Xəbərlərin siyahısı
2023-01-01 14:27:00
Ermənistan rəhbərliyi 2022-ci ili də sülh boşboğazlığı ilə başa vurdu. Bakı ilə sülh müqaviləsini imzalamamaq üçün yüz oyundan çıxdı. Bunu rəsmi İrəvanın siyasi-diplomatik uğuru saymaq olarmı? Sağlam məntiq pıçıldayır ki, əsla. Çünki 44 günlük müharibədən sonra Azərbaycanla barışıb normal inkişaf yoluna çıxmaq bölgənin "izqoy ölkəsi" statusundan hələ də qurtula bilməyən Ermənistana hamıdan çox lazımdır.
2023-01-01 14:26:00
Bu il yanvarın 1-dən fərdi hesabında pensiya kapitalı olanlara 25 il staj hədiyyə edilməsi müddəti daha üç il uzadılıb.
2023-01-01 14:25:00
Kardioloq Anastasiya Yusupova Yeni il yeyib içməyindən sonra çox insanlarda yarana bilən "Bayram ürəyi" sindromundan danışıb.
2023-01-01 14:23:00
İranda etiraz aksiyaları 100 gündən çoxdur ki, davam edir. Repressiv hökumət qüvvələri etirazçılara qarşı ən sərt metodlardan istifadə edir.
2023-01-01 14:20:00
Həzrət Peyğəmbər (s) buyurur: "İnsanlar yuxudadırlar, o zaman ki, ölürlər - ayılırlar".
2023-01-01 14:15:00
Çoxsaylı elmi araşdırmalar sübut edib ki, soğan və sarımsaq həqiqətən güclü mikrob və virus əleyhinə təsirə malikdir. Soğan və sarımsağı "təbii antibiotiklər" adlandırmaq olar.
2023-01-01 14:13:00
Xorvatiya yanvarın 1-dən Şengen Viza Sazişinin üzvü olub.
2023-01-01 14:10:00
Qiyamət mövzusu önəmli və vacib mövzulardan olduğundan Qurani-Kərimdə bu məsələyə geniş yer verilmişdir.
2023-01-01 14:05:00
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tərkibinə daxil olan Uşaq Nevroloji Xəstəxanası və Uşaq Bərpa Mərkəzi bundan sonra "Kliniki Tibbi Mərkəz" publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərəcək.
2023-01-01 14:01:00
Con Hopkins Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, siqaret çəkməyən, lakin siqaret çəkən insanlarla birlikdə yaşayan və ya işləyən insanda insultun riski artmış olur.
2023-01-01 13:51:00
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliya, Qvatemala və Qabonun XİN rəhbərləri ilə görüşlər keçirib.
2023-01-01 13:40:00
Tərtər rayonunda 2004-cü il təvəllüdlü Cəlil mübahisə zamanı Əzizi (adlar şərti verilib - red.) qətlə yetirib.
2023-01-01 13:31:00
Şimali Koreya lideri Kim Çen In taktiki nüvə silahının kütləvi istehsalına çağırıb.
2023-01-01 13:20:00
Çəki gündəlik həyatla yanaşı sağlamlığı da ciddi təhlükə altına salan səbəblərdən biridir. Artıq çəki hərəkəti məhdudlaşdıraraq bədəni passivləşdiri və orqanizmlərin fəaliyyətində problem yaradır.
2023-01-01 13:11:00
Ukrayna müdafiəçiləri ötən sutka Rusiyanın İran istehsalı olan 13 "Şahed-136" PUA-sını məhv edib.
2023-01-01 13:00:00
Son.az Kulis.az-a istinadən əməkdar artist Zöhrə Abdullayeva haqqında maraqlı faktları təqdim edir.
2023-01-01 12:51:00
İranın hərbi elitası ölkədə bir neçə aydır davam edən etirazların yatırılması məsələsi ilə bağlı parçalanıb.
2023-01-01 12:40:00
Müasir zamanda insanları telefonsuz təsəvvür etmək olmur. Hətta artıq uşaqlarda, məktəblilərdə də bu cihazı görmək mümkündür. Uşaqların bəziləri əyləncə, bəziləri isə dərsləri və özünün inkişaf üçün smartfonlardan istifadə edirlər. Nə qədər məsləhət görülməsə də, azyaşlıların telefondan istifadəsi qaçınılmazdır.
