Xəbərlərin siyahısı

Ötən il 353 nəfər xaricdə

2023-01-05 07:15:00

Ötən il Dövlət Proqramı çərçivəsində 353 nəfər xaricdə təhsil almaq hüququna malik olub.

Döyənək

2023-01-05 07:11:00

Döyənək qalınlaşmış və sərtləşmiş dəri sıxıntısıdır. Ayağa sıx gələn, sərt, dar iti burunlu ayaqqabılar ayaq barmaqlarını sıxışdırır, hərəkətinə mmane olur. Ayaq barmaqlarının üzərindəki dəri və dəri altındakı toxumaların təzyiqə uğraması nəticəsjndə döyənək inkişaf edir. Döyənəkdən qorunmaq üçün ilk növbədə ayaq barmaqlarını sıxmayan ayaqqabılar geymək lazımdır. Bir əzvay yarpağı uzununa kəsilir və döyənəyin üzərinə qoyularaq bir neçə islatma şəklində saxlanır. Səhəri döyənəyi bıçağın küt tərəfi ilə qaşıyaraq üzərinə vazelin çəkilir. Prosedur döyənək itənə qədər davam etdirilir. 3 diş sarımsaq götürülür, üzərinə 3-4 stəkan çaxır sirkəsi tökülərək 2 həftə saxlanır. Kiçik kətan parçasını soyuq sarımsaqlı sirkədə isladıb artığını sıxaraq parça ağrıyan yerə qoyulur, bağlanır və islatma səhərə qədər saxlanır. Səhəri gün təzə islatma qoyulur. Qabar və ya döyənəyi adi limonla müalicə etmək mümkündür. Gecə bir tikə limon qabıqlı halda qabarın üstünə bağlanır, səhər qabarı asanlıqla çıxartmaq mümkündür.

Bakıda film kimi cinayət: Oğul atasının pulunu oğurladı və sonra...

2023-01-05 07:05:00

Yanvarın 3-də günorta saatlarında Nərimanov rayonu N.Hacıyev küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 50000 manat pul və 30000 manat dəyərində qızıl əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Boyun ağrıları

2023-01-05 07:01:00

Boyun səviyyəsində sıxılmaya yalnız köklər deyil, həm də onurğa beynin damarları ilə birgə, eləcə də onurğa arteriyası da məruz qala bilər. Bu zaman onurğa beyni və damarlarının kompressiyası sindromu meydana gəlir. Bu xəstəlik xüsusən dar onurğa kanalı olan şəxslərdə fəqərəarası diskin və arxa osteofitlərin yırtığı zamanı mümkündür. Boyun hissəsində sinirlərin sıxılması hissiyyatın keçiricilik pozuntularına, əllərdə ağrılara, zəifləmələrə səbəb olur. Bəzən kliniki mənzərə onurğa beynin sadəcə sıxılmasına deyil, onun kök damarlarının sıxılması hesabına işemiya ilə birgə inkişaf etməsinə səbəb olur. Bəzən onurğa beynin arxa kötüklərinin psorsesə qoşulması nəticəsində əldə dərin hissiyyatın kobud pozulmaları baş verir. Arteriyaların şaxələri qan dövranınını çatışmazlığını kifayət dərəcədə ödəyə bilmir və xəstədə 2-3 həftə sonra insult əlamətləri meydana çıxmağa başlayır. Xəstəlik zamanı boyun açılıb büküləndə onurğa boyunca əllərə elektrik cərəyanı keçməsi hissləri baş verir. xəstəlik kəskin boyun ağrıları ilə təzahür edir. Ağrılar sızlayıcı xüsusiyyətə malik olub, çiyin, ənsə nahiyyəsinə yayılır. Xəstənin boyu uzun müddət eyni vəziyyətdə qalan zaman ağrılar güclənir. Dərindən əllədikdə sümük çıxıntılarının ağrıması müəyyən edilir. Diaqnozu: Klinik əlamətlərlə birlikdə rentgenoloji müayinənin göstəricilərinə əsasən təyin olunur. Müalicəsi: Ağrıkəsicilər və fizioerapevtik müayinə metodlarından ibarətdir.

