Digərləri

Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR

2023-02-23 08:45:00

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

“Ekoloji cinayətə son” XankəndiLaçın yolunda etiraz aksiyası 74 gündür davam edir

2023-02-23 08:29:00

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası yetmiş dörd gündür davam edir.

Böyrəklərdə kalsium daşları

2023-02-23 08:25:00

Hiperkalsiuriya. Böyrək  daşlarının  80%-dən  çoxunun  tərkibində   kalsium tapılır. İnsan  orqanizmində  orta  hesabla  120-200  qram kalsium  vardır. Normal insanın plazmasındakı kalsiumun qatılığı  2,2-2,7 mmol-dur. Qandakı kalsiumun 45%-i albuminlərlə  birləşmiş, 50%-i ionlaşmış kalsium,  5%-i isə zəif ionlaşmış olub  sitrat sosfat və karbonat   kompleksləri  şəklində  olur. Sidik ilə ekskresiya  olmuş kalsiumun  miqdarı gün ərzində  0,1mmol/kqdan  çox olduqda hiperkalsiuriyac adlanır. Sağlam  adamlarda 2%-dən az  filtirasiya olunmuş kalsium ifraz olunur. Filtirasiya olunmuş kalsiumun əsas hissəsi proksimal kanalcıqlarda reabsorbsiya olunur. Distal  reabsorbsiya  metobolik  asidozun, vitamin D-nin   təsirindən  güclənir  və hiperkalsiemiyaya səbəb olur. Metobolik  asidoz, hiperfosfatemiya  onun  reabsorbsiyasını  azaldır  və hiperkaliemiyaya səbəb  olur. Sağlam  şəxslərdə  kalsiumun  gün ərzində  sidik  ilə  xaric  olunması 7,5 mmol təşkil edir. Hiperkalsiuriya müşahidə  olunan  bütün  hallarda  kalsium  daşlarının  əmələ  gəlməsi  üçün  risk  faktoru  sayılır. Daşların əmələ  gəlməsində  həmçinin  sidik  yollarının  infeksiyasına  da  böyük  əhəmiyyət  verilir. Əgər  keçmişdə  təkcə  stafilokokk  infeksiyasına  əhəmiyyət  verilirdisə,  son zamanlar  daş  əmələ  gətirən  mikrob  kimi  proteinin  də  rolu  qeyd  olunur.

Qeyridüz dişləm

2023-02-23 08:21:00

Qeyri-düz dişləm bir çox stomatoloji problemlərə - tənəffüs, həzm, danışığın pozulmasına səbəb olur. Dişləm - dişlərin qapanma tipidir. Düzgün dişləm deməkdir ki, yuxarı dişlər bir qədər aşağı dişlərin üzərini örtür, bu da optimal çeynəməni təmin edir. Uşaq diş çıxarmağa başladıqda çənənın böyüməsi pozularsa, dişləmin müxtəlif pozğunluqları meydana çıxır. Yuxarı çənə çox inkişaf etdikdə və ya alt çənə inkişaf etmədikdə dişləm də pozulur. Qeyri-düz dişləm nəinki estetik pozğunluğa səbəb olur, həm də qidanın yaxşı çeynənilməməsinə, buna görə də həzm pozğunluqlarına gətirib çıxarır. Qeyri-düz dişləm tənəffüs, udma, nitqin, LOR-orqanlarının xəstəliklərinə səbəb ola bilər. Səbəbləri: -Valideynlərdəki dişləm və çənənin quruluşunun irsi xüsusiyyətləri -çənə sümüklərinin yerləşməsi və inkişafının pozulması -zərərli vərdişlər-baş barmağı sormaq və s. -uzun müddət əmzikdən istifadə -böyük deşikli əmzikdən istifadə -LOR-orqanların xroniki xəstəlikəri Diaqnostika:

Damaq və dişlərin profilaktikasında nələrə diqqət etməli?