2023-01-01 12:31:00
Ukraynalılar üçün "qaranlıq, səs-küylü və çətin" ola bilər, lakin onlar heç vaxt qorxmayacaq və utanmayacaqlar.
2023-01-01 12:20:00
Cilddəki ləkələri azaltmağın və dərinin nəfəs alması üçün öncə ölü hüceyrələri təmizlə lazımdır. Bu hüceyrələr zamanla məsamələrin qapanmasına nəticədə isə sızanaqların yaranmasına gətirib çıxarır.
2023-01-01 12:17:00
Yanvarın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
2023-01-01 12:11:00
Bu gündən "Qida təhlükəsizliyi haqqında" qanun qüvvəyə minib.
2023-01-01 12:00:00
Bakının Sabunçu rayonunda 1984-cü il təvəllüdlü Adəm Quliyev 1975-ci il təvəllüdlü Natiq Nəcəfovu öldürüb.
2023-01-01 11:51:00
İsveç bazar günü 6 ay müddətinə Çexiyadan ona keçən Avropa İttifaqı Şurasına sədrlik vəzifəsini qəbul edib.
2023-01-01 11:43:00
Azərbaycan Prezidenti Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana təbrik məktubu göndərib.
2023-01-01 11:42:00
Prezident İlham Əliyev Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu göndərib.
2023-01-01 11:40:00
Qadınların qarderobu müxtəlif geyimlərlə zəngindir. Ancaq onların daha çox istifadə etdikləri xüsusi paltarlar olur ki, bunlardan biri də "blazer" pencəklərdir. Bu pencəklər xanımların daha gözəl və şıq görünməsinə xidmət edir.
2023-01-01 11:31:00
Şaxtalı hava şəraiti ilə əlaqədar gecə saatlarında dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
2023-01-01 11:20:00
Xanımların ən çox əziyyət çəkdiyi problemlərdən biri də cilddəki ləkələrdir. Bəs gündəlik həyata təsir edən, gizlətmək üçün makiyajdan istifadəni zəruri edən bu problemi necə aradan qaldırmaq olar?
2023-01-01 11:11:00
Azərbaycanlılar "Trendyol" elektron ticarət platformasında hər ay on minlərlə müxtəlif məhsullar sifariş edirlər.
2023-01-01 11:00:00
Son.az Kulis.az-a istinadən Xalq artisti, aktrisa Sona Hacıyeva haqqında maraqlı faktları təqdim edir.
2023-01-01 10:51:00
Meyxanaçı Rəşad Dağlının övladları üçün Yeni il sürprizi edilib.
2023-01-01 10:40:00
Tanınmış fransız markası "Maison Margiela" vedrə şəklində olan yeni çanta modelini təqdim edib.
2023-01-01 10:31:00
Prezident İlham Əliyevin 2022-ci ilin noyabrın 26-da imzaladığı sərəncama əsasən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.
2023-01-01 10:26:00
Azərbaycan Dövlət Sərhəd Xidmətinin kollektivi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş videoçarx hazırlayıblar.
2023-01-01 10:23:00
Fransız-erməni qardaşlığının kökündə konkret nələrin dayandığını çoxlarının düşündüyü bir vaxtda bütün variantların üzərində düşünmək faydalıdır.
2023-01-01 10:20:00
Yağlı dəriyə sahib olanlar sızanaq problemlərindən əziyyət çəkir. Sızanaqlardan sonra yaranan izləri, ölü hüceyrələri və qara nöqtələri aradan qaldırmaq isə heç də həmişə asan olmur. Bunun üçün cildi yeniləmək və nəfəs almasına yardımçı olmaq lazımdır.
2023-01-01 10:11:00
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə bu gündən ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat müavinət veriləcək.
2023-01-01 10:00:00
Goranboy rayonunda 1965-ci il təvəllüdlü İlham Haqverdiyev 1970-ci il təvəllüdlü Pərviz Namazov və onun bacısı, 1960-cı il təvəllüdlü Səlmi Namazovanı qətlə yetirib.