Böyrək sindromu ilə hemorragik qızdırma

2023-01-05 06:04:00

Böyrəklərin zədələnməsi ilə gedən virus xəstəliyidir. Ümumi məlumat: Virus gəmiricilərdən ( çöl siçanı, leminq və s.) yoluxur. Onların ifrazatı olan tozla nəfəs aldıqda da yoluxma baş verir. Böyrək sindromu ilə hemorragik qızdırma iyun ayindan oktyabr ayına qədər insanlar təbiətdə olarkən, ən çox kənd əhalisi arasında baş verir. Əlamətləri: Xəstəliyin inkubasiya dövrü 4 saatdan 48 saata, bəzən 2-3 həftəyə qədər çəkə bilər. Bu zaman simptomlar zəif olur, yüngül əzginlik, hərarət bir az qalxa bilər. 1-ci 1-6 gün hərarət 38-40 dərəcəyə qədər qalxır. Güclü baş ağrısı, beldə, əzələlərdə ağrı, üşütmə qeyd olunur. Aydın işıq gözlərə pis təsir edir, gözlərin önündə əşyalar yayılır, sanki "tor" əmələ gəlir. Sifətin, boynun, döşün yuxarı hissəsi qızarır. Dil ağ ərplə örtülür, arterial təzyiq aşağı düşür. İnfeksiya bronxit, pnevmoniya şəklində keçir. Qara ciyər, dalaq böyüyür. 3-4 gün dəridə qansızmalar, əvvəl qoltuqaltı nahiyədə, daha sonra bədənin bütün hissələrində əmələ gəlir. Virus damarları zədələyır, xəstənin vəziyyəti pisləşir. 6-9 günə temperatur normallaşır, xəstənin vəzyyəti yaxşılaşır. Dəri solğun, ayaq və topuqlar göyümtül olur. Öskürək qanlı bəlğəmli, qanlı qusma olur. Nəcis qara olur, sidik ifrazı azalır. Müalicə olmadıqda qıcolma inkişaf edir. Vaxtında müalicə olmasa xəstə tələf ola bilər. 10-16 günə xəstənin vəziyyəti yaxşılaşır, sidik ifrazı düzəlir. Siz nə edə bilərsiniz: Təcili həkimə müraciət etmək lazımdır. Həkim nə edə bilər: Müalicə stasionarda aparılmalıdır. Xəstəlik insandan insana keçmir. Ciddi yataq rejimi təyin olunur. Tərkibində zülal, kalsium olan qidalar menyudan məhdudlaşdırılır. Xəstəyə mineral sular təyin olunur. Əsas virus əleyhinə preparatlar təyin olunur. Proqnozu: 1-10% xəstə həlak olur. Müsbət nəticə vaxtında müalicə aparıldıqda əldə etmək olur.

Güclü meteor yağışı olacaq: 110a qədər “ulduz axacaq”

2023-01-05 05:31:00

Kvadrantida meteor axının fəaliyyəti yanvarın 4-ü, çərşənbə gecəsi pik həddə çatacaq. Lakin Aydan gələn işıq səbəbindən onun gecə səmasında tam şəkildə müşahidəsi mümkün olmayacaq.

