Bakıda yeniyetməni öldürən həmyaşıdı məhkəmə qarşısında


Digərləri 03 Mar 2025 12:44:00 99 0

Bakıda yeniyetməni öldürən həmyaşıdı məhkəmə qarşısında

Bakının Sabunçu rayonunda həmyaşıdını qətlə yetirməkdə ittiham olunan 17 yaşlı Yasin Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu xəbəri də oxu: Qarayazı qoruğunda yanğın oldu

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, hadisə ötən il oktyabrın 2-də saat 14:00 radələrində paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, 2008-ci il təvəllüdlü Yasin Mirzəyev həmyaşıdı Həsən Qurbanovu kəsici alətlə qətlə yetirib.

Dövlət ittihamçısı bildirib ki, qətlə yetirilən Həsən Qurbanov məktəblidir və hadisə də oxuduqları orta məktəbin yaxınlığındakı qəbiristanlıq ərazisində baş verib.

Təqsirləndirilən Yasin Mirzəyev özünü cinayət işi üzrə təqsirli bilib.

Daha sonra təqsirləndirilən Yasin Mirzəyev ifadə verib.

O bildirib ki, onun dostu Əlirza ilə Həsənin arasında "WhatsApp" qrupunda mübahisələri düşüb:

"Mübahisə baş verən günün səhəri məktəbin çıxışına mübahisəni həll etməyə çalışdıq. Yanlarında 5-6 nəfər var idi. Salamlaşdıq. Dedim ki, aramızda nə olub? Həsən cavab vermədi və qəbiristanlıq tərəfdə söhbət etməyi təklif etdi. Orada mübahisə yarandı. Əlirza və Həsən arasında dava düşdü. Orada Həsən söyüş söydü. Mən bıçaq çıxaraq onu ayağında vurdum. Bıçaq əlimdən düşdü. Qan görmədim. Bıçağı götürüb ikinci zərbəni vurandan sonra uşaqlar qaçdı. Mənimlə Həsən qaldı. Mən bıçağı belimə qoyaraq qaçmaq istədim. Amma qaçmadım. Əvvəlcə nə edəcəyimi bilmədim. Sonra ətrafdakılardan kömək istədim".

Təqsirləndirilən şəxs bildirib ki, Əlirza ilə Həsən əvvəlki günlərdə də mübahisə edib: "Biz də onların yanında olmuşduq. Onlar arasında mübahisəyə aydınlıq gətirmək olub. Mənim məqsədim dava etmək yox, onlar arasında olan problemi həll etmək olub. Üzərimdə bıçaq həmişə olub. Normalda bıçağı üzərimdə gəzdirməkdə məqsədim olmayıb, amma həmin gün söhbətə görə bıçağı götürmüşdüm. Birinci mübahisəni Həsən edib. Həsən Əlirzanı vururdu. O isə Həsəni vura bilmirdi. Çünki zəif uşaq idi".

Təqsirləndirilən şəxs zərərçəkən şəxsin ailəsindən üzr istəsə də, ailə bunu qəbul etməyib və ona ən ağır cəzaının verilməsini istəyib.

Məhkəmənin növbəti iclası 14 aprelə təyin olunub.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham elan edilib.

Fevral ayında azad olunan ərazilərdə 428 mina zərərsizləşdirilib like
  • 03 Mar 12:37  
Digərləri Fevral ayında azad olunan ərazilərdə 428 mina zərərsizləşdirilib

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmiz

arrow Ətraflı
10 mart qeyriiş günüdür? like
  • 03 Mar 12:30  
Digərləri 10 mart qeyriiş günüdür?

2025-ci ildə Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını

arrow Ətraflı
Azərbaycanda bu valyuta bahalaşdı  növbə dollarındır? – Açıqlama like
  • 03 Mar 12:24  
Digərləri Azərbaycanda bu valyuta bahalaşdı növbə dollarındır? – Açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günün valyuta məzənnələrini açıqla

arrow Ətraflı
Sabah Bakıda 8 dərəcə isti olacaq like
  • 03 Mar 12:20  
Digərləri Sabah Bakıda 8 dərəcə isti olacaq

Martın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Moskva metrosunda terror aktının qarşısı alındı like
  • 03 Mar 12:16  
Dünya Moskva metrosunda terror aktının qarşısı alındı

Moskva metro stansiyalarından birində terror aktının qarşısını alınıb.

arrow Ətraflı
“Bakı KOB evi”ndə yeni xidmət like
  • 03 Mar 12:09  
Digərləri “Bakı KOB evi”ndə yeni xidmət

KOB evlərində sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsi geniş

arrow Ətraflı
Trampın köməkçiləri Zelenskinin istefasını TƏLƏB EDİR like
  • 03 Mar 12:00  
Dünya Trampın köməkçiləri Zelenskinin istefasını TƏLƏB EDİR

ABŞ prezidenti Donald Trampın bəzi köməkçiləri Ukrayna Prezidenti Volodim

arrow Ətraflı
25 ailə doğma yurduna qovuşur  Ağdərəyə İLK KÖÇ like
  • 03 Mar 11:51  
Digərləri 25 ailə doğma yurduna qovuşur Ağdərəyə İLK KÖÇ

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm

arrow Ətraflı
Abxaziyada şiddətli atışma like
  • 03 Mar 11:47  
Dünya Abxaziyada şiddətli atışma

"Gürcüstanın Abxaziya bölgəsində keçirilən qondarma prezident seçk

arrow Ətraflı
Azərbaycanda siqaret niyə bahalaşıb?  AÇIQLAMA like
  • 03 Mar 11:41  
Digərləri Azərbaycanda siqaret niyə bahalaşıb? AÇIQLAMA

Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti art

arrow Ətraflı
İranda güclü zəlzələ baş verdi like
  • 03 Mar 11:35  
Dünya İranda güclü zəlzələ baş verdi

İranın Sistan və Bəlucistan vialyətində 5,1 bal gücündə zəlzələ baş

arrow Ətraflı
Böyük oyun başlandı like
  • 03 Mar 11:30  
Siyasət Böyük oyun başlandı

Geosiyasi səhnə qaynar qazan kimi qaynayır - burada supergüclərin maraqlar�

arrow Ətraflı
İcra başçısına ağır itki like
  • 03 Mar 11:27  
Digərləri İcra başçısına ağır itki

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilova ağır itki �

arrow Ətraflı