Prezidentdən İvanovka kəndi ilə bağlı sərəncam
Siyasət 01 Apr 2025 13:15:00 53 0
Prezident İlham Əliyev İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair tədbirlər haqqında Sərəncam imzalayıb.
Son.az xəbər verir ki, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ilkin olaraq 5.000.000,0 (beş milyon) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən əkin sahəsinin suvarma suyu ilə təminatının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikas

Prezident İlham Əliyev "Valideynlərini itirmiş və valideyn himayəsind

"SpaceX" "Crew Dragon" kosmik gəmisini kosmosa göndərib.

Dünya birjalarında qızılın (XAU/USD) qiyməti əvvəlki günün artımını

Prezident İlham Əliyev "Valideynlərini itirmiş və valideyn himayəsind

"e-bildiriş"in tərtibi, tətbiqi və uçotu Qaydaları" təsdiq

Milli standartlaşdırma qurumu, səlahiyyətinə standartlaşdırma obyektləri

BB vəzifə altqrupu üzrə dövlət qulluğuna qəbul və dövlət qulluğunda

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu

İran Prezidenti Məsud Pezeşkian aprel ayında Azərbaycana dövlət səfərin

Yuxular insanın şüuraltı düşüncələrinin, hisslərinin və gündəlik h�

ABŞ prezidenti Donald Tramp üçüncü dəfə dövlət başçısı olması bar�

"Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)" inform