Maqnitoterapiya

2023-01-05 05:01:00

Maqnitoterapiya -  sabit, dəyişkən və ya pulsasiya edən aşağı tezlikli maqnit sahəsi ilə müalicə deməkdir. Maqnitoterapiya digər metodlara nisbətən daha çox xəstəxana, eləcə də ev şəraitində tətbiq olunur. Maqnitoterapiyaya əks göstərışlər aşağıdakılardır: -kəskin periodda iltihabi xəstəliklər və qanaxmalar -hipotoniya -cərrahi müdaxiləya qədər irinli proseslər -ürəyin ağır işemik xəstəliyi -erkən post infarkt period -hamiləlik -qanın sistem xəstəlikləri -onkoloji xəstəliklər Apparat ALMAQ-01-insan orqanizminin zədələnmiş toxumasına maqnit sahəsinin yürüyən impulsu ilə təsir edir. Yürüyən impulslu maqnit sahəsi 6-8 sm insan vücuduna daxil olur, buna görə bilavasitə müxtəlif organlara təsir edir. Cihaz ətrafdakılar üçün təhlükəsizdir, beləki, 15 sm məsafədə maqnit sahəsi Yerin fon səviyyəsinə qədər zəifləyir. Bu apparatın tətbiqi litihabi proseslərin simptomlarını aradan götürür, ağrıları aradan qaldırır, buna görə də qəbul olunan dərmanların sayı azaldılır. ALMAQ 60-yaxın yayılmış xəstəlikləri-osteoxondrozu, radikulitləri, artritləri, sınıqları, burxulmaları, nevralqiyaları və s. müalicə edir. Apparatın müalicəvi effekti tətbiq etdikdə artıq birinci-dördüncü gün özünü götərir. Terapiya metodu kəskin və remissiya dövründə müxtəlifdir. Kəskin periodda proseduralar sutkada 6 saat intervalı ilə iki dəfə aparılır. Bir seansın muddəti birinci günlər 10 dəqiqə çəkir, tədricən 20 dəqiqəyə çatdırılır, ağır hallarda 30 dəqiqə aparılır. Osteoxondrozun müalicəsi remissiya dövründə sütkada 1 dəfə, yuxudan əvvəl aparılır ki, onurğa proseduradan sonra fiziki yükə məruz qalmasın. Osteoxondrozun müalicə kursu kəskin və xroniki formalarda eynidir, minimum 15, maksimum 20 prosedurdan ibarətdir. Təkrar kursları birinci kurs qurtardıqdan 1 - 1,5 ay sonra aparmaq olar, ikinci kurs qurtardıqdan 3-4 ay sonra ALMAQ aparatı ilə maqnitoterapiya aparılır.

Safuranın ailəsi ilə QUBA TƏTİLİ

2023-01-05 04:31:00

Müğənni Safura Əlizadə həyat yoldaşı Fərhad Əliyev və övladları ilə birlikdə istirahətə yollanıb.

Papillomavirus infeksiyaları

2023-01-05 04:01:00

Papillomavirus infeksiyalarının törədicisi olan insan papillomavirusu cinsiyyət uzvlərinin şiş xəstəliklərinin səbəbi hesab olunur. Bu xəstəliyin adı əvvəllər həkimlərə kondilomalar cinsi ziyillər adı ilə məlum idi. Klinikası aşağıdakılardır: Morfoloji baxımdan 3 növü ayırd edilir. - itiulu kondiloma - papilyar kandiloma - yastı kandiloma - giqant Buşke-Lyovenşteyn kondilomasi Diaqnostikası: Aydın şəkildə kondilomanın aşkar olunması zamanı papillomavirus infeksiyasının diaqnozu çətinlik törətmir. Yastı kandilomanın kolposkopik mənzərəsi intraepitelial karsinomaya oxşardır. Müalicə: Müalicə prosesin xarakterindən və yanaşı xəstəliklərin nəzərə alınmasına uyğun olaraq aparılır. Eyni vaxtda kolpit, servisit, uşaqlıq boynu eroziyası və digər xəstəliklərin müalicəsi mümkündür. Anogenital kondilomaların müalicəsində istifadə olunan metodlar aşağıdakı qruplara bölünür: *Sitotoksiki preparatların tətbiqi - podofillin, podofillotoksin, 5-ftorurasil. *Destruktiv metodlar - fiziki, kimyəvi. *Immunoloji metodlar. Kombinəedilmiş metodlar - müxtəlif müalicə metodlarının birgə aparılması.

