Xəbərlərin siyahısı

Qarabağa getmək və orada çəkiliş etmək mənim üçün çox qiymətli idi

2023-01-07 14:14:00

"Əsrarəngiz Azərbaycan"ın yaranma səbəbi mənim "Əsrarəngiz İstanbul"la başlayan macəramın davamıdır. Çünki "Əsrarəngiz İstanbul"u ölkə xaricində də davam etdirmək istəyirdim.

Müğənninin səhhətində problem yaranıb

2023-01-07 14:11:00

Britaniyalı müğənni Adelin səhhətində problem yaranıb.

Lerikli gənc təhsilini Cənubi Koreyada davam etdirəcək

2023-01-07 14:06:00

Lerik rayonundan olan Sevinc Nuriyeva Cənubi Koreyanın Kyung Hee Universitetinin Qlobal Təqaüd Proqramının qalibi seçilib.

Bakıda bu şirkətin direkoru və işçiləri HƏBS EDİLDİLƏR:

2023-01-07 14:03:00

Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu zərərçəkənlərə xüsusilə külli miqdarda ziyan vuran qrup üzvləri Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Şah İsmayıl Xətainin ziyarət etdiyi Şeyx Zahid türbəsi

2023-01-07 13:55:00

İslam dini təşəkkül tapdıqdan sonra Azərbaycanda da bir sıra ziyarətgahlar - ocaqlar, türbələr, pirlər və xanəgahlar yaranıb.

"Behlül" və "Bülənt" 15 il sonra eyni serialda

2023-01-07 13:51:00

Baş rolunu Kıvanç Tatlıtuğla Serenay Sarıkayanın canlandıracağı "Ailə" serialının heyətinə daha bir aktyor daxil olub.

Bir iynədən istifadə olunmaqla yaradılan təkrarolunmaz sənət nümunələri

2023-01-07 13:44:00

Zəngin və maraqlı qurama sənəti Azərbaycanda olduqca qədim ənənələrə malikdir. Bir zamanlar qənaət məqsədilə parça qalıqlarından tikilən quramalar sonralar tikmə sənətinin bir növünə çevrilərək məişətdə özünə geniş yer tapıb.

Sağlamlıq, sevinmək və yaxşı əhvalruhiyyə üçün

2023-01-07 13:40:00

Sağlamlıq, sevinmək və yaxşı əhval-ruhiyyə üçün 20 vərdişi inkişaf etdirmək təklif edilir. İndi onları izləməyə başlayın və bu sadə tövsiyələrə əməl etməklə hansı heyrətamiz dəyişikliklərə nail ola biləcəyinizi görəcəksiniz.

Ermənilərin Qarabağda etdiyini molla rejimi TƏKRARLADI

2023-01-07 13:39:00

2022-ci il Azərbaycanın diplomatik sahədə ciddi mübarizə ili kimi yadda qaldı. Bu beyin yarışından deyə bilərik ki, ötən mövsümü Bakı üstün tərəf kimi başa vurdu. 2023-cü ildən isə gözləntilər daha böyükdür.

Gəncəli rəssamın hazırladığı qılınc növləri

2023-01-07 13:36:00

Əməkdar rəssam Mübariz Əkbərov evindəki kiçik emalatxanasında xəncər, qılınc, beybud, yamən, şpaqa, kukri və digər silah növlərini hazırlamaqla məşğuldur.

Ajdanın 1,5 milyonluq Yeni il hədiyyəsi

2023-01-07 13:31:00

Türkiyəli müğənni Ajda Pekkan özünə Yeni il hədiyyəsi alıb.

Hacıqabuldakı qədim məzarlıq və “Uçuq Pir”in tədqiqata ehtiyacı var

2023-01-07 13:25:00

Hacıqabul rayonunun Udulu kəndi ərazisində yerləşən və antik dövrlərə aid qəbiristanlıqda qədim məzarların baş daşları və kurqanlar bu günədək qalmaqdadır.

