Siyasət

İranın Trampa yanlış cavabı – İsrail elə bunu istəyirdi

2025-03-31 10:16:00

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar təklifini əks etdirən məktubu ali dini lider Əli Xameneiyə göndərmişdi. Bununla Tramp İranda söz sahibinin ali dini lider olduğunu qəbul etmişdi. Ali dini lider əvvəlcə Trampa cavab məktubu göndərmək istəmirdi, sonra fikrini dəyişdi, müşaviri Əli Şəmxani bildirdi ki, Tehran Vaşinqtonla dolayı danışıqlara açıqdır, ancaq bunun üçün "bərabər əsaslı və qarşılıqlı hörmətə əsaslanan şərtlər" olmalıdır.

Bakıdan Asiyaya: Avropa yeni marşrutu necə dəyişir?

2025-03-31 09:48:00

Aprelin 3-4-də Daşkənddə Avropa İttifaqı - Mərkəzi Asiya tarixində ilk dəfə olaraq yüksək səviyyəli liderlər sammiti keçiriləcək. Regionun beş postsovet respublikasının - Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistanın rəhbərləri Avropa Şurasının prezidenti Antoniu Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə görüşəcək. Sammiti şəxsən Şavkat Mirziyoyevin açacağı gözlənilir və bu görüş Aİ ilə Mərkəzi Asiya arasında münasibətlərin yeni mərhələsinin rəmzinə çevrilməlidir. Lakin "sabitlik, davamlı inkişaf və beynəlxalq hüquqa riayət" kimi diplomatik şüarların arxasında daha genişmiqyaslı strateji planlar dayanır.

Ombudsmanın 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar BƏYANATI

2025-03-31 09:31:00

Bir əsrdən artıq müddətdə azərbaycanlılar ermənilər tərəfindən məqsədyönlü şəkildə soyqırımı və etnik təmizləmə siyasətinə məruz qalmışlar. Bu siyasətin tərkib hissəsi olaraq türk və müsəlman olan azərbaycanlılara qarşı hələ XX əsrin əvvəlindən etibarən Azərbaycanda və indiki Ermənistan ərazisində sistematik şəkildə və xüsusi amansızlıqla soyqırımı cinayətləri törədilmişdir.

XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

2025-03-31 09:15:00

Xarici İşlər Nazirliyinin 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

İlham Əliyev Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar paylaşım edib FOTO

2025-03-31 09:02:00

Azərbaycan Prezidenti İlham Əliyev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı rəsmi "Instagram" hesabında paylaşım edib.

Ərdoğan: Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir

2025-03-30 18:46:00

Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir.

Sabah partiyaların maliyyə hesabatlarını MSKya təqdim etmələri üçün müddət başa çatır

2025-03-30 17:40:00

Martın 31-i siyasi partiyaların 2024-cü il üzrə illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etmələri üçün ayrılan müddət başa çatır.

Ermənistandan növbəti TƏXRİBAT Pilotsuz uçuş aparatı və dronlar vasitəsilə...

2025-03-30 15:30:00

Martın 29-u axşam və 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində 3 dəfə kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd edib.

Belarusun Baş naziri: Azərbaycanla çoxşaxəli əməkdaşlıq inkişaf edəcək

2025-03-30 15:27:00

Əminəm ki, Belarus ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq dost xalqlarımızın rifahı naminə bundan sonra da qarşılıqlı hörmət və etimadlı dialoq şəraitində inkişaf edəcək.

İlham Əliyevlə Şahbaz Şərif arasında telefon danışığı olub

2025-03-30 15:24:00

Martın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Hüqo Qevara Azərbaycan xalqını Ramazan bayramı ilə bağlı təbrik edib

2025-03-30 12:10:00

ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi İlham Əliyevi təbrik edib

2025-03-30 10:25:00

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Səudiyyə Ərəbistanının Kralı Prezidenti İlham Əliyevi təbrik edib

2025-03-30 10:23:00

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

2025-03-30 08:02:00

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instaqram" hesabında Ramazan bayramı münasibətilə paylaşım edib.

İlham Əliyev Ramazan Bayramı münasibəti ilə paylaşım edib FOTO

2025-03-29 20:02:00

Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Ramazan bayramı münasibəti ilə paylaşım edib.

Ziroatxon Mirziyoyeva Brinci vitseprezident Mehriban Əliyevanı təbrik edib

2025-03-29 17:53:00

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı Ramazan bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

2025-03-29 17:52:00

Martın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib

2025-03-29 17:51:00

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan Respublikasının Brinci vitse-prezidenti Mehriban Əliyevaya Novruz bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Türkiyənin Vitseprezidenti Mehriban Əliyevanı Ramazan bayramı münasibətilə təbrik edib

2025-03-29 17:16:00

Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Ramazan bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Pakistanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

2025-03-29 17:05:00

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Ərdoğan İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib

2025-03-29 16:54:00

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə Ramazan bayramı ilə bağlı təbrik məktubu ünvanlayıb.

Azərbaycan XİN Myanma və Tailandda dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib

2025-03-29 14:32:00

Azərbaycan Xarici İşlər Nazirliyi Myanma və Tailandda baş verən dağıdıcı zəlzələdən zərər çəkənlərlə bağlı başsağlığı verib.

İlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim edib FOTO

2025-03-29 11:33:00

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Şəfiqə Məmmədovanı qəbul edib və ona "İstiqlal" ordenini təqdim edib.