Yastıpəncəlik

2023-01-05 03:03:00

Umumi məlumat Pəncə öz üzərində bədənin çəkisini daşıyır. Bu yükü daşımaq üçün pəncənin bütün hissələri - sümükləri, əzələləri və vətərləri normal vəziyyətdə düzgün, qarşılıqlı, müştərək vəziyyətdə olur. Pəncənin iç hissəsində əyrilik var, boylama və köndələn əyriliklər qeyd olunur. Normada onların müəyyən hündürlükləri olur. Pəncə dayaq və ressor funksiyasını - yeriş, qaçış, hündürlüyə tullanma hərəkətlərini yumşaltmağı həyata keçirir. Yastıpəncəlikdə pəncə əyriliyinin aşağı düşməsi pəncə deformasiyasının ən çox yayılan növüdür. Səbəbləri: Bir neçə səbəbləri ayırd edilir: -anadangəlmə yastıpəncəlik, anadan gəlmə inkişaf qüsurları ilə izah olunur -Raxitik yastıpəncəlik - vitamin D -nin çatmamazlığı nəticəsində əzələlərin zəif, sümüklırin yumşaq olması -Paralitik yastıpəncəlik - bu zaman baldır və pəncə əzələlərinin qismən və ya tam iflici nəticəsində baş verir, keçirilmiş poliomielit, insultdan sonra pəncədə deformasiya olur. -Travmatik yastıpəncəlik - ayaq darağı və daraqönü, daban, topuq sümüklərinin sınıqları nəticəsində baş verir, nəticədə pəncənin deformasiyası baş verir. -Statik yastıpəncəlik - ən cox rast gəlinir. Pəncə bağları və əzələlərinin zəifliyidir. Buna səbəb aşağıdakı faktorlardır: -bədənin artıq çəkisi, piylənmə -narahat, dar ayaqqabı, hündür dikdaban ayaqqabı, dar corablar -yaş həddi - kiçik yaşlı uşaqlarda əzələ və bağlar zəif inkişaf edir, qocalarda isə distrofik pozğunluqlar olur. Əlamətləri: Əlamətləri 3 mərhələdə gedir: 1-ci stadiyada - intensiv işlərdən sonra pəncələrdə ağrılar olur 2-ci stadiyada ağrı daha tez olur, axşamlar pəncə və baldırlar yorulur, ağrımağa başlayır, axşam pəncə şişir, səhər çəkilir 3-cü stadiyada kiçik yeriş belə ağrı və yorğunluğa səbəb olur. Axşam ayaqlar o qədər ağryır ki, yerimək mümkün olmur, pəncə və baldırlar şişir. 4-cü stadiyada kontrakturalar yaranır. Pəncənin deformasiyasında sinirlər zədələnir, nəticədə baldır əzələləri çox gərgin olur, yerimək mümkün olmur. Ağırlaşmaları: Yeriş pozulur, iş qabiliyyəti aşağı düşür, çanaq əyilir, onurğa deformasiyaya uğrayır, osteoxondroz inkişaf edir. Siz nə edə bilərsiniz: Uşaq yaslarında vaxtında həkimə müraciət etmək lazımdır. Həkim nə edə bilər: İlkin stadiyalarda isti vannalar, massaj, müalicəvi bədən tərbiyəsi ilə məşğul olmaq lazımdır. Xüsusi ortopedik ayaqqabılardan istifadə olunur. 4-cü stadiyalarda cərrahi müalicə göstərişdir.

Roza Zərgərli plastik əməliyyat OLUNACAQ

2023-01-05 02:31:00

Müğənni Roza Zərgərli əməliyyat olunacaq.

Pedjet xəstəliyi

2023-01-05 02:02:00

Bu xəstəlik insanın sümüyünü bərpa edən mexanizmlərın pozulması ilə xarakterizə olunur. Ümumi məlumat: Bu xəstəlik başqa cür deformasiyaedici osteit adlanır. Bu xəstəlik istənilən sümükdə yarana bilər. Xəstələrin 1\3 -ə bir sümük, ən çoxunda 3 sümük zədələnir. Ən çox çanaq, onurğa, kəllə, uzun borulu sümüklər zədələnir. Səbəbləri: Səbəbləri məlum deyil. Ən çox virus mənşəli olduğu güman edilir. Qızılca virusunun rolu daha böyükdür. İrsiyyətin rolu vardır, xəstəlik ailəvi xarakter daşıyır. Simptomları: Zədələnmiş sümükdə küt, deşici ağrı qeyd olunur. Sakitlik zamanı ağrı daha da güclənir, hərəkət məhdudluğu qeyd olunur. Sümüklər nazilir,sümük toxuması dağılmaqa başlayır. Yüngül travmalar sınıqlara səbəb olur, kürək, onurğa sütunu, ayaqlar əyilir. Sümüklərin inkişafı dayanır, sinirlər zədələndiyi üçün baş ağrıları, onurğa sinirləri zədələndiyi üçün əllər və ayaqlarda keyimə hissi qeyd olunur. Ağır hallarda ürək dayana bilər. Diaqnostika: Diaqnoz qoymaq üçün rentgenoqrafiya və qanda qələvi fosfatazanın təyininə əsasən qoyulur. Müalicəsi: Sümüklərın defektlərinin qarşısını almaq üçün biofosfanatlardan istifadə olunur. Müalicə xəstəliyi aradan qaldırmır. Bu dərmanlardan uzun müddət istifadə fəsadlara gətirib çıxarır. Lazım gələrsə cərrahi müalicəyə müraciət olunur.