Parlaq dəri və güclü saçlar üçün avokado maskası

2023-01-07 13:20:00

Xanımların ən çox baxıma ehtiyac duyduğu və sağlamlığına diqqət etdiyi yerlər arasında saç və cild ilk sırada yer alır. Təkcə gözəllik deyil, həm də üzdə yaşlanma əlamətlərini gecikdirmək üçün müxtəlif baxım vasitələri, prosedurlar var.

Elza Seyidcahan papağını itirib

2023-01-07 13:11:00

Əməkdar artist Elza Seyidcahanın başına iş gəlib.

Sabah Bakıda qar yağacaq PROQNOZ

2023-01-07 13:01:00

Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı, sulu qar, axşama doğru qar yağacağı gözlənilir.

Dostlar arasında qanlı dava: "Gözümü açdım ki, arvadıyla bizdədi"

2023-01-07 13:00:00

Abşeron rayonunda 1980-ci il təvəllüdlü Elnur münaqişə zamanı tanışı Avtandilə xəsarət yetirib.

Müğənninin sürücülük vəsiqəsi əlindən alındı

2023-01-07 12:51:00

Türkiyəli müğənni Berkay Şahinin başına iş gəlib.

1417 yaşlı qızlar arasında ABORT sayı niyə artıb?

2023-01-07 12:40:00

"Son 1 ildə 14-17 yaşlı qızlar arasında abortların sayı 2 dəfə artıb. Bu da o deməkdir ki, qızlarımız cinsi həyata çox erkən başlayırlar. Bu isə ondan qaynaqlanır ki, yeniyetmə qızlar təhsildən yayınır və yaxud yayındırılır. Bu gün erkən ərəvermələr N qədərdir. Valideynlər qızlarını pula satırlar. Və yaxud təhsildən yayınan qızlar çox erkən cinsi həyata başlayırlar".

Polisdən təqdirəlayiq addım Vətəndaşa belə kömək etdi

2023-01-07 12:34:00

Xəzər rayonunda 3 yanvar tarixində intihara cəhd olub.

İstanbulda ağır qəza: Tramvayların hərəkəti dayandırıldı

2023-01-07 12:31:00

Türkiyənin İstanbul şəhərində Zeytinburnu Seyit Nizam küçəsində ağır qəza baş verib.

Marsda YENİLİK: Enerjinin effektiv əldə edilməsi ÜSULU

2023-01-07 12:20:00

Alimlər Mars planetinin iqliminin kompüter modelləşdirilməsini aparıblar. Bu üsulla onlar Marsda külək turbinlərinin yerləşdirilməsinin nə dərəcədə effektiv olduğunu öyrənmək istəyiblər.

Xankəndi ermənilərinin Bakının təklifi ilə razılaşmasına

2023-01-07 12:17:00

"2022-ci il sülh müqaviləsinin imzalanması baxımından olduqca əlverişli zaman idi. Sadəcə regional deyil, beynəlxalq siyasi proseslər fonunda da Ermənistan xalq və cəmiyyət olaraq bu zaman periodundan uduşlu çıxa bilərdi. Lakin Ermənistan yenə də dumanlı meşədə azdırılmağa göz yumdu". 

Rühəngiz: “Əri Bəstini qısqandığına görə illərlə efirə qoymayıb”

2023-01-07 12:11:00

Əməkdar artist Rühəngiz Musəvi həmkarı Əməkdar artist Bəsti Bəkirovanın həyat yoldaşından söz açıb. 

Nizami Qocayevin yerinə o gətirildi

2023-01-07 12:03:00

Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə nazirliyin Gəncə şəhəri üzrə İcra İdarəsinə yeni rəis təyinatı olub.

Həyat yoldaşını erkən itirdi, “Ögey ana” filmində onu aldatdılar

2023-01-07 12:00:00

Son.az Kulis.az-a istinadən "Ögey ana" filmi ilə məşhurluq qazanan aktrisa Sevinc Axundova haqqında maraqlı faktları təqdim edir.

Komando hərbi hissələrində xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ VİDEO

2023-01-07 11:52:00

Komando hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbulu davam edir.

