Azad Məcidova hakim pensiyası verilmir
Digərləri 28 Yan 2026 17:41:00 55 0
Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən il təqaüdə göndərilən məşhur hakimi Azad Məcidov Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.
Bu xəbəri də oxu: FinFly bir yaşını qeyd edir
Son.az "Qafqazinfo"ya istinadən xəbər verir, A.Məcidov ona hakim kimi əmək pensiyasının təyin edilməməsindən şikayət edib.
Sabiq hakim iddia ərizəsində göstərib ki, 30 ilə yaxın müddətdə Daxili İşlər Nazirliyinin istintaq orqanlarında və Milli Təhlükəsizlik Nazirliyində (hazırda ləğv edilib) çalışıb, rütbəcə polkovnikdir. 2011-2025-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyib. Təqaüdə çıxdıqdan sonra Azad Məcidova hakimlik fəaliyyəti nəzərə alınmadan aylıq 4 881 manat pensiya təyin edilib.
Bu səbəbdən o, məhkəməyə müraciət edərək hakim fəaliyyəti nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş edib.
Cavabdeh qismində çıxış edən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə iddianın rədd edilməsini istəyib. Qurum etirazını belə əsaslandırıb ki, mövcud qanunvericiliyə görə, əlavə hakim pensiyası almaq üçün azı 15 il hakim kimi fəaliyyət göstərmək tələb olunur. Azad Məcidovun isə hakimlik stajı 14 il 4 ay 13 gündür.
Lakin Bakı İnzibati Məhkəməsi DSMF-nin arqumentlərini əsassız hesab edib. Qeyd olunub ki, "Hakimlərin statusuna dair" Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən, müəyyən müddət ərzində hakim vəzifəsini icra etmiş və pensiya yaşına çatmış şəxslərə son vəzifə maaşlarına mümkün qədər yaxın məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir.
Qərara əsasən, Azad Məcidovun iddiası təmin edilib. Məhkəmə DSMF-yə sabiq hakimin pensiyasının yenidən hesablanması öhdəliyini qoyub.
18 yanvar 2026-cı il tarixində keçirilmiş magistratura səviyyəsinə qəbul
Səhhətində yaranan problemlərdən sonra ilk dəfə canlı yayıma çıxan V�
Ötən il Azərbaycanda 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb e
Bakının mərkəzi prospektində avtobus zolağının ləğv edildiyi iddia olu
Ukrayna lideri Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə danışıq
Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydalarına d
Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsini genişləndiriləcək.
Müğənni Təranə Qumral sosial şəbəkədə etdiyi emosional çıxışla gü
Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin ötən ilin avqustun
Baş Prokurorluq tərəfindən dəymiş ziyanın 259 milyon 95 min manat hissəs
Dəmir yolu xətlərinin bərpası və yeni stansiyaların inşası paytaxt və
Həbsdə olan məşhur bəstəkar Tural Bayraməliyev azadlığa buraxılıb.
Elm və Təhsil Nazirliyinə mütəxəssis vəzifəsinə işə düzəldəcəyini