"Tesla" 25 mərtəbəli bina qədər yüksəklikdə uçurumdan düşdü

2023-01-05 01:31:00

"Tesla" 25 mərtəbəli bina qədər yüksəklikdə uçurumdan düşüb.

Sarkıdoz

2023-01-05 01:01:00

SARKIDOZ - naməlum etiologiyalı xronik multisistem xəstəliyi olub, limfositlər və mononuklearların toplanması, qeyri-kazein epiteloid qranulomanın əmələ gəlməsi və zədələnən orqanın normal strukturasının pozulması ilə xarakterizə olunur. Xəstəlik ən çox 20-40 yaşlı şəxslərdə rast gəlinir. Xəstəliyin əmələ gəlmə səbəbi kimi infeksion və qeyri-infeksion faktorların olması əsəs götürülür. Bu xəstəlik zamanı ən çox zədələnən orqan ağciyərlər olur. Genetik və irsi faktorların da sarkidoza səbəb olması danılmır. Metan tozları və ya tüstüsü də ağ ciyərlərdə sarkidoza səbəb olur. PATOMORFOLOGİYASI:  Sarkıdozun əsas əlaməti ağciyərlərdə və digər orqanlarda qeyri-kazeoz epitelioid qranulomalardır. Qranulomalar epitelioid hüceyrələrdən, makrofaqlardan, T- helperlər və fibroblastlrda olmur. Sarkoid qranulomasının əmələ gəlməsi ağ ciyər köklərinin ikitərəfli limfadenopatiyasına, ağciyərlərdə dəyişikliklərə, dərinin, gözlərin və digər orqanların zədələnməsinə gətirib çıxarır. ƏLAMƏTLƏRİ: Xəstələr ən çox yüksək yorğunluq, təngnəfəslik, atralgiyalar, əzələ ağrısı, döş qəfəsində ağrı, ümumi zəiflik narahat edir. DİAQNOZ: Müayinə zamanı sarkıdozlu xəstələrin 25%-də dəri zədələnmələri aşkar edilir. Ən çox rast gələn təzahürlər düyünlü eritema ilə yanaşı oynaqların şişkinliyi və ya hiperemiyası olur. Ağciyərlərin müayinəsi zamanı zəifləmiş və sərt tənəffüs eşidilir. Xəstəlik beyin sinirlərinin iflici, polinevrit, polinevropatiya, meningit, epilepsiya əlamətləri və yaddaş pozulmaları ilə müşayət olunur. DİAQNOZU: Qanın ümumi anlizində limfositopeniya, eozinofiliya, hiperkaıiemiya, hiperkalsiuriya aşkar edilir. Qan zərdabında lizosimlərin miqdarının artması mümkündür. MÜALİCƏSİ: Sarkıdozlu xəstələrin əksəriyyəti psixi pozğunluqdan əziyyət çəkirlər. Buna görə də xəstəliyin müalicəsində psixoloji aspektinin və xəstələrin sağala biləcəyinə inandırılması əhəmiyyət kəsb edir. Xəstələrə dərman terapiyası təsir etmədikdə, orqan tansplantasiyası məsləhət görülür.

Nigar Camalın qızı gözəlliyi ilə hər kəsi heyran etdi

2023-01-05 00:31:00

Müğənni Nigarın Camalın Londonda yaşayan qızları Yeni ili qeyd etmək üçün Azərbaycana gəliblər. 