“Ayaqlarım tutulub, xəstəxanaya gedə bilmirəm”

2023-01-07 11:50:00

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın səhhəti pisləşib. 

İsmayıllıda 21 yaşlı qız itkin düşüb

2023-01-07 11:45:00

İsmayıllı rayon sakini, 2002-ci il təvəllüdlü Ayişə Məmmədova ötən il dekabrın 26-da Ruşan kəndində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Rusiya ordusu Xersonu bombaladı

2023-01-07 11:39:00

"Xerson istiqamətində düşmən (Rusiya ordusu) Dnepr çayının sağ sahili boyunca yaşayış məntəqələrini atəşə tutmağı dayandırmır".  

Bakıda məşhur restoranın fəaliyyəti dayandırıldı

2023-01-07 11:35:00

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Qızından Rafael Dadaşovla bağlı paylaşım

2023-01-07 11:28:00

Müğənni Səidə Dadaşova atası, mərhum Xalq artisti Rafael Dadaşovun məzarından görüntülər yayımlayıb. 

Azərbaycanda məktəbdə QƏTL:

2023-01-07 11:24:00

Ötən gün Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsində qətl olması barədə xəbər vermişdik.

Qazi Mirdavud Tahirov vəfat etdi

2023-01-07 11:21:00

Şuşa döyüşlərində ağır yaralanan və 2 ildən artıqdır müalicə olunan qazi Mirdavud Tahirov vəfat edib.

DYP sürücülərə

2023-01-07 10:52:00

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Müdafiə Nazirliyi ilə Dövlət Komitəsi arasında birgə tədbirlər planı imzalanıb

2023-01-07 10:45:00

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair 2023-cü il üçün birgə tədbirlər planı imzalanıb.

Avtomobildə yatan gənc oğlan faciəvi şəkildə öldü

2023-01-07 10:39:00

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

ABŞ Konqresi: "erməniləri sevməyən adam"

2023-01-07 10:23:00

ABŞ Konqresinin Nümayəndələr Palatası 15 uğursuz cəhddən sonra özünə yeni spiker seçə bilib.

Nazəninin gözünə nə olub?

2023-01-07 10:22:00

Müğənninin Nazənin Salayevanın plastik əməliyyatdan sonrakı görüntüsü günlərdir müzakirə obyektinə çevrilib. 

Ağdaşda naməlum xəstəlik: heyvanlar tələf olur

2023-01-07 09:46:00

Ağdaşda iri və xırda buynuzlu heyvanlar arasında tələfat qeydə alınıb.

Röyanın yataq görüntüləri yayıldı:

2023-01-07 09:26:00

Səhnəyə gəldiyi ilk gündən cəsarətli addımları ilə seçilən Xalq artisti Röya Ayxan yenə öz ampluasına sadiq qalıb.

Pnevmoniya zamanı fiziki müalicə metodları

2023-01-07 08:59:00

Pnevmoniya zamanı fiziki müalicə metodlarından az istifadə edilir. Halbuki bu xəstəliyin sağalmasında fiziki müalicənin tarixi uzun illərin müşahidlərinə əsaslanır. Bu müalicələrə aşağıdakılar aiddir: * Kəskin iltihab dövründə etitrop terapiya ilə yanaşı ağciyərin iltihab ocağı ətrafına UYT elektrik sahəsi tətbiq edilir. * Bədənin temperaturu normallaşdıqda və ya subfebril hərarət saxlandıqda 3-5 seans ultra bənövşəyi şüalanma təyin edilir. * Xəstəyə 6-8 seans induktotermiya aparılır. * Bronxial drenaj funksiyasını yaxşılaşdırmaq üçün 1-12 prosedur amplipulsterapiya tətbiq olunur. * Pnevmoniyanın uzun sürən gedişində həm zədələnmə nahiyyəsinə, həm də ağciyərlərin kökü və böyrəküstü nahiyyələrinə desimertli diapazonda elektromaqnit dalğaları tətbiq edilir. * Uzun sürən gedişli pnevmoniyada və qalıq əlamətlərini ləvğ etmək üçün qızdırıcı müalicə proseduraları (parafin, palçıq) tətbiq edilir. * Yarımremissiya dövründə və ya sağalma etapında distansion aeroionoterapiyadan (hər gün və ya günaşırı 10-15 terapiya) tətbiq edilir. * Pnevmoniyalı xəstələri temperaturu normallaşdıqdan 2-3 gün sonra xəstələrə müalicə bədən tərbiyəsi ilə məşğul olmağın faydası böyükdür. Bu zaman xəstənin döş qəfəsi divarının tənəffüs hərəkətliliyinin artmasına, plevral bitişmələrin dartılmasına kömək edən, qarın presini gücləndirən idman hərəkətlərindən istifadə edilir. * Pnevmoniya keçirən xəstələrə şəhər ətrafı meşə sahələrində kurort müalicəsi çox faydalı təsir göstərir.

