Digərləri
2023-02-23 16:54:00
Avropa Komissiyasının üzvlərinə "TikTok" sosial media platformasından istifadə qadağan edilib.
2023-02-23 16:44:00
Bakının Xətai rayonunda yerləşən 147 nömrəli texniki humanitar liseyin təmirə bağlanacağı ilə bağlı yayılan xəbərlər narazılığa səbəb olub.
2023-02-23 16:01:00
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası başlayıb.
2023-02-23 15:38:00
Ölkəyə fərdi şəkildə gətirilən və qiyməti 800 dollardan yuxarı olan mobil telefonların IMEI kodunun gömrükdə bəyan edilməsi qərarı telefon bazarına ciddi təsir edib.
2023-02-23 15:25:00
Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
2023-02-23 15:16:00
Bir çox insanların iş rejimi və ya həyat tərzi imkan vermir ki, yemək bişirməyə uzun vaxt sərf etsinlər. Ona görə də onlar ya sifarişlə yemək alırlar, ya da dondurulmuş qida və ya hazır təamları mikrodalğalı sobada bir neçə dəqiqəyə qızdıraraq yeməyi üstün tuturlar. Bəs belə sobaların insan orqanizmi üçün hansısa zərəri var?
2023-02-23 15:14:00
Ötən ilin 19 noyabr tarixində İsmayıllı şəhərində baş vermiş yol qəzası nəticəsində həyatını itirən ehtiyatda olan hərbçi, polkovnik-leytenant Mərdan Əhmədovun ailəsi aparılan istintaqdan narazıdır.
2023-02-23 14:56:00
Bakının Nərimanov rayonu ərazisində qəzalı vəziyyətdə olan binadan insanların köçürülməsinə başlanılıb.
2023-02-23 14:55:00
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaş saxlanılıb.
2023-02-23 14:54:00
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
2023-02-23 14:40:00
Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun ayaqları tutulub.
2023-02-23 14:32:00
"RTÜK" (Türkiyədə Radio və Televiziya Ali Şurası) Türkiyədə yayımlanan bir çox kanalı cəzalandırıb.
2023-02-23 14:27:00
25-26 fevral tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtda "Kənddən Şəhərə" həftəsonu yarmarkaları təşkil olunacaq.
2023-02-23 14:21:00
Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2023-02-23 13:59:00
Ətin kilosu 12-15 manat olduğu halda bəzi mağazalarda xeyli aşağı qiymətə kolbasa satılır. Hətta 8-9 manata təklif olunan kolbasa məmulatları da var.
2023-02-23 13:17:00
Fevralın 24-nə gözlənilən hava şəraiti açıqlanıb.
2023-02-23 13:16:00
İstanbulda uçma riski böyük olan binaların sökülməsinə başlanılıb.
2023-02-23 13:05:00
Məktəbin 4 giriş qapısı olsa da, 3-ü bağlıdır. Valideynlər isə bunun doğru olmadığını deyirlər.
2023-02-23 12:43:00
Ermənistan XİN rəhbəri Mirzoyan Bakının Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifini qəbuledilməz adlandırıb və Qarabağın "humanitar blokadada" olduğunu iddia edib. O, İrəvanın imtinasını Laçın yolunun parametrlərinin Üçtərəfli Bəyanatda qeyd olunması ilə əsaslandırıb.
2023-02-23 12:32:00
İşğaldan azad edilmiş ərazilərdə xeyli silah-sursat aşkarlanıb.
2023-02-23 12:14:00
Hazırda KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlara daxili bazar araşdırmasının aparılmasına, təhsil, elm, tədqiqat və dəstək layihələrinin reallaşdırılmasına maliyyə dəstəyi, satış imkanlarını genişləndirmələri üçün ixtisaslaşmış sərgilərdə təmənnasız iştiraklarına, bilik və bacarıqlarının artırılması üçün ödənişsiz təlim və məsləhət xidmətlərinin göstərilməsinə, sosial sahibkarlığın inkişafına və s. dəstək göstərilir.
2023-02-23 11:26:00
Dövlət Gömrük Komitəsinin təqaüdə göndərilən generalları 8-10 min manat və daha yüksək pensiya alırlar.