Günün qoroskopu: Şəxsi münasibətlər üçün ağır dönəmdir

2023-01-05 00:01:00

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

"ABŞ Moskvanı vuracaq"

2023-01-04 23:59:00

Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fedorov ABŞ-ın Moskva şəhərinə və ölkənin mərkəzi regionlarına nümayişkaranə şəkildə zərbələr endirməyə hazırlaşdığını bildirib.

Lukaşenko Putini aldadıb? – FOTO

2023-01-04 23:57:00

Özlərini "Birləşmiş müqavimət qərargahı" adlandıran Belarus hakerləri ölkə prezidentinin İşlər İdarəsinə tabe olan tibb mərkəzinin məlumatlar bazasını ələ keçiriblər.

ABŞ Ukraynaya yeni silahlar göndərir

2023-01-04 23:54:00

ABŞ yaxın günlərdə və ya həftələrdə Ukraynaya yeni silahlar göndərməyi planlaşdırır.

Xankəndidə işıq və internet kəsildi

2023-01-04 23:52:00

Yarım saat əvvəl Xankəndidə yenidən elektrik enerjisi, eləcə də mobil internet kəsilib.

Bu ölkədə fonoqram oxumaq qadağan edilib

2023-01-04 23:48:00

Qırğızıstanda 2023-cü ildən müğənnilərə ictimai tədbirlərdə fonoqram oxumaq qadağan olunub.

Rusiyanın itkiləri ilə bağlı şok rəqəm: 250 min hərbçi...

2023-01-04 23:43:00

Tammiqyaslı müharibə başlayandan bəri Rusiya döyüş tanklarının ümumi ehtiyatının 60%-ni və raketlərin 70%-ni itirib.

Ermənistanda 17 minə yaxın şəxs dindirilib Səbəb

2023-01-04 23:38:00

Qarabağdakı 44 günlük müharibə ilə bağlı Ermənistanda qaldırılan cinayət işlərinin istintaqı çərçivəsində 17 minə yaxın şəxs dindirilib.

Yol polisi əməkdaşını

2023-01-04 23:33:00

Şabran rayonunda yol polisi əməkdaşını avtomobil vurub.

Qarabağdakı qondarma “ordu”nun 2 zabiti müttəhimlər kürsüsündə

2023-01-04 23:28:00

Ermənistanın İstintaq Komitəsinin rəhbəri Arqişti Kərəmyan Qarabağdakı qondarma "ordu"nun iki keçmiş komandirinə qarşı irəli sürülən ittihamları əsaslı sayıb.

"Bu, İranı daha cəsarətli edib"

2023-01-04 23:22:00

İran məsələsi ilə məşğul olmaq ABŞ-ın əsas problemlərindən biridir.

Fransa Ukraynaya yeni döyüş maşınları verir

2023-01-04 23:10:00

Fransa Ukraynaya "AMX-10 RC" yüngül zirehli döyüş maşınları verəcək.

“Charlie Hebdo” Xameneinin karikaturalarını dərc etdi Səfir XİNə çağırıldı

2023-01-04 23:04:00

Fransanın Tehrandakı səfiri Nikolya Roş İran XİN-ə çağırılıb.

39 yaşlı qadını

2023-01-04 22:58:00

Şəmkirdə 39 yaşlı qadına əri tərəfindən xəsarət yetirilib.

Bu senator Bakıya səfir təyinatına imkan vermir

2023-01-04 22:52:00

ABŞ Prezidenti Co Bayden Mark Libbinin Azərbaycana səfir təyin edilməsində israr edir.

Azərbaycanın İran və Rusiya üçün əhəmiyyəti artır

2023-01-04 22:46:00

Qərbin sanksiyaları altında olan İran və Rusiya ikitərəfli əlaqələri gücləndirmək üçün əllərindən gələni edir və eyni zamanda Azərbaycanın bu prosesdə əvəzsiz rolunu etiraf edirlər.

Bakıda iki avtomobil toqquşub,

2023-01-04 22:40:00

Bakının Nərimanov rayonunda iki minik avtomobili toqquşub.

