Sevil Mikayılova: Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış strategiyasına hər kəsin töhfə verməsi çox vacibdir


Digərləri 03 Mar 2025 15:16:00 86 0

Sevil Mikayılova: Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış strategiyasına hər kəsin töhfə verməsi çox vacibdir

Prezident İlham Əliyevin irəliyə sürdüyü Qərbi Azərbaycana qayıdış strategiyası ətrafında hər birimizin dərindən düşünməyimiz və bundan sonra da töhfə verməyimiz çox vacibdir. Son.az Trend-ə istinadən bildirir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Sevil Mikayılova komitənin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi"nin müzakirəsində çıxışı zamanı deyib. Deputat bildirib ki, Ombudsmanın məruzəsi kifayət qədər hərtərəfli və mükəmməl hazırlanıb, vətəndaşların həyat fəaliyyətinin bütün sahələrini əhatə edir. Qərbi Azərbaycandan qovulmuş və qaçqın vəziyyətinə salınmış azərbaycanlıların hüquqlarının bərpa olunması ilə bağlı hissəyə toxunararq millət vəkili məsələ ilə bağlı məhkəmə-hüquq müstəvisində iş görülməsinin vacibiyini bildirib. "Ombudsmanın məruzəsində qeyd olunur ki, Ermənistan əhalinin zorla köçürülməsinin insanlıq əleyhinə cinayət kimi təsbit olunduğu Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutuna qoşulmasına baxmayaraq, o, öz üzərinə düşən məsuliyyəti yerinə yetirmir. Azərbaycan adıçəkilən sənədə qoşulmayıb, amma zərərçəkən tərəfdir. "Bu məsələ ətrafında xüsusi olaraq düşünməyimiz zəruridir, adekvat və yaxud paralel hansısa addımların atılması çox vacibdir ki, beynəlxalq məhkəmə instansiyalarında Qərbi Azərbaycandan qovulmuş şəxslərin hüquqlarını hərtərəfi şəkildə qoruya bilək". Millət vəkili çıxışında hesabatda əksini tapan təhsil hüquqları ilə bağlı hissəyə də diqqət çəkib. "Orta məktəbdə natamam orta təhsil 9 il nəzərdə tutulub və əgər 9-cu sinifi bitirən şəxslər təhsildə yüksək nəticələr göstərmirlərsə, onlar 11 illik təhsilə qədəm qoymurlar və təhsillərini dayandırmalı olurlar. Biz əgər nəzərə alsaq ki, Azərbaycanda əmək qanunvericiliyinə əsasən, əmək münasibətləri 18 yaşından sonra tənzimlənir (istisna hallarda valideynlərin icazəsi ilə 15 yaş), o zaman bu müddət ərzində bir boşluq yaranır. Yəni, ya bu şəxslər peşə təhsilinə cəlb olunmalıdırlar, necə ki, əvvəllər belə bir praktika var idi, ya da ki, onların əmək fəaliyyətinə cəlb olunması üçün qanunvericiliyimizdə müəyyən dəyişikliyin olması çox vacibdir". Milli Məclisin deputatı məruzədə yer alan gender bərabərliyinin təminatları ilə bağlı hissəyə də öz təkliflərini səsləndirib. "Xüsusi olaraq məruzədə qeyd olunur ki, Bakı Dövlət Universitetində "Genderə giriş" fənni tədris edilib və o davam edəcək. Əgər bu fənnin mütləq şəkildə bizim təhsil sistemimizə daxil olması ilə bağlı qərar vermişiksə, o zaman nəzərə almalıyıq ki, hamı ali təhsil hüququ qazanmır. Ona görə orta məktəb proqramında biz bu fənnin və yaxud bu mövzunun hər hansı bir fənn daxilində keçilməsinə, onun bu təhsil pilləsində nəzərə alınmasına nail olmalıyıq", - deyə deputat əlavə edib.