Şəfiqə Məmmədova “İstiqlal” ordeni ilə təltif edilib

2025-03-29 11:21:00

Xalq artisti Şəfiqə Haşım qızı Məmmədova "İstiqlal" ordeni ilə təltif edilib.

Prezident Xalq artisti Şəfiqə Məmmədovanı 80 illik yubileyi münasibətilə təbrik edib

2025-03-29 11:19:00

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Şəfiqə Məmmədovaya təbrik məktubu göndərib. 

Qutsul həbs edildi: Rusiya bu ölkəyə ordu yeridə bilər?

2025-03-29 10:48:00

Qaqauziyada əvvəldən də problemlər var idi. Son dönəmlər rəsmi Moskvanın Qaqauziyada baş verən proseslərlə bağlı açıqlamaları da orada hansısa gərginliyin yaşandığı ilə bağlı təəssürat yaradırdı. Gərginliyin artacağı, Moldovanın bu cür addımlar atacağı gözlənilən idi. Eyni zamanda Rusiyanın Ukrayna cəbhəsindən sonra Moldova məsələsinə də müdaxilə edəcəyinə dair iddialar var idi.

Paşinyanın saxta Avropası: ümidsiz millətə tamaşa

2025-03-29 10:20:00

Tarixdə elə anlar olur ki, zəiflik cəsarət kimi təqdim olunur, çaşqınlıq - guya strateji kurs, siyasi ümidsizlik isə "xalq iradəsi" adı ilə cilalanır. İrəvanda da baş verən məhz belə bir andır. Ermənistan parlamentinin divarları arasında, qəsdən yaradılmış gurultulu hay-küy və saxta "tarixi missiya" təəssüratı fonunda bir qərar qəbul olundu ki, elə səhəri gün öz aktuallığını itirdi. Guya Ermənistan Avropa İttifaqına inteqrasiya yoluna qədəm qoyur. Kağız üzərində. Bəlkə siyasətçilərin başında da. Amma reallıqda? Bu sadəcə bir siyasi mimikriyadır - nə iradəsi var, nə imkanı, nə də gerçəkləşmək ehtimalı.

Paşinyanı "ölü" ilə şirnikləndirirlər

2025-03-29 10:04:00

İkinci Qarabağ müharibəsindən və Azərbaycanın Qarabağ üzərində tam suverenliyini bərpa etməsindən sonra beynəlxalq gündəmin Cənubi Qafqaza münasibətdə köklü şəkildə dəyişəcəyi gözlənilirdi. Reallıqlar artıq dəyişib: münaqişə başa çatıb, separatizm darmadağın edilib, regionun hüquqi mənsubiyyəti həm faktiki, həm də hüquqi baxımdan yenidən təsdiqlənib. Di gəl, postmünaqişə dövründə sülh məntiqinə zidd olaraq son aylarda bir sıra Qərbi Avropa ölkələrinin parlamentlərində "Qarabağ mövzusu" ətrafında fəallığın artdığı müşahidə olunur. İsveçrə, Belçika və Fransa parlamentlərində qəbul edilən qətnamələr, keçirilən dinləmələr və təklif olunan "beynəlxalq konfrans" layihələri, formal baxımdan diplomatik canlanma təəssüratı yaratsa da, əslində bu təşəbbüslərin Cənubi Qafqazın real siyasi gündəminə təsiri olduqca məhduddur.

Aİnin Müşahidə Missiyası Qubadlı və Laçınla sərhəddə müşahidə apardı

2025-03-28 20:06:00

Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

2025-03-28 17:15:00

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları gözəl niyyətlər və savab əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq və bərabərlik yoluna dəvət edir. Bu ayda müsəlmanlar oruc tutmaqla Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi kamilliyə ucalmaq fürsəti qazanırlar.

Azərbaycan Ordusuna atəşi kim açıb? AÇIQLAMA

2025-03-28 16:31:00

Ermənistanın Baş naziri Nikol Paşinyanla müdafiə naziri Suren Papikyanın şərti sərhəddə olan təxribat, Azərbaycanın mövqelərinin atəşə tutulması ilə bağlı fikirləri ziddiyətlidir. Baş nazir heç bir atəşin olmadığını, digəri isə atəşin ancaq havaya atıldığını bildirir. Eyni zamanda Paşinyan iddia edir ki, guya Avropa İttifaqının nümayəndələri də hər hansı bir atəşkəs pozuntusunu qeydə almayıb.

Paşinyanın yeni "qaz" xəyalı var

2025-03-28 11:32:00

Ermənistan yenidən xəyal qurur. Yenə də mövcud olmayan marşrutları xəritəyə çəkir, borularsız və torpaq üzərində heç bir məntiqi, iqtisadi, siyasi və strateji zəminlərlə əsaslar olmadan havadan qaz kəmərləri "çəkir". Tarixi mifologiya ilə geosiyasi reallıq arasında sıxışıb qalan bu ölkə Rusiyadan enerji asılılığından qopmaq üçün növbəti dəfə ümidsiz və qeyri-real bir cəhd göstərir. Və bu, hazırlıqlı olduğu üçün yox, məcbur olduğu üçün baş verir. Çünki baş nazir Nikol Paşinyanın nə müttəfiqlərə, nə xalqına, nə də özünə təklif edə biləcəyi bir şey qalmayıb.