İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Siyasət 31 Yan 2026 21:06:00 69 0
Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.
Son.az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə İran arasında münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı və xalqlarımız arasında tarixi, etnik və dini bağların olduğu bir daha qeyd edilib.
Telefon danışığı əsnasında İran Prezidentinin Azərbaycana səfərləri, dövlət başçılarının görüşləri və apardıqları səmərəli danışıqlar məmnunluqla xatırlanıb, bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi üzrə işlərin qrafikə uyğun aparıldığı vurğulanıb.
Dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.
Prezident Məsud Pezeşkian öz tərəfindən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif aspektləri və gələcək birgə addımlar barəsində fikir mübadiləsi aparılıb, təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.
Ağdamda kişi həyat yoldaşına balta ilə xəsarət yetirib.
Bəzi bürclər astroloji təhlillərdə daha çox "uğursuz" və ya &
2026-cı il yanvarın 31-də "Baku Marriott Hotel Boulevard" mehmanxan
Türkiyənin ötən il turizm gəliri rekord həddə - 65.2 milyard dollara çat
Azərbaycan Dövlət Filarmoniyasının solisti Taleh Yahyayev efirdə səslənd
Zəngəzur Milli Parkında nadir quş növünün unikal görüntüləri qeydə a
Müğənni Aysun İsmayılova son açıqlaması ilə diqqət mərkəzinə düş�
Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikl
"Dünyanın ən şirin yarışması" adlı video sosial şəbəkələr
Bir toy mərasimində gəlinin uşaqlara qarşı əsəbi reaksiyası sosial şə
Xalq artisti Aygün Kazımovanın çıxışı zamanı səhnədə gözlənilməz
Musavat.com xəbər verir ki, Cefri Epşteyn işi ilə bağlı ictimaiyyətə a�
Meyxanaçı Ağamirzə sosial şəbəkə hesabında maraqlı paylaşımı ilə d
Xalq artisti Röya Ayxan qatıldığı toy mərasimində gecənin ən çox diqq�
