"Yeşilçam"ın məşhur aktyoru ilə bağlı


Şou-biznes 18 May 2025 21:29:00 71 0

"Yeşilçam"ın məşhur aktyoru ilə bağlı

Yeşilçamın tanınmış sənətkarlarından olan Ahmet Mekin, Balıkəsirin Erdek rayonunda baş verən qəza nəticəsində xəstəxanaya aparılıb. 93 yaşlı aktyorun çanaq sümüyündə sınıq olduğu müəyyən edilib.

Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun illərdir Balıkəsirin Erdek bölgəsində yaşayan Ahmet Mekin gəzinti zamanı tarazlığını itirərək səkidən yıxılıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım qrupları tərəfindən ilkin müdaxiləsi Erdek Neyyire Sıtkı Dövlət Xəstəxanasında aparılan aktyor, daha sonra Bandırma Təhsil və Araşdırma Xəstəxanasına göndərilib.

Müayinələr zamanı çanaq sümüyündə sınıq aşkar edilib və Ahmet Mekin əməliyyat olunub.

Aktyorun sağlamlıq vəziyyətinin yaxşı olduğu və müalicəsinin xəstəxanada davam etdiyi bildirilib.

Əsl adı Ahmet Kurteli olan Ahmet Mekin, 17 avqust 1932-ci ildə İstanbulda anadan olub. O, həm teatr, həm də kino aktyorudur. Səhnəyə Bakırköy Xalq Evinə çıxmaqla başlayıb. 1957-ci ildə "Mahşere Kadar" adlı film ilə kinoya keçid edib. Zaman-zaman teatr səhnəsinə qayıdaraq 200-ə yaxın filmdə rol alıb.