2023-02-23 11:17:00
Azərbaycanda müqəddəs Ramazan ayının daxil olacağı gün məlum olub.
2023-02-23 11:04:00
Sabahdan etibarən nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir.
2023-02-23 10:52:00
"Ruben Vardanyan fevralın 23-dək istefaya gedəcək".
2023-02-23 10:10:00
Paytaxtın 20 Yanvar dairəsi, "Şamaxinka" adlanan ərazi, 3-cü mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən və pərakəndə şəkildə rayonlara sərnişin daşıyan minik taksiləri üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksi tərəfindən ödənişsiz duracaq yerləri təşkil edilib.
2023-02-23 10:00:00
Məsuliyyət. Bu söz yəqin ki, müasir cəmiyyətlərin əsas təkanverici qüvvəsinə çevrilib: biz bir-birimizə münasibətdə, özümüzə qarşı və əlbəttə ki, yaşadığımız planet qarşısında məsuliyyətli olmağa çalışırıq. Bəşəriyyət özünün ətraf mühitə mənfi təsirinə o qədər uzun müddət fikir verməyib ki, indi məsuliyyətli istehlak, köhnəlmiş əşyaların təkrar emalı və yenidən həyat qazanması önəmli və faydalı trendə çevrilib. Dünyada minlərlə fikir liderləri, blogerlər və aktivistlər mümkün qədər çox insanın ətraf mühitin qayğısına necə qalmaq barəsində düşünməsi üçün böyük səy göstərirlər.
2023-02-23 09:21:00
Türkiyədə zəlzələ zonasında fövqəladə vəziyyət dövründə daha bir qadağa tətbiq edilib.
2023-02-23 08:59:00
Böyrəklərin funksiyasının qəflətən pozulması kəskin böyrək çatışmazlığı adlanır. Kəskin böyrək çatışmazlığının əmələ gəlməsində bir çox faktorların rolu vardır və bu faktorlar qruplara bölünür: 1. Şok böyrəyi 2. Toksik böyrək 3. Kəskin infeksion böyrək 4. Damar obstruksiyası 5. Sidik yollarının kəskin tutulması Xəstəliyin əmələ gəlməsinə mərkəzi venoz təzyiqin düşməsi, yumaqcıq filtirasiyasının azalması və dayanması, qlıkemik şok, qanaxma, yanıq, suyun və elektrolidlərin bədəndən itirilməsi, kardiogen şok, bakterial şok, ağır infeksiyalar, böyrək damarlarının dərman səbəbli spazmı, kəskin tubulyar və kortikal nekroz, böyrəkdə baş verən zədələnmələr, hemotrasfuziya ağırlaşmalrı, ağır hemolitik anemiya, nefrotoksik maddələr, kanalcıqların blokadası səbəb olur. Bunlardan başqa kəskin böryək çatışmazlığına böyrəyin özünün xəstəlikləri (böyrək daşları, çanaq orqanlarının şişləri, sidik axarlarının bağlanması, prostat vəzin şişləri) də səbəb olur. Xəstəliyin ilk dövründə xəstədə ödem baş verir, böyrəyin fibroz kapsulu gərginləşir. Kanalcıqlarda zədələnmələr baş verir, qan kapilyarlarında tromblara təsadüf edilir. Kanalcıqların tutlması sayəsində işemiyalar meydana çıxır. Böyrəklərdə bir sıra patoloji dəyişikliklər meydana çıxdıqca, qabıq maddə qismən və ya tamamilə nekrozlaşır. Bunun əsas səbəbi işemiya dövrünün uzun sürməsidir ki, əksər hallarda ölümlə nəticələnir. Xəstəlik ən çox şoklardan sonra inkişaf etdiyinə görə, hər hansı bir səbəbdən şoka düşən xəstənin ayıldlqdan sonra vəziyyəti yaxşılaşsa belə, sidiyinin müayinəsi nəzarət altında olmalıdır.