2023-02-23 08:15:00

Damaq və dişlərin profilaktikasında ilk növbədə hər qida qəbulundan sonra dişlərin fırçalanması durur. Hər bir sağlam dişlərə sahib olan adamın da il ərzində 1 və ya 2 dəfə diş həkiminə müraciət etməsi vacib sayılan şərtlərdən biridir. Dişlərin hər fırçalanmasına baxmayaraq diş ərplərinin əmələ gəlməsi ağız boşluğu problemlərindən biri sayılır. Mütəxəssislərin hesablamaları ildə 2 dəfə profilaktik səbəblə müayinəyə gedən şəxslərdə 80-85% diş və damaq xəstəlikərinin azalmasını, kariesin isə 40% azalmasını təsdiqləyir. Diş və damaq xəstəliklərinin profilaktikası məqsədilə ağız boğluğunda olan bakteriya və mikrobların miqdarının azaltmaq məqsədilə də profilaktik tədbirlər aparılır. Bu məqsədlə ağız boşluğu qarqara edilir və ya müxtəlif bitki çayları ilə yaxalanır. Profilaktik məqsədlə dişlərdə ağrı, diş ətində qanaxma, qıcıqlanma olduğu zaman tez bir zamanda həkimə müraciət etmək də çox faydalıdır. Ağızdan pis qoxu gəldiyində tez bir zamanda həkimə müraciət etmək lazımdır. Çünki bunun səbəbi dişlərin arasında ilişən qida qalıqları olmaya bilər. Damaqda irinli kistaların olması ağızdan gələn qoxuya səbəb ola bilir. Bunun baş verməməsi üçün damağınızda kiçik bir ağ ləkə gördüyünüz vaxt diş həkiminə müraciət etməniz şərtdir. Boğaz nahiyyəsində olan xəstəliklər də ağız boşluğunda mikrofloranın əmələ gəlməsinə səbəb ola bilir. Bunun baş verməməsi üçün lor həkiminə də müraciət etməkdə fayda var. Ağız boşluğunda milyardlarla bakteriyalar yaşayır. Orqanizmin özü daima bu bakteriyalarla mübrizə aparır. Bizim isə bu mübarizədə orqanizmə köməyimiz, diş fırçası və düzgün seçilmiş diş məcunudur.

Böyrək arterial hipertoniyası

2023-02-23 08:11:00

Böyrəklərin arterial hipertenziyası böyrəklərin və onların damarlarının xəstəliyi nəticəsində baş verir. Bu xəstəliklərə böyrəklərin diffuz xəstəlikləri və böyrək damarlarının dəyişiklikləri aiddir. Böyrək hipertoniyasının patogenezi 3 əsas mexanizmlə əlaqələndirilir: 1. natrium və suyun bədəndə saxlanması 2. pressor sistemin aktivləşməsi 3. böyrəkərin depressor sisteminin zəifləməsi. Böyrəklərdə natrium və suyun bədəndə saxlanması böyük qan dövranının zəifləməsi ilə əlaqədardır. Böyrəklərdə natriumun sekresiyasının azalması hipervolemiyaya, dövr edən qanın həcminin artması, damar divarında natriumun artması və damar divarının şişkinləşməsinə səbəb olur. Böyrəklərin ifrazetmə qabiliyyətləri pozulur, nəticədə katexolaminlərin ekskresiyası azalır. Böyrək parenximasının sıradan çıxması nəticəsində depressor maddələrin böyrəkdə əmələ gəlməsi azalır və hipertoniyanın baş verməsinə səbəb olur. Klinikası: Böyrək xəstələrində hipertoniyanın klinikası arterial təzyiqin yüksəlmə səviyyəsindən, ürək və damarların dəyişiklik dərəcəsindən və böyrəklərin vəziyyətindən asılıdır. Müalicəsi: Xəstəliyin müalicəsi aşağıdakı prinsiplər əsasında aparılır: - gündəlik xörək duzunun qəbulunu 4 qrama qədər azaltmaq - dərmanları kiçik dozadan başlamaq - bir-neçə dərmanı bir yerdə az dozada təyin etmək - əvvəl bir dərmandan başlamaq, sonra başqalarını bir-bir əlavə etmək - vaxtaşırı müalicəni davam etdirmək Müalicə məqsədi ilə xəstələrə sidikqovucu preparatlar, angiotenezi çevirən fermentin inhibitoru, kalsium antoqonistləri  ibarətdir.

