Trampın yüksək vəzifə verdiyi türk həkim kimdir?


Dünya 04 Apr 2025 15:25:00 87 0

Trampın yüksək vəzifə verdiyi türk həkim kimdir?

ABŞ Senatında keçirilən səsvermə nəticəsində tanınmış türk əsilli ürək cərrahı və televiziya siması Mehmet Öz "Medicare" və "Medicaid" Xidmətləri Mərkəzlərinin (CMS) direktoru vəzifəsinə təsdiq olunub.

Son.az xəbər verir ki, 53 lehinə, 45 əleyhinə səslə qəbul olunan bu qərar nəticəsində Mehmet Öz ABŞ-da federal səhiyyə siyasətinə rəhbərlik edəcək ilk türk əsilli şəxs kimi tarixə düşüb.

"Medicare" və "Medicaid" Xidmətləri Mərkəzləri ölkədə təxminən 160 milyon amerikalının səhiyyə xidmətlərini tənzimləyən ən vacib federal qurumlardan biridir. Bu qurum yaşlılara və aşağı gəlirli ailələrə tibbi xidmətlərin göstərilməsini təmin edir və illik büdcəsi 1 trilyon dollardan artıqdır.

Mehmet Cengiz Öz 1960-cı ildə Klivlend şəhərində türk valideynlərin ailəsində doğulub. Türkiyədə hərbi xidmətini yerinə yetirib. ​ Harvard Universitetində təhsil alıb, daha sonra Pensilvaniya Universitetində tibb və biznes üzrə ikili magistr dərəcəsi qazanıb. Peşəkar fəaliyyətinə ürək-damar cərrahı kimi başlayan Öz uzun illər Nyu-York Presbiteryan Xəstəxanasında və Kolumbiya Universitetində çalışıb.

2000-ci illərin əvvəlində "Oprah Winfrey"in televiziya proqramında çıxışları ilə məşhurlaşan Öz sonradan özünün "The Dr. Oz Show" adlı şousunu quraraq geniş tamaşaçı auditoriyası qazanıb. Proqramda sağlam həyat tərzi və alternativ müalicə metodlarına dair mövzulara toxunsa da, bir çox dəfə "psevdoelmi" məzmunlara görə tənqid olunub. O, alternativ tibbə maraq göstərir və hipnoz, meditasiya və akupunktur kimi qeyri-ənənəvi müalicə üsullarını tibbi praktikasına daxil edib.

Pandemiya dövründə Öz malyariya əleyhinə dərman olan hidroksixloroxinin COVID-19-un müalicəsində effektiv olduğunu iddia edib və bu dərmanı dəstəkləyib. Lakin sonradan aparılan tədqiqatlar bu dərmanın COVID-19-a qarşı təsirli olmadığını göstərib və ABŞ Qida və Dərman Administrasiyası onun təcili istifadəsinə verilən icazəni ləğv edib. ​

Öz 2022-ci ildə Pensilvaniya ştatından Senata namizədliyini irəli sürüb, lakin seçkilərdə Demokrat namizədə uduzub. O, həmçinin COVID-19 pandemiyası dövründə Donald Trampa qeyri-rəsmi məsləhətçi qismində dəstək göstərib və bəzən mübahisəli müalicə təklifləri ilə gündəmə gəlib.  Onun bacısı Seval Öz də texnologiya və nəqliyyat sahəsində tanınan mütəxəssislərdəndir. Seval Öz otonom nəqliyyat sistemləri sahəsində ixtisaslaşıb və ABŞ Nəqliyyat Nazirliyində rəhbər vəzifəyə namizəd göstərilib.

Qeyd edək ki, Öz ailəsi Türkiyənin Konya vilalətinin Bozkır qəsəbəsindəndir. Cəmi 25 885 nəfər əhalisi olan qəsəbə son aylarda bacı-qardaşa görə mediada məşhurlaşıb. Mehmet Özün Trampla yaxın əlaqələri var. O, bir müddət əvvəl imicini də dəyişib. Saçlarını sarıya boyadıb və özünü Trampa bənzədib.

2022-ci ilə olan məlumata görə, Mehmet Özün sərvəti təxminən 200 milyon dollar dəyərində qiymətləndirilir. 400-dən çox elmi məqalə, kitab fəsli və tibb kitabının müəllifidir. ​ /Modern.az

Daha iki həkim istintaqa cəlb olundu  FOTO like
  • 04 Apr 15:22  
Kriminal Daha iki həkim istintaqa cəlb olundu FOTO

Respublika Endokrinoloji Mərkəzində baş verən qanunazidd əməllərlə bağ

arrow Ətraflı
Sabahdan hava dəyişir: leysan olacaq like
  • 04 Apr 15:18  
Digərləri Sabahdan hava dəyişir: leysan olacaq

Azərbaycanın rayonlarında aprelin 5-i günün ikinci yarısından 6-sı səh�

arrow Ətraflı
İlham Əliyev Alparslan Bayraktarı qəbul edib like
  • 04 Apr 15:11  
Siyasət İlham Əliyev Alparslan Bayraktarı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz

arrow Ətraflı
Tramp Maskı vəzifədən niyə azad edir? like
  • 04 Apr 15:00  
Digərləri Tramp Maskı vəzifədən niyə azad edir?

ABŞ prezidenti Donald Tramp Hökumətin Səmərəliliyi Departamentinin fəaliy

arrow Ətraflı
Dmitriev: Putin və Tramp arasında danışıqlarda mühüm irəliləyiş əldə olunub like
  • 04 Apr 14:58  
Dünya Dmitriev: Putin və Tramp arasında danışıqlarda mühüm irəliləyiş əldə olunub

Vladimir Putin və Donald Tramp arasında Ukrayna ilə bağlı danışıqlarda m

arrow Ətraflı
“Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda like
  • 04 Apr 14:50  
Digərləri “Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda

İnnovasiya və sürət lideri "Bakcell"in dəstəyi ilə azərbaycanl

arrow Ətraflı
Bu qəzetin çapı dayandırıldı like
  • 04 Apr 14:44  
Digərləri Bu qəzetin çapı dayandırıldı

"Mədəniyyət" qəzetinin çapı dayandırılıb.

arrow Ətraflı
Müsahibə mərhələsi bu tarixdə olacaq  Sayılı günlər qaldı like
  • 04 Apr 14:33  
Digərləri Müsahibə mərhələsi bu tarixdə olacaq Sayılı günlər qaldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəs

arrow Ətraflı
“Bu, Ukraynanın “qırmızı xətt”idir”  Zelenski like
  • 04 Apr 14:27  
Dünya “Bu, Ukraynanın “qırmızı xətt”idir” Zelenski

"Ukrayna Rusiya ilə müharibənin sona çatdırılması üzrə gələcək

arrow Ətraflı
Kamaləddin Qafarov: “Almaniya sülh sazişinin imzalanmasında maraqlıdır” like
  • 04 Apr 14:25  
Siyasət Kamaləddin Qafarov: “Almaniya sülh sazişinin imzalanmasında maraqlıdır”

"Almaniya bu gün Avropanın iqtisadi cəhətdən ən güclü ölkələrind

arrow Ətraflı