Azərbaycanda siqaret niyə bahalaşıb? AÇIQLAMA


Digərləri 03 Mar 2025 11:41:00 114 0

Azərbaycanda siqaret niyə bahalaşıb?  AÇIQLAMA

Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb. Siqaret satışı ilə məşğul olan şəxslərin verdiyi məlumata görə, "LD", "Winston" və "Sobranie"nin bəzi çeşidlərinin qiyməti 20 qəpik bahalaşıb. "Kent" markalı siqaretlərin də qiymətinin artacağı gözlənilir.

Bəs, siqaretin qiymətinin bahalaşmasının səbəbi nədir?

Son.az xəbər verir ki, məsələni dəyərləndirən tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli "Ajans.az"a söyləyib ki, ötən ilin dekabrın 27-də Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edildi:

''Bu dəyişikliklərdən biri də tütün və bu qəbildən olan məhsullara tətbiq edilən aksiz dərəcələrinin artırılması idi. 2025-ci ilin yanvar ayından etibarən aksiz rüsumlarının artırılması qüvvəyə mindi. Siqaretin bahalaşması gözlənilən idi. Hətta fevral ayının ortalarından qiymət artımının baş verəcəyini düşünürdük. Çünki aksiz dərəcələrinin artırılması idxal olunan tütün məhsullarının bahalaşmasına səbəb olacaqdı.

Unutmaq olmaz ki, Azərbaycanda tütün məhsullarının tədarük göstəriciləri aşağı düşüb. Tütünçülük sahəsində statistik göstəricilər də ürəkaçan deyil. Bu baxımdan qiymət artımı bazarın təbii halıdır. Qiymətlərin 10 qəpik yüksəlməsi bazarda ciddi təsir yaratmayacaq. Təəssüf ki, Azərbaycan tütün istehlakına görə MDB məkanında ilk üç ölkədən biridir. Ölkədə ərzaq istehlakı xərclərinin 20 faizi tütün və spirtli içkilərə ayrılır ki, bu da narahatedici göstəricidir.

Vətəndaşların sağlamlığının qorunması məqsədilə bir sıra ölkələr tütün məhsullarının qiymətini qaldırır. Azərbaycanda isə siqaretin qiymətləri o qədər də yüksək deyil. Əgər inkişaf etmiş Avropa ölkələri, MDB dövlətləri, eləcə də Gürcüstan və Türkiyə ilə müqayisə etsək, ölkəmizdə siqaretin qiymətinin daha ucuz olduğunu görərik. Üstəlik, bazarda keyfiyyətsiz tütün məhsullarının çeşidi kifayət qədər çoxdur. Bu sahənin tənzimlənməsinə ciddi ehtiyac var. Buna görə də qiymət artımı istiqamətində atılan addımlardan biri də idxal rüsumlarının artırılması olmalıdır.

Eyni zamanda, ölkə daxilində tütünçülüyün inkişafı ilə bağlı bir sıra tədbirlər görülməlidir. Məsələn, 2024-cü ilin statistikasına əsasən, Azərbaycanda hər il 60 min ton tütün istehsal olunurdu. Lakin son 5 ildə bu göstərici 2-3 min tona qədər azalıb. Tütünçülüyün inkişafı ilə bağlı bir sıra dövlət proqramları qəbul edilsə də, ölkədə bu sahənin inkişafına ciddi şəkildə nail olunmayıb''.

Ekspert diqqətə çatdırıb ki, dünya bazarında əla növ tütünün qiyməti 5 dollar, birinci növ tütünün qiyməti 4 dollar, ikinci növ tütünün qiyməti isə 2 dollar təşkil edir:

''Araşdırmalar göstərir ki, Azərbaycana əsasən 2 dollar dəyərində olan ikinci növ tütün məhsulu idxal edilir. Ucuz tütün alınaraq ölkədə qablaşdırılır, lakin bütün bunlara baxmayaraq, qiymətlər hələ də adekvat deyil, yəni kifayət qədər ucuzdur. Yeni tədarük dövrünə qədər tütünlə bağlı idxal rüsumlarının da artırılması gözlənilir''.