Təbii yollarla dişlərin ağardılması

2023-02-23 08:05:00

Saralmış dişləri ev şəraitində təbii yollarla ağartmaq mümkündür. Bunun üçün aşağıdakı vasitələrdən istifadə etmək lazımdır: 1) Antibakterial sodalı qarışım 1 çay qaşığı soda ilə eyni miqdarda zeytun yağını qarışdırıb üzərinə bir-neçə damcı limon şirəsi sıxın. Əldə etdiyiniz qarışımla dişlərini fırçalayın. Həftədə 2 dəfə bu qarışımla dişlərinizi fırçalasınız dişləriniz həm ağaracaq, həm də ağzınızdakı bakteriyaları yox olacaq. Bu prosesi həyata keçirmək üçün ayrıca bir fırça işlətmək lazımdır. 2) Adaçayı və darçın Bir çay qaşığı adaçayı ilə bir çay qaşığı darçının üzərinə bir-neçə damcı limon şirəsi damdırılır.Qarışımla həftədə 2-3 dəfə dişlər fırçalaır. 3) Çiyələk əzməsi Orta böyüklükdə bir çiyələk əzilir və dişlər yatmazdan əvvəl fırçalanır.Bu proses bir həftə boyu davam edilirsə dişlər ağarır və parıldayır. 4) Qliserin Diş fırçanıza bir-neçə damcı qliserin damdırıb dişləri fırçalayın.Qliserin dişləri ağartmaqla yanaşı, ağızdakı bakteriyaları yox edir və diş çürümələrinin qarşısını alır. 5) Alma, xiyar və meyvələr Brokli kələmi, alma, xiyar kimi liflə zəngin meyvə və tərəvəzlər dişləri ağardır və parıldadır.

Kiçik rayonlar ləğv edilir?

2023-02-23 08:03:00

"Azərbaycanın müasir inzibati bölgüsündə müəyyən islahatların keçirilməsi qaçılmaz olacaq".

Allergiyanın əlamətləri nələr ola bilər?

2023-02-23 08:01:00

Allergiyanın əlamətləri allergiyanın növlərinə görə dəyişir. Allergik rinit zamanı aşağıdakı əlamətlər özünü göstərir: * asqırma * burun, göz və ya ağızda qaşınmalar * burun axması və ya tutulması * sulu, şişmiş və qızarmış gozlər. Qida allergiyası özünü aşağıdakı əlamətlərlə göstərir: * ağızda geyişmə * dodaq, dil, üz və boğazda şişkinlik * dəridə səpgilər * anafilaktik şok. Böcək sacması zamanı allergiya baş verdikdə müşahidə olunanlar: * böcək sancan nahiyyədə şişkinlik * qaşıntı və bütün bədəndə səpgi * öskürək, nəfəs daralması * anafilaktik şok. Dərman allergiyası  zamanı baş verən əlamətlər: * dəridə səpgilər və qaşınmalar * istilik və ya üşütmə * üzün şişməsi * xırıltı * anafilaktik şok. Dəriyə toxunan zaman meydana çıxan allergik əlamətlər: * qızartı * qaşıntı * qabıqvermə * anafilaktik şok. Allergiyanın ağırlaşması anafilaktik şokdur ki, bu zaman aşağıdakı əlamətlər meydana çıxır: * huşun itməsi * arterial təzyiqin düşməsi * nəfəs çatışmazlığı * dərinin rəngini dəyişməsi * sayıqlama * nəbzin zəifləməsi * ürəkbulanma və qusma.

