Maskın ixtisar etdiyi işçiləri Rusiya işə alır Səbəb


Dünya 03 Mar 2025 13:51:00 106 0

Maskın ixtisar etdiyi işçiləri Rusiya işə alır  Səbəb

ABŞ Prezidenti Donald Tramp İlon Maska tapşırıb ki, dövlət idarələrində işçilərin sayını azaltsın və bununla büdcə əlavə yükdən qurtulsun. Mask da işə elə girişib ki, bu gedişlə az qala dövlət idarələrinin işçiləri yarıbayarı azalacaq. Tramp və Mask hesab edirlər ki, dövlət idarələrinin bir çoxunda işçilərin sadəcə adı var, pullar kimlərinsə cibinə gedir. Mask bunu müəyyənləşdirmək üçün rəhbərlik etdiyi Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti vasitəsilə dövlət idarələrinin hər bir işçisinə məktub göndərib. Məktubda işçi bir neçə sadə suala cavab verməlidir.

Son.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bu yanaşma dövlət idarələrində gərginlik yaradıb:

"Birincisi, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi kimi dövlət idarələrinin bir qrup işçisi məxfilik şəraitində çalışır. İlon Maskın tələbinə görə, onlar da suallara cavab verməlidir. Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmiləri isə rəqib dövlətlər olan Rusiya və Çinin bu yolla məxfi işçilər barədə sirlərə yiyələnə biləcəyindən ehtiyat edirlər. Çünki Rusiya və ya Çin kiberhücumlar vasitəsilə Maskın rəhbəri olduğu idarədən məlumatları oğurlaya bilərlər.

İkincisi, Maskın təşəbbüsləri Prezident Donald Trampın təyin etdiyi nazirlərin də narazılığına səbəb olub. Onların bir qismi işçilərinə tapşırıb ki, Maska heç bir məlumat verməsinlər. Bu vəziyyət dövlət idarələrinin işçiləri arasında ikitirəlik yaradıb. Müdir deyir, Maskın suallaraına cavab vermə, Prezidentin təyin etdiyi şəxs isə deyir ki, suallar cavabsız qalarsa, həmin işçi ixtisar ediləcək. Bəzi işçilər Maskdan daha çox ehtiyat etdiklərinə görə, suallara cavab verməyə üstünlük veriblər. Çünki Tramp Maskın hər təşəbbüsünü dəstəkləyir.

İşçilərin ixtisarıyla bağlı ABŞ başqa bir problemlə də üzləşib. Amerikanın CNN televiziya kanalı kəşfiyyat məlumatlarına dayanaraq işdən çıxarılanlara Rusiya və Çinin diqqəti artırdığını bildirib. Rusiya və Çin ixtisara düşən işçilərin bir qismini ələ almağa çalışır. İşdən çıxarılanların bir qisminin ABŞ-ın kəşfiyyat məlumatlarına çıxış imkanları olub. Rusiya və Çin həmin məlumatları əldə etmək üçün ixtisara düşən keçmiş hökumət işçisini yüksək maaşla ölkələrinə dəvət edirlər. Bu hallar keçmiş illərdə də olub. Misal üçün ABŞ-ın texnoloji şirkətlərində çalışanların bir qismi Çində yüksək maaşla çalışırlar. Çin Amerikada işdən çıxarılanları müəyyənləşdirmək üçün sosial platformaların gücündən istifadə edir. Aydındır ki, ixtisara düşən işçi özünü və ailəsini dolandırmaq məqsədilə sosial platformalardan iş elanı verəcək. Çin və Rusiya da bu elan üzərindən həmin işçi ilə əlaqə saxlayacaq. Beləliklə, Donald Tramp və İlon Mask dövlət aparatının yükünü azaltmaq istəyərkən, ABŞ üçün daha böyük problem yaradıblar".

