Azərbaycan və İsrail süni intellekt sahəsində əməkdaşlıq memorandumu imzaladılar
Siyasət 03 Fev 2026 21:26:00 60 0
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə səfər edib.
Bu xəbəri də oxu: Prezident İlham Əliyevin ƏbuDabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub
Nazirlikdən Son.az-a verilən məlumata görə, səfər çərçivəsində İsrailin Baş nazirinin Aparatının Milli Süni İntellekt Direktorluğu ilə Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimində İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib.
Daha sonra sənədin gələcək icra mexanizmləri ətrafında müzakirələr aparılıb.
Görüş zamanı, həmçinin kibertəhlükəsizlik, rəqəmsallaşma və kosmik sahədə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
-------
Yerusəlimdə İsrail və Azərbaycan arasında süni intellekt sahəsində Anlaşma Memorandumu imzalanıb.
Son.az-ın məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun mətbuat xidməti bildirib.
Sənədi İsrailin Milli Süni İntellekt Qərargahının rəhbəri Erez Eskel və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.
Qeyd edilib ki, saziş superkompüter infrastrukturunu, əsas mülki sektorlarda süni intellekt tətbiqini, birgə tədqiqatları və insan kapitalının inkişafını əhatə edir.
İsrail tərəfinin sözlərinə görə, sənəd strateji tərəfdaşlığı gücləndirir və hər iki ölkə üçün texnoloji liderlik üçün yeni imkanlar açır.
Netanyahu razılaşmanın vacibliyini vurğuladı: "Süni intellekt gələcəyin deyil, indiki zamanın bir alətidir. Bu sahədə aparıcı ölkələr arasında olmağımızdan əmin olmalıyıq və düşünürəm ki, birlikdə daha çox və daha yaxşı nəticələr əldə edə bilərik".
Xalq artisti Alim Qasımovun nəvəsi Mövlanə ilə ailə quran Fərid Nəsrov
Fevralın 4-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Müğənni Aysun İsmayılova doğma atası ilə bağlı qalmaqallı açıqlamal
Xəbər verdiyimiz kimi, gecə saatlarında Gəncədə 25 yaşlı Röyal Məmmə
Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Sənayenin təşkili v�
Son illərdə populyarlığı sürətlə artan qısa video platformaları - xüs
30 yanvar 2026-cı il tarixində dünyanın 30 ölkəsindən 32 parlament üzvü
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfi
"Ümumdünya Xərçəng Günü" çərçivəsində təşkil edilən tə
Azərbaycanda kiçik və orta biznes(KOB) ödənişlərinin rəqəmsallaşması
Bu il mayın 17-22-də "Hər kəs üçün yaşayış yerləri: təhlükəsi
"İki dəfə zəlzələ zamanı həyatımı pişik xilas edib".
Rusiyadan Azərbaycandan keçməklə göndərilən taxıl yüklü vaqonlar Ermə
BOKT "İnternational" ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
