Türkiyədə yayımlanan bir çox kanalı cəzalandırıb.

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq

2023-02-23 14:27:00

25-26 fevral tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtda "Kənddən Şəhərə" həftəsonu yarmarkaları təşkil olunacaq.

Bölgələrdə heyvandarlığa maraq niyə azalıb?

2023-02-23 14:21:00

Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bəzi kolbasa məhsulları ətdən ucuz satılır

2023-02-23 13:59:00

Ətin kilosu 12-15 manat olduğu halda bəzi mağazalarda xeyli aşağı qiymətə kolbasa satılır. Hətta 8-9 manata təklif olunan kolbasa məmulatları da var.

Sulu qar və qar yağacaq PROQNOZ

2023-02-23 13:17:00

Fevralın 24-nə gözlənilən hava şəraiti açıqlanıb.

İstanbulda uçma riski olan binalar sökülür

2023-02-23 13:16:00

İstanbulda uçma riski böyük olan binaların sökülməsinə başlanılıb.

Məktəbin 4 giriş qapısı olsa da, 3ü bağlıdır

2023-02-23 13:05:00

Məktəbin 4 giriş qapısı olsa da, 3-ü bağlıdır. Valideynlər isə bunun doğru olmadığını deyirlər.

İrəvanın bu mövqeyi müharibəyə təhrikdir

2023-02-23 12:43:00

Ermənistan XİN rəhbəri Mirzoyan Bakının Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifini qəbuledilməz adlandırıb və Qarabağın "humanitar blokadada" olduğunu iddia edib. O, İrəvanın imtinasını Laçın yolunun parametrlərinin Üçtərəfli Bəyanatda qeyd olunması ilə əsaslandırıb.

İşğaldan azad edilmiş ərazilərdə xeyli silahsursat aşkarlanıb

2023-02-23 12:32:00

İşğaldan azad edilmiş ərazilərdə xeyli silah-sursat aşkarlanıb.

KOBİA sahibkarlara bazar araşdırması üçün dəstək göstərir

2023-02-23 12:14:00

Hazırda KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlara daxili bazar araşdırmasının aparılmasına, təhsil, elm, tədqiqat və dəstək layihələrinin reallaşdırılmasına maliyyə dəstəyi, satış imkanlarını genişləndirmələri üçün ixtisaslaşmış sərgilərdə təmənnasız iştiraklarına, bilik və bacarıqlarının artırılması üçün ödənişsiz təlim və məsləhət xidmətlərinin göstərilməsinə, sosial sahibkarlığın inkişafına və s. dəstək göstərilir.

10 min manat pensiya alırlar

2023-02-23 11:26:00

Dövlət Gömrük Komitəsinin təqaüdə göndərilən generalları 8-10 min manat və daha yüksək pensiya alırlar.

Azərbaycanda Ramazan ayı bu tarixdə başlayacaq

2023-02-23 11:17:00

Azərbaycanda müqəddəs Ramazan ayının daxil olacağı gün məlum olub.

Sabahdan plyonkalarla bağlı yeni qaydalar qüvvəyə minir

2023-02-23 11:04:00

Sabahdan etibarən nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir.

“Rubencan, haradan gəlmisənsə, ora qayıt”

2023-02-23 10:52:00

"Ruben Vardanyan fevralın 23-dək istefaya gedəcək".

Taksi sürücülərini SEVİNDİRƏCƏK XƏBƏR

2023-02-23 10:10:00

Paytaxtın 20 Yanvar dairəsi, "Şamaxinka" adlanan ərazi, 3-cü mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən və pərakəndə şəkildə rayonlara sərnişin daşıyan minik taksiləri üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksi tərəfindən ödənişsiz duracaq yerləri təşkil edilib.