Putin Milad bayramını Kremldəki kilsədə

2023-01-07 08:58:00

Rusiya Prezidenti Vladimir Putin Milad bayramını Kremldə keçirilən ayinlə qeyd edib.

“Azərbaycan “Türk axını”nda iştirakçı ola bilər”

2023-01-07 08:28:00

"Azərbaycan "Türk axını" təbii qaz layihəsində iştirakçı ola bilər".

Xocalı aeroportunun açılacağı tarix

2023-01-07 08:27:00

Ermənilərin Bakının başı üzərindən Ermənistanla birbaşa hava əlaqəsi qurmasının sirri və "Üçan xalça" nağılına inananlar...

Qazanılmış toksiplazmoz

2023-01-07 08:25:00

Xəstəliyin inkubasiya dövrü 3-10 gündür. Xəstələrdə bu zaman ümumi halsızlıq, əzələ və oynaq ağrıları bir-neçə həftə və ya bir-neçə ay davam edə bilir. Xəstəliyin kəskinləşməsi zamanı isə aşağıdakı əlamətlər meydana çıxır: - hərarətin yüksəlməsi - üşütmə - limfopadenopatiya. Qazanlmış toksiplazmoz zamanı xəstələrin dərisində səpgilər meydana gəlir, dabanda, əlin içərisində, başın tüklü hissəsində səpgilərə rast gəlmək olmur. Ümumi yoluxucu xəstəlik əlamətləri ilə yanaşı müxtəlif üzvlərin yoluxmasının göstərən klinik mənzərə qeyd edilir. Yəni xəstələrdə miokardit, pnevmoniya, ocaqlı nekrotik nefrit, hepatit inkişaf edə bilir. Qazanılmış toksiplazmoz mərkəzi sinir sisteminin yoluxmasına səbəb olduqda meningit, ensefalit, meninqoensefalit xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Bu zaman xəstələrdə ümumi beyin və meningial əlamətlər meydana çıxır ki, bu da parez, iflıc, tonik qıcolmalar, gözün hərəki pozulmaları və koordinator pozulmalar şəklində özünü biruzə verir. Bunlardan başqa xəstələrdə aşağıdakı patologiyalara da rast gəlinir: - şüur pozulmaları - letargiya - yaddaşın pozulması - məkan daxilində oriyentasiyanın itirilməsi - anemiya - lekositoz. Xəstəliyə diaqnozun qoyulmasında KT zamanı aşkarlanan abseslər, kalsinatlar, hidrosefaliyanın olması və qanın analizləri zamanı toksiplazmoz agentinin müəyyən olunmasının rolu böyükdür. Limfa düyünü və əzələnin bioptatında törədicinin tapılması xəstəliyin diaqnozunu təsdiqləyir. Müalicə xloridin və sulfadimezinin kompleks təyini ilə aparılır. Müalicə 5-10 gün aparılır, sonra 10 gün fasilə verilib yenidən 2 dəfə davam etdirilir.