2023-02-23 08:55:00
1. Dişləri vaxtlı-vaxtında fırçalamaq çürümələrə və ağrıya səbəb olan amillərin aradan qalxmasına yardım edir. Bu ağrının əmələ gəlməsinin qarşısını alır. 2. Sirkəli və duzlu su ilə qarqara etmək diş dibindəki şişkinlikləri aradan qaldırır, ağrılarının əmələ gəlməsinə səbəb olan amilləri aradan qaldırır. 3. Dişiniz ağrıyan zaman onun üstünə aspirin, spirt əvəzinə mixək yağı qoyun. Bu sizin ağrınızı daha tez kəsər və sizi yüngülləşdirər. Mixək yağı diş ağrısını azaltmaqla yanaşı, diş dibi ətlərinə də antiseptik təsir göstərir. Mixək yağının bakteriyaları öldürmək qabiliyyəti çürük dişlərin dibində olan zərərli bakteriyaları məhv edir. 4. Ağrıyan hissəyə buz qoymaq və ya soyuq su ilə ağızı yaxalamaq diş ağrısı zaman yüngülləşdirici təsir göstərir. 5. Gecə zamanı baş verən diş ağrılarının yüngülləşdirmək məqsədilə yastığı dik qaldırmaq ağrını azaldır. 6. Yuxarıda sadalananlar təbii vasitələrlə diş ağrısının aradan qalxmasına yardım edir. Amma bu müvvəqqəti xarakter daşıyır. Çalışın ildə ən azı 1 dəfə profilaktika məqsədilə diş həkiminə müraciət edin. Çünki düzgün diaqnozun və müalicənin nəticəsi sizi qəfil diş ağrısı ilə qarşı-qarşıya qoymaz.
2023-02-23 08:51:00
Yanaqda qızartı və şikinliklə müşayiət olunan bu allergik xəstəlik adətən uşaqlarda baş verir. Qızartılar bir və ya hər iki yanaqda ola bilir. Qızartılar qaşınan və ya qaşıntısız ola bilir. Yanaqda əmələ gələn dairəvi qızartılar görünüşünə görə qabıqlı və qabıqsız olmaqla 2 cür olur. Səpgilər dəri qatından biz az qabarıq şəkildə təzahür edir və çəhrayı, qırmızı və moruq rəngində ola bilir. Qızartılar nöqtə və ya ləkələr halında ola bilir. Qızartılar akne, ekzema, dermatit, allergik reaksiya, rozella səpgiləri halında olur. Yanaqdakı qızartılar zərərsiz sayıla bilir və asanlıqla müalicəyə tabe olur. Amma bəzən bu qızartılar bakterial meningit və ya sistem xəstəliklərin əlaməti də ola bilər. Bakterial meningit zamanı yanaqda olan qırmızılardan sonra üzün dərisində göyümtül-moruq rəngində ləkələr qalır. Ona görə də həkimə müraciət etmək və diaqnozu dəqiqləşdirmək lazımdır. Yanaqdakı qızartılara sinir sistemi xəstəlikləri, həzm prosesində baş verən patologiyalar, kardiosirkulyator xəstəliklər, immun sistemi xəstəlikləri səbəb ola bilir. Yanaqda qızartılarla bərabər bəzi əlamətlər də meydana çıxa bilər: - qızartılarda qabarma və qanamalar - yanaqda yanğı hissi - dəridə qaşınma və çatlar - ağız və ya burunda yaralar - nadir hallarda çənədə və boyunda yaraların olması - qızartı və iltihab - qabıqvermə və qabığın soyulması - qızartının ətrafında şişkinlik - yanaqda qan damarlarının görünməsi. Qızartıların həcmı geniş olduqda xəstələrdə burun axması və asqırma da müşayət edilir. Yanaqlarda qızartıların əmələ gəlməsinə bəzi kimyəvi maddələrlə yaxın təmasda olmaq da səbəb ola bilir. Bu zaman qızartını asanlıqla aradan qaldırmaq mümkündür. Qızartını törədən səbəbdən uzaq durmaq və yüngül allergiya müalicəsi xəstəliyin əlamətlərini aradan qaldırır.
2023-02-23 08:49:00
Bakıda uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər açıqlanıb Ötən il Bakı şəhəri üzrə uşaqların icbari dispanserizasiyası nəticəsində ən çox göz, həzm, tənəffüs və sümük-əzələ sistemi xəstəliklərinə rast gəlinib.