2023-01-01 09:51:00
Əmək pensiyalarının orta aylıq məbləği 12 faiz artıb.
2023-01-01 09:40:00
Hər birimiz ilin istənilən vaxtı gözəl görünmək istəyirik. Amma bu soyuq havalarda yalnız gözəl deyil, həm də isti və rahat geyimlərə üstünlük verməliyik. Ona görə də yeni il yaxınlaşdıqca qış mövsümünün əvəzolunmaz hörgülü paltarları dəbə qayıdır.
2023-01-01 09:31:00
Azərbaycanda 2023-cü ilin ilk körpəsi dünyaya gəlib.
2023-01-01 09:20:00
İsti hava, günəş şüaları, dəniz suyu saçların nəm balansını pozur, onları daha quru və cansız görünməsinə səbəb olur. Saçlar bu vəziyyətdə daha çox zədə alır, qırılır, tökülür. Bəs artıq saçlar zədələnibsə, nə etmək olar?
2023-01-01 09:11:00
Bu gündən bir sıra tibb müəssisələri TƏBİB-in tabeliyindən çıxarılıb.
2023-01-01 09:00:00
Son.az Kulis.az-a istinadən aktrisa Zemfira İsmayılova haqqında on maraqlı faktı təqdim edir.
2023-01-01 08:59:00
Fibrozlaşan alveolitlər diffuz ağ ciyər fibrozuna qədər proqressivləşən diffuz iltihabı,geridönən intersistal pnevmonitlə xarakterizə olunan xəstəliklər qrupunun ümumi adıdır. Fibrozlaşan alveolitlər diaqnozu qoyulan xəstələrin sayı günü-gündən artır.Xəstəliyin əmələ gəlməsinə səbəb olan ekzotik amillər buna səbəb olur.Bunlar aşağıdakılardır: - coğrafi faktor - ekoloji faktor - peşə xəstəlikləri - məişət faktorları Fibrozlaşan alveolitin 3 forması ayırd edilir 1 İdiopatik fibrozlaşan alveolit İdiopatik fibrozlaşan alveolit proqressivləşən pnevmofibrozun nəticəsi olaraq meydana çıxır. Xəstəlik özünü tənəffüs çatışmazlığı ilə biruzə verir.Aşağıdakı xəstəliklər zamanı əmələ gəlir: * adi intersistal pnevmoniya * kəskin intersistal pnevmoniya * deskvamativ intersistal pnevmoniya * qeyri-spesifik intersistal pnevmoniya 2 Ekzogen allergik alveolitlər Ekzogen allergik alveolitlər ağ ciyərlərin alveolyar və intersistal stukturunun allergik diffuz zədələnməsi ilə xarakterizə olunur.Xəstəliyin əmələ gəlməsində heyvan və bitki mənşəli zülallar və ya qeyri-üzvi birləşmələrə malik tozların rolu əsas götürülür.Xəstəliyə ən çox fermada işləyənlər və quşçuluqla məşğul olanlar arasında rast gəlinir. 3 Toksik fibrozlaşan alveolit Toksik fibrozlaşan alveolitə toksiki maddələrlə zəhərlənən adamlarda rast gəlinir.Bu ağ ciyərlərdə parenximaya toksik maddələrin və bəzən dərman vasitələrinin təsiri nəticəsində əmələ gələn patologiyadır. Fibrozlaşan alveolitlər növündən asılı olmayaraq gedişinə görə 3 növə ayrılır: kəskin xroniki terminal Xəstəlik antigen xassəyə malik hissəciklərin alveollara daxil olması nəticəsində baş verir.Bu zaman alveollar zədələnir və onların infiltirasiyası baş verir.Xəstəlik özünü quru və ya az bəlğəmli öskürəklə biruzə verir.Bu zaman xəstələrdə fiziki gərginlik zamanı sianoz,təngnəfəslik əmələ gəlir və ağ ciyərlərin diffuziya qabiliyyəti aşağı düşür. Xəstəliyə diaqnozun qoyulmasında diqqətlə toplanan anamnezin və rentgenoloji müayinənin nəticəsi əsas götürülür.