Rusiya səfərbər edilmiş "qiyməni"

2023-01-07 08:24:00

Milad atəşkəsi? Sonra nə var? Atəş? Elə isə gözləyin, Lavrovun əlaltıları bir müddət əvvəl keçənilki pravoslav bayramında bu barədə nə danışdılar? Görürəm ki, "yeni dron dəstələri" və aşpaz Putlerin səfərbər edilmiş qiymə ətini çatdırmağa vaxt yoxdur.

Molla rejiminin hicab qərarının nəticəsi

2023-01-07 08:23:00

Artıq dördüncü aydır ki, İranda davam edən gərginlik rejimin səbir kasasını daşdırıb. İnsanların rejim gücləri tərəfindən döyülməsi, təhqir olunması və həbs olunması, yüzlərlə aksiya iştirakçısının edam edilməsi də ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına kömək etmədi. İran rejimi nə qədər sərt və qəddar tədbirlərə əl atdısa da, kütləvi etirazçıların sayı da bir o qədər artdı, tələblər siyasi xarakter daşımağa başladı.

Putin Ərdoğanla danışdıqdan sonra

2023-01-07 08:22:00

Vladimir Putinin Milad bayramı ilə əlaqədar 6-7 yanvarda atəşkəs elan etməsini cənab Ərdoğanın apardığı telefon danışığının nəticəsi kimi dəyərləndirmək olar. Zelenski ilə aparılan telefon danışığı da Türkiyənin sülh istədiyini göstərir. Lakin qarşı tərəfdə müharibənin davam etməsini istəyən Avropa və ABŞ var.

Amöbiaz. Amöb dizenteriyası

2023-01-07 08:21:00

Amöbiaz yoğun bağırsaqlarda yaraların olması, qaraciyər, ağciyər və digər orqanların absesləşməsi ilə müşayiət olunan infeksion xəstəlikdir. Xəstəliyi orqanizmə vegetativ və sistalar şəklində düşmüş amöblər törədir. Vegetativ formasında xəstəliyin əlamətlərini dezinfeksiyaedici maddələrlə aradan qaldırmaq olur. Amma sista şəklində olan amöblər ətraf mühitə davamlı olurlar və hətta suda 1 ay yaşamaq qabiıiyyətinə malikdirlər. İnfeksiyanın mənbəyi xəstəliyə tutlmuş və amöb daşıyan adamdır. MDB ölkələri arasında bu xəstəliyə ən çox Qafqaz və Orta Asiya ölkələrində daha çox rast gəlinir. İnfeksiya orqanizmə qida və su vasitəsilə daxil olur, mədə turşusunun təsirinə uğramır və yoğun bağırsaqda məskən salır. Amöblər bəzi hallarda bağırsaq divarında yaraların əmələ gəlməsinə səbəb olur. Bu yaralar əvvəlcə hiperemiyalaşır,sonra isə bağırsaq divarından qansızmalar baş verir. Qana qarışan infeksiya törədicisi qaraciyər, böyrəklər, beyin və digər orqanlara yayıla bilir. Yayıldığı orqanlarda amöb infeksiyaları xırsa irinli ocaqlar əmələ gətirir. Xəstəliyin inkubasiya dövrü 2 həftədən bir-neçə aya qədərdir. Amöb dizenteriyası gedişinə görə kəskin və xroniki olur. Xəstəlik özünü aşağıdakı əlamətlərlə biruzə verir: - ishal - qarın bölgəsində ağrılar - bağırsaqda gücənmə - bağırsaqlarda spazm. Xəstənin qarnının palipasiyası zamanı qarında köpmə və qaraciyərdə az miqdar böyümə hiss olunur. Qaraciyərdə böyümə baş versə də, funksiyasında pozulmalar qeyd olunmur. Xəstələrdə subfebril qızdırma, ümumi gərginlik əlamətləri müşahidə edilir. Xəıstəliyə diaqnoz qoymaq üçün qanın və nəcisin analizinin nəticələri əsas götürülür.

Alzheimer xəstəliyinin müalicəsi üçün

2023-01-07 08:20:00

ABŞ Qida və Dərman İdarəsi Alzheimer xəstəliyinin müalicəsi üçün "Leqembi" preparatının istifadəsinə sürətləndirilmiş icazə verib.