Efirdə birbirilərini təhqir etdilər "Əvvəldən başıboş adam olmusan"
Şou-biznes 17 May 2025 21:27:00 48 0
"Elgizlə izlə" verilişində Əməkdar artist Ruhəngiz Musəvi ilə müğənni Əli Mirəliyev arasında gərginlik yaşanıb.
Bu haberi de oku: "170 min verib özümə maşın ALDIM"
Son.az-ın məlumatına görə, proqramda xəstəxanadan evə buraxılan ifaçının evində çəkiliş edilib. Lakin Ə.Mirəliyev R.Musəvinin efirdə onun barəsində səsləndirdiyi "Az ona-buna söz atsın. Allah şəfa versin. Bir az da evdə dincəlsin. İnsandır, niyə pis olmuram? Acığım tutmur. Hər adama da söz atmazlar axı. Eləsi var ki, həqiqətən də oxuyur. O əvvəldən heç kəsi bəyənməyib. Onun bu xasiyyətindən xoşum gəlmir. Allah ona cansağlığı versin" sözlərinə əsəbiləşib.
Əli Mirəliyev efirə canlı qoşularaq həmkarının ünvanına "Ruhəngiz, əvvəldən başıboş adam olmusan" deyərək onu təhqir edib.
R.Musəvi onun sözünü kəsib:
"Başıboş sən olmusan. Ona görə mənimlə duetlər oxumusan? Bu, sənin qabiliyyətindir".
Əli Mirəliyev fikirlərinə davam edib:
"Sən Baloğlan Əşrəfovun mahnısını oxuyan şəxs deyilsən. Sənin qəşəng səsin var. Bu mahnını oxumaq sənə yaraşmadı. Sən estrada müğənnisisən. Nə ixtiyarın var, Baloğlan Əşrəfovun mahnısını oxuyursan? Hətta yaxşı oxusan belə, buna ixtiyarın yoxdur. Mənə qədər toyda iki mahnı oxuyurdun. Səni oxuyan mən etmişəm".