İranda güclü zəlzələ baş verdi like
  • 03 Mar 11:35  
Dünya İranda güclü zəlzələ baş verdi

İranın Sistan və Bəlucistan vialyətində 5,1 bal gücündə zəlzələ baş

arrow Ətraflı
Böyük oyun başlandı like
  • 03 Mar 11:30  
Siyasət Böyük oyun başlandı

Geosiyasi səhnə qaynar qazan kimi qaynayır - burada supergüclərin maraqlar�

arrow Ətraflı
İcra başçısına ağır itki like
  • 03 Mar 11:27  
Digərləri İcra başçısına ağır itki

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilova ağır itki �

arrow Ətraflı
Bu məmurlar cərimələnəcək like
  • 03 Mar 11:15  
Digərləri Bu məmurlar cərimələnəcək

İcra icraatı üzrə nağd ödəniş qadağan olunur, tələbi pozan məmurlar

arrow Ətraflı
Ermənistan üçün son şans: sülh, yoxsa xaos? like
  • 03 Mar 11:09  
Siyasət Ermənistan üçün son şans: sülh, yoxsa xaos?

Son aylarda rəsmi İrəvan siyasi ambivalentlik nümayiş etdirərək bir tər�

arrow Ətraflı
Bu halda həmin şəxslərə sosial yardım verilməlidir  Ombudsman like
  • 03 Mar 11:02  
Digərləri Bu halda həmin şəxslərə sosial yardım verilməlidir Ombudsman

"Özünüməşğulluğun təşkili Qaydası"nda özünüməşğulluğa

arrow Ətraflı
Bilgəhdəki qocalar evi yaşayış üçün tam yararsız imiş like
  • 03 Mar 10:57  
Digərləri Bilgəhdəki qocalar evi yaşayış üçün tam yararsız imiş

Sosial Xidmətlər Agentliyinin Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerl�

arrow Ətraflı
Bakı Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində qidalanma problemləri var like
  • 03 Mar 10:55  
Digərləri Bakı Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində qidalanma problemləri var

Dövlət Miqrasiya Xidmətinin Bakı şəhərindəki Qanunsuz Miqrantların Saxl

arrow Ətraflı
Qazaxıstanın Baş naziri Oljas Bektenov Bakıda Zəfər parkını ziyarət edib  FOTO like
  • 03 Mar 10:54  
Siyasət Qazaxıstanın Baş naziri Oljas Bektenov Bakıda Zəfər parkını ziyarət edib FOTO

Azərbaycan Respublikasında səfərdə olan Qazaxıstan Respublikasının Baş

arrow Ətraflı
Belə birlik uzun müddət olmamışdı  Zelenski like
  • 03 Mar 10:49  
Dünya Belə birlik uzun müddət olmamışdı Zelenski

London sammiti Ukraynaya və bizim ümumi Avropanın gələcəyinə həsr olunub

arrow Ətraflı
Onlara da mənzil verilsin  Mexanizm hazırlana bilər like
  • 03 Mar 10:28  
Digərləri Onlara da mənzil verilsin Mexanizm hazırlana bilər

Aztəminatlı ailələrin yaşayış sahəsi ilə təmin edilməsi mexanizminin

arrow Ətraflı
Onlara hər iş saatı üçün ödənilən məbləğ artırılsın  TƏKLİF like
  • 03 Mar 10:22  
Digərləri Onlara hər iş saatı üçün ödənilən məbləğ artırılsın TƏKLİF

Cinayət mühakimə icraatı zamanı dövlət hesabına hüquqi yardımın göst

arrow Ətraflı
Azərbaycanda ali təhsilli türmələr yaradıla bilər like
  • 03 Mar 10:20  
Digərləri Azərbaycanda ali təhsilli türmələr yaradıla bilər

Məntəqə tipli cəzaçəkmə müəssisələrinin əsasında ehtiyatsızlıqdan

arrow Ətraflı
4 rayonun polis şöbələrinin MSYlərində nöqsan və çatışmazlıqlar var  Ombudsman like
  • 03 Mar 10:16  
Digərləri 4 rayonun polis şöbələrinin MSYlərində nöqsan və çatışmazlıqlar var Ombudsman

Penitensiar Xidmətin müəssisələrinə başçəkmələr zamanı müxtəlif ka

arrow Ətraflı