Böyrək polikistozu

2023-02-23 06:01:00

Böyrək polikistozu böyrək toxumasının çoxlu miqdarda müxtəlif ölçülərdə kistalarla əvəz olunması ilə xarakterizə olunan xəstəlikdir. Bu xəstəlik böyrəyin ən ağır inkişaf anomaliyalarından sayılır. Böyrəyin polikistozu adətən hər iki böyrəkdə olur, irsi xarakter daşıyır. ETİOLOGİYASI VƏ PATOGENEZİ: Xəstəlik böyrəyin embrional inkişafının pozulması nəticəsində baş verir. Xəstəlik böyrəyin embrional inkişafı dövründə nefronun formalaşmasının pozulması nəticəsində, bəzi böyrək kanalcıqlarının düzgün birləşməməsi nəticəsində əmələ gəlir. Düzgün birləşməyən kanalcığın genişlənməsi kistalar əmələ gətirir, əgər kanalcıqlar bir -biri ilə heç birləşməmişsə onda daha böyük kista əmələ gəlir. Odur ki, böyrəklərdə xırda kistalarla yanaşı, iri kistalar da olur. Əgər kistalı böyrəklər vaxtı-vaxtında həkim müayinəsindən keçməzsə və ya böyrəklərdə xroniki pielonefrit baş verərsə böyrəkdə olan normal nefronlar da kistoz dəyişikliyə uğraya bilir. Böyrəklərdə normal nefronların sayı azaldıqca isə xroniki böyrək çatmazlığı inkişaf etməyə başlayır. Xəstəliyin irsi xarakterli olduğuna görə xəstəlik tapılan şəxsin ailə üzvlərinin yoxlanılmasının da əhəmiyyəti vardır. PATOLOGİYASI: Polikistozlu böyrəyin xarici görünüşü fərqli olur. Belə böyrəyin səthində müxtəlif ölçülü, daxili maye ilə dolu kistalar görünür. Bu kistaların arasında normal nefronlar tədricən sıxılaraq birləşdirici toxuma ilə əvəz olunur. Kasacıq - ləyən sistemi kistalar tərəfindən sıxıldığı üçün onlar deformasiyaya uğrayır. KLİNİKASI: Xəstəlik ümumi və yerli əlamətlərlə özünü gösrərir. İlk vaxtlar xəstəliyin heç bir əlamələri özünü biruzə vermir. Ümuimi əlamətlərdən yorğunluq, qan təzyiqinin artması, epiqastral nahiyədə ağrılar, bel nahiyəsində ağrı, yorğunluq olur. Sidiyin müayinəsi zamanı proteinuriya, hematuriya aşkar edilir. AĞIRLAŞMALARI: böyrək polikistozu, pielonefrit, nefrolitilaz, fornikal qanaxma, böyrək vərəmi, şiş DİAQNOZ: Diaqnozun qoyulmasında xəstələrdən toplanılan anamnezin, rentgenoloji, laborator müayinələrin, USM-nin, KT müayinəsinin böyük əhəmiyyəti vardır. MÜALİCƏSİ: Müalicəsi 3 mərhələyə ayrılır: kompensasiya, subkompensasiya və dekompensasiya. Xəstələrdə böyrək çatmazlığı əlamətləri inkişaf etdikdə bu istiqamətdə müalicə tədbirləri aparılır.

Neymar bu əkiz bacıları hədəf aldı "Bəlkə ikinizlə də..." VİDEO FOTO

2023-02-23 05:22:00

Neymarın oyunu ilə yanaşı, şəxsi həyatı da ayrıca mövzudur. Braziliyalı futbolçu özü ilə bağlı heç nəyi inkar etmir. Son.az bildirir ki, o, müntəzəm olaraq müzakirələrdən düşməyən həyat yaşayır. Özü də insanların ona paxıllıq edə biləcəyi səviyyədə.

Normal böyrəklər necə olur

2023-02-23 05:04:00

Sağlam  şəxslərdə  USM  zamanı  normal  böyrəklərin  uzunluğu  7,5-12 sm, eni  isə  4,5-6,5 sm, qalınlığı  3,5-5,0 sm-dir. Böyrəklər  arasında  olan  fərq  isə  1-2 sm-dən  çox  olmamalıdır. Boylama istiqamətdə  böyrək  ovoid  exoneqativ  törəmə  kimi  vizualizasiya  olunur, ətraf  toxumalardan fərqlənir. Böyrək  sinusu  böyrəyin  mərkəzində  yerləşərək, uzanmış  şəkildə  olub, artmış  exogenliyə malikdir. Köndələn  müayinə  zamanı  böyrəyin  forması  oval  və  ya dairəvi forma  alır. Böyrəyin  xarici  səthində  qalınlığı  1,5 mm  olan  exopozitiv  fibroz  kapsula  təyin   olunur.  Ondan  kənara  ətraf  piy toxuması  aşağı  exogen  zona  kimi  vizualizasiya  olunur. Böyrək  parenximası  çox  incə  demək  olar  ki, anexogendaxili  struktura  malikdir. Bəzi  hallarda böyrək  kapsulası  və  sinus  arasında  çoxlu  dairəvi  exoneqativ  törəmələr - böyrək  piramidləri  aşkar edilir. Onların  diametrləri  0,5-0,9  sm-ə qədər olur. Normal  hallarda  böyrək  parenximasının sahəsinin  sinusun  sahəsinə  nisbəti  2:1 -ə  bərabər  olur. Böyrək  kasacıqlarında  az  miqdarda  sidik  olduqda  onlar  kiçik  dairəvi  exoneqativ, diametri normada 0,5 sm-dən  çox  olmayan  törəmə  kimi  aşkarlanır. Böyrək  damarları  qarının  ön  divarından  köndələn, yaxud  çəp  istiqamətdə  müayinə  apardıqda təyin  oluna  bilir.

