Prezidentin təltif etdiyi gənclər
Digərləri 30 Yan 2026 21:43:00 55 0
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
Bu xəbəri də oxu: Bəhruz Əhmədova yeni köməkçi təyin olundu
Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bəzi şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib.
Son.az qafqazinfo-ya istinadla təltif edilən gənclərdən bəziləri haqda məlumatları təqdim edir:
Prezident mükafatına layiq görülən gənclərdən biri "Regional İnkişaf" İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova-Hacıyevadır.
Prezident Sərəncamı ilə təltif olunan gənclərimizin sırasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi, II dərəcə əlilliyi olan görmə məhdudiyyətli ifaçı Səməd Novruzov da var.
Mükafata layiq görülən gənclər biri də BDU-nun SABAH qruplarının məzunu Lamiyə Məmmədovadır. O, hazırda Qarabağ Universitetində çalışır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mexanika kafedrasının müəllimi Mahmud İsmayılov da təltif olunanlar arasındadır. O, həmçinin "TEKNOFEST Azərbaycan robototexnika" yarışının qalibi, IDDA & KOICA proqramının ən yaxşı təlimçisi, 13 elmi məqalə müəllifidir.
Prezident mükafatına layiq görülən gənclər biri də opera ifaçısı Elmina Həsənovadır. O, 2024-cü ildə Hindistanın Mumbay şəhərində keçirilən mötəbər beynəlxalq opera ifaçılığı müsabiqəsində "Operalia" müsabiqəsində ikinci yerə çıxıb və "Pepita Embil" mükafatına layiq görülüb.
Təltif olunan gənclərdən biri də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Baş katibi Leyla Həsənovadır.
Azərbaycanın gənc opera müğənniləri nəslinin nümayəndələrindən biri olan Mahir Tağızadə də təltif olunanlar sırasındadır. O, güclü bariton və zəngin səhnə ifaçılığı ilə həm ölkə daxilində, həm də xaricdə tanınır.
Həmin gənclərin siyahısında Sərxan Ağadadaşovun da adı var. O, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının "Pilotsuz uçuş aparatları" qrupunun qrup rəhbəridir.
Rusiya Daxili İşlər Nazirliyinin təqaüddə olan polkovniki Vidadi İslam o�
İstanbul 4-cü Sülh Cəza Məhkəməsi sosial media fenomeni Merve Taşkın v�
Respublika Hərbi Prokuroruna yeni böyük köməkçi təyin edilib.
"ZiqZaq" ləqəbli tanınmış azərbaycanlı reper Mövlud Cəfərov�
Yeni mədəniyyət konsepsiyası çərçivəsində milli-mənəvi dəyərlərin
"Bizim insanlar əlvida sözü ilə xudahafiz sözünü bir-birindən ayır
Tanınmış bloqer Hüseyn Həsənov sosial media hesabında etdiyi yeni paylaş
Azərbaycan yazıçısı beynəlxalq ədəbi mühitə qoşula biləcək.
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat k
"Bizim insanlar əlvida sözü ilə xudahafiz sözünü bir-birindən ayır
Bakıxanov qəsəbəsində sahibsiz itlər ana və iki azyaşlı uşağa hücum
"Yazıçı öz kitabını küçədə sata bilməz, yazıçı kitabını mey
ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya prezidenti Vladimir Putindən m
Argentina hökuməti meşə yanğınları səbəbindən La-Pampa əyalətində v
Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliye
