Xəbərlərin siyahısı

Epididimit

2023-01-08 08:46:00

Epididimit xaya artımının iltihabi prosesi olub, angina, qrip, pnevmoniya və başqa xəstəliklər zamanı hematogen yolla infeksiyanın xaya artımına keçməsi nəticəsində baş verir. Infeksiya xaya artımına toxumçıxarıcı axar vasitəsilə onun antiperistaltik hərəkətləri sayəsində, sidik kanalının iltihabi prosesi zamanı , həmçinin kateterin sidik kanalında uzun müddət qalması zamanı baş verir. Klinikası: Epididemit qəflətən başlayır, xaya artımı böyüyür, ağrı meydana çıxır. Bədən hərarəti 38-40 dərəcəyə yüksəlir. Iltihabi proses və ödem xaya qişaları və xayalığa yayılır, xaya şişir, dərisi dartınır, hamarlaşır, hiperemiyalaşır və xaya qişalarının suluğu baş verir. Ağrılar qasıq nahiyəsinə, bəzən belə, büzdümə ötürülür. Hərəkət zamanı güclənir, odur ki, xəstələr yataqda uzanmağa üstünlük verirlər. Vaxtında müalicə aparıldıqda 2-3 gün sonra ağrı və ödem azalır, bədən hərarəti normallaşır. 3-4 həftəyə kəskin epididemit tamam sorulur və iltihabın zədələdiyi yerdə çapıq birləşdirici toxuma qalır. Təsadüfən iltihabi irinliklər birləşib xaya artımının absesini meydana çıxara bilir. Müalicəsi:  İlk növbədə xəstəyə yataq rejmi təyin olunmalıdır. Pəhrizdə kəskin və qıcıqlandırıcı qidalardan imtina olunur, çoxlu maye qəbul olunur. Xəstə suspenzoriydən istifadə etməlidir, xaya nahiyəsinə buz kisəciyi qoyulur. Xəstəliyi yaradan mikrobların təyini çətin olduğu üçün geniş spektrli antibiotiklərdən istifadə edilir , yaxud ximiopreparatlardan , ftorxinolonlardan istifadə olunur. Kəskin iltihabi proses sakitləşdikdən sonra isti-xayaya qızdırıcı kompres, diatermiya, ultrayüksək tezlikli cərəyan iltihabın tez sorulmasına kömək edir. Xaya artımında abses baş verdikdə onu cərrahi yolla işləmək lazım gəlir.

Bəzi xəstələrə ev şəraitində ilk tibbi yardım

2023-01-08 08:41:00

1. Böyrək sancılarını adətətən böyrək daşları verir. Sancılar əgər arxadan qabağa doğru və oradan da qasıq nahiyyəyə vurursa, bu daşın böyrəkdən sidik axarına düşdüyü zaman baş verir. Əgər xəstənin sidiyində qan görünürsə, bu diaqnozu təsdiqləyir. Bu zaman xəstəyə ediləcək ilk tibbi yardım onu isti yatağa uzatmaqdan ibarətdir. Belə vəziyyətlərdə xəstənin ağrıyan nahiyyəsinə isitqac qoyulur, xəstəyə ağrıkəsici dərman verilir. Sancı tutmaları zamanı xəstəyə bol maye içirtməkdə və isti vannaya oturtmaqda fayda var. Həkimə mütləq müraciət edilməlidir. 2. Öskürək bronxlarda, ağciyərlərdə və yuxarı tənəffüs uzvlərinin xəstəliklərində meydana çıxır. Quru, xırıltılı və yaş ola bilir. Öskürək uşaqlarda göyöskürək və qızılca zamanı da təzahür edə bildiyinə görə, mütləq həkimə müraciət etmək lazımdır. Xəstəyə ev şəraitində yardım məqsədi ilə isidici və tərlədici tədbirlərdən istifadə etmək olar. 3. Öd kisəsinin ağrıları xolisistit və öd kisəsinin daşı zamanı baş verir. Bu zaman xəstə qəfildən sağ qabırğaaltı nahiyyədə sancı hiss edir, ağrı sağ kürəyə də təsir göstərir və qusma ilə müşayiət olunur. Öd sancıları adətən yağlı, qızardılmış və xəmir xörəklərindən sonra tutur. Həkiməqədər ilk yardın xəstəni sakit yerdə uzatmaqdır. Xəstəyə spazmolitikdən başqa ayrı dərman vermək olmaz. 4. Appendisit korbağırsağın iltihabi xəstəliyidir. Sancılar baş verən zaman xəstəyə isitqac qoymaq və yemək verək olmaz. Xəstə təcili xəstəxanaya çatdırılmalıdır. 5. İlan sancması zamanı xəstənin ilan sancan yerdən yuxarı hissəsini bərk sıxmaq lazımdır. Bağı 1 saatdan sonra açıb yenidən bağlamaq lazımdır. Çalışıb xəstəni bir saat müddətində xəstəxanaya çatdırmaq lazımdır. 6. Arı sancması zamanı çalışıb steril iynə vasitəsilə arının neştərini çıxarmaq lazımdır. Arı sancan yerə durulaşdırılmış spirtdə isladılan əski qoymaq lazımdır. 7. Əqrəb sancması qorxulu hal hesab edilir. Çünki bu zaman xəstədə boğulmalar əmələ gəlir, xəstənin temperaturu yüksəlir, ümumi zəiflik əlamətləri müşayiət olunur, xəstə titrəyir. Həkiməqədər ilk tibbi yardım əqrəb sancan yeri qızdırılmış bıçaqla dağlamaqdır.

Prostat vəzin xoşxassəli hirerplaziyası

2023-01-08 08:35:00

Prostat vəzin xoşxassəli hiperplazioyası prostatın qeyri - şiş mənşəli böyüməsi olub sidik ifrazının qıcıqlanması ilə müşayət olunur. Əvvəlki dövrlərdə işlədilən adenoma sözü son illərdə hiperplaziya ilə əvəz olunub. Xəstəlik ən çox 50 yaşdan yuxarı kişilərdə müşayət olunur. 60 yaşdan yuxarı kişilərdə 50%, 70 yaşdan sonra isə 90% kişilərdə xəstəliyin əlamətləri tapılır. Hiperplaziya əsasən sidik kisəsinin boynunda, sidik axarının ətraf toxumalarında baş verir. Prostat vəzdə birəşdirici toxuma mənşəli düyünlər əmələ gəlir ki, bu düyünlər sidik kisəsini qıcıqlandırır. Xəstəlik sidik ifrazı zamanı ləngimənin olması, tez-tez, qırıq-qırıq sidiyə getmə, sidik şırnağının azalması əlamətləri ilə özünü göstərir. Sidik ifrarının tezləşməsi, miqdarının azalması və sidik ifrazına çağırış kimi siqnallar xəstəliyin əsas əlamətlərindən biridir. Xəstəlik vaxtında və düzgün müalicə olunmazsa ağaırlaşmalara səbəb olur. Prostat vəzin hiperplaziyasının ağırlaşması sidik kisəsinin dolu olub sidiyə çıxa bilməməkdir. Kisədə yığılıb qalan sidik ya qeyri-ixtiyari damcılayır, ya da sidik kisəsində qalıb infeksiyalaşır. İnfeksiyalaşmış sidik böyrəklər üçün əsil təhlükə mənbəyidir. Diaqnozu: Xəstənin anamnezinə əsaslanaraq, rektal müayinənin və USM-in nəticələrinə əsaslanaraq qoyulur. Müalicəsi: Müalicəsində hiperplaziyanı aradan qaldıran bitki və dərman vasitələrindən istifadə olunur. Xəstəlik müalicəyə tabe olmazsa cərrahi müdaxilə edilir.

Bayılma nədir?

2023-01-08 08:31:00

Bayılma düşüncənin qəfildən pozulması ilə xarakterizə olunan simptomdur.O beyin toxumasında qidalanmanın kəskin surətdə pozulması səbəbinən baş verir. Beyin damarlarının qısamüddətli spazmı və ya ürək yığılmalarının kəskin surətdə zəifləməsi bayılmaya səbəb ola bilir. Bu yığılmalara aiddir: - ürəyin blokadası - ekstrasistoliyadan sonra olan kompressator pauza. Beyin damarlarının qısamüddətli spazmına səbəb olan müxtəlif amillər (mənfi emosiyalar ,ağrı), bəzi farmokoloji preparatların (qanqiloblakatorların) həddindən artq qəbulu, bir sıra reseptor zonaların  (sinokarotid zona, vestibulyar aparat) kəskin surətdə qıcıqlanması bayılmaya səbəb ola bilir. Bəzən insan həddindən artıq fiziki gərginliyə məruz qaldıqda da bayılma vəziyyətinə düşə bilir. Bayılma adətən bir neçə dəqiqədən artıq davam etmir. Bu dövrdə xəstədə aşağıdakılar baş verir: - xəstənin ümumi vəziyyəti pisləşir - narahatlıq hissi yaranır - damar tonusu azalır - əzələ tonusu azalır - xəstənin huşu itir. Bayılma baş verməzdən əvvəl xəstədə ümumi zəiflik, baş ağrıları, öyümə, ürək nahiyyəsində xoşagəlməz hissiyyat müşahidə edilir. Bunun ardınca xəstənin gözləri qaralır, qulaqlarda küy yaranır. Bu dövrdə xəstədə vegetativ damar pozğunluqları müşahidə edilir, dərinin və selikli qişaların rəngi avazıyır, arterial təzyiq aşağı düşür. Bir neçə saniyədən sonra xəstə huşunu itirir və yıxılır. Bayılma zamanı xəstənin huşunun bərpa edilməsi prosesin ağırlığından asılı olaraq bir neçə saniyədən, bir neçə dəqiqəyə qədər dəyişir.

Əkscisim deffekti

2023-01-08 08:25:00

Bu xəstəlik yalnız oğlanlarda rast gəlinən allergik xəstəlikdir. Xəstəlik X deffektli xromosom daşıyan anadan residiv genlə oğluna keçir. Bu gen Xq22 gen B -limfositlərinin yetişməsində işrtirak edir. İlk yaşlardan uşaqlarda qrammüsbət və qrammənfi infeksiyalar, irinli dəri ifeksiyaları, tənəffüs və bağırsaq infeksiyaları , sepsis, meningit və paratizar xəstəliklər təkrar olunur. Aktiv vaksinasiya, məsələn, polimielit vaksinasiyası aparıldıqda uşaqlarda uzun müddət selikli qişa ifrazatlarında virulentliyini qorumuş törədici müəyyən edilir. Limfoid toxumanın böyüməsi qeyd edilmir, limfa düyünləırinin histoloji müayinəsində rüşeym mərkəzləri və plazmtik hüceyrələrin azlığı qeyd olunur. DİAQNOZU: İmmunoqrammada periferik qanda B-limfositlər tapılmır, sümük iliyində reseptorlu yetişməmiş B-limfositlər olur. Qan zərdabında İgM və İgA əkscismləri olmur, İgG əkscisimlərinın sayı və funksiyası normal olur. Diaqnoz adətən 3-4 yaşlarda qoyulur və xəstələr 20-25 il yaşayır, yanaşı infeksiyalardan dünyadan köçürlər.

Orqanizmdə baş verən ekstremal vəziyyətlər

2023-01-08 08:21:00

Ekstremal vəziyyətlərin bütün növlərində maddələr mübadiləsi və orqanizmin funksiyaları bir-birinə oxşayan dəyişikliklərə uğrayır. Onların hamısı toxuma hipoksiyasının inkişafına səbəb olur. Bəzi hallarda ekstrimal vəziyyət bilavasitə hipoksiya ilə əlaqədar olur. Ekstremal vəziyyətlər zamanı orqanizmin hüceyrələrindən qana çoxlu histamin, serotonin, lizasom fermentləri və başqa fizioloji aktiv maddələr keçir. Onlar sinir sistemi fəaliyyətinin, tənəffüsün, ümumi və yerli qan dövranının dəyişikliklərinə səbəb olurlar. Bütün ekstrimal vəziyyətlər mikrosirkulyasiyanın bu və ya digər dərəcədə pozulması ilə müşayiət edilir. Ekstrimal vəziyyətlərinən səciyyəvi göstəricilərindən biri ümumi hemodinamikanın pozulmasıdır. Pozulma həm birincili, həm də ikincili inkişaf edə bilər. Ekstremal vəziyyətlərin patogenezində bir-biri ilə əlaqədar yaranan və orqanizmdə olan pozğunluqları daha da dərinləşdirən patoloji reaksiyaların, yəni qüsurlu reaksiyaların mühüm rolu vardır. Məsələn, şok zamanı mərkəzi sinir sisteminin fəaliyyətində baş verən dəyişikliklər sayəsində qan dövranının və tənəffüs sisteminin tənzimedici sistemləri pozulur. Bu, orqanizmin hipoksiya vəziyyətinə düşməsinə səbəb olur. Hipoksiya isə öz növbəsində sinir, qan-damar və tənəffüs sistemi fəaliyyətinin pozulmalarını daha da dərinləşdirir, kollaps baş verir. Kollaps nəticəsində qarın boşluğu orqanlarında çoxlu miqdarda qan toplanır və dövran edən qanın miqdarı azalır. Bu zaman venalar vasitəsilə ürəyə az qan gəlir, nəticədə dövran edən qanın həcmi daha da azalır və orqanizmin ümumi vəziyyəti ağırlaşır. Ekstremal vəziyyətlər xarici tənəffüs funksiyasının bu və ya digər dərəcədə pozulması ilə müşayiət olunur. Adətən tənəffüsün dərinliyi, tezliyi, tənəffüsün ritmi, nəfəsalma və nəfəsvermə fazalarının qarşılıqlı münasibəti dəyişikliyə uğrayır. Ekstremal vəziyyətlərin əksəriyyəti geriyə dönə bilən proseslərdir. Lakin terminal hal spesifik təxirəsalınmaz tibbi yardım göstərilmədikdə orqanizmin məhv olması ilə nəticələnir.

Prostatın sağlamlığı üçün vacib olan 5 əsas faktor

2023-01-08 08:15:00

Prostat vəzi kişilərin ən vacib orqanlarından biridir. 40 yaşından sonra kişiləri incitməyə başlamasının səbəbi prostat vəzində böyümənin baş verməsidir. Prostat vəzində vaxtından əvvəl böyümənin olmaması üçün 5 əsas ünsürüdən vaxtında və düzənli istifadə etmək lazımdır: 1. Selenium. Mütəxəssislər gün ərzində qidadan əlavə 200 mq selenium qəbul edən kişilərdə prostat vəzi xəstəliklərinə və xərçənginə yaxalanma riskinin minimum olduğunu təsdiqləmuşlər. Selenium ən çox fındığın, sağımsağın, göbələyin tərkibində olur. 2. Likopen. Bir çox mütəxəssislər likopenin prostat xərçənginə qarşı qoruyucu təsirə malik olduğunu söyləyirlər. Likopen pomidorun, qarpızın, gavalının, itburnunun, cəfərinin, pul bibərin, qırmızı kələmin tərkibində olur. 3. D vitamini. D vitamininin də prostat xəstəliklərinə qarşı qoruyucu təsirə malik olduğu söylənilir. D vitamini günəş işığında, kərə yağında, ceyran ətində, keçi pendirində, yumurtada olur. 4. E vitamini. E vitamini prostat vəzinin funksiyasının qorunub saxlanılmasında rol oynayan bir vitamindir. Ən çox zeytun yağında, brokkli kələmində, Brüssel kələmində, qırmızı kələmdə olur. 5. Fol turşusu. Fol turşusu da prostat vəzi xərçənginin əmələ gəlməsini əngəlləyən ünsürlərdən biridir. Fol turşusu ən çox ispanaqda, itburnuda, mərcidə və qırmızı kələmdə olur.

Şok nədir?

2023-01-08 08:11:00

Şok orqanizmin neyrohumoral tənzim mexanizmlərində fövqəladə qıcıqlandırıcıların təsiri ilə əmələ gələn və mərhələlərlə inkişaf edən reflektor patoloji reaksiyalar kompleksidir. Şok toxumaların aşağıdakı simptomlarla xarakterizə olunur: - toxumaların qanla təhcizatının azalması - hipoksiya - həyati funksiyaların kəskin surətdə zəifləməsi. Şoka eksterimal vəziyyətə düşmüş orqanizmdə həyatın mühafizə edilməsinə yönəlmiş passiv qoruyucu reaksiyalar kompleksi kimi baxmaq olar. Bütün tipik patoloji prosesslər kimi, şok da bioloji növün mühafizəsinə yönəlmiş adaptiv xarakterli reaksiyalar kompleksidir. Şokun əmələ gəlməsinə aşağıdakılar səbəb ola bilir: - ağrılar - ağır travmalar - humoral amillər. Yarandığı vaxta görə şokun erkən və gecikmiş formaları var. Şok zamanı mərkəzi sinir sistemində oyanma, ləngimə və ya üzülmə baş verə bilir. Ümumi və yerli qan dövranında, tənəffüs sisteminin və endokrin vəzilərin fəaliyyətində, həmçinin maddələr mübadiləsində pozğunluqlar müşahidə edilir. Şokun ən çox təsadüf edilən səbəblərindən biri mexaniki travmalardır. Çox vaxt travmaların nəticəsi məhz orqanizmin şok vəziyyətinə düşüb-düşməməsindən asılı olur. Şok zamanı mərkəzi sinir sisteminin fəaliyyəti zəifləyir. Patologiya beyin qabığında ləngimə prosesini daha da dərinlşdirir, beyin kötüyünü və onurğa beyni əhatə edir.Beynin fəallığının azalması nəticəsində arterial təzyiq aşağı düşür, nəbz sürətli olsa da dolğun vurmur, tənəffüs seyrəkləşir. Şok orqanizmdə qəfildən baş verir və həyati əhəmiyyətli orqanlarda patoloji dəyişikliklərin əmələ gəlməsinə səbəb olur.

Prostata faydalı olan bitki çayları

2023-01-08 08:05:00

Qırmızı yonca çayı. Menopauza səbəli tərləmələrin, psorias xəstəliyinin müalicəsinə yardım etməklə yanaşı, qırmızı yonca çayı prostat vəzin böyüməsinin qarşısını alır. Qırmızı yonca dəmləməsi prostatdakı durğunluğu aradan qaldırmaqla yanaşı, sidiyin sidik kisəsindən tamamilə xaric olmasını təmin edir və prostat xərçənginin ənələ gəlməsinin qarşısını alır. Cücə palması çayı (Saw Palmetto) Amerika Birləşmiş Ştatlarında prostat vəzinin böyüməsinə qarşı ən çox içilən çaydır. Xüsusilə də xəstəliyin ilkin mərhələsində içilərsə tam sağalma qeydə alındığı yazılır. Gecələr tez-tez sidiyə çıxma və prostatın dəgər əlamətlərini aradan qaldırır. Gicirtkən çayı. Gicirtkən çayı bütün Avropa ölkələrində prostat vəzinin müalicəsində istifadə edilir. Mütəxəssislər gicirtkənlə çüçə palması çayının birlikdə dəmləməsinin sidik kisəsinin tam boşalmasına səbəb olduğunu söyləyirlər. Yakıotu çayı. Yakıotu dəmləməsi prostatın böyüməsinin qarşını alır və həmin bolgədə əmələ gələn infeksiyalaşmanın qarşısını alır. Prostat vəzində xəstlkilərin əmələ gəlməməsi üçün bunlara əməl etmək lazımdır: * 40 yaşından yuxarı kişələr ən az ildə 1 dəfə yoxlamadan keçməlidir. * Şəkər tərkibli qidalardan, spirtli içkilərdən, yağlı qidalardan az istifadə eləməli, meyvə və tərəvəzə üstünlük verməlidir. * Anus bölgəsinin əzələlərini çalışdıran hərəkətlər etməlidir. * Tərkibində A, C, E vitaminləri olan qidalarla qidalanmalıdır.

Hipertoniya xəstələrinin müalicə proqramı

2023-01-08 08:01:00

Bu proqram yüksək təzyiqdən əziyyət çəkənlər üçün tərtib edilmişdir. 1. Mənfi psixo-emosional və psixi-sosial stress vəziyyətinin aradan qaldırılması. 2. Dərmansız müalicə üsulları. 3. Medikamentoz hipotenziv müalicə. 4. Serebral qan dövranının yaxşılaşdırılması. 5. Təzyiq səbəbli ağırlaşmaların müalicəsi. 6. Ekstrakorporal terapiya. 7. Sanatoriya-kurort müalicəsi. Arterial təzyiqin ağırlaşmalarına aiddir: - hipertonik krizlər - serebral pozğunluqlar - sol mədəcik pozğunluqları - xroniki böyrək çatışmazlığı - durğun qan dövranı çatışmazlığı. Stressli, psixo-emosional və psixo-sosial vəziyyətlərin aradan qaldırılması, ailədə, işdə qarşılıqlı münasibətlərin normallaşdırılması, arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Bu adətən arterial təzyiqin ilkin dövrlərində baş verir. Bu üsulla arterial təzyiqi ilkin dövrlərdə dərmansız müalicə etmək mümkündür. Arterial təzyiqin ilkin dövrlərində 60% xəstələri müalicə proqramına əməl etməklə təzyiqlərini normal saxlamaq olur. Təzyiqin əsas dərmansız müalicə tədbirlərinə pəhriz, bədən çəkisinin azalması, kifayət qədər fiziki aktivlik daxildir. Yüksək təzyiqdən əziyyət çəkənlər pəhrizində xörək duzunu azaltmalı, karbohidrat və yağ istifadəsini məhdudlaşdırmalıdır. Pəhriz vaxtı qidada kaliumun miqdarının artırılması arterial təzyiqin aşağı düşməsinə səbəb ola bilər. Arterial təzyiqdən əziyyət çəkən şəxslər vaxtaşırı həkimin qəbulunda olmalı, təzyiqlərinin normada saxlanılmasına çalışmalıdırlar.

Mukovisidoz

2023-01-08 07:51:00

Mukovisidoz genetik autoson-resessiv monogen xəstəlikdir ki, ekzokrin vəzlərin sekresiyasını pozulması ilə xarakterizə olunur. Xəstəlik həyati vacib orqanların, ilk növbədə isə tənəffüs və həzm sisteminin pozulması ilə müşayət olunur. Hər il dünyada 45000 mukovissidozlu uşaq dünyaya gəlir. Mukovissidozun genini daşıyanlar 3-4% təşkil edir, bütün dünyada 275 milyon bu genin daşıyıcısı vardır. Xəstəlik xarici sekresiya vəzilərinin sekretinin qatılaşması ilə müşahidə edilir. Bronxlarda xroniki iltihabi proses inkişaf edir, bəlğəm çox özlü , qatı olur, çətin xaric olur, onun durğunluğu müşayət olunur. Bir müddət sonra bronxhektaz formalaşır ki, bu da vaxt gekdikcə daha da ağırlaşır. Mukovisidoz xəstəliyi müxtəlif əlamətlərlə təzahür edir. Yenidoğulmuşlarda xəstəlik özünü daha qabarıq göstərir. Tripsinin çatmazlığı səbəbli bağırsaq möhtəviyyatı bərk və özlü olur. Sonralar bağırsaq keçməzliyi inkişaf edir ki, bu da öd qatışığı ilə qusma, qarın köpməsi, bağırsağın öz funksiyasını yerinə yetirməməsinə səbəb olur. Ağır hallarda mukovissidozun xarakter əlaməti çoxlu miqdar, yağla zəngin, pis qoxulu nəcis ifrazıdır. Uşaqlarda bağırsaq pozğunluqları ilə bərabər öskürək də olur. Öskürək tutmaşəkilli olur, uşaqlarda təngənəfəsliyə və boğulmalara səbəb olur. Xəstəliyin 3 forması var: - yüngül forma - gedişin orta ağırlığı - ağır gediş Mukovissidoz xəstəliyi uşaqların mədəaltı və qara ciyər, öd yollarını da zədələyir. DİAQNOZU: Xəstəliyə diaqnoz qoymaqda anamnezin rolu böyükdür. Ailədə mukovissidozlu xəstənin olması, uşağın fiziki inkişafının ləngiməsi, baqırsaq əlamətləri diaqnozun qoyulmasını asanlaşdırır. MÜALİCƏSİ: Xəstəliyin müalicəsinə aşağıdakı tədbirlər daxildir: - bronxların müalicəsi - mukolitik bəlğəmgətiricilərin işlədilməsi - tənəffüs sistemini və nəfəsalmanı normallaşdırmaq - infeksiyanın növünü tapıb ona uyğun müalıcə aparmaq.

Sonsuzluq

2023-01-08 07:41:00

"Sonsuzluq" evli cütlüyün bir il ərzində qorunma olmadan cinsi münasibət yaşamasına baxmayaraq övlad sahibi olmadığı halda qoyulan diaqnozdur. Lakin bir şeyi anlamaq lazımdır ki, "sonsuzluq" diaqnozu heç də həmişəlik övlad sahibi olmamaq demək deyil. Bir çox hallarda bu problem müalicə olunur.

Qışda artan xəstəliklər – İnfeksion mononukleoz

2023-01-08 07:31:00

İnfeksion mononukleoz orqanizmdə aşağıdakıların baş verməsinə səbəb olur: - qızdırma - tonzillit - limfadenit - hepatonienal sindrom - hemotoloji dəyişikliklər. Alman alimi Pfeyfer xəstəliyi limfodenopatiya və damağın iltihabı ilə gedən vəzili qızdırma kimi təsvir etmişdir. Bu infeksion xəstəlik əksər hallarda havaların kəskin soyuduğu hallarda yayılmağa başlayır. Xəstəliyin əhali arasında geniş yayılması məktəbəqədər uşaqlarda 46,5%, 4-6 yaşlarında 80%, yaşlılarda 94% adamlarda rast gəlinir. Bunu xəstəliyin yayıldığı zaman xəstələrin selikli qişalarından tapılan mikroblar sübut edib. Xəstəliyin törədiciləri Barr virusları hesab edilir. Xəstəliyin əmələ gəlməsinə virus gəzdirən insanlar səbəb olur. Son illər bu xəstəliyin epidemiya şəklində yayılması halları çox müşahidə edilir. Bu əksər hallarda payız-qış aylarında soyuq aylarda baş verir. Xəstəlik ailəvi və kütləvi xarakter daşıyır. 4 Yaşa qədər uşaqların yoluxması  simptomsuz keçir, ya da kəskin respirator virus xəstəliyi kimi inkişaf edir. İmmun sistemi yüksək olan şəxslərdə də xəstəlik simptomsuz xəstəlik kimi kliniki əlamətə sahib olur və müsbət seroloji reaksiyalar verir. İnfeksion mononukleoz xəstəliyinin inkişafı ləng gedir, xəstəliyin atipik formaları çoxdur. Xəstəlik burun-udlaq vasitəsilə orqanizmə daxil olur qana keçir. Virus qan və limfa vaitəsilə orqanizmə yayılır və patoloji əlamətlər törədir. Xəstəlik qaraciyər və dalağın böyüməsinə səbəb olur və qanda dəyişikliklərə səbəb olur. İnfeksion mononukleoz qaraciyərin funksional pozğunluqlarına səbəb olur. Xəstəlik 7-10 gün çəkir, yüksək qızdırma, halsızlıq, damaqda qızartı, kefsizlik -baş ağrıları müşahidə edilir. Xəstələrdə limfa düyünləri böyüyür, qarında və əzələlərdə ağrılar baş verir.

İnklyuzon sitomeqaliya – Öpüş xəstəliyi

2023-01-08 07:21:00

İnklyuzon sitomeqalovirus infeksiyası çox geniş yayılmış virus xəstəliyi olub simptomsuz gedişdən ağır kliniki əlamətlərə qədər səbəb ola bilir. Virus transplasentar yolla da yoluxa bilir. İnfeksiya mənbəyi yoluxdurucu insandır. Virus ağız suyunda, süddə, sidikdə, nəcisdə, uşaqlıq boynu sekretində olur. Virus insandan insana təmas, öpüş və cinsi yolla transplasentar yoluxa bildiyinə görə ona"öpüş xəstəliyi" də deyilir. Xəstəlik bəzən qan və böyrəkköçürmə zamanı da yoluxa bilir. Virus orqanizmə tənəffüs, mədə-bağırsaq və cinsiyyət üzvlərinin selikli qişaları vasitsilə yoluxur. İlkin yoluxma immun dəyişikliklər əmələ gətirir. Virusun həmişəlik orqanizmdə qalması prosesin əmələ gətirdiyi patologiyalara əlavə təsirlər qatır. Cinsiyyət yolunda olan infeksiya doğum vaxtı uşağın yoluxmasına səbəb ola bilir. Amma virusun miqdarı qanda çox olduqda, ana bətnində olan dölü də xəstələndirir. Hamilələrin cinsiyyət yollarında persistə edən virusun yerli və ümumi immuniteti gücləndirməsi nəticəsində hamiləlik özbaşına pozulur. İnklyuzon sitomeqaliyanın inkubasiya dövrünün nə qədər olduğu məlum deyil. Xəstəlik zamanı virusun orqanizmdə gizli qalması onun yoluxma vaxtının dəqiqləşməməsinə səbəb olur. Xəstəlik kliniki əlamətlərinə görə bir neçə formalarda inkişaf edir. Xəstəliyin ilkin dövrlərində xəstələrdə qızdırma, kataral əlamətlər, üşütmə, zəiflik, əzələ ağrıları və ağız-boyun bölgəsində şişkinliklərlə müşahidə edilir. Xəstəliyin gedişi ağırlaşdıqda dalağın da böyüməsi, pnevmoniya, plevrit, miokardit, ensefalit müşahidə edilir. Xəstələrdə bəzən vegetativ sinir sisteminin pozulmaları meydana çıxır. Sitomeqalianın yayılmış forması bədxassəli şişilər, leykopeniya founda inkişaf edir və ağır gedişə malik olur. Bu zaman xəstəlik qızdırma, ümumi intoksikasiya, qaraciyərin və limfa vəzilərinin böyüməsi ilə müşahisdə edilir. Ləng gedişli pnevmoniya və bəlğəmdən xarakter hüceyrələrin tapılması xəstəliyin diaqnozunu təsdiqləyir.

Qripin ağırlaşmaları

2023-01-08 07:11:00

Qripin ağırlaşması xəstəliyin ağırlıq dərəcəsindən və orqanizmin müqavimətindən asılıdır. Xəstəliyin ağırlaşmaları ən çox ürək-damar sistemi, ağciyər xəstələri və qan dövranı pozulmuş adamlarda baş verir. Qrip orqanizmin müdafiə qüvvəsini azaldan və xronik gedişə malik xəstəliklərin gedişini ağırlaşdıran bir xəstəlikdir. Xəstələrin bəzilərində qripdən sonra nevrit, nevralgiya və radikulit inkişaf edir. Qripli xəstələrin sinir sistemində ciddi dəyişikliklər meydana gəlir. Bu dəyişikliklər özünü baş ağrıları, yuxusuzluq, hiperesteziya, əsəbilik, bəzən sayıqlama, nevralgiya, meningial əlamətlərlə özünü göstərir. Xəstələrdə yorğunluq, tərləmə, yuxu pozğunluqları, arterial təzyiqin artması baş verir. Qripli xəstələrdə bradikardiya, hipotenziya da müşahidə edilir. Qrip xəstəliyi ən çox uşaqlarda, immuniteti zəif olan adamlarda və yaşlı qadınlarda ağır formada keçir. Onlarda qrip kəskin toksikoz əlamətləri ilə müşahidə edilir. Bu zaman xəstələrdə taxikardiya, yüksək qızdırma, ümumi əhvalın pisləşməsi, döşdə ağrı, getdikcə artan təngnəfəslik olur. Bu əlamətlər meydana gəldikcə xəstəyə yardım edilmədikdə o ölür. Qripin ağırlaşmalarından biri də meningitdir. Bu zaman meningial əlamətlər meydana çıxır və müalicə gecikdikdə xəstələrdə beyin əlamətləri qalır. Qrip xəstəliyinin ən ağır formalarından biri də ildırımvari formasıdır. Bu zaman xəstə qısa bir zamanda ölür.

Qanaxmalar zamanı ilk tibbi yardım

2023-01-08 07:01:00

Qanaxma baş verdiyi zaman onun növündən asılı olaraq həkimə qədər ilk tibbi yardım göstərməyi bilmək lazımdır. Xüsusən də yay aylarında, uşaqların ən çox qaçıb- oynayıqları, ağaclara çıxdıqları zaman bunları bilmək zəruridir. Qanaxma baş verən zaman həkim çağırmaqla yanaşı, həkimə qədər qanaxmanı müvəqqəti dayandırmaq lazımdır. Qanaxmanı dayandırmaq onun növündən asılıdır. Hadisə baş verən zaman ilk tibbi yardım göstərərkən, əldə olan vasitələrdən istifadə edərək qanaxmanı müvəqqəti və ya tamamilə dayandırmaq olar. Xarici arterial qanaxmanı dayandırmaq üçün qan damarını sümüyə barmaqla sıxmaq, turna və ya burmac qoymaq, qol və ya qıçı oynaqda sonadək büküb və ya açıb bu vəziyyətdə bərkitməkdən ibarətdir. Xarici venoz və kapilyar qanaxmalar, yaraya sıxıcı steril sarğı qoymaq və bədənin yaralı yerini gövdəyə nisbətən daha hündürdə saxlamaqla dayandırır. Bir sıra hallarda venoz və kapilyar qanaxmaların müvəqqəti dayandırılması bu qanaxmaların tamamilə dayandırılması halına keçə bilər. Arterial qanaxmanın, bəzi hallarda isə venoz qanaxmanın dayandırılması cərrahiyyə əməliyyatı zamanı yerinə yetirilir. Damarı barmaqla sıxıb arterial qanaxmanı dayandırdıqdan sonra bütün mümkün olan hallarda dərhal turna və ya burmaq qoyulur. Turna qoyulan zaman onun qoyulduğu saatı, dəqiqəni yazıb üstünə qoymaq lazımdır. Turna qoyulan yer isti örtüklə örtüb və turna qoyulmuş yaraya ağrıkəsici vurmaq lazımdır. Turnanı 1,5-2 saatdan artıq saxlamaq olmaz. Yaraya cərrahiyyə əməliyyatı göstərilənədək turnanı hər saatdan bir boşaldıb, hər dəfə bunu kağızda qeyd eləmək lazımdır.

448 min manata ev alıb, teatr açmaq istəyir

2023-01-08 06:37:00

Türk aktrisa Tuba Ünsal Almaniyada ikinci evini almağa hazırlaşır.

Ürək dayandıqda nə ya nəfəs kəsildikdə ilk tibbi yardım

2023-01-08 06:01:00

Elektrik cərəyanı vurduqda, suda boğularkən, tənəffüs orqanarı sıxılarkən, habelə bir sıra xəstəliklər zamanı tənəffüs və ürəyin fəaliyyəti qəfildən dayana bilir. Bu zaman kliniki ölüm baş verə bilər. Ürək fəaliyyətinin dayanması nəfəsin kəsilməsinə, nəbzin, ürək döyüntüsünün, reflekslərin olmamasına və göz bəbəklərinin genişlənməsinə görə aşkar edilir. Belə adamlara süni tənəffüs verilsə və ürəyi xaricdən masaj olunsa bir çox hallarda həyatlarını xilas etmək olur. Hadisə qəza nəticəsində baş verib xəstənin çənəsi yaralanmışsa, alt çənəni bir qədər irəli çəkib, çənəaltını basaraq ağız böşluğunu qan və ya qusuntudan salfetlə təmizləyib, sonra xəstənin burnunu tutub süni tənəfüs vermək lazımdır. Kömək edən şəxs dərindən nəfəs alıb, dodaqlarını yaralının dodağına sixib, havanı bərk halda xəstənin nəfəs borusuna üfürməlidir. Hava az -az üfürüldükdə süni tənəffüs səmərəli olmur. Havanı ritmik surətdə 1 dəqiqədə 16-18 dəfə təbii tənəffüs bərpa olunanadək və ya ölüm əlamətləri aydın şəkildə aşkara çıxana qədər üfürmək lazımdır. Ürək fəaliyyəti qəfil dayandıqda, ürəyi dərhal xaricdən masaj etmək lazımdır. Bu məqsədlə xəstəni arxası üstə uzadıb, əllərin ovucları bir-birinin üstündə olmaqla, yaralının döş qəfəsini aşağı 1/3 hissəsinə qoyurlar .Sonra dəqiqədə 50-60 cəld ritmik təkanla sinəni aşağı basır və hər təkrardan sonra əlləri yuxarı qaldırırlar ki, döş qəfəsi qalxıb düzələ bilsin. Təkan zamanı döş qəfəsi ən azı 3-4 sm aşağı basılmalıdır.

Kirayə haqqını ödəmədi,

2023-01-08 05:36:00

Tviterin sahibi, milyarder İlon Mask məhkəməlik olub.

Yanıqlar və ilk tibbi yardım

2023-01-08 05:03:00

Yanıqlar yüksək tempraturun, alovun habelə müxtəlif kimyəvi maddələrin bədənə təsiri nəticəsində baş verir. Yanıqlar patologiyanı törədən xarici amillərin hansı miqyasda və tempraturda olmasından asılı olaraq müxtəlif dərəcələrdə olur. Orqanizmin 10%-i yanmış olarsa bu yanıq xəstəliyi sayılır. Yanıqlar 2 növ olurlar: Termik yanıqlar - işıq şüalanmasının, qaynar suyun, buxarın təsirindən baş verir. Kimyıvi yanıqlar - yandırıcı maddələrin təsirindən əmələ gələn yanıqlar hesab olunur. Kimyəvi yanıqlar daha təhlükəli yanıqlar sayılır. Çünki kimyəvi yanıqlar zamanı dərinin həm səhti, həm də dərialtı birləşdirici toxumalar və əzələlər yanıb dərin yanıqlar törədir. Termiki yanıq baş verən zaman ilk yardım alışmış paltarı söndürmək, bu məqsədlə də adamın üstünə palto, adyal salmaqla alovu söndürmək lazımdır. Sonra bədəni yanan paltardan azad etmək lazımdır. Yanıq yerindəki suluğu qopartmaq, yanıq səthə əllə toxunmaq, yanığa maz, yağ, məlhəm, başqa maddə sürtmək olmaz. Yanıq yerini steril saxlamaq və onunla həkimin göstərişlərinə əsasən davranmaq lazımdır. Əgər yanıq kimyəvi yanıqdırsa bu daha təhlükəlidir. Çünki bu zaman yanıqlar çox dərin olur və dərialtı təbəqə tez nekrozlaşır. Kimyəvi yanıqlar zamanı ilk göstərilən yardım yanıq yerini dərhal 15-20 dəqiqə ərzində axar soyuq suyun altında tutmaqdır. Bundan sonra yanıq yerinə çay sodası səpilir, və ya zəif sirkə məhlulu tökülür.

Murad “Avroviziya” mahnı seçimlərini QINADI: “Proses müəmmalı olmamalıdır”

2023-01-08 04:35:00

Bəstəkar-müğənni Murad Arif nüfüzlu "Avroviziya-2023" beynəlxalq mahnı müsabiqəsi ilə bağlı qalmaqallı post paylaşıb.

Əzilmə və sərpmə zamanı ilk tibbi yardım

2023-01-08 04:03:00

Güclü zədələr və hündürdən yıxılmalar zamanı bədənin müxtəlif hissələrində əzilmlər baş verə bilir. Bu patoloji hala əzilmə zəhərlənməsi və ya travma toksikozu da deyilir. Yumşaq toxumaların əzilməsi adətən göyərmələr və soyumalar şəklində özünü biruzə verir. Əgər zədə nahiyyəsi böyükdürsə zədələnmiş yerdən yuxarı nahiyyəyə turna qoyulur. Bu əzilmiş yumuşaq toxumalardan zəhərli maddələrin qan dövranına qoşulmasının qarşısını almaq üçündür. Ətraflarda soyuma, göyərmə yoxdursa, sıxıcı bint sarğısı qoymaqla da kifayətlənmək olar. Turna qoyulduqdan sonra xəstəyə ağrıkəsici vurulur və həkimə qədər tərpənməz vəziyyətdə saxlanılır. Sərpmələr hündürlükdən düzgün tullanmadıqda, ağırlıq qaldıran zaman oynaq bağlarında baş verən patologiyadır. Bu zaman zədələnmiş oynaqda ağrılar olur, şiş əmələ gəlir, oynağın hərəkəti məhdudlaşır. Belə hallarda ilk tibbi yardın zədələnmiş nahiyəyə buz qoymaqdan ibarətdir. Sərpmələr zamanı zədələnmiş oynağın rahatlığını təmin etmək üçün bir müddət hərəkətsizliyi təmin olunur.

“Şəfiqə Məmmədova məndən aldığı borcu hələ də qaytarmayıb...”

2023-01-08 03:34:00

"Şəfiqə Məmmədova ilə universitetdə eyni illərdə oxumuşuq. Onun mənə yaxşılığı yox, ancaq pisliyi dəyib. Şəfiqə mənə qarşı çox naxələf çıxdı. Dağıstana gedirdi, pulu yox idi. Məndən borca pul aldı. Hələ də pulumu gətirib qaytarmayıb. Heç telefonlarıma da cavab vermir, danışmır da. Bir dəfə dedim ki, hanı mənim pulum?! Dedi ki, eee! Pulun miqdarı təxminən 1200 manat olardı" .

Yanıqlar zamanı ilk tibbi yardım

2023-01-08 03:03:00

Yanıqlar zamanı ilk tibbi yardım yanıq travması alan adamın əynindəki paltarları çıxarmaq olur. Əgər yanma oddan baş vermişsə və hələ də söndürmək mümkün deyilsə bu zaman əl altında olan iri həcmli parçayla alovun üstünü örtmək lazımdır. Bu parça adyal, iri dəsmal, divanüstü - bir sözlə əl altında nə varsa ola bilər. Yox əgər yanğın qaynar su və ya turşular vasitəsilə törədilibsə, tez bir zamanda paltarları cırıb xəstənin əynindən çıxarmaq lazımdır. Əgər yanığın əmələ gəlməsinə turşu səbəb olubsa, xəstəni təcili olaraq su ilə yuyundurmaq lazımdır. Yuyundurduqdan sonra turşunun yandırdığı yeri hidro və ya vesta gelləri ilə örtmək lazımdır. Bu gellər turşunun yandırdığı yerlərin ağrısını kəsir, yanğı hissini sakitləşdirir. Geli ən az 20-30 dəqiqə travma nahiyyəsində saxlamaq lazımdır. Əgər yanıq qaynar su vasitəsi ilə törədilmişsə, tez bir zamanda paltarı yanıq yerindən çıxarmaq, üstünü steril tənzif ilə örtmək lazımdır. Yanıqlar zamanı dəridə zəif qızartı əmələ gəlmişsə, xüsusi müalicəyə ehtiyac olmur. Yox əgər yanıq yerində suluqlar varsa və yanmış nahiyyə iri həcmlidirsə mütləq həkimə müraciət etmək lazımdır.

“WhatsApp”dan “internetim kəsildi, cavab verə bilmədim” bəhanəsinə son

2023-01-08 02:33:00

"WhatsApp" messencerinə daha bir maraqlı yenilik gəlib. Belə ki, artıq hətta internet kəsilərkən və ya proqram bloklandıqda belə mesaj göndərmə imkanı var.

Ürək krizi keçirən xəstəyə ilk tibbi yardım

2023-01-08 02:02:00

Qarşınızda  ürək  krizi  keçirən  bir  adam  varsa,  ilk  növbədə  özünüzü sakitləşdirməlisiniz. Daha  sonra  ilk  iş  xəstənin  sakitliyini  bərpa  etməkdən  ibarət olmalıdır. Xəstəyə  ilk  ediləcək  yardım  onu  xoş  sözlərlə  sakitləşdirmək  və  onu  tək qoymayacağınızı  deməkdir. Ürəktutması  baş  verən  zaman  xəstəni  suallarla  yormaq olmaz. Onu  nə  qədər  az  danışdırsanız  bir  o  qədər  yaxşıdır. Sonra  xəstəni  rahat  bir  yerə  uzadıb, hərəkətsizliyini  bərpa  etmək  lazımdır. Xəstə  nə qədər  az  hərəkət  edərsə, bir  o  qədər  yaxşıdır. Əgər  yardıma  ehtiyacı  olan  şəxs  ürək xəstəsidirsə  onun  ciblərində  mütləq  dərman olmalıdır. Bu  zaman  ilk  iş  həmin  dərmandan  istifadə  etməkdir. Sonra  təcili  yardıma zəng  vurub  həkim  çağırmaq  lazımdır. Həkim  gəlib  çatana  qədər  xəstəni  idarə  etmək asan  iş  deyil. Çünki  xəstəyə  ürək  masajı  lazım  gələ  bilər.

Mini ətəkdə dərs deyən müəllimənin görüntüləri "viral" oldu

2023-01-08 01:44:00

Türkiyədə çəkilən kadrlar müzakirələrə səbəb olub.

Bayılmalar zamanı həkiməqədər ilk tibbi yardım

2023-01-08 01:01:00

İnsanın həyatında bəzi hadisələr baş verir ki, çıxılmaz vəziyyətdə qalır. Belə vəziyyətlər sağlıqla əlaqədar olursa, tez bir zamanda çalışıb vəziyyətdən çıxmaq lazım gəlir. Həkimə qədər tibbi yardımı bilməkdə çox fayda vardır. İnsanların başına qəfil pis hadisələr gəldiyi zaman ətrafda kiminsə onu bu vəziyyətdən çıxarması və həkiməqədər yardım etməsi, bəzən bir insan ömrünü xilas edə bilər. Baş verən xoşagəlməz hadisələrdən biri də bayılmalardır. Bayılmalar (huşun itməsi) bir-neçə səbəbdən baş verə bilr: * ürək tutması * qanaxma * nevroloji xəstəliklər. Bayılma beyin-qan dövranının müxtəlif səbəblər üzündən qəfil pozulmasıdır. Qəfildən beynə qan çatışmazlığı zamanı huş itir və insanın yıxılmasına səbəb olur. Bəzi insanlarda vardır ki, onlar qan gördükdə, qəfildən pis bir xəbər eşitdikdə də bayılırlar. Bəs bayılmalar zamanı ilk tibbi yardım necə göstərilməlidir? Bayılmalar zamanı ilk növbədə çalışıb bayılanın başının yerə dəyməməsinə çalışmaq lazımdır. Sonra görüləcək ilk iş bayılan şəxsin paltarlarının yaxasını açmaq və başının bədənindən aşağı saxlamağa çalışmaq lazımdır. Əgər hadisə evdə baş veribsə, qapı pəncərəni açmaq, küçədə baş veribsə isə ətrafında olan adamları kənarlaşdırmaq lazımdır. Xəstənin qusacağının nəzərə alıb üzünü yavaşca yana çevirmək lazımdır ki, qusma baş versə qusuntu kütləsi qida borusuna düşməsin. Xəstənin rahatlığını təmin etdikdən sonra onun üz-gözünə su vurmaq və ya naşatır spirti iylətmək xəstənin ayılmasına səbəb ola bilir.

Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik edib FOTO

2023-01-08 00:34:00

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını Milad bayramı münasibətilə təbrik edib.

Türkiyədə filmin nümayişi zamanı tavan çöküb:

2023-01-08 00:02:00

Türkiyənin Qars vilayətinin Sarıqamış şəhərində şəhidlərin anım mərasiminin keçirildiyi hotelin tavanı uçub.

Günün qoroskopu: Sükan arxasında diqqəti və ehtiyatı əldən verməyin

2023-01-08 00:01:00

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Cənnətlə müjdələyən uydurma hədislər

2023-01-07 23:55:00

Peyğəmbər əleyhissəlam və onun əhli-Beyti adından ən çox uydurulan hədislər cənnətlə əlaqəli hədislərdir. Biz bunlardan bir neçəsini təqdim edəcəyik:

İçki içənlərlə eyni süfrədə oturmaq olarmı?

2023-01-07 23:50:00

Uca Allah, içki barədə Qurani Kərimdə belə buyurmaqdadır:

Kök, yaxud arıq?

2023-01-07 23:45:00

Texas Universitetində çalışan alimlərin rəyinə əsasən qadınlar çox vaxt öz çəkisini düzgün qiymətləndirmirlər. Keçirilən araşdırmaların nəticəsində müəyyən olunub ki, 25% artıq çəkisi olan qadınlar öz çəkisini "normal" hesab edirlər. Digər tərəfdən isə, 16% tam normal çəkisi olan qadınlar özlərini "kök" hesab edərək arıqlamaq istəyirlər.

Xaricdən gətirilən dərmanlara limit qoyulması təklifi:

2023-01-07 23:43:00

İllərdir ölkədə dərmanların tərkibinin keyfiyyətsizliyi, qiymətlərinin baha olması ilə bağlı narazılıq var. İnsanlar ucuz və keyfiyyətli dərman almağı xarici ölkələrdəki dost-tanışlarından xahiş edirlər. İctimaiyyət bu problemin həllini gözlədiyi vaxt vətəndaşların xaricdən gətirdikləri dərmanlara limit qoyulması ilə bağlı müzakirələr başlayıb.