Baş qaşınmasının səbəbləri

2023-02-23 04:03:00

Başın qaşınmasına səbəb tük diblərində olan müxtəlif problemlərdir. Baş qaşınması ən çox yeniyetmələrdə və yaşlılarda rast gəlinir. Bu zaman baş dərisində bəzi əlamətlər meydana çıxır: * gözlə görülən qızartılar * bəzi hissələrdə sızanaqlar * saç dərisində olan kəpəklər. Əlamətlər birdən-birə başlayır və insana narahatçılıq hissi verir. Bəzən bunun səbəbini yağlı dərinin həddindən artıq yağlanmasıdır. Bu zaman başın dərisində kəpək, infeksiyalar, iltihabi ocaqlara rast gəlmək olur. Bəzi vaxtlar autoimmun xəstəliklər də baş qaşınmasına səbəb ola bilir. Amma əsasən başın qaşınmasına aşağıdakılar səbəb ola bilir: * saç dərisində aknelər * allergiyaya səbəb olan saç boyaları * qaynar su ilə yumaq * ekzema * göbələk xəstəlikləri * hipotrioz * psoriaz * stress * günəş yanığı. Baş qaşınmasının verdiyi rahatsızlıq onun şiddətindən və qaşınmanın müddətindən asılıdır. Qaşıntı başın bir hissəsində və ya bütöv saç dibində ola bilər. Baş qaşınmasının müalicəsi onu törədən səbəbləri aradan qaldırmaqdan ibarətdir. Əgər səbəb dermatitdən qaynaqlanırsa saçlara xüsusi qulluq etmək lazımdır, yox əgər göbələk mənşəli qaşınmadırsa göbələk əleyhinə müalicə tələb olunur. Bitki tərkibli müxtəlif saç şampunları da vardır ki, onlar baş dərisinə müalicəvi təsir göstərir. Onların istifadəsi saçların dibində olan iltihab əlamətlərini və dəridəki qıcıqlanmaları aradan qaldırır.

Böyrəklərin sadə kistaları.

2023-02-23 03:03:00

Böyrəklərin solitar (sadə) kistası böyrəklərin ən müntəzəm təsadüf olunan kistoz xəstəliklərindən sayılır. Kistalar mayeli törəmələr olub, böyrək parenximasını, damarları, kasacıq-ləyən sistemini sıxır, orqanın bir hissəsini atrofiyaya uğradır. Bu cür kistalar böyrəyin həm quruluşunun, həm də funksiyasının pozulmalarına səbəb olur. Hər hansı nefronun kanalcığının strukturunun pozulması nəticəsində onun tutularaq sidiyi xaric edə bilməməsi nəticəsində yaranır. Kista həm bir böyrəkdə, həm də iki böyrəkdə eyni vaxtda ola bilir. Böyrəyin müxtəlif qütblərində yerləşir. Formasına görə dairəvi, oval olur. Kistaların möhtəviyyatı seroz maye, bəzən irinli, qanlı ola bilir. Böyrəyin uzunmüddətli iltihabi proseslərindən sonra bu cür kistalar müşahidə oluna bilir. Klinikası: Xəstliyin spesifik əlamətləri yoxdur. Kiçik ölçülü kistalar heç bir kliniki əlamət vermirlər. Böyük ölçülü kista olduqda xəstənin bel nahiyyəsində ağrılar, mikrohematuriya, arterial təzyiqin yüksəlməsi, bəzən bədən hərarətinin yüksəlməsi, polisistemiya və üşütmə olur. Diaqnozun qoyulmasında USM və rentgenoloji müayinə üsullarının həlledici rolu vardır. Müalicəsi: Kiçik ölçülü kistalar olduqda və xəstəyə heç bir narahatçılıq vermədikdə müalicə tələb olunmur. Böyük ölçülü kistalar olduqda isə kistalar USM nəzarəti altında punksiya edilir, içindəki möhtəviyyat sorulur. Ehtiyac olduqda cərrahi müdaxilə, kistanın kəsilməsi, rezeksiyası əməliyyatı aparılır.

