Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək SƏRƏNCAM
Siyasət 28 Yan 2026 18:42:00 72 0
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək.
Bu xəbəri də oxu: Azərbaycan və Gürcüstan Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənib FƏRMAN
Son.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
"2026-cı ildə böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illiyi tamam olur.
Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır. Zəmanəsinin ən müxtəlif elmlərini dərindən bilən və Şərqin çoxəsrlik mədəni ənənələri zəminində əzəmətlə yüksələn qüdrətli söz ustası şeiriyyətin zirvəsində dayanan sənət nümunələrindən ibarət zəngin bir irs qoyub getmişdir. Ədalətə çağırış, mübarizə ruhu və şəxsiyyət azadlığı, mənəvi ucalıq, insan ləyaqəti və idrakın gücünə inam bu nadir irsin səciyyəvi cəhətləridir. Mütəfəkkir sənətkar ictimai-fəlsəfi və didaktik-əxlaqi düşüncələrdən yoğrulan, yüksək estetik dəyərə malik humanist məzmunlu əsərlərində sosial-tarixi hadisələri özünəməxsus bədiiliklə mənalandırmış və bunlardan ibrət almağı tövsiyə etmişdir. Xaqani yaradıcılığında parlaq lirik lövhələrlə ifadəsini tapan vətənpərvərlik motivləri şairin doğma yurda və onun gözəlliklərinə sonsuz sevgisinin dolğun poetik təzahürüdür. Əsrinin mədəni həyatı ilə heyrətamiz dərəcədə sıx bağlı olan Xaqani Şirvani klassik ədəbiyyata qazandırdığı yeniliklərlə bütövlükdə Yaxın və Orta Şərq xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. Sonrakı yüzilliklərin ustad şairləri Xaqani dühasına həmişə ehtiramla yanaşmış, məktəb kimi ondan bəhrələnmişlər", - Sərəncamda qeyd olunub. Son.az
Azərbaycan və Gürcüstan Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq h
Azərbaycanın Xalq rəssamı Qəyyur Yunusun qızı Nigar Yunus həbs olunub.
Azərbaycanda tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə c
Nərimanov Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.
Qobustan rayonunda saz və gitarada ifa edən musiqiçi Rauf Cəbrayılov inziba
Hindistanın Madhya-Pradeş ştatında Hasina adlı qadın çoxərlilik səbəbi
Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavinlərindən biri v
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sab
Müğənni Ayan Babakişiyeva Xalq artisti Aygün Kazımovanın ad gününə niy
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının ölkəmizdə keçirilm
Yanvarın 28-də Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclas
Müğənni Vəfa Şərifova "Rəngarəng" verilişində qonaq olarkən
Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən il təqaüdə göndərilən m
18 yanvar 2026-cı il tarixində keçirilmiş magistratura səviyyəsinə qəbul