2023-01-01 08:55:00
İnfeksion endokarditin klinikası adətən infeksiyanın orqanizmə daxil olmasından 2-4 həftə sonra üzə çıxır. Xəstəliyin ümumi əlamətlərindən ən çox rast gəlinəni qızdırmadır.Qızdırma qeyri-düz tipdə olub,çox hallarda titrətmə və üşütmə ilə müşahidə olunur. Yüksək qızdırma ilə yanaşı bəzi xəstələrdə subfebril və ya normal temperatur ola bilir.Bu hal ən çox ürək qüsuru olan,xroniki qlomerulonefritli yaşlı xəstələrdə rast gəlinir. Yarımkəskin infeksion endokardit zamanı dəridə də dəşiyikliklər gedir və xəstədə aşağıdakı əlamətlər meydana çıxa bilir: - dəri avazıyır,südlü qəhvə rəngi alır - barmaqlar baraban çubuğu kimi əyilir - dərinin bəzi nahiyələrində hemoragiyalara rast gəlinir - konyuktivada nöqtəvi qızartılar əmələ gəlir - dərialtı piy qatında hemoragik ləkələr meydana gəlir - göz dibində ləkələrə təsadüf olunur - əlin iç hissəsində qırmızı-ağlı düyünlər əmələ gəlir Oynaqların zədələnməsi infeksion artritin immunoloji variantı üçün xarakterdir.Bu zaman əl və ayaqların kiçik oynaqları,nadir hallarda isə böyük oynaqlar zədələnir. Endokardın zədələnməsi xəstəliyin klinikasında başlıca yer tutur.Ürəkdə protodiastolik və kobud sistolik küy eşidilir.Xəstələrdə ürək qüsuru daha tez formalaşır və erkən ürək çatışmazlığı inkişaf edir.Ağ ciyər arteriyası qapağı nadir hallarda zədələnir ki,bu da ən çox narkomanlarda baş verir. İnfeksion endokardit zamanı damarların zədələnməsi vaskulit şəklində özünü biruzə verir.Dəridə periferik vaskulitlərlə yanaşı,daxili orqanların da vaskulitinə rast gəlinir. İnfeksion endokardit zamanı beyin damarlarının vaskiliti özünü meningit,ensefalit,dərin ifliclər,nitqin pozğunluğu şəklində göstərir. İnfeksion endokardit zamanı ağ ciyərlərin zədələnməsi ağır spektrli pnevmoniyalar,ağ ciyər absasi şəklində biruzə verir. Qara ciyərin zədələnməsi qara ciyərin infarktına,toksiki hepatitə,ağır hallarda isə qara ciyərin sirrozuna səbəb olur. İnfeksion endokardit zamanı dalaqda da böyümə baş verir. Xəstəlik böyrəklərdə infarkt, kəskin və xroniki qlomerulonefritin inkişaf etməsinə səbəb olur.
2023-01-01 08:51:00
Plevra boşluğunda mayenin olması plevral punksiyanın keçirilməsinə göstərişdir.Mayeni xaric etmək,onun həcmini qeyd etmək və plevradan çıxan mayenin laboratoriyada müayinəsi plevrit xəstəliyi zamanı vacib sayılır.Plevral punksiyadan sonra xəstədə bəzi əlamətlər baş verə bilir: - xəstənin təngnəfəsliyi azalır - temperatur nisbətən aşağı düşür Lakin plevranı deşdikdə ürək-qan damar kollapsı riski artır. Plevral puksiya və plevral mayenin müayinəsi plevritlərin diaqnostikasında əsas tədbirlərdən biridir. Plevral maye makroskopik tərkibinə görə müxtəlif olur: -hemoragik -hilyoz -transsudat Plevral punksiya necə baş verir? Plevral punksiya seçilmiş nöqtədən(perkutor)aşağıda yerləşən qabırğanın altında aparılır.Perkutor nöqtə rentgen müayinəsi ilə təyin edilərsə daha yaxşı olar.Həkim dərini aseptiklərlə təmiz sildikdən sonra qat-qat anesteziyadan sonra plevranı deşir və möhtəviyyatı evakuasiya edir. Sonra möhtəviyyat laborator analizə göndərilir.Laboratoriyada möhtəviyyatın tərkinində olan aşağıdakıların miqdarı müəyyən edilir: - zülalın tərkibi - setrifuqalaşmış nümunənin hüceyrə tərkibi - bakterioloji analiz - seroloji analiz - qlükozanın miqdarı - amilazanın miqdarı - pH-ın miqdarı Əgər möhtəviyyatın irinli xarakteri təxmin edilir və ya müəyyənləşirsə plevral punksiyanın başlanğıcında iynə ilə biopsiya aparıla bilər.Yox əgər adi tədbirlər müəyyən diaqnozu qoymağa imkan vermirsə və iynə ilə biopsiya mənfi təsir göstərirsə,o zaman diaqnostikanın yeganə yolu ağciyərlərdə diaqnostik operasiya aparılır.Əməliyyat zamanı zədələnmiş sahənin biopsiyası ilə torakotomiya ola bilir.
