Kamaləddin Qafarov: “Almaniya sülh sazişinin imzalanmasında maraqlıdır”


Siyasət 04 Apr 2025 14:25:00 73 0

Kamaləddin Qafarov: “Almaniya sülh sazişinin imzalanmasında maraqlıdır”

"Almaniya bu gün Avropanın iqtisadi cəhətdən ən güclü ölkələrindən biri hesab olunur. Bu ölkənin yüksək nüfuzu onun Avropa İttifaqının xarici siyasətində aparıcı rollardan birinə sahib olmasını təmin edir".

Bu sözləri mətbuata  açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf edir. "Həmin dövrdə Almaniyanın "Simens qardaşları" şirkəti tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqlarının  bazasında iri misəritmə zavodları və Daşkəsən ərazisində kobalt yataqları bazasında kobalt zavodu inşa edilib. Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında diplomatik münasibətlər 1992-ci ildə, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra qurulub. Həmin vaxtdan ölkələrimiz arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Birmənalı olaraq deyə bilərik ki, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin  aprelin 1-də ölkəmizə rəsmi səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafına mühüm töhfə olacaq. Aprelin 2-də Almaniya və Azərbaycan Prezidentləri keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdən sonra mətbuata bəyanatla etdikləri çıxışlarında da bu əminlik xüsusi qeyd olunub. Cənab Prezident İlham Əliyev bu səfərin ikitərəfli münasibətlər tarixində Almaniya Prezidentinin Azərbaycana ilk rəsmi səfər olduğunu diqqətə çatdırıb və iki ölkə arasında əlaqələrə yeni müsbət təkan verəcəyinə əmin oduğunu vurğulayıb".

K.Qafarov qeyd edib ki, Azərbaycan və Almaniya Prezidentlərinin keçirdikləri görüş zamanı müzakirə edilən  əsas mövzulardan biri də Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin gedişatı ən önəmli məsələlərdən biri olmuşdur: "Cənab Prezident İlham Əliyevin bəyanatında bildirildiyi kimi, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər sülh danışıqlarına yol açdı və bu gün həm Azərbaycan, həm də Ermənistan sülhün əldə edilməsi üçün kifayət qədər yaxın mövqelərdən çıxış edirlər. Bu iki ölkə arasında davamlı sülhün əldə olunması təkcə regionumuz üçün deyil, eyni zamanda Avropa İttifaqı üçün də çox önəmlidir. İlk növbədə, bu önəm Azərbaycanın bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələlərində getdikcə artan rolu ilə müəyyən edilir. Digər tərəfdən də, Almaniya kimi inkişaf etmiş Avropa ölkələrinin Cənubi Qafqazda həyata keçirilən layihələrdə daha yaxından iştirak etmək istəkləri də regional sülh və sabitliyi zəruri amil kimi ön plana çıxarır. Təsadüfi deyil ki, öz bəyanatında  Almaniya Prezidenti də sülh razılaşmanın əldə olunması ilə bağlı mühüm anın yetişdiyini və bu andan istifadə olunaraq sülh müqaviləsinin imzalanacağına çox böyük ümidlər bəslədiyini xüsusi vurğuladı".

Bakıda məşhur restoranda nöqsanlar aşkarlandı like
  • 04 Apr 14:16  
Digərləri Bakıda məşhur restoranda nöqsanlar aşkarlandı

Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski prospekti, 98 ünvanında yerləş�

arrow Ətraflı
Azərbaycan və Rusiya XİN rəhbərləri arasında məktub mübadiləsi olub like
  • 04 Apr 14:15  
Siyasət Azərbaycan və Rusiya XİN rəhbərləri arasında məktub mübadiləsi olub

4 aprel tarixində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında

arrow Ətraflı
Vəhşi qəbiləyə “CocaCola” aparan amerikalı həbs olundu like
  • 04 Apr 14:13  
Dünya Vəhşi qəbiləyə “CocaCola” aparan amerikalı həbs olundu

Hindistan hakimiyyəti qadağan olunmuş adada təcrid olunmuş qəbilə ilə ə

arrow Ətraflı
Birinci sinfə elektron qeydiyyat yekunlaşdı like
  • 04 Apr 14:04  
Digərləri Birinci sinfə elektron qeydiyyat yekunlaşdı

Birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikro�

arrow Ətraflı
Tanımadığı adama şirkət qurmağı üçün 80 min manat verdi  MƏHKƏMƏ like
  • 04 Apr 13:57  
Digərləri Tanımadığı adama şirkət qurmağı üçün 80 min manat verdi MƏHKƏMƏ

Azərbaycan və xarici şirkətlərin kompüter sistemlərinə qanunsuz daxilolm

arrow Ətraflı
Bakı sakinlərinin NƏZƏRİNƏ  bəzi ərazilərdə söküntü başlayacaq like
  • 04 Apr 13:54  
Digərləri Bakı sakinlərinin NƏZƏRİNƏ bəzi ərazilərdə söküntü başlayacaq

Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qe

arrow Ətraflı
Misir piramidalarında altında yeraltı şəhər var? like
  • 04 Apr 13:50  
Digərləri Misir piramidalarında altında yeraltı şəhər var?

Misirli tanınmış arxeoloq Zahi Havass Giza piramidalarının altında yeralt�

arrow Ətraflı
Bulvarda sudan meyit çıxarıldı like
  • 04 Apr 13:46  
Digərləri Bulvarda sudan meyit çıxarıldı

Dənizkənarı Milli Park ərazisində sudan meyit çıxarılıb.

arrow Ətraflı
Ermənistanın Kamil Zeynallıya qoyduğu qadağa aradan qaldırıldı like
  • 04 Apr 13:43  
Digərləri Ermənistanın Kamil Zeynallıya qoyduğu qadağa aradan qaldırıldı

Fitnes məşqçisi Kamil Zeynallıya Ermənistan tərəfindən qoyulan federal a

arrow Ətraflı
Müəllimlərin bonuslarını alan prorektor saxlanıldı like
  • 04 Apr 13:37  
Digərləri Müəllimlərin bonuslarını alan prorektor saxlanıldı

Rusiyanın Krasnoyarsk Dövlət Tibb Universitetinin tədris işləri və gəncl

arrow Ətraflı
Yaşayış binasında yanğın  xəsarət alan var like
  • 04 Apr 13:36  
Digərləri Yaşayış binasında yanğın xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz

arrow Ətraflı
İlkin Quliyev bu bankda vəzifəyə təyin olundu like
  • 04 Apr 13:29  
Digərləri İlkin Quliyev bu bankda vəzifəyə təyin olundu

Unibank KB rəhbərliyinin qərarı ilə İlkin Quliyev Baş biznes inzibatçıs

arrow Ətraflı