Tullantılar? Xeyr, incəsənət! Fidan Manafovanın heyranedici və faydalı yaradıcılığı FOTO

2023-02-23 10:00:00

Məsuliyyət. Bu söz yəqin ki, müasir cəmiyyətlərin əsas təkanverici qüvvəsinə çevrilib: biz bir-birimizə münasibətdə, özümüzə qarşı və əlbəttə ki, yaşadığımız planet qarşısında məsuliyyətli olmağa çalışırıq. Bəşəriyyət özünün ətraf mühitə mənfi təsirinə o qədər uzun müddət fikir verməyib ki, indi məsuliyyətli istehlak, köhnəlmiş əşyaların təkrar emalı və yenidən həyat qazanması önəmli və faydalı trendə çevrilib. Dünyada minlərlə fikir liderləri, blogerlər və aktivistlər mümkün qədər çox insanın ətraf mühitin qayğısına necə qalmaq barəsində düşünməsi üçün böyük səy göstərirlər.

Türkiyədə zəlzələ bölgəsində yeni qadağa tətbiq olunub

2023-02-23 09:21:00

Türkiyədə zəlzələ zonasında fövqəladə vəziyyət dövründə daha bir qadağa tətbiq edilib.

Kəskin böyrək çatışmazlığı

2023-02-23 08:59:00

Böyrəklərin funksiyasının qəflətən pozulması kəskin böyrək çatışmazlığı adlanır. Kəskin böyrək çatışmazlığının əmələ gəlməsində bir çox faktorların rolu vardır və bu faktorlar qruplara bölünür: 1. Şok böyrəyi 2. Toksik böyrək 3. Kəskin infeksion böyrək 4. Damar obstruksiyası 5. Sidik yollarının kəskin tutulması Xəstəliyin əmələ gəlməsinə mərkəzi venoz təzyiqin düşməsi, yumaqcıq filtirasiyasının azalması və dayanması, qlıkemik şok, qanaxma, yanıq, suyun və elektrolidlərin bədəndən itirilməsi, kardiogen şok, bakterial şok, ağır infeksiyalar, böyrək damarlarının dərman səbəbli spazmı, kəskin tubulyar və kortikal nekroz, böyrəkdə baş verən zədələnmələr, hemotrasfuziya ağırlaşmalrı, ağır hemolitik anemiya, nefrotoksik maddələr, kanalcıqların blokadası səbəb olur. Bunlardan başqa kəskin böryək çatışmazlığına böyrəyin özünün xəstəlikləri (böyrək daşları, çanaq orqanlarının şişləri, sidik axarlarının bağlanması, prostat vəzin şişləri) də səbəb olur. Xəstəliyin ilk dövründə xəstədə ödem baş verir, böyrəyin fibroz kapsulu gərginləşir. Kanalcıqlarda zədələnmələr baş verir, qan kapilyarlarında tromblara təsadüf edilir. Kanalcıqların tutlması sayəsində işemiyalar meydana çıxır. Böyrəklərdə bir sıra patoloji dəyişikliklər meydana çıxdıqca, qabıq maddə qismən və ya tamamilə nekrozlaşır. Bunun əsas səbəbi işemiya dövrünün uzun sürməsidir ki, əksər hallarda ölümlə nəticələnir. Xəstəlik ən çox şoklardan sonra inkişaf etdiyinə görə, hər hansı bir səbəbdən şoka düşən xəstənin ayıldlqdan sonra vəziyyəti yaxşılaşsa belə, sidiyinin müayinəsi nəzarət altında olmalıdır.

Dişi ağrısından qorxanlara 6 məsləhət

2023-02-23 08:55:00

1. Dişləri vaxtlı-vaxtında fırçalamaq çürümələrə və ağrıya səbəb olan amillərin aradan qalxmasına yardım edir. Bu ağrının əmələ gəlməsinin qarşısını alır. 2. Sirkəli və duzlu su ilə qarqara etmək diş dibindəki şişkinlikləri aradan qaldırır, ağrılarının əmələ gəlməsinə səbəb olan amilləri aradan qaldırır. 3. Dişiniz ağrıyan zaman onun üstünə aspirin, spirt əvəzinə mixək yağı qoyun. Bu sizin ağrınızı daha tez kəsər və sizi yüngülləşdirər. Mixək yağı diş ağrısını azaltmaqla yanaşı, diş dibi ətlərinə də antiseptik təsir göstərir. Mixək yağının bakteriyaları öldürmək qabiliyyəti çürük dişlərin dibində olan zərərli bakteriyaları məhv edir. 4. Ağrıyan hissəyə buz qoymaq və ya soyuq su ilə ağızı yaxalamaq diş ağrısı zaman yüngülləşdirici təsir göstərir. 5. Gecə zamanı baş verən diş ağrılarının yüngülləşdirmək məqsədilə yastığı dik qaldırmaq ağrını azaldır. 6. Yuxarıda sadalananlar təbii vasitələrlə diş ağrısının aradan qalxmasına yardım edir. Amma bu müvvəqqəti xarakter daşıyır. Çalışın ildə ən azı 1 dəfə profilaktika məqsədilə diş həkiminə müraciət edin. Çünki düzgün diaqnozun və müalicənin nəticəsi sizi qəfil diş ağrısı ilə qarşı-qarşıya qoymaz.