Ruslara daha bir zərbə: 80 ölü və yaralı var

2023-01-04 22:33:00

Ukrayna ordusu yanvarın 3-də rusların Zaporojye vilayətinin Tokmak rayonundakı mövqelərinə zərbələr endirib.

İran bankları sürətlə boşalır

2023-01-04 22:26:00

İran bankları sürətlə boşalır.

Pakistan Ərdoğanın Nobelə namizədliyini irəli sürdü

2023-01-04 22:20:00

Pakistan Senatı və xalqı adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb.

Çavuşoğlu Koenlə danışıb

2023-01-04 22:13:00

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İsrailin xarici işlər naziri Eli Koen arasında telefon danışığı olub.

Ayanın hamamdan səsküylü GÖRÜNTÜLƏRİ VİDEO

2023-01-04 22:06:00

Müğənni Ayan Babakişiyeva paylaşımı ilə gündəmə səs salıb.

Bakıda üç avtomobil toqquşub FOTO

2023-01-04 21:59:00

Bakının Səbail rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Orxan Camalın qətlində şübhəli bilinən jurnalist öldü

2023-01-04 21:52:00

2018-ci ilin iyulunda Mərkəzi Afrika Respublikasında 3 rusiyalı jurnalistin qətlində şübhəli bilinən "RİA FAN" portalının əməkdaşı Kirill Romanovski ölüb.

İnansa Təbriz deyil VİDEO

2023-01-04 21:51:00

Xalq artisti Nurəddin Mehdixanlının səsləndirməsi ilə Xalq şairi Sabir Rüstəmxanlının "İnansa, Təbriz deyil" şeiri əsasında ATVnin hazırladığı videoçarx qısa müddətdə geniş yayılıb.

İki ailənin yaşadığı ev yanıb

2023-01-04 21:39:00

Quba şəhərində bir dam altında tikilən iki ailənin yaşadığı ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli evin 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 80 m² sahədə, dam örtüyü 70 m² sahədə yanıb.

Ukrayna BMTni sülhməramlıları göndərməyə çağırıb

2023-01-04 21:32:00

Ukrayna Birləşmiş Millətlər Təşkilatından (BMT) Zaporojye Atom Elektrik Stansiyasını qorumaq üçün Rusiya ilə razılaşmadan belə sülhməramlıları göndərməyi xahiş edib.

İki nəfər dəm qazından zəhərlənib

2023-01-04 21:25:00

Gəncədə iki nəfər dəm qazından zəhərlənib.

İranda kütləvi həbslər

2023-01-04 21:18:00

İran xaricdən maliyyələşən terrorçuları həbs edir.

Putin Mirziyayevlə danışdı

2023-01-04 21:12:00

Rusiya Prezidenti Vladimir Putinlə Özbəkistan Prezidenti Şövkət Mirziyayev arasında telefon danışığı baş tutub.

Baykonur kosmodromu yoxsa kriminal mərkəzi qazaxlar əməliyyat keçirdi

2023-01-04 21:05:00

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Baykonur şəhərində fəaliyyət göstərən cinayətkar qruplaşmanın 18 üzvünün saxlanıldığını açıqlayıb.

"İran tarixin zibilliyinə gedənə qədər…"

2023-01-04 20:58:00

Üç il əvvəl ABŞ hərbçiləri, kəşfiyyat qüvvələrimiz yüksək bacarıqla İranın terrorçu liderini öldürdü və mən fəxrlə Senata bu əməliyyatda iştirak edənlərin qiymətləndirilməsinin vacibliyini vurğulayan qətnamə təqdim etdim.

Roqozin yaralanandan sonra çıxarılmış qəlpələri Fransa səfirinə göndərdi

2023-01-04 20:51:00

Rusiya hökuməti sədrinin keçmiş müavini və "Roskosmos" korporasiyasının keçmiş rəhbəri, şovinist baxışları ilə tanınan Dmitri Roqozin yaralandıqdan sonra bədənindən çıxan qəlpə parçalarını Fransanın Moskvadakı səfiri Pyerə göndərib.

Ər arvadını tapança ilə

2023-01-04 20:44:00

Türkiyənin Kilis bölgəsinin Şehit Sakıp məhəlləsində ər arvadını qətlə yetirib.