Zəlzələdə həyatınızı xilas edəcək Azərbaycanda satılmır, necə əldə edə bilərik? VİDEO

2023-02-23 02:44:00

Türkiyədə baş verən və "əsrin fəlakəti" adlandırılan zəlzələrdən sonra qardaş ölkədə zəlzələ çantaları məsələsi aktuallaşıb. Çantanın içərisində şəxsiyyəti təsdiq edən vacib sənədlərin surətləri, su, tez xarab olmayan quru qidalar, cib bıçağı, qayçı, fənər, fit, burğac, ağrıkəsicilər, ishal əleyhinə dərmanlar, laksatiflər və antasid dərman qrupları, qələm və kağız, geyim (alt paltarı, corab və s.) mobil telefon şarj cihazı və ya ehtiyat batareyası, sabun, dezinfeksiyaedici və nəm salfetlər, tualet kağızı, sanitariya dəsti, diş fırçası və məcunu var. Maraqlıdır ki, zəzlələdən sonra Türkiyədə bu çantaların qiyməti kəskin bahalaşıb.

Breketlər

2023-02-23 02:02:00

Breketlər- dişlərin daxili və xarici səthlərinə bərkidilən ortodontik qurğulardır. Breketlər haqqında: Hər breket fərdi hazırlanır, dəqiq konfiqurasiyaya və məqsədə - dişlərə xüsusi hərəkət istiqaməti verməyə xidmət edir. Breketə xüsusi ortodont qövsü birləşdirilir ki, bu da hər əyilmədə əvvəlki vəziyyətə qayıtmağa imkan verir. Qövslərə yardım olaraq fırça qıfıllar, metallik və elastik zəncirlər istifadə oluna bilər. Hazırda liqaturasız və liqaturalı breketlər tətbiq olunur. Liqaturasız breketlərdə liqaturalar xüsusi fiksəedici elementlərlə əvəz olunur. Breketlər necə olur: Öz xarici görünüşlərinə görə breketlər metallik və estetik olaraq 2 yerə bölünür: -Metallik breketlər tibbi poladdan hazırlanır, estetik breketlər müxtəlif materiallardan hazırlanır ki, bunlardan məqsəd düzgün dişləmi təmin etmək, insanın xarici diskomfortunu aradan qaldırmaqdır. Əgər adamda metala qarşı allegiya varsa hipoallergik və ya qızıl suyuna cəkilmiş breketlərdən istifadə olunur. -Estetik breketlər - keramik, elastik və ya sapfir breketlər istifadə olunur. Qövslərin birləşmə üsuluna görə aşağıdakı növləri var: -Liqaturalı - bu zaman qövsə breket xüsusi liqatura ilə birləşir ki, bu da elastik (rezin) material və ya metaldan (xüsusi məftil) hazırlanır. -Liqaturasız və ya özüliqaturalı breketlərdir ki, bunlar da xüsusi qıfıl vasitəsilə fiksə olunur. Bərkidilmə yerinə görə breketlər bölünür: -Xarici və ya vestibulyar - əksər hallarda dişin xarici səthinə fiksə olunur. -Daxili və ya linqval öz gülüşündə estetik görünüş istəyənlər üçün istifadə olunur. Belə breketlər pasiyentlərə daha baha başa gəlir. Yadda saxlamaq lazımdır ki, breket- sistem savadlı həkim-ortodont tərəfindən xəstənin maliyyə vəziyyəti, diş sırasının xüsusiyyəti nəzərə alınaraq tətbiq olunur. Breket-sistemi tətbiq etməmişdən qabaq karies dişlər müalicə olunmalı, peşəkarcasına təmizlənməlidir.