Yanaqda qızartıların əmələ gəlmə səbəbi

2023-02-23 08:51:00

Yanaqda qızartı və şikinliklə müşayiət olunan bu allergik xəstəlik adətən uşaqlarda baş verir. Qızartılar bir və ya hər iki yanaqda ola bilir. Qızartılar qaşınan və ya qaşıntısız ola bilir. Yanaqda əmələ gələn dairəvi qızartılar görünüşünə görə qabıqlı və qabıqsız olmaqla 2 cür olur. Səpgilər dəri qatından biz az qabarıq şəkildə təzahür edir və çəhrayı, qırmızı və moruq rəngində ola bilir. Qızartılar nöqtə və ya ləkələr halında ola bilir. Qızartılar akne, ekzema, dermatit, allergik reaksiya, rozella səpgiləri halında olur. Yanaqdakı qızartılar zərərsiz sayıla bilir və asanlıqla müalicəyə tabe olur. Amma bəzən bu qızartılar bakterial meningit və ya sistem xəstəliklərin əlaməti də ola bilər. Bakterial meningit zamanı yanaqda olan qırmızılardan sonra üzün dərisində göyümtül-moruq rəngində ləkələr qalır. Ona görə də həkimə müraciət etmək və diaqnozu dəqiqləşdirmək lazımdır. Yanaqdakı qızartılara sinir sistemi xəstəlikləri, həzm prosesində baş verən patologiyalar, kardiosirkulyator xəstəliklər, immun sistemi xəstəlikləri səbəb ola bilir. Yanaqda qızartılarla bərabər bəzi əlamətlər də meydana çıxa bilər: - qızartılarda qabarma və qanamalar - yanaqda yanğı hissi - dəridə qaşınma və çatlar - ağız və ya burunda yaralar - nadir hallarda çənədə və boyunda yaraların olması - qızartı və iltihab - qabıqvermə və qabığın soyulması - qızartının ətrafında şişkinlik - yanaqda qan damarlarının görünməsi. Qızartıların həcmı geniş olduqda xəstələrdə burun axması və asqırma da müşayət edilir. Yanaqlarda qızartıların əmələ gəlməsinə bəzi kimyəvi maddələrlə yaxın təmasda olmaq da səbəb ola bilir. Bu zaman qızartını asanlıqla aradan qaldırmaq mümkündür. Qızartını törədən səbəbdən uzaq durmaq və yüngül allergiya müalicəsi xəstəliyin əlamətlərini aradan qaldırır.

Bakıda uşaqlar arasında son vaxtlar ən çox

2023-02-23 08:49:00

Bakıda uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər açıqlanıb Ötən il Bakı şəhəri üzrə uşaqların icbari dispanserizasiyası nəticəsində ən çox göz, həzm, tənəffüs və sümük-əzələ sistemi xəstəliklərinə rast gəlinib.

