Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirilib


Digərləri 31 Yan 2026 19:56:00 84 0

Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirilib

2026-cı il yanvarın 31-də "Baku Marriott Hotel Boulevard" mehmanxanasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) üzvlərinin növbəti konfransı keçirilib.

Son.az xəbər verir ki, konfransda VK Rəyasət Heyətinin üzvləri ilə yanaşı, paytaxt və respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən vəkil qurumlarını təmsil edən nümayəndələr, fərdi qaydada fəaliyyət göstərən vəkillər olmaqla ümumilikdə 245 vəkil, habelə KİV nümayəndələri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Sonra müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən VK sədri Anar Bağırov tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb, Kollegiyanın son illər ərzindəki fəaliyyətinə geniş şəkildə nəzər salıb, ölkəmizdə vəkillik institutunun keçdiyi tarixi inkişaf yolunu təhlil edib. Sədr qeyd edib ki, ötən dövrlər ərzində vəkillik institutunun gücləndirilməsi, hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi və vətəndaşlar üçün əlçatanlığın təmin olunması istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirilib. Görülən tədbirlər nəticəsində vəkillərin sayında əhəmiyyətli artım baş verib, onların peşəkar hazırlıq səviyyəsi yüksəldilib, davamlı tədris və ixtisasartırma mexanizmləri formalaşdırılıb və müasir tələblərə uyğun olaraq təkmilləşdirilib. Eyni zamanda vəkillərin fəaliyyətinin şəffaflığının artırılması, peşə etikası qaydalarına əməl olunmasının gücləndirilməsi və institusional idarəetmənin modernləşdirilməsi sahəsində mühüm addımlar atıldığı vurğulanıb. 

Həmçinin Anar Bağırov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərə də toxunub. Sədr bildirib ki, bu yeniliklər vəkillik institutunun institusional baxımdan daha da möhkəmləndirilməsinə, peşə fəaliyyətinin daha səmərəli, çevik və müasir tələblərə uyğun şəkildə təşkilinə xidmət göstərir.  

Türkiyədə turizm gəlirləri rekord həddə çatdı like
  • 31 Yan 17:53  
Digərləri Türkiyədə turizm gəlirləri rekord həddə çatdı

Türkiyənin ötən il turizm gəliri rekord həddə - 65.2 milyard dollara çat

arrow Ətraflı
"O əməkdar artist Emin Sabitoğlunun mahnısını bərbad günə qoydu" like
  • 31 Yan 17:38  
Şou-biznes "O əməkdar artist Emin Sabitoğlunun mahnısını bərbad günə qoydu"

Azərbaycan Dövlət Filarmoniyasının solisti Taleh Yahyayev efirdə səslənd

arrow Ətraflı
Azərbaycanda fotoqraf bu görüntülər üçün 3 gün MAĞARADA QALDI like
  • 31 Yan 17:23  
Digərləri Azərbaycanda fotoqraf bu görüntülər üçün 3 gün MAĞARADA QALDI

Zəngəzur Milli Parkında nadir quş növünün unikal görüntüləri qeydə a

arrow Ətraflı
"Martda estetik əməliyyat etdirəcəyəm" like
  • 31 Yan 17:08  
Şou-biznes "Martda estetik əməliyyat etdirəcəyəm"

Müğənni Aysun İsmayılova son açıqlaması ilə diqqət mərkəzinə düş�

arrow Ətraflı
İcra Hakimiyyətində 3 şöbə müdiri də işini itirdi like
  • 31 Yan 17:07  
Digərləri İcra Hakimiyyətində 3 şöbə müdiri də işini itirdi

Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikl

arrow Ətraflı
Uşaqlar arasında iməkləmə yarışı oldu like
  • 31 Yan 16:56  
Digərləri Uşaqlar arasında iməkləmə yarışı oldu

"Dünyanın ən şirin yarışması" adlı video sosial şəbəkələr

arrow Ətraflı
Toyda gəlinin uşaqlara əsəbi reaksiyası GÜNDƏM OLDU like
  • 31 Yan 16:45  
Digərləri Toyda gəlinin uşaqlara əsəbi reaksiyası GÜNDƏM OLDU

Bir toy mərasimində gəlinin uşaqlara qarşı əsəbi reaksiyası sosial şə

arrow Ətraflı
Aygünü görən kişi "özünü itirdi" like
  • 31 Yan 16:45  
Şou-biznes Aygünü görən kişi "özünü itirdi"

Xalq artisti Aygün Kazımovanın çıxışı zamanı səhnədə gözlənilməz

arrow Ətraflı
Melaniyanın Gisleyn Maksuellə yazışması üzə çıxdı like
  • 31 Yan 16:38  
Dünya Melaniyanın Gisleyn Maksuellə yazışması üzə çıxdı

Musavat.com xəbər verir ki, Cefri Epşteyn işi ilə bağlı ictimaiyyətə a�

arrow Ətraflı
2ci "Pərviz bülbülə" peyda oldu like
  • 31 Yan 16:22  
Şou-biznes 2ci "Pərviz bülbülə" peyda oldu

Meyxanaçı Ağamirzə sosial şəbəkə hesabında maraqlı paylaşımı ilə d

arrow Ətraflı
Xalq artisti dekolteli geyimi və rəqsi ilə MÜZAKİRƏ YARATDI like
  • 31 Yan 16:08  
Şou-biznes Xalq artisti dekolteli geyimi və rəqsi ilə MÜZAKİRƏ YARATDI

Xalq artisti Röya Ayxan qatıldığı toy mərasimində gecənin ən çox diqq�

arrow Ətraflı
"Məktəb yoldaşlarım Ceyhun Bayramov, Fərid Qayıbov və Səbinə Əliyeva olub" like
  • 31 Yan 15:51  
Şou-biznes "Məktəb yoldaşlarım Ceyhun Bayramov, Fərid Qayıbov və Səbinə Əliyeva olub"

ATV-nin efirində maraqlı açıqlama verən tanınmış aparıcı Hacı Nuran B

arrow Ətraflı
Asif Məhərrəmov polisə şikayət etdi like
  • 31 Yan 15:41  
Şou-biznes Asif Məhərrəmov polisə şikayət etdi

Məşhur müğənni Asif Məhərrəmov maddi zərərə məruz qalıb.

arrow Ətraflı
Gənc qızla evlənən 78 yaşlı kişi binadan yıxılıb öldü  Şok FAKTLAR like
  • 31 Yan 15:34  
Digərləri Gənc qızla evlənən 78 yaşlı kişi binadan yıxılıb öldü Şok FAKTLAR

Rusiyanın paytaxtı Moskvada 78 yaşlı kişi binadan yıxılaraq, ölüb.

arrow Ətraflı