Ursula von der Leyen: "Avropanı təcili yenidən silahlandırmalıyıq"
Siyasət 03 Mar 2025 14:52:00 114 0
"Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Londonda Ukrayna ilə bağlı keçirilən sammitdə çıxış edərək, Avropanın təcili şəkildə silahlandırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Avropa təhlükəsizliyini təmin etmək üçün artıq hərəkətə keçməli və silahlanma prosesini sürətləndirməlidir".
Son.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, bu çağırış illərdir ki, Avropa liderləri, o cümlədən NATO və Avropa İttifaqı rəhbərləri tərəfindən dəfələrlə təkrarlanır. Lakin indiyə qədər bu mövzuda konkret addımlar atılmayıb. Krımın ilhaqından 11 il, Rusiyanın Ukraynanın şərqinə hərbi müdaxiləsindən isə 3 ildən çox vaxt keçib. Bu müddət ərzində bir çox Avropa lideri "təcili silahlanmalıyıq" deyə təkrar bəyanatlar versə də, əslində konkret hərəkətlər görülməyib.
"Keçmiş ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrindən hərbi xərclərini artırmalarını tələb etmişdi, lakin yalnız Polşa bu təklifə müsbət cavab verib. Digər Avropa dövlətləri isə bu çağırışı qulaqardına vurmuş, ABŞ-ın Avropa təhlükəsizliyini təmin edəcəyini düşünmüşdülər. Tramp, son dönəmlərdə isə açıq şəkildə bildirib ki, Avropa artıq öz təhlükəsizliyini öz üzərinə götürməlidir.
Trampın sözlərinə görə, Avropa ölkələri hərbi silahlanma məsələsində ABŞ-dan asılılığı azaltmalı, öz resurslarını artıraraq Ukraynaya dəstək verməlidir. ABŞ-ın gələcəkdə Ukraynaya dəstək verməyəcəyini gözləmək olar. Bu halda, Avropa dövlətlərinin yeganə alternativi, ABŞ-dan silah və hərbi texnika alıb, Ukraynaya göndərmək olacaq.Bu məsələnin Avropanın təhlükəsizliyi və Ukraynanın gələcəyi baxımından önəmli olduğu vurğulanır".
Asya Son.az
Xəbər verildiyi kimi, fevralın 28-də "Təhsil haqqında" və "

Ramazan ayında iftar və sahurda edilən bəzi yanlış qidalanma vərdişləri

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməl

Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səvi

Əməkdar artist Nüşabə Ələsgərli efirdə fotoşopsuz halını nümayiş e

Yağış və qar sonrası təkərlərin yollarda olan su gölməçəsinə düşm

"Ata qayğısı görməmişəm. Atam rəhmətə gedəndə 5 yaşım olub. A

Azərbaycan və Qazaxıstan arasında nəqliyyat və logistika əlaqələrinin i

Azərbaycan öz gəmiqayırma imkanlarını Qazaxıstana təklif etməyə hazır

Bakının Yasamal Rayon Məhkəməsində qalmaqallı "Laser Beauty Estetik

Bakıda "VMF Continental" mağazasından 330 min manat dəyərində sa

Azərbaycanın Baş naziri Əli Əsədov AZAL-a məxsus təyyarənin Aktau yaxı

Ötən gün İçərişəhər ərazisində yerləşən bir neçə restoran şəb�

ABŞ Prezidenti Donald Tramp İlon Maska tapşırıb ki, dövlət idarələrind�

Müğənni Sevda Sanəliyeva xeyli çəki atması ilə diqqət çəkib.