Vazorenal arterial təzyiq

2023-02-23 08:46:00

Vazorenal hipertenziyanın baş verməsinin 60-80%-ı  40-50 və ondan böük yaşlı, böyrək və böyrək şaxələrində ateresklerozu olan xəstələrdir. Hipertenziya çox vaxt böyrək arteriyalarının zədələnmələri zamanı baş verir ki, bu da bədxassəli hipertenziyaya səbəb olur. Yəni xəstənin təzyiqi daima yüksək olur. Kliniki olaraq böyrəklərdə baş verən iltihabi proseslər, leykositoz, subfebril hərarət, böyrək damarlarının zədələnməsi ilə özünü biruzə verir. Bəzi hallarda vazorenal hipertenziya Takayasu xəstəliyi və nəbzin olmaması xəstəliyi səbəbindən də baş verə bilər. Xəstəliyin gedişi onu yaradan səbəbərdən asılıdır. Əgər arterial təzyiq gənc yaşlardan əmələ gəlibsə, stabil xarakter daşıyırsa və daima yüksəkdirsə o zaman vazorenal təzyiq barədə ciddi düşünmək lazımdır. Uzun zaman təzyiqin yüksək olması və onun normaya salınmaması, digər orqanların da fəaliyətinə mənfi təsir göstərir. Doaqnoz:

Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR

2023-02-23 08:45:00

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

“Ekoloji cinayətə son” XankəndiLaçın yolunda etiraz aksiyası 74 gündür davam edir

2023-02-23 08:29:00

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası yetmiş dörd gündür davam edir.

Böyrəklərdə kalsium daşları

2023-02-23 08:25:00

Hiperkalsiuriya. Böyrək  daşlarının  80%-dən  çoxunun  tərkibində   kalsium tapılır. İnsan  orqanizmində  orta  hesabla  120-200  qram kalsium  vardır. Normal insanın plazmasındakı kalsiumun qatılığı  2,2-2,7 mmol-dur. Qandakı kalsiumun 45%-i albuminlərlə  birləşmiş, 50%-i ionlaşmış kalsium,  5%-i isə zəif ionlaşmış olub  sitrat sosfat və karbonat   kompleksləri  şəklində  olur. Sidik ilə ekskresiya  olmuş kalsiumun  miqdarı gün ərzində  0,1mmol/kqdan  çox olduqda hiperkalsiuriyac adlanır. Sağlam  adamlarda 2%-dən az  filtirasiya olunmuş kalsium ifraz olunur. Filtirasiya olunmuş kalsiumun əsas hissəsi proksimal kanalcıqlarda reabsorbsiya olunur. Distal  reabsorbsiya  metobolik  asidozun, vitamin D-nin   təsirindən  güclənir  və hiperkalsiemiyaya səbəb olur. Metobolik  asidoz, hiperfosfatemiya  onun  reabsorbsiyasını  azaldır  və hiperkaliemiyaya səbəb  olur. Sağlam  şəxslərdə  kalsiumun  gün ərzində  sidik  ilə  xaric  olunması 7,5 mmol təşkil edir. Hiperkalsiuriya müşahidə  olunan  bütün  hallarda  kalsium  daşlarının  əmələ  gəlməsi  üçün  risk  faktoru  sayılır. Daşların əmələ  gəlməsində  həmçinin  sidik  yollarının  infeksiyasına  da  böyük  əhəmiyyət  verilir. Əgər  keçmişdə  təkcə  stafilokokk  infeksiyasına  əhəmiyyət  verilirdisə,  son zamanlar  daş  əmələ  gətirən  mikrob  kimi  proteinin  də  rolu  qeyd  olunur.

Qeyridüz dişləm

2023-02-23 08:21:00

Qeyri-düz dişləm bir çox stomatoloji problemlərə - tənəffüs, həzm, danışığın pozulmasına səbəb olur. Dişləm - dişlərin qapanma tipidir. Düzgün dişləm deməkdir ki, yuxarı dişlər bir qədər aşağı dişlərin üzərini örtür, bu da optimal çeynəməni təmin edir. Uşaq diş çıxarmağa başladıqda çənənın böyüməsi pozularsa, dişləmin müxtəlif pozğunluqları meydana çıxır. Yuxarı çənə çox inkişaf etdikdə və ya alt çənə inkişaf etmədikdə dişləm də pozulur. Qeyri-düz dişləm nəinki estetik pozğunluğa səbəb olur, həm də qidanın yaxşı çeynənilməməsinə, buna görə də həzm pozğunluqlarına gətirib çıxarır. Qeyri-düz dişləm tənəffüs, udma, nitqin, LOR-orqanlarının xəstəliklərinə səbəb ola bilər. Səbəbləri: -Valideynlərdəki dişləm və çənənin quruluşunun irsi xüsusiyyətləri -çənə sümüklərinin yerləşməsi və inkişafının pozulması -zərərli vərdişlər-baş barmağı sormaq və s. -uzun müddət əmzikdən istifadə -böyük deşikli əmzikdən istifadə -LOR-orqanların xroniki xəstəlikəri Diaqnostika:

Damaq və dişlərin profilaktikasında nələrə diqqət etməli?