2023-01-01 08:46:00
Bronx-ağciyər amiloidozu ağciyərlərin parenximasında,damarların divarında,tənəffüs yolunun selikli qişasında,plevrada,divararalığı limfa düyünlərində amiloidin çökməsi isə xarakterizə olunur. Xəstəliyin etiologiyası elmə məlum deyil.Xəstəliyin 3 sintez mərhələsi var. I mərhələ - amiloidönü mərhələ hesab edilir.Bu zaman retikuloendotelial sistemin amiloidoblast təzahürləri ilə hüceyrə transformasiyası baş verir. II mərhələ - Bu zaman amiloidoblastlarla fibrilyar zülalın sintezi,fibrillərin amiloid substransiyasının "karkası" əmələ gəlməklə aqressiyası baş verir. III mərhələ - Bu zaman amiloid fifrillərinin plazma zülalları, qlükoproteidləri və toxumanın turş mukopolisaxaridləri ilə birləşməsi baş verir. Amiloidozun patogenezi immunogenetik nəzəriyyəyə uyğundur. Tənəffüs sisteminin amiloidozunun aşağıdakı klinik formaları ayırd edilir. * traxeya və bronxların lokallaşmış amiloidozu * ağ ciyərlərin lokallaşmış amiloidozu * diffuz alveollar-septal amiloidoz * plevranın amiloidozu * mediastinal limfa düyünlərinin amiloidozu * müştərək formalar Traxeyalar və bronxlardakı amiloid çöküntülər özlüyündə 1 sm-ə qədər diametrli bozumtul-ağ hamar düyünlərdir.Bu zaman bronxun divarı infiltiratlaşa bilir ki,bu da onun daralmasına kömək olur.Ağciyər amiloidozunun solitar formasında amiloidin bir və ya bir-neçə çökmə ocağı olur.Çökmələr psevdoşiş törəmələr şəklində olur.Bu amiloidin alveollararası arakəsmədə,kapilyarlar,arteriyalar,venalar ətrafında çökməsi ilə xarakterizə olunur.Nəticədə ağ ciyərlərdə hipertenziya inkişaf edir və xroniki ağ ciyər ürəyi formalaşır. Xəstəliyin diaqnozu histokimyəvi müayinələrlə aşkar edilir. Bronx-ağ ciyər amiloidozu zamanı xəstələrdə aşağıdakı əlamətlər özünü göstərir: *əziyyətverici quru öskürək *bəzən qanhayxırma *səsin xrıltılı olması *çətinləşmiş,fitverici tənəffüs *ağ ciyərlərin uyğun hissəsinin atelektazı * fitverici xırıltılar Xəstəlik ağırlaşanda bronxopulmonal infeksion-iltihabi xəstəliklərin,tənəffüs çatışmazlığının,xroniki ağ ciyər ürəyinin inkişaf etməsinə səbəb olur. Çöküntü böyük olduqda səsin kütləşməsi mümkündür.Bunu ancaq rentgenoloji müayinə zamanı müəyyən etmək olar. Xəstliyə diaqnozun qoyulmasında rentgenoloji müayinələrlə birlikdə bronxoskopiya və EKQ-nin də nəticələri əsas götürülür. Amiloidozun effektli müalicəsi yoxdur.Xəstəyə yalnız sakitləşdirici müalicə təyin edilir.