Yemək məmulatları haqqında

2023-01-07 23:40:00

Allahın sizə əta etdiyi nemətləri, xüsusilə çörəyi əziz tutun. Bilin ki,onun hazırlanmasında minlərlə mələk və əkinçi zəhmət çəkir. Bu əziz nemətin isdifadəsində israfa yol verməklə onların zəhmətini hədər etməyin. Sonra Danyal (ə) haqqında bu əhvalatı nəql edərdi: Günlərin bir günü Danyal (ə) gəmiçinin yanına gəlib bir çörək verib onu gəmiyə buraxmasını xahiş edir. Gəmiçi çörəyi ondan alır və ayaqları altına atır və deyir: Nəyimə lazımdır bu çörək. Sənin mənə verdiyin bu çörək yəhudi cammatının ayaqları altında gəzir. Danyal (ə) əllərini asimana qaldırıb deyir: Pərvərdiyara! Özün bunun şahidi oldun , çörəyi əziz tut. Allah-təala Danyal (ə)-ın duasını qəbul edir. Həmən məntəqədə uzun müddət quraqlıq höküm sürür. Allahın əmri ilə nə göydən yağış yağır, nə də yerdən bir ot göyərirdi. Qıtlıq o yerə gəlib çatır ki, camaat bir-birini yeməyə başlayır. Yerli camaatdan olan iki qadının hər birinin bir (körpə) oğlu olur. Onlar şərt bağlayırlar ki, növbə ilə bir -birlərinin uşaqlarını yesinlər. Uşağın biri yeyilir, növbə ikinci uşağa çatdıqda ana buna etiraz edir. Onlar şikayət üçün Danyal (ə)-ın yanına gəlirlər. O, qadınların söylədikdə çöx kədərlənir və deyir: Bir görün iş nə yerə gəlib çıxıbdır. Onlar da təəssüf hissi ilə Danyal (ə)-ın dediklərini təsdiq edirlər. Sonra Danyal (ə) əllərini asimana qaldırıb belə bir dua edir: Pərvərdigara ! Bu körpə uşaqlara özün rəhm et. Onları nadan qövmün günahlarına görə çətinlikdə qoyma. Allah-təala Danyal (ə)-ın bu duasını da qəbul edir və yəhudi camaatı aclıqdan və quraqlıqdan yaxa qurtara bilir.

Vardanyan bilmədən ermənilərin “aclıq və fəlakət”

2023-01-07 23:38:00

Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolundakı etiraz aksiyası bu dəhliz vasitəsilə hərəkət edən nəqliyyat vasitələrininin, o cümlədən Ermənistan ərazisindən yük maşınları ilə Xankəndinə gətirilən ərzaq, dərman və digər məhsulların hərəkətinə heç bir maneə törətmədiyindən bölgəyə zəruri həcmdə ərzaq və digər həyati vacib olan mal və vasitələrin daşınması normal qaydada davam edir.

Yumurta sarısı kimlərə ziyandır?

2023-01-07 23:35:00

Yeni elmi araşdırmalara görə, diabet, yüksək təzyiq, yüksək xolesterini olanlara yumurta sarısı yemək olmaz. "Medicina" xəbər verir ki, yumurta sarısında fosfatidilxolin adlı kimvəyi maddə var ki, o, arteriyaların yağla tutulmasını artırır.

Yağlı saçlara qulluq edilməsi

2023-01-07 23:30:00

Saçlar nə üçün yağlı olur? Əslində saçlar deyil, başın dərisi yağlı olur. Bu isə tük follikulları ilə yanaşı yerləşən piy vəziləri tərəfindən piyin artıq dərəcədə ifraz olunması nəticəsində baş verir.

Türk alimlər xərçəngin yeni müalicəsini tapdı

2023-01-07 23:25:00

Türkiyənin 5 universitetinin həkim və mühəndisləri xərçəng xəstələrinin müalicəsinin fərdiləşdirilməsini və kimyəvi maddələrdən istifadə etmədən hüceyrələrin sağlamlığı haqqında məlumat əldə etməyə imkan verəcək görüntüləmə texnikası hazırlayıblar. Yeni üsul tibbi ədəbiyyata daxil edilib.

Zəhranın sözlərində dua

2023-01-07 23:20:00

Mərhum Seyyid Möhsün Əmin "Əyanuş-şiə" adlı çox qiymətli kitabında o böyük fəzilət sahibi kamil xanımın bir nitqində buyurduğu ən ali bir duanı vermişdir. Müəllifin "Məhüüd-dəvat" adlı bir kitabdan rəvayət etdiyi həmin dua belədir:

Uşaq nə qədər yatmalıdır?

2023-01-07 23:15:00

Bu sual bütün anaları çox maraqlandırır və narahat edir. Böyüklərdəki kimi, bu uşağın fiziki və psixoloji durumundan, temperamentindən, uşağın rejimindən və s.asılıdır.

Nehrəmdə gəncin öldürülməsinin

2023-01-07 23:14:00

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində dünən törədilən qətlin təfərrüatı məlum olub.

Nikah təzələməyin dindəki yeri nədir?

2023-01-07 23:10:00

Nikahın köhnəsi, təzəsi olmaz. Əgər ər arvad bir birindən boşanmışsa, yenidən nikahlana yəni evlənə bilərlər.

Müğənni Afaq Aslan sinəsini açıb paylaşım etdi –

2023-01-07 23:07:00

Müğənni Afaq Aslan böyük səs-küy yaradacaq şəkillərini sosial şəbəkədə paylaşıb.

Gecəni birlikdə keçirdiyi gəncin kim olduğunu biləndə heyrətə gəldi

2023-01-07 23:06:00

ABŞ-ın Karolina ştatında yaşayan 33 yaşlı keçmiş müəllimə və hazırda model kimi fəaliyyət göstərən Emi Kupps özü də bilmədən şagirdindən hamilə qalıb.

Həqiqətən acmışıq, yoxsa can sıxıntısından yeyirik?

2023-01-07 23:05:00

Özünü təcrid etmək bu çətin dövrdə ən düzgün qərardır, amma bunun da çox acınacaqlı məqamları var.

Artıq çəki təhlükəlidir

2023-01-07 23:01:00

Oksford Universitetinin alimləri qadınlarda süd vəziləri xərçənginin əmələ gəlmə faktorlarını araşdıraraq belə qərara gəldilər ki, bu xərçəngin əmələ gəlməsi hormonal pozğunluqlarla sıx əlaqəlidir.

Ölmüş insanların yasını doğru aparmaq barədə dinimiz nə buyurur?

2023-01-07 22:55:00

Ölən biri yaxınları üçün böyük bir acı buraxır və bu acının keçməsi müəyyən zaman tələb edir. Bəziləri bir neçə dəqiqə bəziləri bir neçə gün bəziləri üzərində isə ömür böyü öz təsirini buraxır. Bu səbəblə yasları müəyyən bir günə məxsus etmək həm mümkün deyil, həm də doğru deyil. Əlbəttə ki bu acının ən ağır günləri ilk günləri olur ki; bunlar 1-3 günləridir ki, bu günlərin yas günləri adlanması normaldır.