2023-02-23 08:15:00

Damaq və dişlərin profilaktikasında ilk növbədə hər qida qəbulundan sonra dişlərin fırçalanması durur. Hər bir sağlam dişlərə sahib olan adamın da il ərzində 1 və ya 2 dəfə diş həkiminə müraciət etməsi vacib sayılan şərtlərdən biridir. Dişlərin hər fırçalanmasına baxmayaraq diş ərplərinin əmələ gəlməsi ağız boşluğu problemlərindən biri sayılır. Mütəxəssislərin hesablamaları ildə 2 dəfə profilaktik səbəblə müayinəyə gedən şəxslərdə 80-85% diş və damaq xəstəlikərinin azalmasını, kariesin isə 40% azalmasını təsdiqləyir. Diş və damaq xəstəliklərinin profilaktikası məqsədilə ağız boğluğunda olan bakteriya və mikrobların miqdarının azaltmaq məqsədilə də profilaktik tədbirlər aparılır. Bu məqsədlə ağız boşluğu qarqara edilir və ya müxtəlif bitki çayları ilə yaxalanır. Profilaktik məqsədlə dişlərdə ağrı, diş ətində qanaxma, qıcıqlanma olduğu zaman tez bir zamanda həkimə müraciət etmək də çox faydalıdır. Ağızdan pis qoxu gəldiyində tez bir zamanda həkimə müraciət etmək lazımdır. Çünki bunun səbəbi dişlərin arasında ilişən qida qalıqları olmaya bilər. Damaqda irinli kistaların olması ağızdan gələn qoxuya səbəb ola bilir. Bunun baş verməməsi üçün damağınızda kiçik bir ağ ləkə gördüyünüz vaxt diş həkiminə müraciət etməniz şərtdir. Boğaz nahiyyəsində olan xəstəliklər də ağız boşluğunda mikrofloranın əmələ gəlməsinə səbəb ola bilir. Bunun baş verməməsi üçün lor həkiminə də müraciət etməkdə fayda var. Ağız boşluğunda milyardlarla bakteriyalar yaşayır. Orqanizmin özü daima bu bakteriyalarla mübrizə aparır. Bizim isə bu mübarizədə orqanizmə köməyimiz, diş fırçası və düzgün seçilmiş diş məcunudur.

Böyrək arterial hipertoniyası

2023-02-23 08:11:00

Böyrəklərin arterial hipertenziyası böyrəklərin və onların damarlarının xəstəliyi nəticəsində baş verir. Bu xəstəliklərə böyrəklərin diffuz xəstəlikləri və böyrək damarlarının dəyişiklikləri aiddir. Böyrək hipertoniyasının patogenezi 3 əsas mexanizmlə əlaqələndirilir: 1. natrium və suyun bədəndə saxlanması 2. pressor sistemin aktivləşməsi 3. böyrəkərin depressor sisteminin zəifləməsi. Böyrəklərdə natrium və suyun bədəndə saxlanması böyük qan dövranının zəifləməsi ilə əlaqədardır. Böyrəklərdə natriumun sekresiyasının azalması hipervolemiyaya, dövr edən qanın həcminin artması, damar divarında natriumun artması və damar divarının şişkinləşməsinə səbəb olur. Böyrəklərin ifrazetmə qabiliyyətləri pozulur, nəticədə katexolaminlərin ekskresiyası azalır. Böyrək parenximasının sıradan çıxması nəticəsində depressor maddələrin böyrəkdə əmələ gəlməsi azalır və hipertoniyanın baş verməsinə səbəb olur. Klinikası: Böyrək xəstələrində hipertoniyanın klinikası arterial təzyiqin yüksəlmə səviyyəsindən, ürək və damarların dəyişiklik dərəcəsindən və böyrəklərin vəziyyətindən asılıdır. Müalicəsi: Xəstəliyin müalicəsi aşağıdakı prinsiplər əsasında aparılır: - gündəlik xörək duzunun qəbulunu 4 qrama qədər azaltmaq - dərmanları kiçik dozadan başlamaq - bir-neçə dərmanı bir yerdə az dozada təyin etmək - əvvəl bir dərmandan başlamaq, sonra başqalarını bir-bir əlavə etmək - vaxtaşırı müalicəni davam etdirmək Müalicə məqsədi ilə xəstələrə sidikqovucu preparatlar, angiotenezi çevirən fermentin inhibitoru, kalsium antoqonistləri  ibarətdir.