Pəhrizlə arıqladığını deyən Sevda öz yalanını açdı like
  • 03 Mar 13:44  
Şou-biznes Pəhrizlə arıqladığını deyən Sevda öz yalanını açdı

Müğənni Sevda Sanəliyeva xeyli çəki atması ilə diqqət çəkib. 

arrow Ətraflı
Tanınmış müğənni prokurorluğa çağrıldı like
  • 03 Mar 13:41  
Digərləri Tanınmış müğənni prokurorluğa çağrıldı

Türkiyəli müğənni və aktyor Özcan Dəniz barəsində İstanbul Prokurorlu

arrow Ətraflı
Bakıda Azərbaycan və Qazaxıstan arasında bir sıra sənədlər imzalandı like
  • 03 Mar 13:39  
Siyasət Bakıda Azərbaycan və Qazaxıstan arasında bir sıra sənədlər imzalandı

Bakıda Azərbaycan və Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb.

arrow Ətraflı
Sərhəddə 16 milyon manatlıq qaçaqmal tutulub like
  • 03 Mar 13:38  
Digərləri Sərhəddə 16 milyon manatlıq qaçaqmal tutulub

Ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübariz

arrow Ətraflı
Gecənin ən qalmaqallı qonağı like
  • 03 Mar 13:30  
Şou-biznes Gecənin ən qalmaqallı qonağı

Aktyor Adam Sandler "Oskar"a şortik, köynək və sviterdə qatılıb

arrow Ətraflı
8 gün sonra bu şəxslərin "WhatsApp"ı İŞLƏMƏYƏCƏK like
  • 03 Mar 13:25  
Digərləri 8 gün sonra bu şəxslərin "WhatsApp"ı İŞLƏMƏYƏCƏK

Ən məşhur mesajlaşma proqramlarından biri olan "WhatsApp" bu il m

arrow Ətraflı
Tramp bu dili ABŞın rəsmi dili elan etdi like
  • 03 Mar 13:18  
Dünya Tramp bu dili ABŞın rəsmi dili elan etdi

ABŞ-nin müstəqilliyini elan etməsindən 250 il sonra ingilis dili ölkədə

arrow Ətraflı
Naxçıvanda yüksək vəzifəyə təyinat  SƏRƏNCAM like
  • 03 Mar 13:15  
Digərləri Naxçıvanda yüksək vəzifəyə təyinat SƏRƏNCAM

"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şə

arrow Ətraflı
DİMdən plagiat olduğu iddia edilən sualla bağlı AÇIQLAMA like
  • 03 Mar 13:11  
Digərləri DİMdən plagiat olduğu iddia edilən sualla bağlı AÇIQLAMA

Martın 2-də keçirilən buraxılış imtahanında riyaziyyat fənnindən istif

arrow Ətraflı
Azad edilmiş ərazilərdə torpaqların istifadəyə verilməsi hansı üstünlüklər vəd edir? like
  • 03 Mar 12:57  
Digərləri Azad edilmiş ərazilərdə torpaqların istifadəyə verilməsi hansı üstünlüklər vəd edir?

İşğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsi proses

arrow Ətraflı
İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək öldü like
  • 03 Mar 12:50  
Digərləri İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək öldü

Martın 2-də saat 18:50 radələrində 2021-ci il təvəllüdlü şəxs (qadın

arrow Ətraflı
Bakıda yeniyetməni öldürən həmyaşıdı məhkəmə qarşısında like
  • 03 Mar 12:44  
Digərləri Bakıda yeniyetməni öldürən həmyaşıdı məhkəmə qarşısında

Bakının Sabunçu rayonunda həmyaşıdını qətlə yetirməkdə ittiham oluna

arrow Ətraflı
Fevral ayında azad olunan ərazilərdə 428 mina zərərsizləşdirilib like
  • 03 Mar 12:37  
Digərləri Fevral ayında azad olunan ərazilərdə 428 mina zərərsizləşdirilib

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmiz

arrow Ətraflı
10 mart qeyriiş günüdür? like
  • 03 Mar 12:30  
Digərləri 10 mart qeyriiş günüdür?

2025-ci ildə Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını

arrow Ətraflı
Azərbaycanda bu valyuta bahalaşdı  növbə dollarındır? – Açıqlama like
  • 03 Mar 12:24  
Digərləri Azərbaycanda bu valyuta bahalaşdı növbə dollarındır? – Açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günün valyuta məzənnələrini açıqla

arrow Ətraflı