Rədd edilməyi qəbul etməyən 7 bürc

2023-02-23 01:22:00

Hamının sevgi münasibətlərindən gözləntiləri fərqlidir. Ancaq mövzu rədd edilmək olduqda bəzi insanlar çılğına dönə bilir. Belə ki, həmin insanlar qətiyyən rədd olunmağı həzm edə bilmirlər. Astrologiyada da bəzi bürclər var ki, imtina edilməyi qəbul etmir. 

Böyrəklərin ekskretor funksiyası

2023-02-23 01:01:00

Bədənin daxili mühitinin daima sabit saxlanılması böyrəklərin hesabına baş verir. Orqanizmdə baş verən bəzi funksiyalar vardır ki, onlar məhz böyrəklərin fəaliyyəti sayəsində normallaşır. Bunlara aiddir: - su-duz mübadiləsi - qələvi-turşu müvazinəti - azot mübadiləsi - eritropoez - arterial təzyiqin səviyyəsi - qanın laxtalanma prosesi. Bu fəaliyyətləri böyrəklərin ekskretor və inkretor funksiyaları həyata keçirir. Böyrəklərin ekskretor funksiyasına bədəndən yad maddələrin mübadiləsinin son zərərli məhsullarını və bədən fəaliyyəti üçün vacib olan, amma bədəndə artıq miqdarda əmələ gələn məhsulların çıxarılması aiddir. Anoloji funksiyaları dəri, mədə-bağırsq traktı, ağciyərlər, qaraciyər də yerinə yetirir. Tər vəziləri ilə bədəndən su, natrium xlorid, sidik covhəri, sidik turşusu və başqa maddələr xaric olunur. Böyrəklərin ekskretor funksiyası pozulduqda isə tər vəziləri öz fəaliyyətlərini komrensator artırırlar. Amma böyrəklə müqayisədə tər vəziləri bədəndən çox az miqdarda suyu, duzları, azot mübadiləsi məhsullarinı çıxara bilirlər. Mədə-bağırsaq traktı vasitəsilə fizioloji halda bədəndən su, duzlar, kalsium, maqnezium və başqa ionlar, bəzi zülal tərkibli maddələr, natrium xlotid çıxarılır ki, bununla da böyrək fəaliyyəti pozulduqda azot ifrazetmə funksiyası kompensasiya edilir. Orqanizmdən lazımsız maddələr öd kisəsi və ağciyərlər vasitəsilə də xaric edilir. Amma bədəndən çıxarılması vacib olan maddələrin kənar edilmıəsində birinsi dərəcəli rolu böyrəklər oynayır. Böyrək ifrazat funksiyasının aşağı düşməsi və ya dayanması baş verdikdə hemosrtazın ağır pozğunluqları baş verir. Böyrəklər bu funksiyaları, yəni hemostazın tənzim olunması və maddələr mübadiləsinin son məhsullarının orqanizmdən çıxarılması heç bir başqa orqanı tərəfindən konpensasiya edilmir.

Günün qoroskopu: Maliyyə itkiləri ola bilər

2023-02-23 00:01:00

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Bu xəstəxanada

2023-02-22 22:44:00

Gəncə Şəhər Birləşmiş Xəstəxanasında yeni təyinatlar baş tutub.

"Yüzlük"lərlə bağlı

2023-02-22 22:39:00

Son vaxtlar 100 manatlıq əsginasların saxtalaşdırılması halları artıb.

Azərbaycanla bağlı saziş Dumaya təqdim edildi

2023-02-22 22:19:00

Rusiya Baş naziri Mixail Mişustin Azərbaycanla pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin Dövlət Dumasına təsdiq üçün təqdim edilməsi haqqında qərar imzalayıb.

Maşını olan şəxslər bu xəbəri

2023-02-22 21:53:00

Sürücülər avtomobillərdə tibbi yardım çantalarının xeyrindən çox ziyanı olduğu qənaətindədirlər. Amma deyirlər ki, həmin çantalar olmada avtomobillərini texniki baxışdan keçirmək mümkün olmur.

Azərbaycanda bu bankların əmlakları satışa çıxarıldı

2023-02-22 21:32:00

Martın 9-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "AG Bank", "Amrahbank" və "Gəncəbank" ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə açıq hərrac keçiriləcək.

"Avroviziya 2023"ün aparıcıları onlar olacaq

2023-02-22 21:00:00

"Avroviziya 2023"ün aparıcılarının adları bəlli olub.