Təbii yollarla dişlərin ağardılması

2023-02-23 08:05:00

Saralmış dişləri ev şəraitində təbii yollarla ağartmaq mümkündür. Bunun üçün aşağıdakı vasitələrdən istifadə etmək lazımdır: 1) Antibakterial sodalı qarışım 1 çay qaşığı soda ilə eyni miqdarda zeytun yağını qarışdırıb üzərinə bir-neçə damcı limon şirəsi sıxın. Əldə etdiyiniz qarışımla dişlərini fırçalayın. Həftədə 2 dəfə bu qarışımla dişlərinizi fırçalasınız dişləriniz həm ağaracaq, həm də ağzınızdakı bakteriyaları yox olacaq. Bu prosesi həyata keçirmək üçün ayrıca bir fırça işlətmək lazımdır. 2) Adaçayı və darçın Bir çay qaşığı adaçayı ilə bir çay qaşığı darçının üzərinə bir-neçə damcı limon şirəsi damdırılır.Qarışımla həftədə 2-3 dəfə dişlər fırçalaır. 3) Çiyələk əzməsi Orta böyüklükdə bir çiyələk əzilir və dişlər yatmazdan əvvəl fırçalanır.Bu proses bir həftə boyu davam edilirsə dişlər ağarır və parıldayır. 4) Qliserin Diş fırçanıza bir-neçə damcı qliserin damdırıb dişləri fırçalayın.Qliserin dişləri ağartmaqla yanaşı, ağızdakı bakteriyaları yox edir və diş çürümələrinin qarşısını alır. 5) Alma, xiyar və meyvələr Brokli kələmi, alma, xiyar kimi liflə zəngin meyvə və tərəvəzlər dişləri ağardır və parıldadır.

Kiçik rayonlar ləğv edilir?

2023-02-23 08:03:00

"Azərbaycanın müasir inzibati bölgüsündə müəyyən islahatların keçirilməsi qaçılmaz olacaq".

Allergiyanın əlamətləri nələr ola bilər?

2023-02-23 08:01:00

Allergiyanın əlamətləri allergiyanın növlərinə görə dəyişir. Allergik rinit zamanı aşağıdakı əlamətlər özünü göstərir: * asqırma * burun, göz və ya ağızda qaşınmalar * burun axması və ya tutulması * sulu, şişmiş və qızarmış gozlər. Qida allergiyası özünü aşağıdakı əlamətlərlə göstərir: * ağızda geyişmə * dodaq, dil, üz və boğazda şişkinlik * dəridə səpgilər * anafilaktik şok. Böcək sacması zamanı allergiya baş verdikdə müşahidə olunanlar: * böcək sancan nahiyyədə şişkinlik * qaşıntı və bütün bədəndə səpgi * öskürək, nəfəs daralması * anafilaktik şok. Dərman allergiyası  zamanı baş verən əlamətlər: * dəridə səpgilər və qaşınmalar * istilik və ya üşütmə * üzün şişməsi * xırıltı * anafilaktik şok. Dəriyə toxunan zaman meydana çıxan allergik əlamətlər: * qızartı * qaşıntı * qabıqvermə * anafilaktik şok. Allergiyanın ağırlaşması anafilaktik şokdur ki, bu zaman aşağıdakı əlamətlər meydana çıxır: * huşun itməsi * arterial təzyiqin düşməsi * nəfəs çatışmazlığı * dərinin rəngini dəyişməsi * sayıqlama * nəbzin zəifləməsi * ürəkbulanma və qusma.