Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub
Siyasət 30 Yan 2026 23:53:00 85 0
BMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, Caspisnet elmi şəbəkəsi və Tehran Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə "Xəzər dənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda yüksəksəviyyəli panel müzakirələri keçirilib.
Bu xəbəri də oxu: Avstraliya səfiri etimadnaməsini İlham Əliyevə təqdim edib FOTO
Son.az xəbər verir ki, tədbirin rəsmi hissəsində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xəzər dənizinin qlobal əhəmiyyəti, üzləşdiyi ekoloji təhdidlər və onun gələcək nəsillər üçün qorunması məqsədilə elmi tədqiqatlara əsaslanan birgə fəaliyyətlərin əhəmiyyəti barədə məlumat verib. Leyla Əliyeva vurğulayıb ki, dəniz səviyyəsinin azalması və biomüxtəlifliyin itirilməsi prosesləri vaxtında və əlaqələndirilmiş tədbirlər görülmədiyi təqdirdə daha ciddi nəticələrə gətirib çıxara bilər. O, tədbir iştirakçılarını Xəzər dənizi ilə bağlı müzakirələri real nəticələrə gətirən konkret addımlarla davam etdirməyə çağırıb.
BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov tədbirdə çıxış edərək bu cür müzakirələrin dövlət qurumları, beynəlxalq təşkilatlar və ekspert icması arasında dialoqun inkişafı üçün mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Onlar ətraf mühitin idarə olunması sahəsində institusional əməkdaşlığın, eləcə də məlumat və təcrübə mübadiləsinin genişləndirilməsinin Xəzər dənizinin qorunması istiqamətində səylərə töhfə verəcəyini bildiriblər.
Daha sonra müxtəlif panel sessiyaları çərçivəsində BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə regional direktoru Arnold Kraylhuber, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Ətraf Mühit və Səhiyyə Mərkəzinin rəhbəri Françeska Raçioppi, eləcə də Cenevrə Universiteti, "Geneva Water Hub", Caspisnet və bir sıra digər beynəlxalq təşkilat və beyin mərkəzlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə ətraf mühitin idarə olunması, elmi tədqiqatların əhəmiyyəti, eləcə də Xəzərin qorunması istiqamətində beynəlxalq əməkdaşlıq və su diplomatiyasının roluna dair fikir mübadiləsi aparılıb, müxtəlif təşəbbüslər irəli sürülüb.
İştirakçılar üçün, həmçinin Xəzər dənizinin ekoloji problemlərinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub. Tədbir sual-cavab formatında təşkil olunan interaktiv sessiya ilə yekunlaşıb. Son.az
Türkiyəli aktrisa Hande Erçel Paris Moda Həftəsində iştirak edib.
Leyla Əliyeva Cenevrədə BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana
Adətən toyuq panesi üçün istifadə edilən suxari bəzən istənilən xırt
Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb.
Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar ola
Türkiyə şou-biznesinin tanınmış simalarından olan Fatih Ürək uzun müdd
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 2026-cı il Gənclər
Rusiya Daxili İşlər Nazirliyinin təqaüddə olan polkovniki Vidadi İslam o�
İstanbul 4-cü Sülh Cəza Məhkəməsi sosial media fenomeni Merve Taşkın v�
Respublika Hərbi Prokuroruna yeni böyük köməkçi təyin edilib.
"ZiqZaq" ləqəbli tanınmış azərbaycanlı reper Mövlud Cəfərov�
Yeni mədəniyyət konsepsiyası çərçivəsində milli-mənəvi dəyərlərin
"Bizim insanlar əlvida sözü ilə xudahafiz sözünü bir-birindən ayır
Tanınmış bloqer Hüseyn Həsənov sosial media hesabında etdiyi yeni paylaş