Bakıda avtomobil qaçıran şəxs saxlanıldı like
  • 03 Mar 15:14  
Digərləri Bakıda avtomobil qaçıran şəxs saxlanıldı

Yasamal rayonu ərazisində bir qadına məxsus "Hyundai" markalı avt

arrow Ətraflı
Nazir ona vəzifə verdi  FOTO like
  • 03 Mar 15:13  
Digərləri Nazir ona vəzifə verdi FOTO

Nicat Yaqubov Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictim

arrow Ətraflı
Zelenski atəşkəslə razılaşmadı like
  • 03 Mar 14:58  
Digərləri Zelenski atəşkəslə razılaşmadı

Volodimir Zelenski Ukraynada atəşkəslə razılaşmayıb.

arrow Ətraflı
Ursula von der Leyen: "Avropanı təcili yenidən silahlandırmalıyıq" like
  • 03 Mar 14:52  
Siyasət Ursula von der Leyen: "Avropanı təcili yenidən silahlandırmalıyıq"

"Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Londonda Ukrayna i

arrow Ətraflı
Təhsillə bağlı qanunlara edilən dəyişiklik və TƏKLİFLƏR like
  • 03 Mar 14:47  
Digərləri Təhsillə bağlı qanunlara edilən dəyişiklik və TƏKLİFLƏR

Xəbər verildiyi kimi, fevralın 28-də "Təhsil haqqında" və "

arrow Ətraflı
Oruc tutmaq bu şəxslər üçün təhlükəlidir like
  • 03 Mar 14:42  
Digərləri Oruc tutmaq bu şəxslər üçün təhlükəlidir

Ramazan ayında iftar və sahurda edilən bəzi yanlış qidalanma vərdişləri

arrow Ətraflı
Bakıda polis əməliyyatı  Silahsursat aşkarlandı like
  • 03 Mar 14:36  
Digərləri Bakıda polis əməliyyatı Silahsursat aşkarlandı

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməl

arrow Ətraflı
Buraxılışda iştirak etməyənlər nə vaxt imtahan verəcək?  Rəsmi CAVAB like
  • 03 Mar 14:33  
Digərləri Buraxılışda iştirak etməyənlər nə vaxt imtahan verəcək? Rəsmi CAVAB

Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səvi

arrow Ətraflı
Nüşabə Ələsgərlinin fotoşopsuz halı like
  • 03 Mar 14:30  
Şou-biznes Nüşabə Ələsgərlinin fotoşopsuz halı

Əməkdar artist Nüşabə Ələsgərli efirdə fotoşopsuz halını nümayiş e

arrow Ətraflı
Yağış və ya qar sonrası sürücülərin bilməli olduqları vacib məqamlar like
  • 03 Mar 14:23  
Digərləri Yağış və ya qar sonrası sürücülərin bilməli olduqları vacib məqamlar

Yağış və qar sonrası təkərlərin yollarda olan su gölməçəsinə düşm

arrow Ətraflı
"Biz nümunəvi ailə idik, amma ayrıldıq" like
  • 03 Mar 14:17  
Şou-biznes "Biz nümunəvi ailə idik, amma ayrıldıq"

"Ata qayğısı görməmişəm. Atam rəhmətə gedəndə 5 yaşım olub. A

arrow Ətraflı
Azərbaycan və Qazaxıstan arasında dəmir yolu ilə tranzit daşımaları 33 faiz artıb like
  • 03 Mar 14:12  
Digərləri Azərbaycan və Qazaxıstan arasında dəmir yolu ilə tranzit daşımaları 33 faiz artıb

Azərbaycan və Qazaxıstan arasında nəqliyyat və logistika əlaqələrinin i

arrow Ətraflı
Azərbaycan öz gəmiqayırma imkanlarını Qazaxıstana təklif etməyə hazırdır like
  • 03 Mar 14:06  
Siyasət Azərbaycan öz gəmiqayırma imkanlarını Qazaxıstana təklif etməyə hazırdır

Azərbaycan öz gəmiqayırma imkanlarını Qazaxıstana təklif etməyə hazır

arrow Ətraflı
Məhkəmə cərimələdi, qərarı isə nazirlik verəcək like
  • 03 Mar 14:03  
Digərləri Məhkəmə cərimələdi, qərarı isə nazirlik verəcək

Bakının Yasamal Rayon Məhkəməsində qalmaqallı "Laser Beauty Estetik

arrow Ətraflı
Bakıda VMFdən 330 min manatlıq saat oğurlayan çinlilərin məhkəməsi keçirilib like
  • 03 Mar 14:00  
Digərləri Bakıda VMFdən 330 min manatlıq saat oğurlayan çinlilərin məhkəməsi keçirilib

Bakıda "VMF Continental" mağazasından 330 min manat dəyərində sa

arrow Ətraflı